Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə30/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   26   27   28   29   30   31   32   33   ...   59

 
112 
 
 
               


 
113 
MİLYONЧUNUN O BİRİ  
DЦNYASI 
 
(Ağa Musa  Nağıyevin  dörd  məzarı) 
 
H
əyatın belə bir qanunu var:  -  İnsan dünyaya  gəldiyi  gün-
dən  ömrünün  sonunadək  uzun  və  yaxud  qısa  yol  gedir.  Bu  za-
man  kəsiyində  həyatda  necə  iz  qoyacağı  isə  insanın  özündən 
asılıdır. 
Görünür  dünyanın  yükünü  çiyinlərində  daşımaq  Tanrı 
tərəfindən  ancaq  “Seçilmiş”  insanlara tapşırılır.  Necə  ki,  o vaxt 
H.Z.Tağıyev deyib: - “Tanrı mənə dövlət verib və bu biçarələri 
mənə tapşırıb”. 
İnsanlar həmin “seçilənləri” xeyriyyəçi adlandırıblar.  
Bunlar  irəlidə  adları  çəkilən  mesenatlarımız  –  xeyriyyəçi-
lərimiz olub.                                                 
Ağa Musa Nağıyevin arzusu: 100 bina tikdirmək, vəsiyyəti 
isə oğlu İsmayılın yanında - Kərbəlada dəfn olunmaq idi. 
Arzusuna  çatmağa  tikdirmədiyi  2  bina  qalmışdı,  ömür  vəfa 
etmədi...        
Vəsiyyətinə  isə  əməl  etmək  mümkün  olmadı.  Yalnız  vəfa-
tından 80 il keçdikdən sonra, 1998-ci il də, milyonçunun “Əma-
nət” qəbri rahatlıq tapdı. 
1919-1998-ci  illərdə  məcburi  olaraq  onun  məzarının  dörd 
dəfə yerini dəyişilir. 
Beləki, 4 mart 1919-cu ildə Ağa Musa dünyasını dəyişərkən,  
əlacsızlıq  ucbatından  qardaşı  Ağa  Əli  cəsədi  “Çəmbərəkənd” 
qəbiristanlığında dəfn edir. “Əmanət” qoyulan baş daşı Kərbəla 
yolu gözləməli olur. 
Artıq  Nağıyevlər  nəsli  çoxdan  müflisləşib.  1931-ci  ildə  bu 
yerdə  Kirovun  adına  park  salındığından,  Ağa  Əli  bu  dəfə  də 
imkansızlıq  ucbatından  milyonçunun  nəşini  Kərbəlaya  deyil, 


 
114 
Biləcəri “Proparka”  deyilən (Qaya altı) qəbiristanlığına köçürür. 
Həmin “Əmanət” baş daşı onunla ata yurduna köçür.  
Bu  proses  belə  həyata  keçir:  Fərəcin  həyat  yoldaşı  Zəhra 
xanım nə vaxt isə Ağa Musanın nişan üçün - Fərəcə bağışladığı 
qiymətli boyun bağını “Torqhüseyn” deyilən zərgərlikdə satdırır 
və  Ağa  Əli  bu  pula  qardaşının  ikinci  qəbrini  müvəqqəti  olaraq 
“rahat”  hala  gətirlb,  yenə  “Kərbəla  əməliyyatı”  haqda  olan 
düşüncələrini davam edir. 
1932-ci ildə  Ağa Əli dünyasını dəyişir. 
1938-ci ildə “Proparka” qəbiristanlığının yerində Vaqon De-
posunun  salınacağı  xəbəri  Nağıyevlər  nəslini  çox  sarsıdır.  Mil-
yonçunun vəfatından artıq 19 il keçsə də, qəbri “Əmanət” qalsa 
da,  bu  vəziyyət  haqda  heç  düşünmək  də  olmurdu  .Sonradan 
Vətən müharibəsi, Sovet quruluşu – totalitar rejim, o biri tərəfdə 
isə  Nağıyevlərin  “Kapitalist  ünsürləri”  kimi  təqibi,  imkansızlıq 
və sairə... 
Qəbiristanlığın söküləcəyi xəbəri oğlu Fərəcə çatanda, Bakı 
onun üçün əlçatmaz olduğundan, həyat yoldaşı Zəhra xanım kö-
məyinə çatır. Gizli yollarla Bakıya gələn Zəhra qaynı Zeynalab-
dinin  köməyi  ilə  gecə  ikən,  kəfən  qıtlığından,    milyoncunun  
nəşini  balış  üzünə  yığıb,  Biləcəri  “Dağüstü”  qəbiristanlığında 
torpağa tapşırıb, vəfalı “Əmanət” daşını üzərinə qoyur. 
Əməllərilə  yadda  qalacağına,  quruculuğu  və  xeyriyyəçiliyi 
ilə örnək olacağına, Bakının bəzəyinə çevrilən 98 binası və saya 
gələ bilməyən yatırımları olan Ağa Musa Nağıyev inanmazdı ki, 
ruhu 80 il Kərbəla  həsrətilə yanacaq. 
1998-ci  ildə  xeyriyyəçi  Hacı  Əvəzin  təşəbbüsü  ilə  Ağa 
Musa  Nağıyevin  nəşi  ata  yurdu  Biləcəri  qəbiristanlığında 
dördüncü dəfə kəfənə tutulub, məzara tapşırılarkən - iyulun 23-
də  yayın  qızmar  vaxtında  güclü  yağış  yağırdı.  Elə  bil  təbiət  də 
onun acı taleyinə, ona qarşı olan haqsızlığa, biganə münasibətə 
qarşı üsyan elan edirdi.  


 
115 
Bəlkə  də  təbiət  Ağa  Musa  Nağıyevin  birinci  məzarının  ye-
rində Kirov parkı salanların halına ağlayırdı...?  
Daimi  məzarın  üstünə  daşdan  yonulmuş  İsmailiyyə  binası-
nın  (AMEA  binası)  maketini  qoymaqla  Hacı  Əvəz  mənən  Ağa 
Musanı Kərbəlada uyuyan oğlu İsmayılın  ruhu ilə qovuşdurmuş 
oldu. 
Nəhayət  1998-ci  ildə  axund  Hacı  Əvəzin  xeyriyyəçiliyi 
sayəsində  nəvələri  –  Dilarə,  Rauf  və  Solmaz  ilə  milyonçunun  
Bakını  inciləriylə  bəzəyən,  əməlləri  ilə  daima  yaşayan,  qəlbi 
bala  dağlı  bir  insanın  –  Ağa  Musanın  nəşi  Biləcəri  qəbiristan-
lığının  girəcəyində  dördüncü  və  daimi    qəbirdə  rahatlıq  tapdı.  
80  il  onu  qoruyan  –  baş  daşını  isə  indi  qəbrin  üzərindəki 
İsmailiyyə binasının maketi qoruyur. 
Bu  məzar    bizim  və  bizdən  sonra  gələn  nəsillərin  qəlbində 
hər zaman Ağa Musanın və eləcə də vaxtsız dünyasını dəyişmiş 
oğlu İsmayılın xatirəsini yaşadacaq. 
Hacı Əvəz  Ağa Musanın nəşini Kərbəlaya göndərmək tək-
lifini edəndə, belə qərara gəldik ki, 80 il rahatlıq tapa bilməyən  
milyonçunun nəşi ata yurdunda qalsa, daha məqsədə uyğun olar. 
Bizim də bir ibadət yerimiz olar.  
2007-ci  ildə  Binəqədi  İcra  Hakimiyyəti,  interyeri  bir  qədər 
pozulmuş  olan  bu  qəbri  rekonstruksiya  etməyi  qərara  aldı. 
Məzarın  rekonstruksiyasında  və  tədbirin  keçirilməsində  xüsusi 
xidmətləri  olan  Binəqədi  İcra  Hakimiyyətinin  başçısı  Alı 
Qocayev  cənablarına  və  Biləcəri  Bələdiyyəsinin  Sədri  cənab 
İlham  Xəlilova,  İcra  başçısının  müavinləri  Fizuli  Aslanova, 
Eldar  Ağayevə  və  Vüsal  İsmayılova,  Şöbə  müdiri  Ramiz 
Göyüşova,  Biləcəri  rayonunun  Binəqədi  İcra  Hakimiyyətinin 
nümayəndəsi  Sahib  Quliyev  cənablarına  təşəkkürümüzü  bildir-
məklə  bərabər,  bu  insanların  iştirakı  ilə  keçirilən  tədbirdə  Ağa 
Musa Nağıyevin xalqı qarşısındakı xidmətləri bir daha səsləndi. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə