Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə21/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   17   18   19   20   21   22   23   24   ...   59

 
78 
Cismi burada olsa da, qəlbi Bakıda idi. Vətəndən xoş xəbər, 
müjdə gözləyirdi. Elə bu anda eşik ağasının uzatdığı kağız par-
çası onu xəyaldan ayırdı.  
Hacı Zeynalabdinin sual dolu baxışlarını görən: “Şad xəbər 
var  Hacı,  Bakıdandır.  İsmayıl  əvəzi  oğlum  gəlib  dünyaya”  – 
sözlərini  söyləyərkən,  qulağlarının  tutulduğunu  hiss  edən  Ağa 
Musa  bunun  sevincdən  və  yaxud  kədərdən  baş  verdiyini  başa 
düşmür. 
Artıq  nə  əyanlar,  nə  Rusiyanın  elitar  cəmiyyəti,  nə  də  Çar 
Nikolay Romanov onun gözündə deyildi. 
Bu  ümid  ilə  tezliklə  Bakıya  dönən  Ağa  Musa,  uşağa  Fərəc 
(kədərdən sonra gələn sevinc mənasında) adını verir.  Çox heyif 
ki, bu səadəti o, Fərəc 1903-cü ildə dünyaya göz açandan, yalnız 
16 il yaşayır. 
1919-cu il mart ayının 4-də Ağa Musa Nağıyev dünyasını 
dəyiĢərkən  son nəfəsində:  “Heyif ki,  98  bina  tikdirdim,  sayı 
100 olsaydı, 100 yaĢ yaĢayardım” – sözlərini söyləyir.              
                      
 
 
 
 
 
                          


 
79 
T A R İ X  U N U D U L M U R 
 
R
us  çarizminin  yeritdiyi  müstəmləkə  siyasətindən  Qafqaz 
xalqları içərisində ən çox əzab çəkən müsəlmanlar olub. 1912-ci 
ildə  ibtidai  təhsil  alan  azərbaycanlı  uşaqların  sayı  12  faiz,  orta 
məktəblərdə təhsil alanlar içərisində isə bu rəqəm 2,8 faiz təşkil 
edirdi.  Məhz  buna  görə  o  dövrdə  azərbaycanlı  iş  adamları  mil-
lətini savadlı görmək üçün  əllərindən gələni  əsirgəmirlər.  
Ağa Musa  uzun illər azərbaycanlı tələbələrin  müxtəlif təh-
sil  ocaqlarında  təhsil  almaları  üçün  ildə  8  000  rubl  miqdarında 
vəsait ayırır.  
O  illərdə  departament  direktoru  V.Kovalevski  Bakıda  ko-
mersiya  məktəbinin  yaradılması  təklifini  irəli  sürür.  Binanın  ti-
kintisi  üçün  tələb  olunan  170  min  rubl  miqdarında  vəsait  qısa 
müddətdə toplanır.  
Bu  məbləğin  30  faizini  –  50  min  rubl  H.Z.Tağıyev  ödəyir. 
Rusların  siyasəti  burada  da  özünü  göstərir.  Yəni  daha  çox  eh-
tiyac  duyulan  texniki  və  ya  tibbi  məktəblərin  əvəzinə  kommer-
siya məktəbinin tikilməsi təklifi irəli sürülür. 
Azərbaycanın 11 əski milyonçularından birincisi sayılan Ağa 
Musa Nağıyev tikililərinə və varidatına görə başqalarından fərqlə-
nirdi. 
Saysız tikililəri arasında təhsil, mədəni və məişət obyektləri, 
himayəsinə götürdüyü 100-ə yaxın yoxsul ailəyə göstərdiyi yar-
dım, savad verdiyi soydaşlarımız – bütün bunlar Ağa Musa Na-
ğıyevin  insanlara  və  ümumilikdə  xalqına  olan  sevgisindən,  bir 
şəxsiyyət kimi zənginliyindən xəbər verir.  
Ağa Musa Nağıyevin ən böyük arzusu millətini savadlı gör-
mək idi. Məhz azəri qızların savad alması məqsədilə o, 1907-ci 
ildə Qubernator Əlahəzrətlərinə etdiyi müraciətdə “Realnı mək-
təb”in (indiki Dövlət İqtisad Universiteti) uzun müddət yarımçıq 
qalmış tikintisini başa çatdırmaq üçün 25 000 rubl vəsait ayırdı-
ğını və əlavə olaraq məktəbdə təhsil alacaq 25 qız uşağına hima-
yədarlıq  edəcəyini  bildirmişdir.  Etdiklərinin  müqabilində  Ağa 


 
80 
Musa Nağıyev özünün və vaxtı ilə  bu məktəbin məzunu olmuş, 
erkən  yaşında  dünyasını  dəyişmiş  oğlu  İsmayılın  portretlərinin 
akt  zalında  asılmasını  tələb  etmişdir.  Bundan  əlavə  o,  bu  mək-
təbə bütövlükdə himayədarlıq etmişdir. 
Bu  fəaliyyətlərini  nəzərə  alaraq,  İmperator  Əlahəzrətləri 
1908-ci  ildə  Ağa  Musa  Nağıyevi  “Золотоя  шейная  медаль  на 
Андреевской ленте” medalı; 1910-cu ildə “Орден III степени 
св. Станислава” ordeni ilə təltif etmişdir. 
Totalitar  rejim  bütün  bunlara  son  qoydu  və  Ağa  Musanın 
tikdirdikləri  bütövlükdə  “milliləşdirildi”.  Məktəbdəki  portretlər 
isə “yoxa çıxdı”. 
Bir  neçə  il  əvvəl  yuxumda  gördüm  babamı.  Atamın  danış-
dıqlarından, arxaya dönərkən üzündəki  doğma cizgilərdən tanı-
dım  onu.  Fərq  yalnız  onda  idi  ki,  şəkillərdəki  şəvə  kimi  qara 
saqqalı indi qar kimi ağarmışdı. 
İstədim arxaya dönüb, onu yaxşı izləyim. O, imkan vermə-
yib, dedi: 
92-40-04  telefon  nömrəsini  yaz  ki,  unutmayasan,  zəng 
edərsən. Təkid edib, dedim: – Niyə yazıram, asan nömrədir. Ya-
dımda qalar, qırx və onun əksi – nol dörd. Onun çox inadla söy-
lədikləri  bu  gün  də  qulaqlarımdan  getmir:  –  nol  dörd  yox,  sıfır 
dörd!          
İndi isə sizlərə çatdıracağım nə uydurmadır, nə də ki, əfsanə. 
Ertəsi günü zəng etdim. Qulaqlarıma inanmadım. Sözün əsl 
mənasında  böyük  həyəcan  keçirdim.  Telefon  açdığım  nömrə 
1907-ci  ildə  Ağa  Musanın  tikdirdiyi  “Realnı  məktəb”  –  indiki 
Dövlət İqtisad Universitetinə aid idi. 
Düz deyirlər ki, yuxular çin olur.  
Həmin ildən etibarən bu elm ocağını doğma evim bilirəm. 
Ağa Musa Nağıyevin arzusu – millətini savadlı görmək olub. 
Gənclərin maariflənməsi üçün çalışıb, çox işlər görən xeyriyyəçi 
1907-ci  ildə  məktəb tikdirməklə bərabər, bütövlükdə  ona hima-
yədarlıq  edib,  əlavə  olaraq,  hər  il  25  müsəlman  qızının  təhsil 
haqqını ödəyib. 


 
81 
Bununla  əlaqədar  Əlahəzrətə  etdiyi  müraciətində  dünyasını 
nakam dəyişmiş oğlu İsmayılın və özünün portretlərini məktəbin 
akt zalında görmək arzusunda olduğunu bildirmişdir.    
 
Yüz il sonra, yəni 2007-ci ildə onun bu arzusunu Universitetin 
rektoru  Şəmsəddin  Hacıyev  həyata  keçirdi.  İqtisad  elmləri  dok-
toru, professor, Millət vəkili  –  Şəmsəddin  Hacıyev  cənabları Ağa 
Musa  Nağıyevin  bu  vəsiyyətinə  əməl  edib,  Universitetin  akt  za-
lında hər ikisinin portretlərinin asılmasına nail oldu.    
2011-ci  ildə  Dövlət  İqtisad Universitetinin  80 illiyinin  qeyd 
olunacağı münasibətilə binada aparılan restavrasiya işlərilə əla-
qədar  Şəmsəddin  Hacıyev  cənabları  -  Ağa  Musa  və  İsmayıl 
Nağıyevlərin portretlərinin yenidən işlənilməsinə qərar verdi. 
Belə  bir  insani  əməllərinə  görə  ona  minnətdarlıq  edəndə  və 
ömrü  boyu  qarşısında  borclu  olduğumu  bildirəndə,  Şəmsəddin 
Hacıyev cənabları təvazökarlıq edərək, bu hərəkətini Azərbay-
canın oğlu olaraq özünə borc bildiyini söylədi. 
A.M.Nağıyev adına “Milli Dəyərlərin Qorunması” təşkilatı – 
bu insani keyfiyyətlərini, təhsil sistemində müstəsna rolunu, elə-
cə də iqtisad elminin dünya standartlarına çatdırılmasındakı xid-
mətlərini  nəzərə  alaraq,  “Şöhrət”  ordenli  Şəmsəddin  Hacıyevi 
“Ziyalı zirvə” Musa Nağıyev diplomu ilə mükafatlandırıb.       
            
 
P.S.: İqtisad Universitetində xeyriyyəçinin ruhunu yaşatmaq məq-
sədilə təhsildə fərqli tələbələrə təyin edilmiş “Musa Nağıyev” təqaüdü 
bu gün də ənənə kimi qorunub saxlanılır. 
Universitetin  “Biznes”  fakültəsinin  müəllimi  və  “Tələbə-Gənclər 
Təşkilatı”nın  sədri,  1982-ci  il  təvəllüdlü  Məmmədov  Ramil  Əlifağa 
oğlu  tələbə  ikən  bu  mükafata  layiq  görülüb.  Söhbət  zamanı  aldığı 
“Musa  Nağıyev”  təqaüdünün  maddi  cəhəti  deyil,  mənəvi  cəhətinin 
onun üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bildirdi. 
R.Məmmədov onu da bildirdi ki, Universitetin Rektoru Şəmsəddin 
Hacıyev  cənabları  institutda  təhsil  alan  tələbələrə  Ağa  Musa  Nağı-
yevin fəaliyyəti və xeyriyyəçiliyi haqda geniş məlumat verir ki, bunun 
da gənclərin bu ruhda tərbiyə olmalarına təsiri az olmayır. Artıq bu, 
bir ənənə şəklini alıb. 
Universitetin  müəllim  kollektivi  bu  iman  sahibini  hər  zaman  eh-
tiramla yad edir. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə