Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə51/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   47   48   49   50   51   52   53   54   ...   59

 
196 
məqsəd  qoyan    100  yaşayacağına  inanan  Ağa  Musaya  70 
yaşında ikən ömür vəfa etmir. 
Bakı  milyonçuları  arasında  98  bina  tikdirmək  yalnız  ona 
nəsib olur. 
Bu gün Ağa Musa Nağıyevin şedevr binalarından çoxu inzi-
bati  idarələr  kimi  istifadə  olunur.  Bunlar:  “SOKAR”  və  Rusi-
yanın “Lukoyl” neft şirkəti, Zabitlər evi, Rabitə və İnformasiya 
Texnologiyaları  Nazirliyi,  Azərbaycan  Milli  Elmlər  Akademi-
yası  (AMEA),  Azərittifaq,  İqtisad  Universiteti,  “ÜNS”  teatrı, 
Məhkəmə ekspertizası, Diaspora, dörd xəstəxana, Ağır Cinayət-
lər üzrə məhkəmə binalarıdır. 
28 May küçəsində binaların hər biri bu gün də öz təravətini 
itirməyib, elə bil təzə gəlinə bənzəyir. 
Amma  şəhərin  salınmasında  böyük  əməyi  olan  Ağa  Musa 
bu günədək lazımı qiymətini almayıb. 
Hətta,  1992-ci  ildən  onun  adını  daşıyan  xəstəxanadan  da 
2005-ci ildə adı  götürülüb. 
Düşünürəm  ki,  -  “Tikmədim,  özüm  qalam,  tikdim  ki,  izim 
qala” – deyiminin mənasını  dərk etməyin məqamıdır. 
Ağa  Musa  Nağıyevin  vəfatının  91  ilinə  (1919-2010)  həsr 
edilmiş  adını  daşıdığı  “Milli  Dəyərlərin  Qorunması”  Təşkila-
tının  Sədri  olaraq,  bu  mərasimi  “İsmailiyyə”  binasında  keçir-
məkdə məqsədim ruhları yad etməkdir. 
Ağa  Musa  Nağıyevin  fəaliyyətinə  həsr  olunmuş  “musa-
nagiyev.az”  saytının  təqdimatı  və  milyonçunun  nəşinin  (ata-
baba  yurdu  Biləcəridə)  daimi  qəbrə  köçürülməsini  əks  edən 
“video çarx”ın da nümayişi keçirildi.  
 
 
 
                


 
197 
―İSMAİLİYYЯ‖DЯ   
DİVAR SAATLARI OЬУRLANDI 
 
 
D
oğma  Bakımızın  füsunkar  gözəlliyə  malik  olmasında  qə-
dim  tikililərin  və  memarlıq  abidələrinin  rolu  əvəzsizdir.  Bu  xe-
yirxah  işdə  Bakı  milyonçusu  Ağa  Musa  Nağıyevin  xidmətləri 
danılmazdır.  
Tikdirdiyi əzəmətli binaların önündən keçdikdə, üzünü gör-
mədiyimiz  bu  şəxsiyyəti  minnətdarlıqla  yad  etməmək  mümkün 
deyil.  
Ağa Musa Nağıyev hər işin yerini bilən sahibkar olub. 
Dəbdəbəli həyatı sevməyib. 
O  zaman  belə  bir  əhvalat  baş  verib:  Fəhlələrindən  biri  oğ-
luna toy etmək üçün xozeynindən – Ağa Musadan 300 rubl (ma-
nat) borc istəyəndə, bu məbləğə toy etmək olmaz deyib  və  pul 
topladıqdan sonra toy haqqında düşünməyi ona məsləhət görüb. 
Əhvalatdan xəbər tutan oğlu İsmayıl həmin fəhləyə 500 rubl 
verib,  pulu qaytarmaq üçün vaxt da qoymayıb. 
Bu  xəbəri  eşidən  Ağa  Musa  bunu  belə  mənalandırıb:  –  İs-
mayıl  edər  də,  axı  o  milyonçu  oğludur!  Mən  kiməm  ki?  Atam 
Hacı Nağı at-eşşək üçün saman satan yoxsul bir kişi olub. 
İsmayılı ölümündən sonra daima yaşatmaq fikrilə Ağa Musa  
onun  xatirəsinə  ucaltdığı  “İsmailiyyə”  binasının  iki  divarında   
saat  asmaq  üçün  yer  qoymağı  memara  tövsiyə  edir.  Binanın  ti-
kinti materiallarını Avropa və Rusiyadan sifarişlə gətizdirən mil-
yonçu, ölçüsü dəqiqləşdirilmiş saatların hazırlanmasını İsveçrə-
də sifariş edir. 
İsveçrənin  məşhur  firmasında  xalis  qızıldan  düzəldilmiş   
saatlar  “İsmailiyyə”nin divarlarına xüsusi yaraşıq verirdi. Nəfis 
üslubda hazırlanan bu  saatlar haqda  o vaxtlar  şəhərdə çox  söz-
söhbət gedirdi. 


 
198 
Sovet  Hakimiyyəti  qurulduqdan  az  sonra  həmin  saatlar  də-
yişdirilib, adi saatlarla əvəz olunur. Əvəzsiz dəyəri olan saatların 
aqibəti  çoxlarını  düşündürsə  də,  bu  uzun  müddət  sirr  olaraq 
qalır.  
O  dövrdə  Azərbaycanda  bolşevik  hakimiyyətinə  rəhbərlik 
edənlərin siyahısında Ağamalı oğlu deyilən bir “qoçu” olub. De-
yilənə  görə  məhz  o,  gecə  ikən  saatların  oğurlanmasını  təşkil 
edib.   
Zaqafqaziya  su  təchizatı  idarəsinin  rəisi  vəzifəsində  çalışan 
Mircəfər Bağırov “Saat əməliyyatı”ndan xəbərdar olsa da, sirrin 
üstünü açmağa cürət etmir. 
Yalnız 1933-cü ildə Mircəfər Bağırov Azərbaycan Respubli-
kasının birinci katibi vəzifəsinə təyin edildikdən sonra müşavirə-
lərin  birində  zalda  oturan  Ağamalı  oğlunu  ayağa  qaldırıb,  yük-
sək  səslə  deyir:  Dəyyus,  Ağa  Musanın  qızıl  saatlarını  oğurlat-
dırıb neylədin? 
Qorxudan  rəngi  ağarmış  Ağamalı  oğlu  başını  aşağı  salıb 
susmaqla kifayətlənir. 
Beləcə qızıl saatların aqibəti bu gün də sirr olaraq qalır... 
  
 
 
 
 
 
 
                   


 
199 
BİR AZ ЮZЦM HAQDA 
 
DİLARЯ AЬAMUSA 
 
H
əyatda hər gün rast gəldiyiniz, gördüyünüz insanlardan bi-
riyəm. 
Sadəcə bizi biri-birimizə sevdirən fərdi xüsusiyyətlərimiz və 
keyfiyyətlərimizdir. O keyfiyyətlər ki, əsl insan dəyanəti, təxəy-
yülü sayəsində yüksəlir və bu, uzun müddətə yarandığından yad-
daşlardan silinmir. 
Deyilənlərə  görə,  milyonçu-xeyriyyəçi  Ağa  Musa  Nağıyev 
nəslinin layiqli davamçısı, məşhur şəcərəmin bir parçasıyam. Tə-
xəllüsüm  “Ağamusa”dır.  Tərcümeyi-halıma  və  fəaliyyəti  uzun 
müddət kölgədə qalmış, “kapitalist” damğası altında əzilən neft 
milyonçusu – babamın taleyini araşdırmaq niyyətilə etdiklərimə 
nəzər  salsanız,  nələrə  qadir  olduğumun  şahidi  olacağınıza  əmi-
nəm... 
Bu  yolda rastlaşdıgım çətinliklərin öhdəsindən  gələ bildiyi-
mə özüm də heyran qalıram. 
Təhsilə, mədəniyyətə, xalqına dəyər verməklə tarixdə  dərin 
iz  qoymuş  Ağa  Musa  Nağıyevin  fəaliyyətini  aşkarlamaq  oldu 
qismətim. 
Ağa Musa Nağıyevin adını gündəmə gətirməyi özümə borc 
bilib, buna azacıq da olsa nail ola bildiyimdən qürur duyuram: 
-  80 il tapdaq altında qalmış,  üç dəfə  məcburi  yerini dəyiş-
miş  nəşini  yeni  qəbrə  yönəltməklə,  “əmanət”  qəbrini  əbədiləş-
dirməyə nail oldum; 
-  100  il  öncə  etdiyi  vəsiyyətinə  əməl  olaraq,  tikililərindən 
biri  olan  Dövlət  İqtisad  Universiteti  (Realnı  məktəb)  və  Dünya 
Azərbaycanlıları Komitəsinin divarlarında portretinin asılmasına 
nail oldum; 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə