Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə19/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   15   16   17   18   19   20   21   22   ...   59

 
70 
Neft  milyonçusu  Ağa  Musa  olmasaydı,  Fətulla  Rüstəmbə-
yov məşhur ola bilərdimi? – sualım cavabsız qalmadı.  
1885-ci  ildə  Peterburqda  iqtisadi  işlər  üzrə  savad  alan  Fə-
tulla bəy Rüstəmbəyov  Bakıya qayıdanda ilk dəfə Ağa Musanın 
gözünə görünür. Ağa Musa ilk tanışlıqdan ona inanır və onu ma-
liyyə işləri üzrə mühəndis təyin edir. 
Ağa Musa Nağıyev haqqında eşitdiklərini, bildiklərini, daha 
doğrusu,  həqiqəti  üzə  çıxaran  yazıçı  Fətulla  Fəcri  bu  faktları 
kitabında dərc edib.   
Müəllif sanki  oxucunun əlindən tutub Abşeron neftinin  qə-
dim  tarixindən  bu  günədək  maraqlı  bir  səyahətə  aparır.  Bu  yol 
Ağa Musanın Abşeronda ilk neft quyusunun sənaye üsulu ilə qa-
zılmasından başlayır. 
Fətulla  Rüstəmbəyov  məhz  Ağa  Musa  Nağıyevin  təcrübəsi 
sayəsində  iş  qabiliyyətini  tam  şəkildə  göstərə  bilir.  Onun  neft 
mədənlərində  tətbiq  etdiyi  yeniliklər  neft  sənayesinin  inkişafın-
da əsl inqilaba çevrilir.  
Ağa  Musa  Nağıyevin  sahibkarlıq  sahəsində  uğurlar  qazan-
masında,  maliyyə  işlərinin  tənzimlənməsində,  izafi  xərclərin 
qarşısını almasında Fətulla bəyin rolu çox olub.   
Bunlar haqda Fətulla Fəcri kitabında çox geniş izahatlar ve-
rib.  
Mən Fətulla Fəcriyə minnətdarlığımı bildirib, Ağa Musa ta-
rixini işıqlandırdığına görə qarşısında baş əyirəm. 
 
  


 
71 
MЯZARINI 80 İL  
SOYUQ KЦLЯKLЯR DЮYDЦ 
 
(Sovet hakimiyyəti dövründə onun qəbri 3 dəfə 
 yerini dəyişib) 
 
Söndür işığı, söndür! 
Sevincim hamınınsa, 
Kədərim özümündür! 
 
A
zərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  onun 
kimi  xeyriyyəçilərə  “istismarçı”,  “kapitalist”  damğası  vuruldu. 
Onların məzarlarını belə hörmətdən salır, həmin məzarları hətta 
qohumların ziyarət etməsinə icazə vermirdilər.  
70  il  küçə-bazar  dedi-qodularına,  qırmızı  proletar  replika-
sına “yaşıl işıq” yandırmış sovet öz işini gördü.  
1931-ci  ildə  Azərbaycan  bolşevikləri  Bakının  ən  uca  nöq-
təsində  –  Çəmbərəkənd  qəbiristanlığında  Dağüstü  park  salıb, 
“alovlu natiq” Kirovun elə bir heykəlini ucaltmağı qərara alırlar 
ki, bu heykəl şəhərin hər yerindən görünsün. 
Uzun illərin boz-bulanıq, dumanlı-çiskinli mənəvi iqlimində 
bütöv bir nəslin yaddaşının aşınması tədrici olaraq keçmişimizin 
və  o  keçmişin  canlı  və  şanlı  şəxsiyyətlərinin  tarixin  qaranlıq-
larında əriyib itməsilə nəticələndi. 
Sistemin  bizlərə  qarşı  tətbiq  etdiyi  ən  dəhşətli  cəza  üsulla-
rından biri də yaddaşın repressiyası oldu. 
Amma unutmaq olmaz ki, tarixin də öz yaddaşı var. Zama-
nın  qara  yelləri  bu  yaddaşdan  heç  nəyi  qopara  bilmirdi.  Çünki 
bu yaddaş sabit və gələcəyin üz tutacağı ən etibarlı mənbədir. 
Şəxsiyyəti  kapitalizm,  burjuaziya  damğasına  tuş  olan,  adı 
qadağalar  sırasına  düşən,  müvəqqəti  zaman  kəsiyində  nəsillərin 
yaddaşından silinsə də, tarixin yaddaş səhifəsinə əbədi həkk olu-
nan  xeyriyyəçi-mesenat,  neft  maqnatı  Ağa  Musa  Nağıyev  mü-


 
72 
rəkkəb  və  faciəli  tale  yaşamış,  ölümündən  sonra  belə  bu  tale 
onun ruhunu təqib etmiş, əbədiyyət evində  də kədərli nişanəsini 
qoyub getmişdir. 
Dünyasını dəyişəndən sonra da dinclik tapmayıb. 
Vəfatından  sonra  zamanın  hökmü  ilə  əlaqədar,  Ağa  Musa 
Nağıyevin  məcburən dörd dəfə  qəbir  yerini dəyişən nəşi,  ancaq 
1998-ci  ildə  rahatlıq  tapa  bildi.  Vəfatının  80  illiyi  ərəfəsində 
“Əmanət” qəbri daimi olaraq əbədiləşdirildi: 
–  Üzərinə  qoyulmuş  kiçik  baş  daşı  ilə  bərabər  onun  nəşi: 
1919-1931-ilədək Çəmbərəkənd qəbiristanlığını,  1931-1938 ilə-
dək  Biləcəri  “Propaka”  qəbiristanlığını,  1938-1998  ilədək  Bilə-
cəri  “Dağüstü”  qəbiristanlığını  gəzib-dolaşır.  Beləcə  düz  80  il 
keçir. 
1998-ci  il  iyulun  23-də  mənim  və  xeyriyyəçi  Hacı  Əvəzin 
təşəbbüsü ilə Ağa Musanın nəşi Biləcəri qəbiristanlığında əbədi 
məzara qovuşdu. 
Bu onun dördüncü – daimi  qəbri oldu. Qəbrin tam hazır ol-
duğu vaxt, açılış günü həmin ilin dekabrın 25-nə təsadüf etdiyin-
dən, bu tarixi onun ad günü kimi qəbul etdik.  
Vəfalı baş daşı isə onunla dörd qəbr gəzib, bu gün əbədi mə-
zarının üstündəki İsmailiyyə maketinin içərisindədir. 
Düşünürəm ki, əgər  bilsəydi... Nəhəng tikinti – abadlıq iş-
ləri gördürən milyonçu Ağa Musa Nağıyevin diri ikən özü üçün 
bir məqbərə-türbə hazırlatmağı çox da çətin olmazdı. 
 
 
 
 
 
 


 
73 
MİLYONЧUNUN XATİRЯSİ  
YAD EDİLİR 
 
N
eft və milyonlar səltənətinin sultanlarından olan Ağa Mu-
sa Nağıyevi tanımayan çox az tapılar. Təkcə Bakının küçələrini 
dolaşmaq  kifayət  edir  ki,  bu  vətənpərvər  insanın  Azərbaycan 
üçün etdiklərindən xəbər tutasan. Xeyriyyəçi kimi hörmət qaza-
nan Ağa Musanın, Vətən üçün etdikləri tarixdə əbədi yaşayacaq. 
Vəfatının  92-ci  il  dönümünə  həsr  olunan  tədbirlər  bu  gün 
paytaxtın  ən  baxımlı  sənət  əsərlərindən  olan  “İsmailiyyə”  bi-
nasında keçirilir. 
Dilarə xanım baba adını yaşatmaq üçün hər il xatirəsini yad 
etməklə mərasimi Biləcəri qəbrüstü ziyarətdən başlamaqla, onun 
xeyirxah əməllərin nəsillərə çatdırmağa çalışır. 
Ziyarətçilər məşhur milyonçunun məzarını tər çiçəklərə qərq 
etməkdən məmnunluq  duyur, ona rəhmət oxuyurlar. 
Dilarə  xanımın  Ağa  Musa  Nağıyevin  ictimai  və  xeyriyyə-
çilik fəaliyyətinə həsr etdiyi film (nəzərə almaq lazımdır ki, bu 
ikinci filmdir), yenə də tamaşaçı marağına səbəb oldu. Bir daha 
tarixi  şəxsiyyətlərin  əməllərinin  gələcək  nəslə  çatdırılmasının 
hər  kəsin  borcu  olduğunu,  bu  baxımdan  Vətən  üçün  etdiklərini 
yaşatmağa  çalışdığı  təsdiqləndi.       
                                                                          
                                               
Yasəmən Möhübbətqızı, 
“Dövlət və Qanun” qəzetinin  
Baş redaktoru 
 
 
 
 
 
 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə