Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə37/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   33   34   35   36   37   38   39   40   ...   59

 
140 
FİLMİN SPONSORUNUN   
DİLİNDЯN 
 
“Tanrı çiynimizə elə yük qoyub ki...” 
 
M
ilyonçu  Ağa  Musa  Nağıyevin  həyatından  bir  gün  haqda 
bəhs  edən  “Yük”  filminin  sponsoru  (1990-1992-ci  illərdə  bunu 
xeyriyyəçilik  adlandırmaq  olardı)  Mirzə  Fərəcovdan  belə  addı-
mın  atmağının  səbəbini  soruşanlara  cavab  verirdi:  Məqsədim 
milli koloritli bir filmi ərsəyə gətirməkdir, vəssalam! 
Mirzə Fərəcov söhbətə belə başlayırdı: 
- Yaşadığım Buzovna qəsəbəsini Azərbaycanın “Hollivudu” 
adlandırırlar.  O  mənada  ki,  Azərbaycan  filmlərinin  bir  çoxu 
burada çəkilib. 1971-ci ildə  “Yeddi oğul istərəm” filmi çəkilən-
də mən uşaq idim. İlk dəfə canlı aktyorları görüb, onlarla söhbət 
edirdik.  
Aktyor  Şahmar  Ələkbərovu  da  onda  tanıdım.  Səmimi,  çox 
istiqanlı bir insan idi. Uşaqlarla çəkiliş qrupuna qatışıb, saatlarla 
Şahmarın şirin – məzəli söhbətlərinə qulaq asıb, danışdığı lətifə-
ləri hafizəmdə saxlamağa çalışırdım. O mənim hafizəmdə nurlu, 
müdrik bir insan kimi qalıb.  
İş elə gətirdi ki, “Yük”dəki əsas rolu – Ağa Musa Nağıyevi 
oynayacaq  aktyor,  yerlim  Mirzə  Ağabəyli,  filmin  ssenari  müəl-
lifinin  Şahmar  Ələkbərov  olacağını  mənə  bildirəndə,  filmin 
sponsorluğunu boynuma götürdüm.  
Şahmar  Ələkbərovun  qəfil  ölümü  bizi  nə  qədər  sarsıtdısa, 
bir  o  qədər  də  filmin  gələcək  taleyi  düşündürdü.  Çıxış  yolu  ta-
pıldı.   
Artıq  “Yük”  filminin  uğur  qazanacağına  inanırdım.  Çünki 
Rövşən Almuradlının tarixə olan münasibətini  aydın görürdüm.  
Bu işi görməklə qazanc əldə etmək niyyətini güdməmişəm. 
Əksinə,  məhz  “Arşın  mal  alan”,  “O  olmasın,  bu  olsun”  filmlə-
rindən  sonra,  iri  neft  sahibkarının  həyatının  ekranlaşması  bu 


 
141 
filmin  işıq  üzü  görməsinə  məni  həvəsləndirdi.  Bir  də  ki,  mən 
uşaqlıqdan milyonçuların həyat və fəaliyyəti ilə maraqlanırdım.  
Ağa Musa Nağıyev atasının vəsiyyətinə əməl edib, tikdirdiyi 
binaların  sayını  artırdığı  kimi,  məni  də  çoxdan  düşündürən  bir 
fikir  heç  vaxt  tərk  etmir.  Əgər  maddi  durumum  imkan  verərsə, 
neftxudalarımız kimi xeyriyyəçiliklə məşğul olacağam. 
Mirzə  Fərəcovu  “Yük”  filmindən  gələcək  gəliri  yalnız  ki-
noya xərcləmək hissləri də heç vaxt məni rahat buraxmırdı.       
Mütəxəssislərin  apardıqları  hesablamalara  istinad  edərək, 
qazanc çəkilən xərcdən 10-15 dəfə çox, bəlkə də, daha artıq ol-
malı idi. 
Mirzə  Fərəcov  əldə  etdiyi  gəlirin  hesabına  Hüseyn  Cavidin 
“İblis” əsərini ekranlaşdırmaq fikrində idi.   
Rejissor Rövşən Almuradlının istedadından danışarkən onun 
“İblis”in  də  öhdəsindən  asanlıqla  gələcəyinə  çox  inandığına 
vurğulayırdı. 
Ümid  etmək  olar  ki,  XIX-XX  əsrin  əvvəllərində  Azərbay-
canın neft sənayesi haqqında zəngin bilgilər verə biləcək “Yük” 
tarixi filmi - yeni nəslə Ağa Musa şəxsiyyətini tanıtdıra biləcək. 
Ölkəmizdə  neft  müqavilələri  bağlayan  xarici  şirkət  sahibləri 
üçün də film örnək ola bilər.     
Uzun  müddət  ABŞ-nın  prezidenti  olmuş  Terri  Adams  bu 
filmə baxdıqdan sonra demişdir: “Film vasitəsilə tarixiniz mən-
də  çox  böyük  təəssürat  yaratdı.  Biz  gördük  ki,  həyatda  biznes 
əsas məsələ deyil. Xeyriyyəçi olmaq daha yüksəkdir”. 
 
                          


 
142 
KİMDİ MİRZЯ FЯRЯCOV? 
 
H
ələ  uşaq  ikən  atası  ona  tez-tez  deyərdi:  “Ağac  bar  gətir-
dikcə, başını aşağı dikər”.  
Əli  pula  çatan  Mirzə,  maddi  imkanı  yaxşılaşdıqca  bu  sözü 
unutmayıb,  xeyriyyə  işlərinə  qoşulur.  Bu  həmin  Mirzədir  ki, 
1992-ci  ildə  könüllü  olaraq  Müdafiə  Nazirliyinin  hesabına  15 
mln. manat pul köçürür. Tovuz rayonunun IV hərbi hissəsini öz 
hesabına dörd tank və xeyli hərbi sürsat ilə təmin edir.  
Buzovna  kəndində  1937-ci  ildən  sovet  əsarəti  illərindən  
bağlı  qalıb,  fəaliyyət  göstərməyən  məscidin  və  mərkəzi  yolun 
təmirini  həyata  keçirir.  Kəndin  12-dən  çox  ağsaqqalını  Həcc 
ziyarətinə  göndərir. Kəndə asfalt çəkdirir, imkansızlara əl tutur. 
Gördüyü  xeyriyyə  işlərinə  görə  “Əli  ayağı”  ziyarətgahı  onu  
“Fəxri Fərman” ilə təltif edir. 
Müsahibələrində  hər  dəfə  yada  salırdı:  Xatırlayırsınızsa, 
H.Z.Tağıyev ilə A.M.Nağıyev söhbət edərkən deyir: Ağa Musa, 
Tanrı hərənin çiyninə daşımaq üçün bir yük qoyub. Buna “Ömür 
yükü” deyirlər. Çiynimizdəki  yük nə qədər  ağır  olsa, izimiz də 
bir  o  qədər  dərinə  işləyəcək.  Elə  tanrıya  da  bu  cür  yüksəlirik. 
Yoxsa bu günah dünyasında yaşamağa dəyməz. 
Söz  yox  ki,  mən  o  böyük  kişilərin  yanında  ümmanda  bir 
damlayam.  Etdiklərimi  az  bilsəm  də,  gücüm  çatan  budur.  40 
yaşım var. Allah ömür versə, planlarım çoxdur, hələ görüləsi iş-
lər irəlidədir.   
Filmin  çəkilişinin  sonunu  səbirsizliklə  gözləyirdi  ki,  Ağa 
Musa  Nağıyevin  “Əmanət”  qəbrini  əbədiləşdirsin.  Heyif  ki, 
ömür ona vəfa etmədi. Tanrı yaxşıları tez aparır dərgahına.  
O, hər zaman deyirdi ki, valideynimdən mənə heç bir miras 
qalmayıb.  Öz  gücümə  nə  qazanmışamsa,  qarşıma  qoyduğum 
məqsədə qulluq etmişəm: “ 20 faizini özümə, qalan faizini millət 
üçün”!     
Arzuları  yarımçıq  qalsa  da,  qısa  ömür  yolunda  o,  çox  işlər 
gördü. 


 
143 
Hörmət bəslədiyi  Buzovna əhalisi Mirzə Hüseynağa oğlunu 
– dövrünün xeyriyyəçisini axirət evinə kədər hissi ilə yola saldı. 
Doğrudan da Tanrı yaxşıları tez aparır dərgahına.    
Mirzə  Hüseynağa  oğlu  Fərəcov  1955-ci  ildə  aprelin  9-da 
Bakının  Buzovna  qəsəbəsində  dünyaya  göz  açıb.  Atası  –  Hü-
seynağa  kişi  vaxtı  ilə  neftçi  olub,  halal  zəhmətilə  dörd  övlad 
böyüdüb.  Dördünü  də  oxutdurub,  ali  savad  almaları  üçün  var-
qüvvəsini  əsirgəməyib.  Bəlkə  də  buna  onun  həyat  yoldaşı  Xə-
dicə  xanımın  dedikləri  də  təkan  verirmiş?  Xədicə  xanım  uşaq 
bağçasında tərbiyəçi, sonradan isə müdir vəzifəsində çalışarkən, 
hər  hansı  bir  uşaqda  gördüyü  qeyri  adilik  barədə    axşamlar 
Hüseynağa  kişi  ilə  danışar,  sözünün  sonunda  isə  “Savad  başqa 
şeydir”  –  deyərdi.  Ağıllı  uşaqlara  rast  gələndə  öz  övladları  ilə 
müqayisə edir və onların gələcəyini aydın, nurlu görürdü. Bəlkə 
bu həmin nur idi ki, ən çoxu Mirzə balanın üzünə səpələnmişdi?  
Mirzə hələ məktəb illərində sonradan neftçi və həkim olacaq 
bacılarından  çox  –  çox  fərqlənirdi.  Hərdən  Hüseynağa  kişi  ilə 
Xədicə  xanım  düşünürdülər  ki,  bəlkə  Mirzəni  bizə  görə  təriflə-
yirlər?  Amma  təriflərin  arası  kəsilmək  bilmirdi.  Çünki  kiçik 
yaşlarından qeyri-adiliyi ilə o, hamıdan seçilirdi. Nə idi səbəb? 
Bu böyük suala cavab budur... 
Sonradan  Hacı  Mirzə  Hüseynağa  oğlu  -  əlaçı  tələbə,  gözəl 
dost,  müqayisə  edilməz  həyat  yoldaşı  və  sevimli  ata  kimi  qa-
lacaq xatirələrdə.     
Tarix  və  riyaziyyat  fənləri  ilə  maraqlanan  Mirzə  məktəbin 
ictimai işlərində də iştirak etməyə vaxt tapırdı. Dünyanın  yükü-
nü daşımağı boynuna götürmüş kimi.  
Atasının  yolunu  gələcəkdə  davam  etməyi  qət  edən  Mirzə, 
orta  məktəbi  fərqlənmə  ilə  bitirib,  Neft  və  Kimya  İnstitutuna 
daxil olur.  
Qısa  bir  zamanda  “Maşınqayırma  zavodu”nda  mühəndis 
vəzifəsindən  –  zavodun  direktor  müavininədək  yüksəlir.  Mirzə 
bununla kifayətlənmir.  
Çox tələsir. Amma hara?  Özü də bilmədən, çox irəli gedir.  


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə