Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə29/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   25   26   27   28   29   30   31   32   ...   59

 
108 
AЬA MUSANIN QAMЯTİ   
MЯЬRUR OLUB 
 
A
ğa Musanın ağayanə yerişi, duruşu və hər zaman dik sax-
ladığı qaməti onun keçmişindən xəbər vermirdi. 
Kasıbçılığı heç vaxt özünə nöqsan tutmazdı, amma nə vaxt-
sa hamballıq etdiyinə inanmaq da olmazdı.  
Alnı  geniş,  kirpikləri  sıx  olub.  Elə  bil  alnında  gələcəyin 
xəritəsi cızılmışdı. Hər dəfə kresloda mürgü vurarkən, atası Hacı 
Nağı gözünün önünə gələr və deyərdi: “Oğul, varlanmısan, ma-
şallah olsun. Binaların sayını artırmaq yadından çıxmasın...” 
Hövlanək  yuxudan  ayılan  Ağa  Musa  ekonomistinə  bir  də 
binalarının  siyahısını  hazırlamağı  tapşırar  və  ürəyində  atası  ilə 
danışardı:  “Xeyir  ata,  hələ  100-ə  çatmayıb.  Rahat  yat,  söz  ver-
diyim kimi 100 bina tikdirəcəyəm. Axı  sənin vəsiyyətin  mənim  
arzuma çevrilib”. 
Qurani  Kərimdə  də  deyilir  ki,  çox  mülk  tikdirən,  çox  ya-
şayar.  
Ağa Musa Nağıyevin arzusu çox yaşamaq idi. 
İçkiyə meyilli olmayıb. Hərdən bir viski içməklə bir az şıl-
taqlıq  edər  və  bununla  bir  növ  özünün  elitar  cəmiyyətdən  geri 
qalmadığını təsdiqləyərdi.   
Dayələrin, qulluqçu və nökərlərin sayından asılı olmayaraq, 
çox  hörmət  bəslədiyi  ömür-gün  yoldaşı  Ümma  Səlmə  xanımın 
ona  qulluq  etməsini  xoşlayar,  zarafatla  deyərdi:  “Misal  var  ki, 
gəzməyə qərib ölkə, ölməyə  Vətən  yaxşıdır. Mən isə bu misala 
əlavə edərdim ki, bütün xidmətlər bir tərəfə, amma halal arvadın 
xidməti başqa şeydir”. 
                
                    


 
109 
HЯRЯKЯT EDİB,   
BЯRЯKЯT SAHİBİ OLDU 
        
A
zərbaycanda  sahibkarlığın,  milli  burjuaziyanın  tarixindən 
söhbət  açanda,  ilk  növbədə  məşhur  xeyriyyəçilərimiz  yada  dü-
şür. Hansılar ki, vaxtı ilə Azərbaycanı təkcə Qafqazda və Rusi-
yada deyil, xaricdə də tanıdıblar.  
Ağa  Musa  Nağıyevin  dövrü,  fəaliyyəti,  işgüzarlığı,  halal 
zəhməti  layiqincə  qiymətləndirməyi  bacarması  və  qənaətçilliyi 
barədə faktlar indi lazımıncadır – desəm, yanılaram. Çünki onun 
gördüyü  böyük  işlərin,  əməllərin  üstünə  kölgə  salınmışdı.  O, 
inqilabdan  qabaqkı  Bakımızın  formalaşması  üçün  böyük  əmək, 
enerji və vəsait sərf  etmişdir.          
Ağıl və zəkamızın indiki milli dönüş dövründə nə üçün Ağa 
Musa  kimilərin  etdiklərini  yad  etməyək?  İllərin  buraxdığı  izlər 
sübut  edir  ki,  Ağa  Musanın  etdiklərinin  qiymətləndirilməsinin 
vaxtı çoxdan çatmışdır. Buna onun haqqı çatır. 
Arzumun  ən  uca  nöqtəsi  odur  ki,  etdiklərinə  rəğmən  Ağa 
Musa yaddaşlarda “Böyük insan” kimi qalsın. 
Düşünürəm  ki,  xeyriyyəçilərimizin  davamçıları  olarsa,  bir 
çox milli problemlərimizin həlli tapılar. 
Hər  kəs  qismətinə  düşən  ömür  payını  yaşayır.  Və  deyirlər 
ki,  tanrı  öz  bəndələrinin  taleyini  elə  ana  bətnindəcə  yazır.  İn-
sanlar  isə  alnındakı  yazı-pozudan  xəbərsiz,  qonaq  olduğu  bu 
məmləkətdə  çox  şeylərə  sahib  olmaq    istəyir.  Bəlkə  də  hər  kəs 
öz alın yazısından, tale qismətindən az-çox xəbərdar olsaydı, gö-
zünü çox şeylərdən çəkərdi.  
Dünyada elə qəribə hadisələr, gözlənilməz təsadüflər baş ve-
rir  ki,  insanın  ömür  yolunu  dəyişir,  onun  yolunu  tamam  başqa 
səmtə, başqa yana yönəldir. O yolun işığı, zülməti isə yenə Tanrı 
payıdır.  


 
110 
Amma  belə  bir  məsəl  var,  Tanrı  deyir,  “Səndən  hərəkət, 
məndən  bərəkət”.  Hərəkət  edib,  bərəkət  sahibi  olub  Bakının  
milyonçusu Ağa Musa Nağıyev. 
XIX  əsrin ortalarında Azərbaycanda Rusiya,  Fransa, Alma-
niya və eləcə də Nobel qardaşlarının iri neft kompaniyaları fəa-
liyyət  göstərib,  gəlir  əldə  edirdilər.  Onlar  Azərbaycanı  çapıb, 
talayırdılar.  Məhz  bu  dövrdə  milli  kapitalistlər  -  əsilzadə  mil-
yonçularımız meydana gəlir. 
Onlar milyonlarını Azərbaycanın inkişafına, milli kadrların, 
dövlətçilik ideyalarının yaranmasına, gənclərin maariflənməsinə
binalar ucaltmağa sərf ediblər. 
Hacı  Zeynalabdin  Tağıyev,  Ağa  Musa  Nağıyev,  Murtuza 
Muxtarov,  Şəmsi  Əsədullayev  kimi  şəxsiyyətlər  mənəviyyatı-
mızı, iqtisadiyyatımızı, bütövlükdə dövlətçiliyimizi qoruyublar. 
1918-ci il mart qırğınları başlayarkən yığıncaqlardan birində 
Ağa Musanın çıxışı  hamını  riqqətə gətirmiş  və onu dinləyənlər  
göz yaşları axıtmışlar: 
“Mötəbər  insanların  çıxıĢlarından  sonra  məni  həyəcan 
hissi bürüdü.  
Mən belə anladım ki, ruslar türkləri, türklər erməniləri, 
ermənilər bizi, biz isə rusu məhv etmək niyyətindəyik. 
Məni  ən çox narahat  edən  gənclərin aqibəti, ana dilimi-
zin  məhvə  uğraması,  xəstəxanaların  vəziyyəti,  insan  azadlı-
ğıdır. Bunlar bir tərəfə. EĢidəndə ki, məktəblərdə cəfəngiyat 
danıĢırlar, düĢünürəm ki, bu məktəb bizə lazımdırmı? 
Əgər  qəlbi  yaddan  çıxarıb,  bədəni  müalicə  edirsənsə  - 
xəstəxanalar bizə lazımdırmı? Bizim qəlbimiz də, könlümüz 
də Allahın əlindədir. Əlbəttə, hər bir xalq elə düĢünür ki, on-
ların Allahı ayrı-ayrıdır. Amma bilin və agah olun ki, imam-
ların  dili  ilə  danıĢan  Allah  təkdir.  Biz  hamımız  Allahın  ya-
ratdıqlarıyıq.  Bundan  irəli  gəlir  ki,  mən  Ġsa  Peyğəmbərə, 
Musa Peyğəmbərə, Konfusiya, Buddaya və Məhəmmədə ina-
nıram.  


 
111 
Bax, bunu biz xalqa bəyan etməliyik. Onları baĢa salma-
lıyıq ki, nə ağ var, nə də qara. Çünki qarada ağ rəng gizlə-
nir, ağda isə qara rəng.  
Bunları  duyaraq  çalıĢmalıyıq  ki,  heç  kəsə  ziyan  dəymə-
sin.  
Çünki  biz  insanların  bir  hissəsiyik  və  bizim  kiçik  his-
səmiz hər bir insanın daxilindədir”...     
Min əziyyətlə qazanılan dünya malını heç kim özü ilə nahaq 
dünyadan haqq dünyaya aparmayıb. Qalan yalnız yaxşı ad, xeyir 
əməllər  və  bir  də  tikilib  yaradılan  –  xalqın  xidmətinə  verilən-
lərdir. 
Lakin  hərdən  tarixin  ədalətsizlikləri  ilə  üzləşirik.  Xeyir 
əməllər unudulur, çatışmayan bir cəhət isə şişirdilir və bu gələ-
cək nəsillərə təhrif olunmuş şəkildə çatdırılır. 
Şəxsiyyəti tarixin yaddaşında təhrif olunmuş xeyirxah azər-
baycanlılardan  biri  Ağa  Musa  Nağıyev  haqqında  açıqlama  ver-
məyi borc bilib, bu yazıya müraciət etdim. 
Dünənimizlə maraqlananlar, tarixi keçmişimizə nəzər salan-
lar  Ağa  Musa  Nağıyevi  əfsanəvi  milyonçu  və...  xəsis  bir  adam 
kimi qələmə veriblər.  
Bu doğrudanmı belədir? 
Sordular: “Xəsis kimdir?” Dedilər: “İmkanı olub, əl tutma-
yan”. Ağa Musa “Əl tutmaq Əlidən qalıb” məsəlinə riayət edə-
rək ondan imdad gözləyənlərə əl tutub - həm dirilərə və həm də 
ölülərə.  Ġmkansızların  vəsiyyətinə  əməl  edərək  35  nəfərin 
dəfnini müqəddəs Kərbəlada keçirib.  
Tikililərinin  qarşısından keçəndə, ürəyimiz  yanıb Şollar su-
yu  içəndə,  “İsmailiyyə”ni  seyr  edəndə,  xəstələnib  yolumuzu 
tikdirdiyi  xəstəxanalardan  salanda  Ağa  Musa  Nağıyevi  sadəcə 
bir söz ilə “Ruhu şad olsun” – deyib, yad etməklə onun qiymə-
tini vermiş oluruq.    
 
  
 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə