Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə45/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   41   42   43   44   45   46   47   48   ...   59

 
172 
İSMAYIL AЬA MUSA OЬLU 
 
 
(1975-1902) 
 
 
1975
-ci ildə Ağa Musa Nağıyevin ailəsində bir ulduz  par-
ladı.   
Oğlan  övladının  hər  bir  evə  saçdığı  işıq,  bu  evə  daha  artıq  
paylandı.  Axı  bu  ailədə  hər  şey  var  idi.  Yalnız  oğlan  uşağı  idi 
milyonçunun arzusu.    İsmayıl qurbanı  əvəzi  olan uşağa  İsmayıl 
adı verdilər.  
İsmayıl böyüdükcə arzular da  artırdı. 
Milyonçu ailəsində boya-başa çatan İsmayıl yetkinlik yaşın-
da  ikən  fikirlərini  xeyriyyə  işlərinə  daha  çox  yönəldir.  İndi  o, 
bəzi məqamlarda atasından daha çox işlər görməyə çalışır. Bu da 
onun  milyonçu  oğlu  olmasından,  daha  doğrusu  imkanların 
çoxluğundan irəli gəlirdi.  
İsmayıl  çətinlik  çəkmədən,  yuxusuna  haram  qatıb,  ayaq 
yalın, pay piyada Biləcəridən limana gedib, hambalıq etmədən, 
qəpik quruşun nə olduğunu bilmədən “milyonçu oğlu” olmuşdu. 
Sirrlərin  əsasını  təşkil  edən  bu  məqamlar  İsmayılın  atasını 
başa  düşə  bilməməsinə  səbəb  idi.  Elə  buna  görə  idi  ki,  ianə 
günlərində, kiməsə əl tutub və yaxud xeyriyyə məqsədilə verdiyi 
ianələrlə İsmayıl atasından fərqlənirdi. Hətta el arasında belə bir 
lətifə  də  gəzirdi  ki,  Ağa  Musa  oğlunun    pulu  sağa-sola  payla-
dığını görüb deyir:  
“Görün o kimin  oğludur”? 
Ağa  Musa  Nağıyev  heç  vaxt  razı  olmazdı  ki,  övladlarının 
barmağına tikan batsın. Onların firavan  yaşamaları üçün heç nə 


 
173 
əsirgəməyən Ağa Musa pulunun qədrini, xərcləməyin yerini bi-
lən idi.    
Səhiyyənin  səviyyə  etibarı  ilə  aşağı  olduğu  bir  dövrdə  Ağa 
Musanın  ailəsində  böyük  bədbəxtlik  baş  verir.  İsmayıl,  müali-
cəsi  çox  sonralar  -  1952-ci  ildə  (Penisilinlə)  tapılacaq  vərəm 
xəstəliyinə  tutulur.  Bakıda  aparılan  müalicələr  heç  bir  nəticə 
vermədiyindən  Ağa  Musa  İsmayılı  İtaliyada  və  Fransada  müa-
licə edir. Buna baxmayaraq, müalicələr ona çarə etmir. 7 il xəs-
təliklə aparılan mübarizə ölüm ilə nəticələnir. 


 
174 

И
SMAИLИYYЯ‖  – 
MИLLЯTИN VЯRЯSЯSИ 
 OLDU 
 
S
əslənən  şeypur  səsləri  növbəti  karvanın  Qoşa  qala  qapı-
sında  yerləşən  Şərq  bazarına  yaxınlaşdığını  bildirirdi.  Qapan 
dibi, sonralar Şeytan bazarı adlanan bu yer XIX əsrin axırlarında 
– XX əsrin əvvəllərində Bakının ən qaynar nöqtəsi sayılırdı. Hə-
min bu yerdə sonralar Xeyriyyə Cəmiyyəti  - “İsmailiyyə” binası 
yerləşəcək. 
1905-ci  ildə  Ağa  Musa  Nağıyev  artıq  dünyasını  çox  erkən 
dəyişmiş  oğlu  İsmayılın  xatirəsinə  məhz  bu  yerdə  möhtəşəm 
“İsmailiyyə” binasını ucaltmağı  qərara alır. 
Ağa  Musa  –  milliyyətcə  polyak  olan  memar  İ.Ploşkonu 
İsveçrədəki saray tipli binanın  oxşar layihəsini hazırlamaq üçün 
onu 3 il müddətinə (1905-1908-ci illər) maiyələşdirməklə  eza-
miyyə edir.  
İsmayıla  abidə  qoymaqla  zərrə  qədər  də  olsa,  təskinlik 
tapacağını  düşünürdü Ağa Musa. 
1908-ci  ildə  İmamın  mövludu  günü  –  təntənəli  mərasimdə  
memar İ.Ploşko  layihəni  təqdim edir və binanın özülü qoyulur.  
Bakının qazısı – Mir Məhəmmədin xeyir duası ilə başlanan 
bu  tikinti  üçün  daşlar  “Qızıl  qaya”  deyilən  yerdən  arabalarla 
daşınır. Özülə iki kiloqramlıq qızıl parçası qoyulur. Daş ustaları 
kimi artıq böyük hörmət qazanmış usta Hənifə və Hacı Abbasın 
bacarığı  nəticəsində  sözün  əsl  mənasında  “Daş  simfoniyası” 
yaranır.  
Milli  mentalitetə  əsaslanaraq,  kolleqraf  Mirzə  Əsədulla 
Hilal tərəfindən binanın dörd tərəfində Qurani Kərimdən ayələr:  


 
175 
 “İnsanı yüksəklərə qaldıran yalnız əməkdir”; “Ancaq əmək 
sayəsində  istəyinə  nail  ola  bilərsən”;  “İnsan  doğulandan  ölənə-
dək bilik arxasınca getməlidir”; “Ey müsəlmanlar, əsriniz sizinlə 
öləcək, yerinizə davamçınızı  hazırlayın”; “İnsanı əmək yaradıb” 
– kimi ibrətamiz kəlamlar qızıl həriflərlə həkk edilmişdir. 
Saray  5  il  ərzində  tikilir  və  1913  il  aprelin  7-də  istifadəyə 
verilir.  
Heyf  ki,  bütün  bunlar  çox  qısa  ömür  yaşayır.  Sosialist  in-
qilabı hətta bu kəlamların da üzərinə xətt çəkir. 
İ.Ploşkonun  hazırladığı  layihə  əsasında    Bakının  əl  ilə  daş 
yonan  ustaları  Venesiya  arxitekturası  üslubunda  əsl  Qotika  ya-
radır. 
Beləcə ucadılan “İsmailiyyə” binası öz harmoniyası ilə san-
ki  bir  simfonik  əsər  təsvir  edir.  Bina  gözəlliyi  etibarı  ilə  böyük 
emosiyalara səbəb olur. 
Bina  1913–1917-ci  illərədək  “Xeyriyyəçi  Cəmiyyəti”  kimi 
fəaliyyət göstərsə də, “İsmailiyyə” adını daşıyıb. 
Binanın  erməni  basqınından  sonra  bərpası  zamanı  artıq 
İsmailiyyə  başlığının  yerində  “hörmət  əlaməti  olaraq”,  iri  hərf-
lərlə “Памят Нагийевым” – sözləri  yazılır. 
Xarici görkəmində dəyişiklik aparılan və bu günümüzə gəlib 
çatan – qarşı tərəfdən iki, arxa tərəfdən dörd mərtəbəli olan bu 
sirli  binanın  – Pollatso Kantarini Sarayının bu günümüzə gəlib 
çıxması çox baha başa gəlsə də, amma bu həqiqətdir. 
1918-ci  ilin  mart  qırğınları  zamanı  ermənilər  tərəfindən 
“Metropol”  mehmanxanasının  damından  güllə  yağışına  tutulan 
bina  dəlik-deşik  olub,  yandırılsa  da,  öz  əzəmətini  itirmədi. 
Çünki onun mayası halalıqla yoğrulmuşdu. 
Milli  ornamentini  itirməyən  bu  saray  bu  gün  elmə  xidmət 
edir.  


 
176 
Çox  illərdir  ki,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
Rəyasət Heyəti (AMEA) bu binada fəaliyyət göstərir. 
2013-cü ildə “İsmailiyyə” binasının  100 ili tamam olacaq.   
1917-ci ildə Qafqaz Müsəlmanlarının qurultayı keçirilərkən, 
ilk  dəfə  “çadra  daloy”  (çadra  atmaq)  deyib,  başı  açıq  gəzən 
xanımlardan:  Şəfiqə  Əfəndiyeva,  Ədilə  Şaxtaxtinskaya,  Ayna 
Sultanova və daha  onlarla qadın olub. 
“İsmailiyyə” bu gün də qoca əsrin qocalmayan qotikasıdır. 
 
P.S.  Əgər  bu  saraya  Nağıyevlər  nəslinin  gözü  ilə  baxı-
larsa,  Ağa  Musanın  göz  yaşlarını,  gənc  İsmayılın  pərvaz  edən 
ruhunu,  Fərəcin  sovetlər  dövründə  binaya  həsrətli  baxışlarını 
duyar.  Mənim  isə  bu  üç  əziz,  doğma  insanın  ruhlarının  şad 
olması üçün haray çəkdiyimi, ölkəmiz müstəqillik yoluna qədəm 
qoyandan  sonra  bu  ətrafda  nələr  eydiyimi  duymaq,  eşitmək  və 
görmək olar.  
Hər  dəfə  Ağa Musanın tikdirdiyi  binalara  baxarkən indiyə-
dək görmədiyim yenilikləri kəşf edirəm.               
 
Kəndli Nağı, varlı Musa, nəcabətin məndədir, 
Kökün, soyun, adın, törətdiklərin məndədir. 
Gör neçə arxa, neçə əsr, neçə qatın məndədir, 
Əzabların, çəkdiklərin, etdiklərin məndədir... 
 
 
 
 
                           


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə