Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə52/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   48   49   50   51   52   53   54   55   ...   59

 
200 
-  Torpağına,  millətinə  bağlı  olan  bu  insanın  adını  daşıdığı 
xəstəxanada və  İncəsənət Muzeyində Ağa Musanın fəaliyyətinə  
həsr edilmiş sərgilər təşkil edib, haqqında illərlə topladığım fakt-
lar və xatirələr əsasında “Xalq üçün ömrünü şam kimi əridən...”, 
“Ömrün  səhifələri”  və  “Zamanın  sorağında”  adlı  kitablar  yaz-
dım; 
-  A.M.Nağıyevin  xeyriyyəçilik  və  maarifçilik  fəaliyyətini 
məcazi  mənada  davam  etdirmək  məqsədilə,  əski  milyonçuların 
varislərini bir yerə toplayıb, Musa Nağıyev adına “Milli Dəyər-
lərin Qorunması” (MDQ) Təşkilatını yaratdım; 
-  A.M.Nağıyevin  fəaliyyətinin  görünməyən  tərəflərini  gös-
tərmək məqsədilə musanagiyev.az saytını açdım. 
Ən  əsası  hesab  edirəm  ki,  xeyriyyəçinin  haqqında  düzgün 
təsəvvür yaradılmasına nail ola bilmişəm. 
Belə bir xeyirxah işə başlamağa məni məcbur edən amillər-
dən  ən  başlıcası  Nağıyev  soyadını  lazımı  səviyyədə  görməyim 
oldu. 
Əjdaha bürcündən olub, 1940-cı ildə Bakıdan kənarda – Da-
ğıstan  Respublikasının  (Rusiya  Federasiyasının)  Dərbənd  şəhə-
rində  anadan  olmağım  soyadımızın  sürgün  olması  səbəbindən-
dir.   
1968-ci  ildə  ali  təhsilə  –  “Teatrşünas”  ixtisasına  yiyələnib, 
1977-ci ildə Ali Partiya Məktəbinin İqtisad fakültəsini bitirmişəm.  
Əmək  fəaliyyətinə  1959-cu  ildən  başlayıb,  “Azərbaycan-
film”  Kinostudiyasında  Baş  redaktor  köməkçisi,  sonradan  kadr 
üzrə direktor müavini vəzifələrində çalışmışam. 
Azərbaycan Televiziya kanalı ilə “Kino yenilikləri” verilişi-
nin ilk aparıcılarından olmuşam. 
1977-ci  ildən  2002-ci  illərədək  kadr  üzrə  mütəxəssis  kimi   
işimi Ticarət Nazirliyində davam etdirmişəm. 


 
201 
Kadrların  düzgün  seçilib  yerləşdirilməsində,  eləcə  də  kino 
sahəsində  gənc  kadrların  və  müxtəlif  peşə  işçilərinin  seçimində 
əməyim az olmayıb. 
1986-cı  ildə,  43  yaşında  –  SSRİ  Ali  Sovetinin  Rəyasət  He-
yətinin Sərəncamı ilə “Əmək Veteranı” medalı ilə təltif olunmuşam. 
Respublikamız  Müstəqillik  əldə  etdiyi  vaxtdan  etibarən, 
uzun müddət kölgədə qalmış neft milyonçusu Ağa Musa və 22 il 
soyadının sürgünü olan yeganə vərəsəsi, oğlu  Fərəc – Nağıyev-
lərin qaranlıq talelərini  araşdıraraq,  əldə  etdiyim nailiyyətlərimi 
aşkarlamaqla məşğulam. 
Bu sahədə fəaliyyətim Ölkə Prezidenti Cənab İlham Əliyev 
tərəfindən qiymətləndirilib.
 
Atam  -  Fərəc  Nağıyev  məskunlaşdığı  yerlərdə:  Orta  Asiya, 
Dağıstan  və  Azərbaycanın  ucqar  rayonlarında  teatrın  təşkili  və 
təbliğində böyük rolu olması ilə bərabər, bütövlükdə incəsənətin 
fədaisi  olub.  Ən  əsası  unudulmuş  “Qaravəlli”  xalq  meydan 
oyunlarına yeni nəfəs verib. 
Babamın və eləcə də atamın etdiklərini kağız üzərinə köçür-
dükcə, elə bil mirvari dənələrini sapa düzüb boynuma salmaqla 
onların nəvazişlərinin hərarətini hiss edirəm. 
Yeni Azərbaycan Partiyasının üzvüyəm. Respublikanın Jur-
nalistlər Birliyinin üzvüyəm. 1999-cu ildən etibarən Azərbaycan 
Respublikası Əsilzadələr Məclisinin üzvü, Azərbaycan Respub-
likası  Qadınlar  Cəmiyyətinin  Milli  Dəyərlərin  Qorunması  mə-
sələləri üzrə sədr müaviniyəm. 
2006-cı  ildə  Müqəddəs  Həcc  ziyarətində  olmuşam.  Hacıxa-
nım adına layiq görüldüyümdən qürur duyuram. 
Ulu  öndər  Heydər  Əliyev  ideologiyasının  təbliğində  fəal 
mövqe  tutduğuma  görə;  Ağa  Musa  Nağıyevin  həyatına  və  fəa-
liyyətinə  həsr  etdiyim  “Xalq  üçün  ömrünü  şam  kimi  əridən...” 
kitabımın  işıq  üzü  görməsi  münasibətilə;  Demokratik  mətbuat-


 
202 
dakı  xidmətlərimə  qiymət  verib,  yüksək  mədəni  keyfiyyətlərə 
malik olan ziyalı xanım olduğumu təsdiqləyəcək saysız-hesabsız 
mükafatlara layiq görülmüşəm. 
Gənc  zabit  kadrlarının  hazırlanmasında  yaxından  göstərdi-
yim mənəvi və hərbi vətənpərvərlik tərbiyəsinə, eləcə də təbliğat 
və təşviqat sahəsindəki xidmətlərimə görə Azərbaycan Ali Hərbi 
Dənizçilik Məktəbinin “Fəxri Fərmanı” ilə təltif olunmuşam. 
İctimai fəaliyyətlə yanaşı, xeyriyyəçiliklə də məşğulam. Ke-
çirdiyim 100-dən artıq tədbirin yarısı xeyriyyə məqsədli olub. 
Azərbaycanda  yeganə  haldır  ki,  Beynəlxalq  Sülh  Federasi-
yası Ağa Musa Nağıyevin adının əbədiləşməsi sahəsində fəaliy-
yətimi nəzərə  alaraq, Ağa Musa Nağıyevi,  eləcə  də məni  “Sülh 
Səfiri” Diplomu ilə təltif edib. 
2010-cu  ildə  yubileyim  münasibətilə:  “Simurq”  Azərbaycan 
Mədəniyyət  Assosiasiyasının  “Fəxri  Üzvü”  mükafatına;  Ümum-
dünya  Sülh  Federasiyasının  “Cəmiyyətin  naminə  və  Cəmiyyətin 
xeyrinə”  etdiklərimə  dair  “ÜNVANLI”  mükafatına;  Ağa  Musa 
Nağıyevin  davamçısı  olduğuma  və  xeyriyyəçilik  fəaliyyətimə 
görə, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin fəal üzvü 
və  “Ziyalı  xanım”,  eləcə  də  ictimaiyyətçi  olduğum  nəzərə  alı-
naraq,  “Diplom” və “Fəxri Fərman”lara layiq görülmüşəm. 
Əski  milyonçuların  varislərinin  ilk  nümayəndəsiyəm  ki, 
“Ağa Musa Nağıyevin  xeyriyyəçilik və ictimai fəaliyyəti” möv-
zusunda elmi iş üzərində çalışıram. Akademiyanın Tarix İnstitu-
tunun dissertantıyam. 
“Tacirlər  kataloqu”,  “Kimi  yaşadacaq  dünya”,  “Ömrün  zi-
yası”, “XXI əsrin elitar qadınları”, “Fətulla bəy Rüstəmbəyov”, 
“XX-XXI  əsrin  yaradıcı  və  ziyalı  insanları”,  “Dünənin,  bu  gü-
nün,  sabahın  Azərbaycan  Qadını”  kitablarında  ictimai  fəaliy-
yətim haqda yazılar dərc olunub. 


 
203 
“Əsrin ziyalıları” ensiklopediyasında Ağa Musa Nağıyev və 
eləcə  də  mənim  haqqımda  ətraflı  məlumat  verilib.  Azərbaycan 
qadınlarının  I-II  qurultayının,  Dünya  Azərbaycanlıları  II  və  III 
qurultaylarının nümayəndəsi seçilmişəm. 
İctimaiyyətçi  xanım  kimi  tanınmağım  Ağa  Musa  Nağıyev 
fəaliyyətinə göstərdiyim diqqətin nəticəsidir. 
İki  övladım,  üç  nəvəm  var.  Oğlumla,  qızımla,  soyadımla, 
nəslimlə fəxr edirəm, qürur duyuram. 
Əməllərimdən  zövq  alıram.  Bu  məni  yeni  fəaliyyətə  sövq 
edir. 
Sizin  – məni istəyənlərin Dilarəsi. 
  


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə