Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə24/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

 
90 
GЮRDЦYЦ XEYİRXAH İШLЯRİN 
KİЧİK SİYAHISI 
 
 
Ağa Musa Nağıyev:  
-
 
4 hamam sahibi olub
-
 
35 yoxsul ailə başçının vəsiyyətinə əməl  edib, onların dəfnini 
Kərbəlada keçirib; 
-
 
Fəhlələrinə  öz  hesabına  toy  edib,  istehsalatda  fərqlənən  işçi-
lərinin təhsil haqqını ödəyib; 
-
 
“Kaspi” qəzetinin nəşrinə xeyli vəsait xərcləyib; 
-  M.A.Əliyev küçəsi 246-da məscid tikdirib; 
-
 
Kislovodskidə  “Xram vozduxa” ona məxsus olub; 
-
 
1879-1880-cı illərdə Qara şəhərdə “Kerosin istehsalı zavodu”-
nu tikdirib;  
-
 
1879-cu ildə əmlakının dəyəri 30.000 manat təşkil edib
-
 
1887-ci  ildə  kapitalın  və  istehsalın  görkəmli  konsentrasiyası 
və sahibkarlığın aksioner firmasının ən çox yayıldığı bir şəraitdə 
adını  daşıdığı  “Neft  Firması”  yaradıb  və  bu  firma  milli  sahib-
karlıq müəssisələri arasında birinci olub; 
-
 
1887-ci  ildə  Sabunçu,  Ramana  və  Balaxanıda  iri  neft  mədən-
lərindəki    çənlərin  sayı  65,  buxar  qazanları  91,  buxar  maşınları 
35-ə  çatmışdı.  512  fəhlə  işləyən  “Neft  istehsalı”  zavodu 
8.060.027  pud  neft  istehsal  edib.  Ramanadakı  buruqlarında  26 
fəhlə, 6 qulluqçu çalışıb; 
-
 
1890-cı  ildə  Ramanadakı  neftlə  zəngin  olan  6  desyatin  yeri, 
daha sonra qonşu sahəni alaraq, şəxsi istehsalını açıb; 


 
91 
-
 
1890-cı  ildə  neftin  ticarət  dövriyyəsi  700.000  manat  təşkil 
edib; 
-
 
1890-cı  ildə əmlakının dövriyyəsi 1,3 mln. manat təşkil edib; 
-
 
1891-1892-ci  illərdə  Qara şəhərdəki  zavodunda 31 buxar ma-
şını,  12  dəmir  yol  rezervuarı  olub.  Zavodun  istehsal  etdiyi  ağ 
neftin  (kerosin)  miqdarı  2,3  mln.  pud  təşkil  edib.  Müxtəlif  isti-
qamətlərə  15  mln.  pud  mazut  və  yüksək  keyfiyyətli  neft  məh-
sullarını ixrac edib; 
-
 
XIX  əsrin  axırlarında  Balaxanı,  Sabunçu,  Əmircan  və  Ra-
manada yeni neft sahələrini icarəyə götürüb
-
 
1900-cü ildə   neftin istehsalı 7,5 mln. puda çatmışdı; 
-
 
1900-cü  ildə  Ramana  sahəsindəki  buruqları  1,1  mln.  pud., 
Sabunçuda  2 mln. pud neft fontan vurub; 
-
 
1901-ci ildə əldə edilən neftin miqdarı Bakının neft paytaxtına 
çevrilməsində böyük rol oynayıb;   
-
 
1901-ci  ildə  Bakıya  Şollar  suyunun  çəkilişində  vəsaitin  75%-
ni ödəyib; 
-  1901-ci  ildə  Sabunçu  sahəsindəki  buruqlarından  10  mln. 
puddan  artıq  fontan  vuran  neft,  bütövlükdə  istehsalın  70%-ni 
təşkil edib; 
-
 
1901-ci  ildə  mədənlərində  əldə  edilən  ağ  neftin  miqdarı  15 
mln. pud təşkil edib; 
-
 
1893-cü ildə I  Gildiya tacir tituluna layiq görülüb
-
 
1893-cü ildə Sorlivo şəhərində iki göyərtəli “Qara şəhər ” adı 
ilə  sifariş  etdiyi  barkas,  başqa  sahibkarların  barkaslarından 
həcmcə fərqlənərək, 38,7 mln. kuba bərabər olub; 
-
 
Sabunçu,  Suraxanı  və  Ramanadakı  neft  mədənlərində  65 
buruğu, “Neftayırma” zavodu və “Mexaniki emalatxana”sı olub; 


 
92 
-  Onun  təşəbbüsü  ilə  keçirilən  “Dilin  bəlası”  və  “Qırt-qırt”        
tamaşalarının  ilk nümayişindən sonra Nəriman  Nərimanova  ba-
ğışladığı  almaz  qaşlı  üzüyün  və  Ağası  Zeynalova  bağışladığı 
qızıl  qol  saatının  bütövlükdə  dəyəri  200  rubl  olub  (Kor.1896. 
nömrə 49);  
-
 
1893-cü  ildə  “Neftçıxarma”  firmasının  gəliri  nəzərdə  tutul-
duğundan 10 mln. manatdan çox olub; 
-
 
1893-1900-cü  illərdə  neftçıxarma  sahələrini  artırmaq  məq-
sədilə neftlə zəngin torpaqlar alıb; 
-   1891-ci ildə satış üçün bütün istiqamətlərdə 2.109.619 pud ağ 
neft,  536  pud  sürtkü  yağı,  3.719.837  pud  mazut  (neft  qalığı) 
göndərmiş; bu kerosinin xaricə eksportu və satışı haqda bir sıra 
razılaşmaların imzalanmasına böyük köməklik göstərmişdir
 -   1891-ci ildə “Qara şəhərə” Şollar suyu çəkdirib; 
-
 
1890-1895-ci  illərdə  Ağa  Musa  Nağıyev  Azərbaycanda,  Ru-
siyada və xaricdə iri neft sahibkarı kimi başqalarından fərqlənib; 
-
 
1891-ci ildə Ramanada bir buruqdan 31000 pud neft əldə edib; 
-
 
1891-ci  ildə  neft  sənayeçiləri  Qurultay  Şurasının  Bakı  “Ağ  
Neft  Zavodları”  Cəmiyyətinin  və  Sərəncam  Komitəsinin  üzvü 
olub; 
-
 
1892-1897-ci illərdə onun qazma buruqlarının sayı 8-ə çatıb; 
-
 
1898-ci ildə 5 şəxsi rezervuarı olub; 
-
 
1898-ci  ildə  daşınan  və  daşınmaz  əmlakının  dəyəri  334.560 
rubl təşkil edib (Muradəliyev səh.142); 
-
 
1898-ci  ildə  Bakı  Politexnikumunun  tikintisinə  100.000  rubl 
ianə verib (Kor 1898 nömrə 87); 
-  1898-ci  ildə  dəmir  yolu  ilə  Batuma  2.405.118,  Rusiya  və 
Qafqaza  273.604;  digər  şəhərlərə  509,  ümumi  -  2.554.937, 
Xəzər dəniz yolu ilə Həştərxana 1.258.55; Petrovski Xəzər dəniz 


 
93 
Kirxasına  52.503,  İrana  24.738;  cəmi  4.785.598  ton  neft 
göndərib; 
-    XIX  əsrin  axırlarında,  XX  əsrin  əvvəllərində  “Neftçıxarma” 
firmasında  istehsal  olunan  neftin  miqdarı  çox  yüksək  olub. 
Burada 20 neft buruğu, 14 neft saxlayan anbarları olub; 
 -  1902-ci ildə  Bakıda neft istehlakçılarının iştirakı  ilə  keçirilən  
Tacirlərin müşavirəsində “Əl üsulunun domna ilə əvəz edilməsi” 
ideyasını irəli sürüb (Rüstəmbəyov “Neft işi”1902 N1); 
            
- Zavod yə Ticarət müəssisələrinin illik ticarət dövriyyəsi 1mln., 
təmiz gəlir isə 200.000 rubl təşkil edib;  
-  1904-1913-cü  illərdə  Azərbaycanda  ən  iri  neft  sahibkarları 
sırasına qatılır; 
-  1904-cü  ildə  əldə  etdiyi  Qara  Qızılın  istehsalı  12,3  mln.puda 
çatıb; 
-  1905-ci  ildə  Tiflisdə  yaradılacaq  Mədrəsənin  tikintisinə  külli  
miqdarda  ianə verib (Kor.1905 N29); 
 
-    1905-ci  ildə  buruqların  sayı  83-ə,  buxar  qazanlarının  31-ə, 
buxar maşınlarının sayı 35-ə çatıb. 6 qaz motoru olub
   
 
  
-    1906-cı  ildə  Balıq  sənayesinin  inkişafında    rolu  böyük  olub. 
Balıq  vətəgələri  üzrə  hərracda  külli  miqdarda  kapital  sərmayə 
qoymaqla ən iri vətəgələri ələ keçirib. ”Kür - Balıq” sənayesində 
çoxluq təşkil edən balıq vətəgələri ona məxsus olub; 
-  1906-cı ildə 600 fəhlə çalışdığı  zavodunda  3mln.741.000 pud 
təmizlənmiş  kerosin,  7  mln.  494.000  pud  neft  qalığı  istehsal 
edilib; 
-    1906-cı  ildə  “Aksioner  Cəmiyyəti”nin  müəssisələrində  242 
işçi qüvvəsi  olub. 1915-ci ildə bu rəqəm 713-ə çatıb.  672 fəhlə-
nin  və  41  qulluqçunun  orta  əmək  haqqı  173.000  manat  təşkil 
edib.  Müvəqqəti  işə  götürülənlərlə  birlikdə  isə  ümumi  əmək 
haqqı 280.000 manatdan yüksək olub; 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə