Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə49/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

 
188 
xalq  üçün  daha  nələr  etdiyini  və  nə  kimi  xeyirxah  işlər  gördü-
yünü öyrəndim. 
Mister  Nişivakinin  tanışlığımızdan  sonra  Ağa  Musa  haqda 
bütün suallarını cavablandırarkən, nə qədər razı qaldığını duyur-
dum.  Onunla  tanışlığımız  dostluğa  çevrildi.  Ağa  Musa  Nağı-
yevin tikdirdiyi binalardan bəzilərini bir yerdə ziyarət etdik. Hər 
dəfə Mr.Nişivakinin heyrətini görəndə qürur hissi keçirirdim ki, 
bu arxitektur binalar Ağa Musa yadigarlarıdır. 
Sonradan  gəzintini  H.Z.Tağıyevin  binasında  yerləşən  Tarix 
muzeyində  davam  etdik.  Hər  dəfə  belə  gəzintilərdən  sonra  o 
böyük minnətdarlıq hissləri ilə ayrılırdı. 
Çox  maraqlıdır  ki,  Mr.Nişivakidən  fərqli  olaraq,  Bakıda 
olanların  çoxunun  Ağa  Musanın  qəbrinin  ziyarətində  olmadıq-
larını təsdiqləyə bilərəm. 
Danışdıqlarımdan  Bakını  qurub,  yaradan on bir milyonçu  –
xeyriyyəçi  haqda,  sahibkarı  olduqları  neftin  mahiyyətindən  xə-
bərdar olan Mr.Nişivaki 2009-cu ildə Ağa Musa Nağıyev adının 
əbədiləşdirilməsi məqsədilə və eləcə də qədirbilən bir nəvə kimi 
gördüyüm işləri nəzərə alaraq hər ikimizi “Sülh Səfiri” Diplom-
ları ilə mükafatlandırıb. 
 
 
 
 
                          


 
189 
ШOLLAR SUYUNUN   
NAЬILI 
 
(Ən dadlı su) 
 
Y
azıçı Gülarə Munis də Ağa Musa tarixi ilə şox maraqlanır. 
Onun adı ilə bağlı bütün tədbirlərdə iştirak edən Gülarə xanım, 
Ağa  Musa  Nağıyevin  şərəfinə  şeir,  esse  və  nağıl  yazmışdır. 
Onun  bütün  yazdıqlarında  Ağa  Musaya  olan  hörmət  və  mənə 
bəslədiyi məhəbbət hiss olunur. 
Elə bu “Şollar suyu” əhvalatı da onu əlinə qələm alıb, suyu 
nağıla çevirməyə məcbur etdi:   
 -  Biri  var  idi,  biri  yox  idi.  Keçmiş  zamanlarda  Bakı  adlı 
qədim  bir  şəhər  var  idi.  Bu  şəhərə  neft  şəhəri  də  deyirdilər. 
Burada torpağın altından çox qiymətli neft çıxarılırdı. 
Bakıda həmişə güclü küləklər əsdiyindən, külək ətrafda olan 
xəzəlləri  və  kağız  qırıqlarını  qabağına  qatıb  hər  tərəfə  yayırdı. 
İnsanlar tez-tez bu xəzəlləri küçələrdən yığırdılar ki, şəhər təmiz 
görünsün.  Axı  bu  şəhərdə  neft  olduğu  üçün  başqa  ölkələrdən 
buraya çoxlu qonaqlar gəlirdi. 
O zaman Bakıda  içməli su azlıq edirdi. İnsanlar bundan çox 
əziyyət çəkirdi.  
O  vaxt  Bakıda  11  neftxuda  var  idi.  Onlardan  biri  də  Ağa 
Musa Nağıyev idi.  Ağa Musa  camaatın su üçün  əziyyət çəkdi-
yini görüb, çox düşünür və  Bakıya su çəkdirməyi qərara alır.  
Ağa  Musa  neftdən  əldə  etdiyi  pullara  Bakı  şəhərində  98 
ədəd  son  dərəcə  yaraşıqlı  bina,  çoxlu  xəstəxana,  elm  ocaqları 
tikdirmişdi. Bu binalar şəhərə xüsusi yaraşıq verirdi. 
Səxavətli Ağa Musa Bakıya su kəməri də çəkdirir. Bu Şollar 
suyu idi. Əhali suyu içdikcə, Ağa Musa Nağıyevə dualar  edirdi.  
Ağa Musa yavaş-yavaş qocalırdı. Onun tikdirdiyi binalar isə 
həmişə cavan qalırdı.   
İllər keçir... 


 
190 
Şollar  suyu  Bakıda  yaşayan  insanların  ən  çox  sevdiyi  sər-
vətə çevrilir. Bu su heç vaxt azalıb, tükənmir. Bakının İçərişəhər 
deyilən çox qədim bir məkanda  yaşayanlar da bu sudan istifadə 
edirdilər.  
Günlərin  bir  günündə  İçərişəhərə  Yaponiya  adlanan  uzaq  
ölkədən  bir qonaq gəlir.  
 İçərişəhər  çox  maraqlı  bir  yer  olduğundan  uzaq  ölkələrdən 
gələn  turistlər  onun  qədim  divarlarına,  oradakı  Xan  sarayına 
tamaşa edirdilər. 
Yaponiyadan  gələn  qonaq  İçərişəhəri  çox  gəzib  dolanır. 
Hava  çox  isti  olduğundan  o,  susuzluq  hiss  edir.  Qonaq  bir 
həyətin açıq qapısından yaşlı bir qadının paltar yuduğunu görüb, 
ondan  su  istəyir.  Qadın  həyətdə  olan  su  kranını  açıb  stəkanı  su 
ilə  doldurub  qonağa  uzadarkən  yaponiyalı  qonaq  təəccüblə 
soruşur: 
-Axı bu su qaynanmayıb, onu necə içmək olar? 
Tərcüməçi  onun  dediyini  qadına  çatdırır  və  xahiş  edir  ki, 
qonağa qaynadılmış su versin. 
Qadın gülümsəyərək cavab verir: 
- Bu Şollar suyudur. Onu qaynatmağa ehtiyac yoxdur. Bu su 
qaynanmış sudan da təmizdir. 
Yaponiyalı  qonaq  stəkanı  yuxarı  qaldırıb  diqqətlə  suya 
baxır. Suyun doğrudan da saf və şəffaf olduğunu görür. O, suyu 
içir.  Suyun  dadı  onun  çox  xoşuna  gəlir  və  qadından  suyun 
haradan gəldiyini soruşur. Qadın fəxrlə deyir ki, bu suyu Bakıya 
milyonçu Ağa Musa Nağıyev çəkdirib.  
Bu məsələ Yaponiyadan gələn qonağı çox düşündürür.  
O, cox axtarıb–arayandan sonra milyonçu Ağa Musa Nağı-
yevin kim olduğunu öyrənir. 
Qonaq onu da öyrənir ki, bu səxavətli insan öz həmvətənləri 
üçün nə qədər xeyirxah işlər görüb. 
Nəhayət  bir  gün  qonaq  Ağa  Musa  Nağıyevin  nəvəsi  Dilarə 
xanımla tanış olur. İndi onlar yaxın dostdurlar.  


 
191 
Yaponiyalı  qonaq  həmişə  deyir  ki,  onları  Şollar  suyu  tanış 
edib.  O,  deyir    ki,  əgər  mən  İçərişəhəri  gəzəndə  həmin  sudan 
içməsəydim,  heç  vaxt  bilməzdim  ki,  Azərbaycanın  belə  səxa-
vətli övladı olub və o, Bakıya su çəkdirib. Axı insanlara su bəxş 
etməkdən gözəl başqa nə isə ola bilərmi? 
Beləcə Şollar suyunun nağılı sona çatır.  
Amma Şollar suyu heç vaxt tükənməyəcək! 
İllər, əsrlər keçəcək. Gələcək nəsillər də biləcək ki, Bakıya 
Şollar suyunu Ağa Musa Nağıyev adlı milyonçu çəkdirib.  
Xeyirxah iş görən adamları xalq heç vaxt unutmayır. 
Birdən göy guruldadı, ildırım çaxdı, güclü yağış yağdı. 
Amma  bu  yağışın  suyu  Şollar  suyu  kimi  şəffaf  və  dadlı 
deyildi. 
                                                                                                                      
 
 
                 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə