Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə39/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   35   36   37   38   39   40   41   42   ...   59

 
148 
YЦKЦM AЬIR OLSA DA... 
 
F
ilmin  çəkilişini  işçi  qrupu  və  aktyorlar  böyük  həvəs  və 
sevgi ilə başa vurdular.  
İş  prosesi  birlilkvə  istəklə  gedirdi.  Bütün  bu  enerji  filmin 
sponsoru Mirzə Fərəcovun səmimiliyindən irəli gəlirdi. 
Filmin çəkilişinə başlarkən pullar dörd dəfə inflyasiyaya uğ-
ramışdı.  Belə  ki,  rus  rublu  ilə  başlanan  filmin  çəkilişi  sonradan 
qiymətli əskinazla, daha sonra dollar ilə, sonda isə manatla bitdi. 
Belə  ki,  alacağım  qonorarın  məbləği  70.000  manat,  daha 
doğrusu yeddi şirvan təşkil etdi. 
İlkin variantda filmdən gələcək qonorara çoxdan arzusunda 
olduğum  avtomobil  alacağımı  qət  etsəm  də,  fələk  saydığı  oldu. 
Bu  pula  aldığım  yeddi  kilo  əti  kabab  çəkib,  ailəmlə  birlikdə 
ləzzətlə, halallıqla yedik. 
Rövşən  Almuradlı  söhbət  zamanı  Mirzə  Fərəcovu  həm  se-
vinclə,  həm  də  kədərlə  yad  edirdi.  Axı  Mirzə  müəllim  söz  ver-
mişdi ki, hələ  Hüseyn Cavid haqqında film çəkəcəydik...  
Ömür  vəfa  etmədi.  Çox  erkən  vidalaşdı  dünya  ilə.  Gözəl 
xüsusiyyətlərə  malik  olan  insan!  Xeyriyyəçi  insan  –  Mirzə  Fə-
rəcov! 
Mirzə  Fərəcov  deyirdi:  “Xalq  Ağa  Musanın  etdiklərini  çox 
zaman keçdikdən sonra dərk edəcək. Bəzi xüsusiyyətlərimə görə 
özümü az da olsa, Ağa Musaya bənzətməyə çalışıram”. 
Sonradan maddi cəhətdən çatdıra bilmədiyi səbəbdən, filmin 
çəkilişində 8 ay fasilə yaransa da, Moskvada işlərini yoluna qo-
yub, işi başa çatdırdı.   
Berlin  festivalına  Azərbaycandan  “YÜK”  filmi  də  dəvət 
almışdı.  
Yola düşməyə 2-3 gün qalmış, Mirzə müəllim  bilet alıb-al-
madığımla maraqlananda (Xərclərimizi Berlində  ödəyəcəkdilər) 
utandım  deyəm  ki,  cəmi  300  dollarım  var.  Biletin  qiyməti  isə 
1220 dollar edirdi. Çox arif insan idi. 1300 dolları mənə  uzadıb, 


 
149 
Berlində  qaytararsan  dedi.  Amma  Berlində  ona  uzatdığım  pul 
əlimdə qaldı.  
Onun böyük ürəyi var idi. 
Festival  zamanı  “YÜK”  filmi  beş  dəfə  nümayiş  etdirildi. 
Keçirilən mətbuat konfansları da əsasən bu film ətrafında oldu.  
“YÜK” filmi bu forumda  qiymətləndirildi.  
Mətbuatın  fikrini  özünə  cəlb  edən  film  haqqında  verilən 
suallara sual ilə də cavab verirdim.  
Ağa Musa Nağıyev şəxsiyyətilə maraqlananlara deyirdim:  
 “Siz  ömrünüzdə  sevməyi  bacarmısız?  Ağa  Musanın  Tanrı-
ya böyük eşqi olub. Milyonlar sultanı Ağa Musa ayaqyalın, qara 
rəngli paltarını soyunub, ağ paltarda qağayıtək uçur.  
Ekstaz an! Sevgi insanı  ən uca zirvəyə qaldırır. Siz heç də-
niz kənarında ilahi səs eşitmisiz? Ətrafda kimsə yox! Səs isə gə-
lir. Ağa Musa  “səs”  gələn tərəfə min manatlıqlar  uzadır.  Lakin 
pulun nə olduğunu tanımır o «səs!»”  
Ürək  sözlərini  söyləyəndə  rejissor  Almuradlının  gözlərində 
gördüyüm  qığılcımlardan  bir  an  Ağa  Musanın  təsvirini  hiss  et-
dim. Kino obrazı Ağa Musa kimi çox maraqlıdır – dedi o.  
Təzadlı  insan!  Qəribə  və  maraqlı  bir  insan!  Yalan,  sabitlik 
yoxdur. Həyatda hamı oynayır. Ancaq Ağa Musa oynamırdı.  
O, Tanrının yaratdığı kimi hərəkət edirdi. 
 
 
 
                                 
                                   


 
150 
MARAQLI FAKTLAR 
 
(R.Almuradlının xatirələri) 
         
F
ilmin ilk ssenari müəllifi Şahmar Ələkbərov çox ləyaqətli 
bir  insan  olub.  Amma  hərənin  öz  dəsti-xətti  olduğu  üçün,  sse-
narini dəyişmək məcburiyyətində qaldım. 
Filmin redaktoru o vaxt çox gənc olan Orxan Fikrətoğlunun 
bu  filmdə  etdiklərini  bu  gün  də  dəyərləndirirəm.  Hətta  onun 
epizodik rolda çəkilməsini də qət etdim. Belə ki, Orxan Fikrət-
oğlu  bazar  səhnəsində    (məktub  yazan  rolunda)  sifarişçidən  -“ 
Pulun  var?  –  deyə  soruşur.  Müsbət  cavab  aldıqda,  “Hə,  onda 
yazaram!”  – deyir.  Filmdə kiçik olsa da,  Orxan  Fikrətoğlu çox 
lakonik  və  məzəli  pul  güdən  surətini  yarada  bilib  desəm, 
yanılmaram;  
-  Son  dərəcdə  entuziazm,  dəqiqlik  və  diqqət  güdən  filmin 
rəssamı Rafiq Nəsirov və Adil Azay ilə çəkiliş müddətində ma-
raqlı anlar yaşadıq.  
-  İşimizdən  estetik  zövq  aldıq.  Can  yandıracaq  iş  birliyimiz 
oldu. 
Filmin  sponsoru  Mirzə  Fərəcov  çəkiliş  dövründə  bizə  mə-
nəvi  dayaq  oldu.  Daha  doğrusu,  pulu  xərcləməyin  yerini  bilən 
bu  insanda  dəqiqlik  və  inam  çox  idi.  Görünür  elə  bu  xüsu-
siyyətlər  onu Ağa Musa tarixinə  müraciət etməyə məcbur edib.     
Mülayimlik,  insana  inam  və  bir  çox  müsbət  xüsusiyyətlər 
Mirzə Fərəcova mənsub  olmaqla bərabər həm də  ona çox  yara-
şırdı.  Çox  əfsuslar  olsun  ki,  Mirzə  Fərəcov  haqqında  bu  gün 
keçmiş  zamanda  danışmaq  məcburiyyətindəyəm  –  deyən  Röv-
şən Almuradlının gözlərindən daha nələr oxudum... 
Söhbətinə davam edərək Rövşən Almuradlı dedi: 


 
151 
-  Filmin  çəkilişinə  50.000  ABŞ  dolları  ayrılmışdı.  Puldan 
çox  qənaətlə  istifadə  edirdik.  Ən  maraqlısı  odur  ki,  işin  gedi-
şatına  –  çəkiliş  prosesinə  Mirzə  müəllim  qətiyyən  qarışmazdı. 
Haqq-hesab  etməyi  də  sevməzdi.  Haqq-hesab  aparaq  deyəndə, 
bunu  təhqir  kimi  qəbul  edirdi.  Bu  da  ondan  irəli  gəlirdi  ki,  o, 
həm inanan, həm də inamlı idi. O, qısa ömürlü həyatında sözün 
əsl  mənasında  Ağa  Musanın  davamçısı  oldu.  Bu  yolda  vəsaiti 
halallıqla xərclədik. 
2500 tam faydalı metraj olacaq filmin çəkiləcəyi ərəfədə bir 
az  pul  problemləri  yaranmışdı.  Adətən  çəkilişlər  bir  neçə  dubl 
çəkilir,  sonra  yararlı  hissələr  seçilir.  İstifadə  üçün  ən  azı  5000 
metrə  kino  lenti  lazım  idi.  Lentin  yerdə  qalmiş  hissəsinin,  yəni 
1225  metrajın  hətta  1  metrəsinin  belə  yararsız  çəkilməsinə  yol 
verilməməli idi.  
Bu  hadisə  filmin  yarısı  çəkiləndən  sonra  baş  vermişdi. 
Şüarımız  belə  oldu:  -  hər  kadra  bir  dubl  sərf  etmək,  israfçılığa 
yol  verməmək!  Məşqlərin  sayını  artırıb,  risk  edib,  filmin  qalan 
hissəsini dublsuz çəkdim.  
Seçimə ehtiyac olmadı. 
Film  İrlandiya, Tokio, Karlova Vara, Kanadada “Toronto”, 
Nant  Fransa  və  bir  çox  ölkələrin  festivallarına  dəvət  almışdı. 
Amma  film  sözün  əsl  mənasında  dustaq  oldu,  ona    yiyə  duran 
olmadı.  Elə  bu  səbəbdən  də  film  festivallarda  nümayiş  etdiril-
mədi. Buna səbəb 1995-2005-ci ilədək filmin diqqətdən kənarda 
qalması idi. 
                  
P.S.  Filmin ekran üzü görməsindən bizi artıq 19 il ayırır. 
Lakin  Rövşən  Almuradlını  filmin  qorunub-saxlanılması  bu  gün 
də  çox  narahat  edir.  Rejissor  kinostudiyada  şəraitsizlik  baxı-
mından  filmin  gələcəyini  təhlükə  altında  görür.  Söhbət  etdiyi 
zaman dəfələrlə “filmi sevə-sevə çəkdik” kəlmələrini ürək ağrısı 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə