Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə27/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   23   24   25   26   27   28   29   30   ...   59

 
102 
İSMAYIL ЯVЯZİ FЯRЯC 
 
A
ğa  Musa  Nağıyevin  oğlu  İsmayıl  xaricdə  təhsil  almışdı. 
Neft  işinə  meyilli  olduğundan,  tez-tez  buruqlara  və  zavoda  baş 
çəkərdi.  İşin  maliyyə  tərəfini  atası  ona  və  ekonomisti  Fətulla 
Rüstəmbəyova  tapşırmışdı.  Ürəyi  ilə  bacara  bilməyən  İsmayıl 
bəy,  çox  vaxt  vəzifəsindən  sui-istifadə  edir,  səxavət  kisəsinin 
ağzını açıb, ehtiyacı olanlara pul paylayırdı.  
Belə  bir  əməlin  əleyhinə  olan Ağa Musa, oğlunun  bu  hərə-
kətini dəstəkləmirdi. Bu atanın çox əziyyətlə var-dövlətə çatma-
sından  irəli gəlirdi.  
Oğlu  İsmayılın  tutulduğu  və  müalicəsi  tapılmayan  vərəm 
xəstəliyinə milyonlar da kömək edə bilmir. Xaricdəki müalicələr 
heç  bir  nəticə  vermir.  Artıq xəstəlik  öz işini  görmüşdü.  İsmayıl 
bəy xaricdə müalicədə olduğu zaman yazdığı məktubların birində 
- dərd çəkməkdən atasının yumağa döndüyünü qeyd etmişdi.  
Oğlu  İsmayıl  dünyasını  dəyişdikdən  sonra  həqiqətən  Ağa 
Musanı  tanımaq mümkün deyildi.  
Bala itkisini  heç  cürə  unuda bilməyən Ağa Musanın  kömə-
yinə  qardaşı  Ağa  Əli  çatır.  Beşinci  övladını  –  yeni  doğulmuş 
oğlunu ona hədiyyə verir. 
Belə  deyirlər  ki,  baladan  pay  olmaz!  Ancaq  Ağa  Əli  qar-
daşının dərdini yüngülləşdirmək məqsədilə belə bir addım atır.  
Ağa  Musa  körpəyə  Fərəc  adını  verir.  Adının  mənası  kimi 
“Kədərdən sonra gələn sevinc” – olur Fərəc onun üçün. Ağa Mu-
sa bu sevinci  16 il yaşayır. 
Uşaqlıqdan  hər  şeyə  maraq  göstərən  Fərəc  Ağa  Musaya 
məxsus kitabxanada mütaliədən doymazdı. Ən çox xoşladığı əy-
ləncə isə H.Z.Tağıyevin tikdirdiyi teatrda tamaşalara baxmaq idi.  
Xatirələrindən  göründüyü kimi  evə  dönərkən tamaşalardan 
müxtəlif səhnələri təkrar etməkdən xüsusi həzz alardı.  
Fərəc  Ağa  Musanın  arzularını  puç  etməmişdi.  Çünki  ona:  
“Sənin götürdüyün uşaq hoqqabaz olacaq” - deyənlərin cavabını 


 
103 
belə  vermişdi:  “Kim  olursa-olsun,  amma  insanlığını    itirməsin. 
Mənim də əvvəlim hambal olub”. 
Ağa Musa İsmayılın ölümü ilə yarımçıq qalan ata sevgisini  
və  qayğısını  bütövlükdə  Fərəcə  yönəltmişdi.  O  vaxtlar  Fərəcin 
heç ağlına da gəlməzdi ki, milyonlarla ölçülən var-dövlətin  ye-
ganə varisi olmaq ona çox baha başa gələcək.  
Sibirə  sürgün  olmaqla  üzləşməmək,  NKVD-nin  (Təhlükə-
sizlik  komitəsi)  gözündən  qaçmaq  məqsədilə  soyadın  sürgünü 
olacaq. Məhz bu səbəbdən o, Türkmənistan, Aşqabad, Dağıstan 
Respublikalarında, daha sonra isə Azərbaycanın ən ucqar rayon-
larında məskunlaşacaq. 
16  yaşından  nişanlı  olduğu  mavi  gözlü  Zəhra  xanımla  ev-
lənəndən  bir  il  keçmiş,  1929-cu  ildən  həyatın  keşməkeşli  yol-
larında bir çarpışacaqlar. 
Məhz bu yolda Fərəc bütün varlığı ilə incəsənətə bağlanır.  
Şərqdə  yaradılan  ilk  təhsil  ocağı  sayılan,  SSRİ  xalq  artisti 
Şövkət  Məmmədovanın  rəhbərlik  etdiyi  Teatr  Texnikumunun 
aktyorluq və rejissorluq  fakültələrini bitirir. Bu sahədəki fəaliy-
yətində  Azərbaycanın  ilk  xalq  artisti,  professor  Hacı  Ağa  Ab-
basovun böyük rolu olmuşdur. 
Totalitar  rejim  Fərəcin  iki  dəfə  -  1838  və  1943-cü  illərdə 
NKVD-nin  zirzəmisində  “məsləhət  görülərək”, vərəsə kimi  ona 
gəlmiş  pulların  guya  yetimxanaların  hesabına  keçirilməsinə 
imza atması məcburiyyətində qalmasına səbəb olur. Hər iki dəfə 
Fərəc  Allaha  şükür  edir  ki,  ailəsindən  ayırmadan,  ondan  əl 
çəkdilər. NKVD-nin  yerli şöbəsində qeydiyyatdan keçmək, mi-
ras haqqında müxtəlif sorğu-suallara cavab vermək Fərəcin san-
ki bir iş rejiminə çevrilmişdi. 
Şamaxıdakı  dəhşətli  zəlzələdən  sonra  şəhərdən  Aşqabada 
xeyli  insan  axını  olmuşdu.  Fərəci  isə  tale  Aşqabada  aparıb  çı-
xarır. Burada “Türkmən – Türk” musiqili komediya teatrı yarat-
maq ona nəsib olur. 
Dənizin  o  tayına  işləməyə  getməyə  can  atan  az  tapılardı. 
Təkcə Fərəc Bakıdan uzaq düşmək fürsətini qaçırmır. Aşqabad-


 
104 
da Fərəc yeni işinə köhnə bir binada, demək olar ki, sıfırdan baş-
layır.  Qısa  bir  zamanda  onun  çalışdığı  kollektiv  türkmən  və 
Аzərbaycan dillərində tamaşalar hazırlayır. 
Şəki (keçmiş Nuxa) teatrında işləyərkən o, artıq püxtələşmiş 
- yetkin bir kollektiv yaratmışdı.  
1952-ci ildə Fərəcə xəbər gəlir  ki, vaxtı ilə onun adına Ağa 
Musanın  tikdirdiyi  mülkün  (indiki  Ş.Əzizbəyov  28)  axırıncı 
otağı  da  müsadirə  olunur.  Təcili  Bakıya  dönən  Fərəc,  uzun  və 
gərgin danışıqlardan sonra, 7 nəfər ailə üzvü (artıq Fərəcin  beş 
övladı  var  idi)  ilə  birlikdə  18  metrlik  sahədə  yaşamaq  hüququ 
əldə edir.  
Məhz bu illərdə Fərəc qədim xalq meydan oyunu olan “Qa-
ravəlli”nin  bərpası  və  yenidən  qurulması  istiqamətində  işə  baş-
layır. 
Novruz  bayramına  hazırlıq,  ssenari  yazmaq,  afişaları  tərtib 
etmək, geyim eskizlərini hazırlamaq və hətta kostyumları biçib-
tikmək – bütün bunlar  onun  əməyi sayəsində həyata keçirdi. 
Cəmiyyət  üçün  maraqlı  və  lakonik  mövzular  üzərində  qu-
rulan  satirik  süjetlərin  müəllifi  olmaqla  bərabər  Fərəc  təlxək, 
Kos-Kosa,  keçəl  rolunda  özü  çıxış  edirdi.  Azərbaycanfilmin 
istehsalı  olan  “Yeddi  oğul  istərəm”  filminin  Novruz  bayramı 
səhnəsində Fərəc Nağıyevin  ssenarisindən istifadə olunur. 
SSRİ Xalq Artisti Adil İsgəndərovun müraciətilə “Xırs Qul-
durbasan”  tamaşasına  Proloq  və  Epiloqu  satirik  şeirlərdə  əks 
etdirmək Fərəcə tapşırılır. 
 “Satirikon” teatrının yaradılması ilə demək olar ki, Fərəcin 
aktyorluq  fəaliyyətinin  əsası  qoyulur.  O,  “Kəndlilər”,  “Meh-
man”, “O olmasın, bu olsun” filmlərində müxtəlif rollara çəkilir. 
1973-cü  ildə  atası  Ağa  Musa  kimi  Fərəc  Nağıyev  də  öm-
rünün 70-ci baharında dünyasını dəyişir.  
Yaşadığı  illər  ərzində  miras  qalan  külli  miqdarda  var-döv-
lətin  sahibi  olmayan,  əksinə  ailəsini  aclıqdan  qorumaq  məqsə-
dilə hər bir işin qulpundan yapışan bu istedadlı insanın ömrü be-
ləcə sona çatır. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə