Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə33/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   29   30   31   32   33   34   35   36   ...   59

 
124 
sələrdən  olub,  texniki  cəhətdən  yaxşı  təchiz  olunmuşdu.  Müəs-
sisəni  26  fəhlə  və  6  qulluqçu  idarə  edirdi.  Burada  13  buxar 
qazanı, 12 dəmiryolu rezervuarı olub. 
Həmin  ildə  2,3  mln  pud  ağ  neft  (kerosin)  istehsal  edilir. 
İstehsal  etdiyi  15  mln.  pud  mazut  və  yüksək  keyfiyyətli  neft 
məhsulları müxtəlif istiqamətlərə göndərilirdi.  
Neft  məhsullarını  daşımaq  üçün  firma  tərəfindən  bir  neçə 
barj icarəyə götürür. 
1893-cü  ildə  Sorlivo  şəhərində  iki  göyərtəli  “Qara  şəhər” 
adlı barkas (şkuna) sifariş edir.  
Azərbaycanda digər sahibkarlardan fərqli olaraq, Ağa Musa 
Nağıyevin barkasının həcmi böyük olub, 38,7 min kub fut təşkil 
edirdi.               
Neftçıxarma sahələrini artırmaq məqsədilə Ağa Musa neftlə 
zəngin olan yeni torpaq sahələri alır. Belə ki, icarəyə götürdüyü 
sahələri XIX əsrin son illərində Balaxanı, Sabunçu, Əmircan və 
Ramanada idi. Onun qazma buruqlarının sayı 8-ə çatmışdı. Əv-
vəllər neft saxlamaq üçün başqa neft sahibkarların anbarlarından 
istifadə  edən  Ağa  Musa  Nağıyev  1898-99-cu  illərdə  daha  bir 
“Neftayırma zavodu” quraşdırır. Burada işləyən fəhlə və qulluq-
çuların sayı 226 nəfər təşkil edir. Onlara verilən aylıq mükafatın 
miqdarı 7 min rubl təşkil edib, hər fəhlənin payına düşən 32 rubl 
isə  Ş.Əsədullayevin  və  M.Muxtarovun  müəssisələrində  verilən 
puldan çox idi. 
XX əsrin ilk illərində Ağa Musa Nağıyevin neftayırma sahə-
lərində  neftin  güclü  fontan  vurması,  firmanın  istehsal  xarak-
terinə və fəaliyyətinə müsbət təsir göstərir.   
1900-cu ildə Ramana sahəsindəki buruqlar 1,1 mln.pud neft 
vurur. Sabunçuda isə bu rəqəm 2 mln. pud neft təşkil edirdi.  
Ağa Musa Nağıyev üçün o biri illər də uğurlu olur: 
Sabunçu sahəsində 10 mln. puddan artıq alınan neft – ümu-
mi istehsalın 70  faizini təşkil edir. Onun sahələrində 20 buruq, 
14 neft saxlayan anbar var idi.  


 
125 
Firmanın zavodlarında istehsal getdikcə artır, realizə olmuş 
məhsuların həcmi çoxalırdı.  
1907-cı ildə Ağa Musanın  müəssisələrində  əsas kapital 10 
mln.  rubl  təşkil  edirdi.  O,  adını  daşıyan  “Neft  Sənayesi”  və 
“Ticarət Aksioner” Cəmiyyətlərini  də yaradır.    
  
P.S.  Uzun  illər  Nağıyevlər  nəsli  qorxu  içərisində  yaşa-
mışdı.  Azadlığı,  müstəqilliyi  sərvət  kimi  qəbul  etdiyim  üçün 
düşünürəm  ki,  qədim  xalqımızın  tarixi  şəxsiyyətlərinin  həyatını 
bu  günə  və  sabaha  çatdırmaq  hər  birimizin  borcudur.  Keçmi-
şimizi öyrənməklə daha böyük uğurlar əldə edə bilərik. 
Arxivşünas  Maarif  Teymur  ilə  tanışlığım  zamanı  dediyi 
sözləri: “Belə şəxsiyyətləri bir yerə toplamaq, onların fəaliyyə-
tini öyrənmək  cəsarətini Dilarə xanımdan öyrənmək lazımdır”- 
əməyimə  verilən  qiymət  kimi  qəbul  edib,  Bakım  və  bakılılarım 
üçün yanıram.  Yanıram  mesenatlarımız  olan  Tağıyev, Nağıyev, 
Muxtarov,  Əsədullayev,  Aşurbəyov  kimilər  üçün.  Tarixi  belə 
şəxsiyyətlər yazıb. 
Bizim qismətimizə isə bu tarixi yaşatmaq düşür! 
   
 
 
 
                


 
126 
MİLYONЧU İNCЯSЯNЯTЯ DЯ  
XİDMЯT EDİB 
 
X
eyriyyəçiliyi və başqa xüsusiyyətləri ilə bərabər, Ağa Mu-
sa  Nağıyev  incəsənətə  də  xüsusi  diqqət  yetirən  bir  şəxsiyyət 
olub. 
O zaman dəbdə olan “ev tamaşaları”nın nümayişini təşkil et-
məklə bərabər, Bakıya qastrola gələn tamaşa və konsertlərə get-
məyə də vaxt ayırırdı.  
Xeyriyyə (Qərənfil) günlərində Ağa Musa da o biri milyon-
çular kimi qastrol səfərində olan hər hansı bir müğənnini dəvət 
edər  və  hətta  keçirilən  gecənin  daha  da  yadda  qalması  üçün 
təəccübə səbəb  bir hərəkət  edərdi.  Belə ki,  dəvət  etdiyi  müğən-
niyə puldan əlavə bir ziynət əşyası da bağışlayardı. 
1903-cü  ilin  qarlı  qışında  neft  işi  ilə  əlaqədar  Ağa  Musa, 
H.Z.Tağıyev ilə birlikdə Sankt Peterburqda ezamiyyətdə olarkən, 
afişada Çar II Nikolayın iştirakı ilə bal mərasiminin keçiriləcəyini 
öyrənir. Hər iki milyonçu gecədə iştirak etməyi  qərara alır. Mə-
rasimin başlanmasına az qalmış, Ağa Musanın gecikdiyindən na-
rahat  olan  Hacı  Zeynalabdin,  baha  olduğundan,  dostunun  bileti 
qaytardığını  düşünür.  Etiket  qaydalarına  əsasən,  mərasim  başla-
dıqdan  sonra  zala  daxil  olmaq  qeyri  mümkün  sayılırdı.  Səbəbi 
bəlli  olmadan  mərasimə  gecikən  Ağa  Musa,  Çar  rəqs  edərkən 
içəri daxil olur. Eşik ağası: “Azərbaycanın iri neft sahibkarı, mil-
yonçu Ağa Musa Nağıyev məclisə təşrif buyurub” – dedikdə, Ha-
cı yerində donub qalır. Musiqi kəsilir, Çar rəqs etməyi dayandırır. 
Bir anlığa hamı təlaş içində donub qalır. 
Özü  də  gözləmədiyi  bir  hərəkətə  yol  verdiyini  başa  düşən 
Ağa Musa, özünü ələ alır, Çara  baş əyib, salona keçir. 
Vəziyyətdən hələ də baş çıxara  bilməyən Hacının sual dolu 
nəzərlərini  görcək,  Ağa  Musa  deyir:  -“Atam-atam,  bir  ətək  pul 
vermişəm biletə, bəs çarın diqqətini necə cəlb etməli idim? ” 
Çox-çox sonralar da Hacı nə qədər çalışsa da, onun bu hərə-
kətinin sirrini öyrənə bilməmişdi.  


 
127 
Milyonlar  sahibi  olduğundan  Ağa  Musa  Nağıyevin  başına 
çox bəlalar gəlib: 
O,  üç  dəfə  oğurlanıb.  Beləki,  birinci  dəfə  qoçuların,  ikinci 
dəfə  Qubernatorun,  üçüncü  dəfə  isə  Stalinin  “sifarişi”  ilə  qaçı-
rılıb. Hər üç dəfə də o, kefini pozmadan azad edilməsi üçün is-
tənilən  pulun  miqdarını  yarıya  endirib,  onu  öldürəcəkləri  ilə 
hədələnməsinə isə belə cavab verib: “Öldürsəniz, heç onu da al-
mayacaqsız”.  
O,  yaxşı  bilirdi  ki,  bu  pul  tələsidir.  Bu  səbəbdən  “Alver” 
edib,  tələb  edilən  məbləği  hətta  birə  üç  azalmasına  nail  olurdu. 
Bu da onun yumor hissinin olmasından irəli gəlirdi. 
Yaddan  çıxarmaq  olmaz  ki,  o,  11  milyonçu  arasında  vari-
datına görə də birinci olub.  
Miyonçular  aralarında  yarışa  girərdilər  ki,  il  ərzində  kim 
tədbirlərə daha çox aktyor və  ya müğənni dəvət edib, tamaşalar 
təşkil edə bilər?   
Bu sırada da Ağa Musa Nağıyev birincilik qazanırdı. 
Bütün bunların əsasını əlbəttə ki, maliyyə təşkil edirdi. .   
1896-cı  ildə  “Tağıyev”  teatrının  səhnəsində  Ağa  Musanın 
təşəbbüsü ilə “Dilin bəlası” və “Qırt-qırt” pyesləri tamaşaya qo-
yulur.  Tamaşanın  sonunda  təşkilatçı kimi  yaxından iştirak  edən 
Nəriman Nərimanova qiymətli almaz daşlı üzük, Ağaşı Zeynal-
ova  isə  qızıl  saat  bağışlayır.  Ümumilikdə  tamaşanın  hər  birinə 
Ağa Musa 200 rubl məbləğində pul xərcləyir. O vaxtlar teatrın, 
xüsusilə incəsənətin təbliğində N.Nərimanovun rolu böyük olub.                      
Ağa  Musa  Nağıyevin  həyatının  belə  məqamlarını  vərəqlə-
dikcə,  onun  əbədiliyini    yaşatdığıma  görə  özümü  xoşbəxt  sayı-
ram.  Onun  keçdiyi  çətin  həyat  yolunu  təkrar-təkrar  yaddaşlara 
saldıqca, əmin oluram ki, o, unudulmayacaq. 
Bir  də  ona  görə  ki  Azərbaycanın  taxtı-tacında  “İsmailiyyə” 
kimi  ləl  cəvahirat  parladıqca,  onun  arxasından  səmalarda  Ağa 
Musanın siması daima boylanır.  


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə