Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə34/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   30   31   32   33   34   35   36   37   ...   59

 
128 
KЯRBЯLA HЯSRЯTLİ  
AЬA MUSA  
 
A
ğa Musa Nağıyevin vəsiyyəti olub ki, onu Kərbəlada oğlu 
İsmayılın yanında dəfn etsinlər. Zaman-zaman baş verən hadisə-
lər onun vəsiyyətinin üzərindən xətt çəkdi... 
İstirahətdən  qayıdarkən  yol  boyu  hər  zaman  olduğu  kimi 
Ağa  Musa  haqqında  sorğu-suallara  geniş  və  ətraflı  cavablar 
verdikcə elə bil yüngülləşirdim. Söhbətə qoşulan Azadə Taleh 8-
ci dəfə idi Həcc ziyarətinə hazırlaşırdı. Ağa Musanın “Əmanət” 
qəbrinin  dörd  dəfə    məcburi  yerini  dəyişməsini  təkrar  eşidən 
Hacı  xanım,  onun  daimi  qəbri  üstündən  torpaq  aparıb, 
Kərbəlada kəfənləyib basdırmağı boynuna götürdü.  
Artıq  Ağa  Musanın  ölümündən  93  il  keçsə  də,  vəsiyyətinə 
əməl  olunmadığı  üçün onun “Kərbəla həsrətini” bu  yol  ilə ara-
dan götürməyə qərar verən Hacı xanım, ertəsi günü sübh nama-
zından sonra gördüyü yuxunu danışmaqla məni şoka saldı: 
 “Əlində  əsa  olan  saqqallı  bir  kişi  əlimdən  tutaraq,  hərdən 
havada uçaraq məni harasa aparırdı.  
Çatdığımız məkanın İraqda İmam Hüseyn ziyarətinin Kərbə-
la olduğunu anladım.  
Mənə: “Dilarənin verdiyi 10 dollara kəfən al, torpağı və şək-
limi burada dəfn et” - deyəndə, bu insanın Ağa Musa olduğunu 
başa  düşdüm.  Onun  köməyilə  “dəfn  mərasimini”  başa  vurduq.  
Ona  Ağa  Musa  dayı  deyib,  müraciət  edəndə,  məni  dayı  deyil, 
Kərbəlayi    çağır.  Nəhayət  ki,  oğlumun  yanındayam  –  dedi  və 
yoxa çıxdı”.  


 
129 
Gördüklərinin  təsirindən  hövlanək  ayılan  Hacı  xanım  tele-
fonda  yuxusunu  mənə  danışarkən  keçirdiyim  anları  kağız  üzə-
rinə köçürməkdə çətinlik çəkdim. 
Yolüstü    Beş  barmaq  adı  ilə  məşhur  olan  Xıdırzında  Baba 
ziyarətində elə bu barədə danışmışdıq.  
Elə bil söhbətimizdən xərbərdar idi Ağa Musa.  
Çox  illər  keçsə  də,  atanın  ruhu  Biləcəridə,  oğlunun  ruhu 
Kərbəlada  -  bu  ayrılığı  kədər  hissilə  qarşılayıram.  Bəlkə  də  bu 
yuxu mənə yüngüllük gətirəcək? Çünki görüntülərin həyata keç-
məsini artıq Hacı xanım Azadə öz üzərinə götürüb.  
İnanın,  yuxular  çox  vaxt  çin  olur.  İndi  mən  2011-ci  ildə 
Həcc ziyarətinin başlandığı günü səbirsizliklə gözləyirəm.          
 
Nabran- Bakı 
 
7 sentyabr 2011-ci il 
 
 


 
130 
XEYRİYYЯЧİ   
AYDIN QURBANOVUN  XATİRЯSİNЯ   
İTHAF  OLUNUR 
 
B
acım Solmaz xanım və mən bu insan ilə görüşəndə nə isə 
bir doğmalıq hiss etdik. Axı xeyriyyəçilik bizim nəslin genindən 
irəli gəlir. Düz deyiblər ki, igidin adını eşit, üzünü görmə. Artıq 
müasir  dövrün  xeyriyyəçiləri  sırasında  birincilik  qazanan  mil-
yonçu  Aydın  Səməd  oğlu  Qurbanovun  –  bu  igidin  adı  respub-
likadan kənarda da məşhur idi. 
Səhhətinin  getdikcə  daha  da  pisləşdiyinə  baxmayaraq  mil-
yonçu  Aydın  Qurbanov  xeyriyyəçilik  əməllərini  daha  da  geniş-
ləndirirdi. Elə bil həyat ilə vaxtsız vidalaşacağını duyurdu. Çox 
tələsirdi, çox etdiklərini az bilirdi.  
2003-2004-cü  illərdə  gördüyü  işlərdən  ən  əsası  nəhəng  bir 
işi öhdəsinə götürüb və onu sona yetirmək oldu. Xristian dininə 
xidmət  göstərərək  Ģəfa  tapacağına  ümüdlü    oldu  Aydın 
Qurbanov... 
Hərbi  şəhərcikdə  yerləşən  “Храм  Святых  Жен  Мироно-
сец”  məbədini  tam  bərpa  etməyə  həm  maddi  luzum,  həm  də 
mənəvi  güc tələb olunurdu. Belə bir möhtəşəm  işin  öhdəsindən 
yalnız Aydın Səməd oğlu kimi oğul gələ bilərdi. 
Bütün bunlar ona güc versə də, amansız xəstəlik öz işini gö-
rürdü. Lakin o, tutduğu amalından geri dönən deyildi. 
Bu  hadisə  mənə  və  bacım  Solmaz  xanıma  doğma  olduğun-
dan sevincimiz iki qat idi. Belə ki... 
...  “Qırmızı  Şərq”  Hərbi  şəhərcikdə  1886-cı  ildə  tikilmiş 
“Kafedralnıy  Sobor”  kimi  məşhur  olan  “Храм  Святых  Жен 
Мироносец”  məbədinin  1988-1990-cı  illərdə  fəaliyyəti  birdən-
birə  dayandırılır.  Məbəd  əvvəlcə  hərbi  qulluqçuların  idman  za-
lına,  sonradan  hərbi  silahların  saxlandığı  anbara  çevrilir,  daha 
sonra isə burada xoşagəlməz hadisələr baş verir...  


 
131 
Amma  böyük  Allah  bütün  bunlara  biganə  qalmır.  1990-cı 
ildə burada  böyük  yanğın baş  verir. Artıq   tamam  yararsız hala 
düşmüş məbədin vəziyyəti heç kəsi maraqlandırmırdı. 
1952-ci  ildən  bu  şəhərcikdə  yaşayan  bütün  sakinlər  kimi 
bacım  Solmaz  xanımın  ailəsi  də  bu  məbədin  zənginə  o  qədər 
alışmışdılar ki, hətta vaxtı da bu zəng ilə təyin edirdilər. Burada 
yaşayan  xristianların  ibadət  yerinin  olmaması  Solmaz  xanımın  
mühəndis oğlu Elşanı çox düşündürürdü.  
O,  nənəsi  Zəhra  xanımla  bu  barədə  məsləhətləşərkən  ondan 
bu sözləri eşidir: “Məbədi əvvəlki vəziyyətinə qaytarmaq fikrini 
bəyənirəm.  Allah  birdir.  Allah  evini  bərpa  etmək  niyyətin  xe-
yirxah  niyyətdir.  Ulu  baban  Ağa  Musa  da  “Lüteran  Kirxası”nı 
və  məscid  tikdirib.  Demək  bu  istək  sənə  qanla  keçib.  Bəlkə  də 
anamın  xristian  olması  və  sonradan  müsəlman  dinini  qəbul  et-
məsi də sənə bu addımı atmağa vadar edir”. 
Elşanın ruhanilər idarəsilə apardığı danışıqlar və yazışmalar 
nəticəsində burada təmir işləri başlayır və tez bir zamanda onun 
zəngləri Hərbi şəhərciyi yenidən yuxudan oyadır. 
Elşanın  mükafatı - Ruhanilər idarəsinin  Baş ruhanisi  ata və 
oğul Novokovskilərin bağışladığı dini kitabın üzərində qoyduq-
ları  dərkənar  oldu:  “Kilsənin  təmirində  və  yenidən  bərpasında 
böyük zəhməti olan Elşanın və qızı Leylanın başı üstündən Alla-
hın xeyir duası əskik olmasın”.  
Aydın Qurbanov 1999-2000-ci ildə bu Kilsədə başladığı ye-
nidən bərpa işlərini qurtarar-qurtarmaz bizimlə - xeyriyyəçi Ağa 
Musanın  nəvələri  ilə  görüşdü.  Çox  heyif  ki,  dostluğumuz  uzun 
çəkmədi. Planlarımız böyük idi. Fələk qoymadı. 
Sağlamlığını  getdikcə  itirən  xeyriyyəçi  Aydın  Səməd  oğlu  
2002-ci ildə məbədi demək olar ki,  yenidən tikdirdi. İndi  onun 
hər bir tədbirində bizim xüsusi yerimiz var idi. 
Amma uğurlarına sevindiyimiz qədər də biz - iki bacını na-
rahat  edən  bu  gözəl  insanın  taleyi  idi.  Bəlkə  elə  bizi  yaxınlaş-
dıran da onun bu acınacaqlı taleyi idi?  


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə