Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə47/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

 
181 
AZADLIQLA FЯTH EDİLMİШ 
BANİNİN HЯYATI 
 
H
eyf ki, sevincli anları Ağa Musa çox az yaşadı və ən əsası 
İsmayıldan  nəvə  görmədi.  Qızı  Ümmül  Banudan  gördüyü  bəh-
rəsi nəvə Ümmül Banu isə ona sevinc ilə bərabər böyük fəlakət 
– dərd gətirdi. 
Ümmül  Banu  saya-hesaba  gələ  bilməyən,  iri  kapital  sahibi 
olan  neft  sahibkarları  Ağa  Musa  Nağıyevin  və  Şəmsi  Əsədul-
layevin nəvəsi olub. 
Hər  istəyinə  çətinliklə  nail  olan  Ağa  Musanın  üzünə  həyat 
öz nurunu nadir hallarda, elə bil  xəsisliklə saçırdı. 
Yoxsulluqdan  zəngin  bir  şəxsiyyətə  çevrilən  Ağa  Musanın  
uşaqlıq illəri çox ağır keçsə də, varlanandan sonra övladlarının 
ehtiyac  duymaması  üçün  əlindən  gələni  edir.  Çərxi  fələk  isə 
bildiyini edirdi. 
Övladlarının dünya ilə erkən vidalaşması Ağa Musanın be-
linin  erkən bükülməsinə  səbəb olur. Nəvə  Ümmül Banu hər iki 
evin əzizinə çevrilib,  milyonçu babaların ümüd yeri olur. Uşaq 
dərd, sər bilmədən böyüyüb, boya başa çatır. Milliyyətcə alman 
olan  dayələr  ona  ananı  əvəz  edə  bilməsələr  də,  tərbiyə  etmə-
lərinə söz ola bilməzdi. Ümmül Banunun bir neçə dilə yiyələnib, 
savadlı böyüməsi əlbətdə ki, babaların milyonları hesabına başa 
gəlmişdi. 
Acı tale bu ailəni ömrü boyu təqib etdiyindən, sonradan ata-
sı  Mirzə  Əsədullayevin  həbsi  ilə  əlaqədar  Fransaya  mühacirətə 
getməsi, Ümmül Banunun da sevmədiyi həyat yoldaşı Cəmildən 
uzaqlaşıb, Fransaya demək olar ki, qaçmasına təkan verir. Artıq 
Bakıda onu heç nə saxlaya bilməzdi: 
- Babalar dünyasını dəyişmiş, ailələr müflisləşmiş, sevgisiz, 
məhəbbətsiz  həyatı mənasızlaşmışdı. 


 
182 
Sonradan  Fransada  məşhurlaşacaq  yeganə  azərbaycanlı  ya-
zıçı  -  vətənini    tərk  edib,  mühacirətdə  yaşamağa  məcbur  olan 
Ümmül Banu -  Banin ləqəbilə Azərbaycanı təmsil edəcək. 
İnqilabadək  Bakının  tarixi  ilə  maraqlananları  bu  gün  bar-
maqla saymaq mümükündür. O tarix ki, düzgün həyat salnamə-
sini əks etdirir. 
İnsanlar  necə  yaşayıb,  arzuları  nə  olub,  geyimləri  nə  cürə 
olub... 
XIX  əsrin  Azərbaycan  qadını  deyəndə  gözümüzün  önündə 
stereotip qadın obrazı dayanır: sivilizasiyadan uzaq, çadralı, mo-
dadan xəbərsiz, savadsız bir məxluq. 
Bunların tamamilə əksinə olaraq Ümmül Banu  Azərbaycan 
ədəbiyyatı tarixində şux və əsrarəngiz bir qadın kimi görünür.   
1900-cü  ildə  anadan  olmuş  bu  qızcığaz  hələ  uşaq  yaşların-
dan mükəmməl təhsil alır. Bir neçə dil bilən Ümmül çox erkən 
yaşlarında  ədəbiyyata  böyük  maraq  göstərmiş,  19  yaşında  Tür-
kiyəyə mühacirət edib, yaşayış nöqtəsini Fransanı seçir. 
Paris  həyatı,  20-30-cu  illərin  ədəbi  mühiti  Ümmül  Banuya 
ciddi  təsir  göstərmiş,  onu  yazıb-yaratmağa  həvəsləndirmişdir. 
Onun  ilk  romanı  “Nami”  1943-cü  ildə  nəşr  olunub.  Mövzusu 
Azərbaycan  həyatından  götürülmüş  bu  əsərdən  sonra  o,  fransız 
ədəbi ictimaiyyətinin diqqətini cəlb edən “Qafqaz günləri” bioq-
rafik romanını qələmə alır. 
         
P.S. Şərq mentalitetində tərbiyə almış Baninin vücudunda iki 
dünya yerləşmişdi: Şərq üslublu ailənin nümayəndəsi, iki dinə - 
müsəlman və xristian dininə xidmət edən, iki milyonçunun sim-
biozunu daşıyan Banin. Özünəməxsus mentalitetə malik olan bu 
insanın  vücudunda  iki  dünya  kəsişdiyi  –  Şərq  və  Qərb  dünya-
görüşü cəmlənmişdi. Tamamilə fərqli olan bu iki faktorun onun 
vücudunda cəmlənməsi özü maraq doğurduğu kimi, onun həyat 
tərzı haqda danışmaq da maraq oyadır. 


 
183 
O,  uzun  və  mənalı  ömür  sürüb.  Ömrünün  sonunadək  kitab-
ları və yazıları ana dili kimi bildiyi ingilis, fransız, alman və pol-
yak dillərində dərc olunub. 
Çox maraqlıdır ki, yarım əsrdən çox vətənini tərk edən Ba-
nin Qarabağ hadisələrindən də yan ötməmişdi. 80-ci illərin so-
nunda  onun  Fransa  mətbuatında  ermənilərin  Qarabağ  torpaq-
larına iddiasına qarşı çıxışları dərc edilmişdi. 
Onun  haqqında  öyrəndiklərimdən  belə  qənaətə  gəldim  ki, 
emosiya, həyatsevərlik, optimizm, yaxşılığa ümidlilik bizim ailə-
yə mənsubdur. 
 
 
 
                


 
184 
NЯVЯ ЦMMЦL BANUNUN   
SONRAKI TALEYİ 
 
U
zun illər onun həyat tarixçəsi heç kəsi maraqlandırmayıb.  
Halbuki,  onun  həyatından  neçə-neçə  cildlər  yazılsa  da  qur-
taran deyil. 
Gənc və gözəl olduğundan, Ümmül maniken işləməyə dəvət 
alır.  
Bu sahədə  uğursuzluqlarla rastaşdığı vaxtlar olsa da, burada 
o, böyük həyat  təcrübəsinə nail olur. Yazdığı  “Qafqaz  günləri” 
romanında bu  haqda çox faktlar göstərir.  
Son  dərəcə  səmimi  dildə  yazılan  bu  əsər  heyrət  doğuran 
etiraflarla  doludur.  Baxmayaraq  ki,  tariximizə  və  adət-ənənlə-
rimizə bəzi mübahisəli mülahizələrə rast gəlmək olur.  Ən  əsası 
Ağa Musa babasını mənfi obrazda göstərən Banin, sonradan 
xatirələrində rast gəldiyim: 
-  Xüsusi  günlərdə  Xeyriyyə  Cəmiyyətinin  üzvləri  yoldan 
keçənlərin sinəsinə bənövşə taxıb,  pul  yığarmış.  Ağa Musa hə-
min günlər (guya) küçəyə çıxmazmış.  
Daha  sonra  yazır  ki:  -  Babam  dünyasını  dəyişdikdən  sonra 
evində tapılan siyahıda neçə-neçə adamlara sənədləşdirmədən iri 
məbləğdə  pul  borc  verdiyi  aşkar  edilib.  O,  imkansız  tələbələrə 
də təqaüd ayırarmış. Görünür mesenatı “xəsis” adlandırmaq bə-
zilərinin savadsızlığından, dar düşüncəsindən irəli gəlirdi...   
Bu etirafı oxuyanda özümü çox yüksəkdə  gördüm. Fərq 
onda  idi  ki,  Avropa  həyatını  Ümmül  Banu  məhz  Ağa  Mu-
sanın  milyonları  hesabına  görmüĢ,  mənə  isə  sürgün  həyatı 
yaĢamaq nəsib olmuĢdur.   
Xatirələrinə baş vurduqca, Ümmülün çətinlik çəksə də, əldə 
etdiyi azadlıqdan həzz aldığı görünür.    
Ümmül  Fransa  həyatında  əvvəllər  satıcı,  katibə,  tərcüməçi, 
daha sonralar isə  jurnalist  peşələrini də sınaqdan keçirir. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə