Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə26/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   22   23   24   25   26   27   28   29   ...   59

 
98 
olaraq “Xatirə lövhəsi”nin vurulması məsələsi məni çox narahat 
edir. 
28  May  küçəsini  bütövlükdə,  başdan-başa  bəzəyən  12-yə 
qədər  binasının  üzərindəki  Venzel  (MN)  isə  bəzi  şəxslər  tərə-
findən silinməkdə davam edir. Elə bil bilərəkdən Ağa Musa  bu 
binaları  izinin  itməməsi  üçün  tikmişdi.  Xəstəxanadan  adının 
götürülməsi  də heç kimi narahat  etmir. Onun haqqında düzgün 
məlumatları  aşkar  etmək  məqsədilə  kitab  yazdım.  Dünya  Azər-
baycanlıları  Komitəsi  və  İqtisad  Universitetində  bu  gün  onun 
portretlərinin  asılmasına  nail  oldum.  Hər  il  onun doğum  və  və-
fatı  gününü  qeyd  etməyi  özümə  borc  bilirəm.  Hərdən  onun 
binalarının  sökülüb,  yerində  göydələn  tikilməsinin  qarşısını  al-
maq  üçün mübarizə aparmalı da oluram. 
Yeri  gəlmişkən  qeyd  etməliyəm  ki,  Bakı  İcra  Hakimiyyəti 
indiki  “ÜNS”  Teatrının  özülünün  də  Ağa  Musanın  tikilisi  üzə-
rində  qurulması  üçün    çəkdiyim  əziyyətlərin  şahidi  olub.  Vur-
duğum həyəcan təbilinə görə və binanın sənədinə əsaslanaraq bu 
sahədə qələbə çalmağa nail olmuşam. 
İllər  keçdikcə,  nə  vaxtsa  paxıllıq,  konkurensiya  qısqanclığı 
və  düşmənçilik  məqsədilə  babama  verilmiş  xəsis  damğasından 
onu xilas edəcəyimi heç ağlıma da gətirməzdim. 
 
 
 
         
 
 
                                  


 
99 
49-cu BİNASINI TAPANDA 
 
B
ir  əsrdən  çoxdur  ki,  Ağa  Musa  Nağıyev  tərəfindən  inşa 
edilmiş  binalar  Bakının  bu  günkü  görkəmində  də  samballı  çə-
kisilə diqqət cəlb edir. 
Hər bir tikilisini – seyr edib, orijinal ornamenti ilə zövq ox-
şayıb,  düşünməyə  məcbur  edən  bu  binalar  hər  an  Ağa  Musanı 
yaddaşlara salır. 
Yalnız  həyat  ilə  döyüşə  bilən  kəs  qarşısındakının  döyüşçü 
olduğunu  sübut  edə  bilər.  Ağa  Musa  belələrindən  olub.  Həyat 
onun güclü olduğunu hiss edib, ona yol açmışdı. 
Samançı  oğlu  Musanın  11  yaşından  hamballıq  edib,  əlinin 
qabarı,  ayaqlarının  döyənəkləri  nəticəsində  qazandığı  pulun  he-
sabına tikilən bu evlər onun ruhu kimi narahatdır. 
Binalarını  bəzəyən  Venzelləri  –  xeyriyyəçilik  modeli  olan  
imzası  səbəbi  bəlli  olmadan  bəzilərinin  üzərindən  silinmək  üz-
rədir. 
1998-ci ilin yayın cırhacırında xeyriyyəçinin qəbri əbədiləş-
dirilərkən güclü yağış yağanda, bəlkə də təbiət onun acı taleyinə 
ağlayırdı.  Bəlkə  də  bu  ona  qarşı  olan  haqsızlığa,  biganəliyə  bu 
bir protest idi. 
...Atam bizə çox az danışardı Ağa Musa haqqında. Səbəb?  
Görünür,  1929-1952-ci  müdhiş  illərin  yaddaşlardan  silin-
məyən izləri idi buna səbəb. 
Biz balaca ikən evdə qara şeypura bənzər radiomuz var idi. 
“Artıq”  söhbət  olanda,  atam  barmaqlarını  dodaqlarına  aparıb, 
bununla bizə susmağı işarə edirdi.  Çünki o, 1938-1843-cü illər-
də  NKVD-nin  zirzəmisində  adına  gəlmiş  pullardan  “imtina 
etməsi” məsləhət görüləndə, bəzi anları yaşamalı olub. 
Ailədə ən kiçik olan məni və qardaşım Çingizi anamız yaxşı 
pendir almaq üçün “Şaxnoviç mağazası” kimi məşhur olan yerə 
göndərəndə  bu  bina  haqqında  təsəvvürümüz  belə  yox  idi.  Çox 
illər  keçdikdən  sonra  bu  gözəl  binanın  Ağa  Musa  tərəfindən  ti-
kildiyi haqda sənədlər əlimə keçdikdə, sözün əsl mənasında şok 


 
100 
keçirdim. Rəsul Rza 36 da ucalan bu binanın üzərindəki gözəl-
liyin  ən  cəzb  edici  venzelə  baxanda  və  burada  Ağa  Musanın 
“Balıq kontoru”nun yerləşdiyindən xəbərdar olanda hansı hisslər 
keçirdiyimi qeyd etməkdə çətinlik çəkirəm.  
Apardığım araşdırmalar zamanı belə hallar çox olub. Axı o 
vaxt  atam necə  deyə  bilərdi  ki,  Baş  Poçtun  binası,  Zabitlər evi, 
Tibb  İnstitutunun,  İncəsənət  İnstitutunun  binaları  bizə  aid  olub. 
Mən    həmin  küçədə  yerləşən  İncəsənət  İnstitutunda  oxuyarkən, 
bir  dəfə  atam  məndən  soruşdu  ki,  binaya  daxil  olarkən  hansı 
hissləri keçirirsən?  
O  zaman  sualın  mənasını  duymadan  demişdim  ki,  fəxr 
edirəm ki, ali məktəb tələbəsiyəm. Atamın nəzərlərini gözümün 
önündə canlandırıb, nə istədiyini sonralar  başa düşdüm.  
Artıq  5  ildən  yuxarı  idi  ki,  tədbirlərdə  tanış  olduğum  Tey-
mur  bəy  mənimlə  Ağa  Musa  haqqında  sual  cavab  edirdi.  Onun 
“Qara  şəhərdə”ki  fəaliyyətindən,  burada  qızlar  üçün  yataqxana 
tikdirdiyindən söhbət açırdı. Zavodda işləyən qızların gecə növ-
bəsindən sonra şəhərə qayıtmaları çətinlik yaratdığından, bu bi-
nanı onların gecələməsi üçün tikdirmişdi. 
Elə bu insanın təkidi ilə mən “Qara şəhərə” üz tutdum. 
Ağa Musanın “Qara Şəhər”də 6-cı Çernoqorodskaya və 2-ci 
Zavaqzalnı  küçələrinin  kəsişdiyi  yerdə  2  mərtəbəli  böyük  bir 
sahədə  yerləşən  (indiki  N.Əliyev  10)  binanın  qarşısında  dayan-
dıq. O zaman İranın Sərab kəndindən gələn köçkünləri Ağa Mu-
sa  bu  binada  yerləşdirmişdi.  Hansılar  ki,  1918-ci  ilin  mart  qır-
ğınları zamanı sözün əsl mənasında “ətdən” (insanlardan) çəpər 
düzüb,  düşmənin  “Qara  Şəhər”ə  –  neft  zavodları  olan  məkana 
girməsinə yol verməmişlər. 
Hadisədən  atasının  danışıqlarından  xəbərdar  olan  Teymur 
bəy binanı  göstərib, onun kiçik tarixçəsindən söhbət açdı. Artıq 
binanın  düz  yarısı  elə  bil  bıçaqla  kəsilmiş  və  həmin  yerdə  23 
mərtəbəli “göydələn” (bina) ucaldılıb. 


 
101 
70 yaşlı İsmayıl Tençurin, milliyyətcə tatar olan bir nəfər ilə 
görüşdük. İsmayıl da bu bina haqqında atasından eşitdiyini bizə 
nağıl etdi:  
-  Bina  “Amerikanka”  və  “Naqiyevskiy  dvor”  adı  ilə  “Qara 
şəhər”də  məşhur  olub.  Yeni  tikilən  göydələn  tərəfdə  o  vaxtlar 
Ağa Musanın çörək  sexi olub. 
Bina  ilə  üz-üzə  dayanan  “Qadın  həbsxanası”nın  yerində 
onun un anbarı olduğunu söylədi. Binanın bu gün də xarici gör-
kəmini  itirməyən  taxta  eyvanda  işin  sonunda  Ağa  Musanın 
əyləşdiyini və arabadan boşaldılan un kisələrini saydığını söylə-
dikdən  sonra,  onun  özündən  başqa  heç  kimə  inanmadığından 
bunu etdiyini dedi. İ.Tençurin onu da əlavə etdi ki, atam deyərdi 
- Ağa Musa çox səxavətli olub, amma yalana və aldanmaya yol 
verməzdi.  Bir  sözlə  düzgünlük  tərəfdarı  olub.  Belə  bir  binanı 
heç kim heç kəsə bəxşiş etməzdi. O vaxtlar atam burada təmən-
nasız qalırdı və indi mən də bu binada yaşayıram. Onu da qeyd 
etdi ki, yer çox sərfəli olduğundan, sakinləri artıq xəbərdar edib-
lər ki, bu tərəfi də sökəcəklər. 
Həsrətlə  binaya  baxdım,  bir  anlıq  eyvanda  elə  bil  babamın 
kölgəsini  gördüm.  Hətta  onunla  danışdım:  Sən  nə  böyük  ürəyə 
malik olmusan, baba – dedim. Bəs niyə haqqında nahaq danışan-
lar tapılır? Bilirsiniz mənə nə dedi?: 
“Ay  mənim  balam,  haqq  nazilər,  amma  üzülməz.  Sən  indi 
çox şeydən xəbərdar oldun”. 
Mən dedim: Yox, baba, haqq üzülmür, sadəcə, haqq gec də 
olsa yerini tutur... 
 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə