Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə40/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   36   37   38   39   40   41   42   43   ...   59

 
152 
ilə  təkrar  edərkən,  gözlərindəki  məhəbbət  qığılcımlarını  görür-
düm. Rövşən Almuradlı elə bil dünyaya gətirdiyi övladlarından 
biri  haqda danışırdı. 
Ali  təhsilli  övladlarından:  əkiz  qız  və  bir  oğul  atası  olan 
Rövşən Almuradlı, deyəsən, onun davamçısı olmağa çalışan  (ki-
no prodüsseri) – oğlu Kamalı  hiss edir. 
O  deyir:  –  insan  həyatda  kim  olursa-olsun,  hər  biri  yük 
daşıyıcısıdır. Tanrı Ağa Musanın çiyninə də bu yükü qoyub və o, 
hesab edirdi ki, bu yükün ləyaqətli daşıyıcısıdır. 
Filmin  rejissoru  özünə  qapanarkən,  “YÜK”ün  ağırlığını 
hiss  edərkən,  gözünün  önünə  biləcərili  hambal  Musanın  hələ 
bərkiməmiş  bel  sümüyünün  üstünə  yüklənmiş  yükü  görür  və 
pıçıltı  ilə  deyirdi:  “Mən  də  daşıyacağam  üzərimə  götürdüyüm 
yükü, əgər Səni ekranda yaşada bilsəm...” 
O çox inamlıdır ki, vaxt gələcək “YÜK” filmi klassikləşəcək. 
 
 


 
153 
RЮVШЯN ALMURADLI 
KİMDİR?
 
 
A
xırıncı böyük rejissor işi Dövlət Dram Teatrında “Ölüləri 
qəbiristanlığda basdırın” tamaşası olan Rövşən Almuradlı çiyin-
lərində  artıq  sayı  iyirmiyə  çatmış  belə  pyeslərin  quruluşunu 
daşıyır. 
Rövşən  Əzizoğlu  Almuradlı  1954-cü  ildə  Bakıda    anadan 
olub və hazırda 60 yaşını haqlamaqdadır.  
22  yaşında  Rövşən  Almuradlı  Dövlət  İncəsənət  İnstitutunu 
bitirməklə,  “Dram  və  kino  aktyoru”  ixtisasına  yiyələnib.  11  il-
dən  yuxarı  Şəki  və  Sumqayıt  teatrında  aktyor  kimi  fəaliyyət 
göstərib. 
1987-ci ildə SSRİ Xalq artisti, Moskva Satira Teatrının Baş 
rejissoru  –  Valentin  Nikolayeviç  Pluşekin  başçılıq  etdiyi  “Ali 
Rejissor” kursunu bitirib, 33 yaşında pofessional rejissorluğa ilk 
addımlarını atıb. 
Yalnız püxtələşmiş, səhnədə bişmiş – Rövşən Almuradlı ki-
mi bir insan - “Hücum”, “YÜK” və “Cavadxan” bədii filmlərini 
çəkə bilərdi. 
Qarabağ döyüşlərinə həsr edilmiş  televiziya  filmini çəkib, 
əsir  düşmüşlərin  analarına  –  “Bəsdir!  Ağlama!”  –  deyə  bilən 
Rövşən  Almuradlı,  lap  yaxınlarda  Bələdiyyə  teatrının  səhnə-
sində “Qaravəlli”yə nəfəs verməklə tamaşaçıları folklorumuza – 
qədim  xalq  meydan  oyunlarımıza  qaytara  bildi.  Bununla  o, 
satira yolu ilə qəlbimizdə dirçəliş etdi. 
O deyir ki, Şahmar Ələkbərovun vəfatı ilə əlaqədar, davam-
çısı olaraq qızının rəhbərlik etdiyi “Bəri Bax” studiyasının mənə 


 
154 
etibar etdiyi “YÜK” filmi mənə uğur gətirdi. Rövşən Almuradlı 
bu uğuru düşərli sayır.  
Filmini  çəkilişindən  əvvəl  Ağa  Musa  Nağıyevin  haqqında 
arxiv sənədlərini araşdırarkən maraqlı materiallara rast gəlirdim 
deyir rejissor: 
-  Ondan  borc  pul  istəyən  birisi:  -  torpağımı  satıb,  borcumu 
qaytaracam – deyənə, Ağa Musa sual edir: - əgər torpaqdan nö-
yüt (neft) çıxmazsa borcu necə qaytara bilərsən? 
Ağa  Musa  xeyir  və  dəyər  gətirəcək  işlərə  pul  xərcləyən 
olub... 
“Qobustan”,  “Padar  yol”,  “Molla  Cuma”,  “Şıx  ocağının 
işığı” və beləcə sayı 14-ə çatan quruluş verdiyi sənədli filmləri 
ilə hələ də fəxr etməyən Rövşən Almuradlının 38 yaşında tarixi 
şəxsiyyət – Ağa Musa Nağıyev haqqında film çəkməsi, onu bu 
gün də düşünməyə vadar edir.  
“Yarada bildim, ya yox?” – bu suala cavab axtarır. 
 
PS.    Heç  bir  mükafatım  yoxdur  deyən  Rövşən  Almuradlıya 
nəzər salanda onun gülümsəyə-gülümsəyə söylədiyi sözlərdə ey-
ham  deyil,  qürur  hiss  etdim.  Məgər  bir  tüfəngi  belə  olmayan 
əhalinin    kəndin  müdafiəsinə  qalxıb,  düşməni  dəf  etməyə  hazır 
olan  “Hücum”u,  Ağa  Musanın  öz  çəkisindən  qat-qat  ağır  olan 
“Yük”ü, “Cavadxan”ın işğala qarşı gücü çatmasa da, düşmənlə 
qarşı-qarşıya  dayanmağı  vətən  borcu  bilməsi  –  onun  mükafatı 
deyilmi? 
Burada  Cabir  Novruzun  sözlərinin  yeridir:  “İnsanları  sağ-
lığında qiymətləndirməyi bacarmalıyıq!” 


 
155 
Rövşən  Almuradlı,  bu  istedadlı  yaradıcı  şəxs,  uzun  müd-
dətdir  ki,  Sumqayıtdan  Bakıya  hər  gün  avtobusla  gəlir.  Bu  da 
bir sadəlik. 
Onunla söhbətimdə, təvəzökarlığının  həddən artıq olmasını 
irəlidə vurğulamışdım. 
Hələ  onun  televiziya  tamaşalarından:  “Kleopatra”,  “Ana-
mın kitabı”, “Dağlarda qalan səs”, “Şəkilçi və “şəkilçi” haqda 
danışarkən, ürəyinin döyüntülərindən söz açmıram. Məgər bun-
ları qədirbilən tamaşaçılara unutdurmaq olarmı? 
Onun daxili aləmi ilə tanış olduğuma sevinirəm.  Çünki Ağa 
Musanın  daxili  aləminə  yalnız  Rövşən  Almuradlı  baş  vura 
bilərdi. 
Onun çoxşaxəli yaradıcılığına heyran qaldım.  
Danışığından  daxilini  duydum.  Filmin  çəkilişi  zamanı  onun 
Ağa  Musa  duyğuları  ilə  yaşadığını  hiss  etdim.  Təşəkkürlərim 
sonsuz  olsa  da,  əməyini  qiymətləndirməyi  qərara  aldım.  İmka-
nım olsaydı dünyanı ona bağışlayardım. Axı bu insan Ağa Mu-
sanın yaddan çıxmış həyatına ekran işığı salıb. 
“YÜK”ə  ekran  nəfəsi  verib,  əsrin  əvvəllərinə,  Bakının  keç-
mişinə  bizi  qaytaran;  Ağa  Musanın  görünməyən  tərəfini,  var-
dövlətinin başına gətirdiyi fəlakətləri, xeyriyyəçiliyini məharətlə 
nümayiş  etdirməklə  dinyaya  car  çəkən  rejissor;  Yardıcılığı  ilə 
satira, döyüş, gülüş, gah da anaların fəryadı ilə tariximizi yara-
da bilən rejissor  olduğunu sübuta yetirən; Tanrının  Ağa  Musa-
nın çiyninə qoyduğu “YÜK”ün ləyaqətli daşıyıcısı Rövşən Almu-
radlı  –  istedadlı  rejissor  “Ağa  Musa  Nağıyev”  Diplomu  ilə 
mükafatlandırılıb. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə