Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə38/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   34   35   36   37   38   39   40   41   ...   59

 
144 
Artıq onu aldığı savad qane etmirdi. 1988-1989-cu ildə Lon-
donda  biznes  təhsili  alır.  İngiltərənin    “Hollander  Oil  Limited” 
şirkətinin  Azərbaycanda  nümayəndəsi  –  baş  menecer  təyin 
edilir. İndi o, böyük işlər üçün yarandığını hiss edirdi. Təhsilini 
“Menecment” kurslarında davam edən Mirzə, Londona işləməyə 
dəvət alır. Çox sevdiyi xanımı və iki övladı ilə bir neçə il orada 
qalır.  
Beləcə tale Mirzə Hüseynağa oğlunun üzünə gülür. London 
–  Bakı  müqavilələri  əsasında  keyfiyyətli  iş  birliyi  yaranır. 
Bunun  nəticəsidir  ki,  onun  ciyərparaları  Rüstəm  və  Ruslan  da 
Londonda “Əbu” kollecində təhsil alır.  
 
P.S.  Mirzə  Fərəcovun  adını  hörmətlə  qoruyub  saxlayan 
həyat  yoldaşı  Xoşqədəm  xanım  ilə  apardığım  söhbət  əsasında 
əldə etdiyim məlumatlara görə, ailəsinə minnətdarlığımı bu yazı 
ilə  bildirəcəyimə  şübhə  etmirəm.  Düşünürəm  ki,  yerində  qoyub 
getdiyi  hər  iki  övladı  atasının  həyata  keçirə  bilmədiyi  xeyriy-
yəçilik missiyasını şərəflə davam edəcək.  
Müsahibələrinin birində Mirzə Fərəcov “Yük” filminin çə-
kilişinə 65.000 ABŞ dolları xərclədiyini söyləsə də, çəkiliş qrupu 
onun  85.000  ABŞ  dollar  xərclədiyini  bildirmişdir.  Bu  da  təva-
zökarlığın bir sübutu.  
Mirzə  Fərəcovun  Ağa  Musa  Nağıyevin  şəxsiyyətinə  olan 
hörmət və ehtiramım müqabilində onun ailəsi ilə əlaqələrimi bu 
günədək davam etdirirəm. Onun həyatı vaxtsız tərk etməsi ailəsi 
üçün böyük zərbə, ağır itki oldu. Həyat yoldaşı Xoşqədəm xanım 
və iki oğlu onun əziz xatirəsini daim ürəklərində yaşadır. 
Bunun şahidi mənəm. 
Sədri  olduğum  təşkilatın  keçirdiyi  tədbirdə  –  Ağa  Musa 
Nağıyevin  vəfatının  92-ci  il  dönümünü  qeyd  edərkən,  Mirzə 
Fərəcov “Yük” filminin ərsəyə gəlməsində və göstərdiyi xeyriy-
yə  əməllərinə  görə  “Ağa  Musa  Nağıyev”  Diplomuna  layiq  gö-
rülüb. 
 


 
145 
MĠRZƏNĠ YETĠRƏN  
ELLƏR AĞLASIN 
 
 
Köç etdi dünyadan Mirzə çox cavan
Könüldə arzusu, niyyəti qaldı. 
Qürbətdə gözlərin yumdu əbədi 
Xeyirxah əməli xidmətdə qaldı. 
 
Yaşayıb dünyada, qoydu yaxşı ad 
Nə qədər bərbadı eylədi abad, 
Vətən üçün, el üçün böyütdü övlad 
Ömrünün bəzəyi, ziynəti qaldı. 
 
Ağa Musaya verdi o həyat, 
İkinci ömrünü yaşatdı heyhat. 
Hüzuruna vaxtsız gəlsə də məmat
Bir nümunə kimi ibrəti qaldı. 
 
Acizə, fəqirə eylərdi kömək 
Biganə deyildi xalqa bu ürək. 
Kəbəyə zəvvarlar göndərmişdi tək, 
Getdi, ağızlarda qiyməti qaldı. 
 
Dənizlər ağlasın, ellər ağlasın, 
Mirzəni yetirən ellər ağlasın! 
Çiçəklər ağlasın, güllər ağlasın, 
Mirzəni yetirən ellər ağlasın! 
 
 
 
 
 
                                  


 
146 
YUXULAR VЯ TЯSADЦFLЯR 
                           
R
övşən  Almuradlı  “YÜK”  filminin  rejissoru  çəkiliş  prose-
sindən  danışığa  başlamamışdan  əvvəl  Ağa  Musa  haqqında  belə 
bir fikir söylədi:  
 “Kişi  odur  ki,  qazandığını  xərcləməyi  bacarsın.  Belə  kişi-
lərdən olub Ağa Musa”! Yeri gələndə məscidə  tələb olunun  pu-
lun iki qat artığını verən Ağa Musa bunun səbəbini belə aydın-
laşdırıb  ki,  “məqsədim  pulun  fırıldaqçı  mollalara  deyil,  məd-
rəsəyə - savada sərf etməkdir”. 
Rövşən  Almuradlı  filmin  çəkiliş  dövründə  yuxularının 
qarışdığını və möcüzələrlə rastlaşdığını qeyd etdi: 
....İki  nəfəri  gördüm  aralarında danışan: “...Tanrı çiynimizə  
bir yük qoyub, ona ömür yükü deyirlər... ” 
Bu  yuxuma ekran həyatı verib, iki milyonçu  - H.Z.Tağıyev 
ilə  A.M.Nağıyev  arasında  dialoqa  çevirdim:    “Tanrı  çiynimizə  
bir  yük  qoyub,  ona  ömür  yükü  deyirlər.  Bu  biçarələri  də  bizə 
tapşırıb.  Bu  fani  dünya  heç  kimə  qalmayacaq.  Yalnız  əməllə-
rimizlə qoyduğumuz izlər nə qədər dərin olarsa, bir o qədər Tan-
rıya yaxın olarıq”. 
....  Yerdə  üçbucağa  bənzər  qəribə  bir  əhəng  daşı  gördüm. 
Filmdə  Ağa  Musanın  qağayı  tək  uçacağı  səhnəsinin  çəkilişi 
zamanı bu daş keçdi əlimə, onu aktyorun dayandığı tərəfə atıb, 
rəqs  edərkən  daşın  ətrafında  fırlanmasını  tapşırdım.  Daş  yerə 
sancıldı.  Aktyor  Mirzə  Ağabəyli  quş  kimi  pərvaz  edərək  daşın 
ətrafında rəqs edirdi. 
Bu  səhnədən  bir  az  müddət  keçmiş  Biləcəri  qəbiristanlı-
ğında  Ağa  Musanın  “əmanət”  qəbri  önündə  dayanarkən  külək-
dən  yonulub,  üçbucağ  formada  baş  daşını  görəndə  təəccüblən-
dim (söhbət 1998-ci ilə qədərki – üçüncü qəbirdən gedir).  
Bu həmin əhəng daşının eynisi idi! 


 
147 
...Çəkiliş üçün dəniz kənarında bulvar sürahısı qurulmalı idi. 
Həmin  yeri  su  basdığını  görəndə,  bir  an  çəkilişin  təxirə  salın-
ması  fikri  keçdi  könlümdən.  Filmin  təhfil  verilməsinə  vaxt  az 
qalırdı.  Vaxtın  məhdudluğu  məni  çox  narahat  edirdi.  Elə  bil 
birdən  Allah-Təaladan  bir  vəh  gəldi  ki,  bir  az  gözlə!  Getmə, 
dayan! 
Aradan  yarım  saat    keçməmiş,  su  birdən-birə  çəkildi.  Beş  
saat  davam  edən  çəkilişdən  sonra,  elektrik  kabellərini  yığışdır-
mağımızla suyun yenidən yerini tutması bir oldu... 
 
                                  
                             


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə