Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə50/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   46   47   48   49   50   51   52   53   ...   59

 
192 
AЬA MUSA NAЬIYEV  
―ШЯXSİYYЯT FENOMENİ‖ 
 
(Elmi konfrans) 
 
A
zərbaycan  Milli  Elmlər  Akademiyasının  (AMEA)  İnsan 
Hüquqları  İnstitutunda  xeyriyyəçi,  neft  milyonçusu  Ağa  Musa 
Nağıyevin 160 illik yubileyinə həsr (1919-2009) olunmuş “Şəx-
siyyət  Fenomeni” adlı elmi konfrans keçirildi. 
İnstitutun direktoru, hüquq elmləri namizədi Aytən Mustafa-
yevanın  təşəbbüsü  ilə  təşkil  edilmiş  konfransı  Ağa  Musa  Nağı-
yev şəxsiyyətindən, vətənə, xalqa  göstərdiyi xidmətlərindən  ge-
niş danışaraq, Sovet rejiminin apardığı təbliğat nəticəsində xal-
qımızın vətənpərvər, millətsevər oğullarının fəaliyyətinin bir çox 
məqamları haqda tam məlumat verilmədiyindən söhbət açdı. 
Konfransda  Azərbaycan  Dövlət  Arxivinin  direktoru,  tarix 
elmləri doktoru Ataxan Paşayevin söylədikləri diqqəti cəlb etdi: 
“2000-ci ildə Dilarə xanımın babasının adının bir küçəyə ve-
rilməsi və eləcə də tikdirdiyi 98 binadan birinə xatirə lövhəsinin 
vurulması ilə bağlı etdiyi müraciətinə  əsasən Nazirlər Kabineti-
nin tələb etdiyi rəyə cavab olaraq bildirmişdim ki, - “Dövlət Ar-
xivində müxtəlif fondlarda  saxlanılan çoxsaylı sənədlərdən mə-
lum olur ki,  Azərbaycanda Sovet  hakimiyyəti qurulanadək  zən-
gin  sərvət  sahibləri  olan  milli  azərbaycanlı  nümayəndələr  ara-
sında ən zənginlərindən olub Ağa Musa Nağıyev. O, saysız neft 
mədənlərinə, neft emalı  müəssisələri və  gəmilərə sahib olmaqla 
yanaşı  şəhərin bu  gün də  həqiqi bəzəyi  sayılan  çoxsaylı binalar 
tikdirmişdir. Bakının abadlaşdırılmasında fəal iştirak etmiş,  mək-
təb və xeyriyyə ocaqları yaradıb, suyun çəkilməsində “n” qədər 
vəsait xərcləmişdir. 


 
193 
Xeyriyyə məqsədilə vəsait toplanması siyahısında H.Z.Tağı-
yevdən sonra ikinci şəxs Ağa Musa Nağıyev idi. Maariflənməyə 
vəsait  ayırarkən  şərtlərindən  əsası:  -  yeni  tikiləcək  və  yaxud 
yenidən  qurulacaq  tədris  müəssisələrində  yoxsul  və  imkansız 
müsəlman qızları üçün xüsusi yer ayrılması tələbini irəli sürməsi 
olub.  Təhsilə  yiyələnmək  haqqında  heç  vaxt  düşünməyən  Ağa 
Musanın uşaqlığı yoxsulluq içində keçdiyindən, müsəlman bala-
larının savad almasına böyük diqqət yetirmiş, bunun üçün ianə-
lər  vermiş,  məktəblər  tikdirməklə  yanaşı,  öz  hesabına  yoxsul 
uşaqlara himayədarlıq etmişdir.  
Belə  bir  insanın  adının  küçəyə  verilməsi,  tikdirdiyi  binala-
rının üzərinə “xatirə  lövhəsi”nin vurulmasının müşkül məsələ-
yə dönməsi, doğma şəhəri üçün bu qədər işlər görmüş bir insana 
laqeyid münasibət sadəcə təəccüb doğurur”.   
Konfrans  iştirakçıları  Ağa  Musa  Nağıyevin  fəaliyyətinin 
təkcə binalar tikdirməklə məhdudlaşmadığını, elmə və mədəniy-
yətə  xüsusi  diqqət  yetirdiyini,  ziyalı  təfəkkürü  ilə  zəmanəsinin 
mesenatları  arasında  özünəməxsus  şərəfli  yer  tutduğu  bir  daha 
qeyd etdi.        
Konfransın gedişatı zamanı Ağa Musa Nağıyevin həyatında 
baş verən faciələrə baxmayaraq, onun xeyirxah əməllərindən əl 
çəkmədiyi  xüsusi  vurğulandı.  Hər  zaman  xalqına  qarşı  diqqətli 
olmasını,  vətənə,  onun  mədəniyyətinə  yeniliklər  gətirdiyindən 
söhbət açıldı.  
 
P.S.  Hər  dəfə  onun  digər  milyonçulardan  fərqini,  Bakının 
memarlıq  simasına  ən  çox  abidə  bəxş  etməsini  vurğulayarkən, 
ruhunun  bizi  əhatə  etdiyini  duyuram.  Tədbirin  sonunda  Ağa 
Musa  Nağıyevin  fəaliyyəti  ətrafında  apardığım  araşdırmalara 
görə  əməyimi  qiymətləndirib,  “Zirvə”  ziyalılar  və  “Humanist 
qadınlar” Təşkilatlarının Diplomları ilə təltif edildim.  


 
194 
AЬA MUSA NAЬIYEV 
SAYTI
 
 
B
ir  zaman  hamballıq  edib,  sonradan  məşhur  neft  milyon-
çusuna  çevrilən  Ağa  Musa  Nağıyevin  yüksək  zövq  ilə  inşa  et-
dirdiyi binaları şedevrliyi ilə bu gün Azərbaycanın tarixinə çev-
rilib. 
Ağa Musa Nağıyevin neft sahəsində, marifçilik və ələlxüsus 
tibb sahəsindəki xidmətlərinin kölgədə qalması bu gün narahat-
lıq doğurur.  
Dövlətimiz müstəqillik əldə etdiyi zamandan Ağa Musa Na-
ğıyev oxu ətrafında haqqın-ədalətin bərpası uğrunda çalışıram. 
Kərbəla həsrəti ilə yanan “əmanət” qəbri  yalnız 1998-ci il-
də Biləcəri qəbiristanlığında  rahatlıq tapdı. 
Varidatının  ümumi  miqdarı  miyonlarla dəyərləndirilən Ağa 
Musa  Nağıyev  kapitalını  cəhalət  girdabında  boğulan  xalqının 
dünya  görüşünün,  mədəni  səviyyəsinin  yüksəlişi  istiqamətinə 
sərf edib. 
Millətin  dövləti  olmadığı  dövrdə  -  bir  dövlətin  görəcəyi  iş-
ləri  görüb  Ağa  Musa.  Milyonçu  neftdən  gələn  gəliri  millətinin 
inkişafına sərf edib. 
O, deyərmiş: - “Yeyin, için, amma israfçılığa yol verməyin. 
Unutmayın ki, Allah da israfçılığı sevmir”. 
11 yaşından  zəhmətə alışıb, 3 qəpik qazanmaq naminə ona-
buna xidmət edən Ağa Musa, təsadüfən neft sahəsində çalışma-
ğa  başlayıb.  Qısa  bir  zamanda  xeyriyyəçiliyi  və  eləcə  də  çox-
saylı tikililəri ilə Bakı milyonçularından fərqlənməsinə bəlkə də 
bu təsadüf səbəb olub. 
Bakının  salnaməsinə  binalar  töhfə  edən,  sayı  az  qala  40-a 
çatmış  imkansızların  dəfnini  Kərbəlada  keçirən,  xalqın  maarif-
lənməsinə,  səhiyyənin  inkişafına  xüsusi  diqqət  yetirən  belə  bir 
insanın  qənaətçilliyini  düzgün  qiymətləndirməyənlər  də  tapıl-


 
195 
mışdı. O, pulunun qədrini  bilməklə  yanaşı,  ondan necə istifadə 
etməyi də ustalıqla bacarırdı. 
1904-1908-ci  illərdə  A.M.Nağıyevin  buruqlarında  istehsal 
olunan  qara  qızılın  həcminə  görə  Azərbaycan  dünya  miqyasına 
çıxır.  1908-ci  ilin  axırlarında  isə  istehsalın    həcminə  görə  Ağa 
Musa Nağıyev rekord vurur. 
Pul qazanmaq, onu əldə saxlaya bilmək, ondan yerində isti-
fadə  etmək  bacarığına  malik  olan  Ağa  Musa  heç  vaxt  pulunu 
göyə sovurmayıb. 
Atasının vəsiyyətinə əməl edərək, rus rublunun alıcılıq döv-
riyyəsi yüksək olduğu bir dövrdə vəsaitini daşınmaz əmlaka sərf 
edib. 
100  bina tikəcəyinə qərar verən Ağa Musa:  
“İlk  Müsəlman  Xeyriyyə  Cəmiyyəti”  xüsusiyyəti  daşıyan 
“İsmailiyyə”  sarayını;  qızlar  arasında  savadsızlığın  qarşısını 
almaq məqsədilə - Realnı məktəb; İctimai yığıncaqlar keçirmək 
məqsədilə  xüsusi  binalar;  Bakını  “Avropalaşdırmaq”  məqsədilə 
mehmanxanalar;  şəhər  ilə  rayonlar  arasında  əlaqə  yaratmaq 
məqsədilə  Poçt  binası;  “Kirxa”  və  “Sinaqoq”;  xəstəliklərlə  mü-
barizə aparmaq məqsədilə müalicə ocaqları tikdirir. 
1913-cü  il  aprelin  7-də  istifadəyə  verilmiş  “İsmailiyyə”  sa-
rayı Bakının tacı sayılmaqla bərabər, şəhərin arxitekturasına qa-
dın boynuna bəzək verən bir zinət incisi kimi daxil olmuşdur. 
Məhz bu bina Ağa Musanın ölümünə də səbəb olur. 
1918-ci ilin mart qırğınları zamanı qəddar düşmələrimiz Ba-
kıya hücüm edərkən bina güllə yağışına tutulur. Başlıca məqsəd 
“Venesian Qotikası”nı məhv etməklə bərabər, ziyalıların binanın 
zirzəmisində  qorunan  arxivini,  eləcə  də  özülündəki  qızılı  ələ 
keçirmək idi. 
Hec cürə unuda bilmədiyi bala dərdini - Ağa Musanı məcazi 
mənada  yaşada  biləcək  yadigarının  –  binanın  məhv  olması  tə-
zələyir. 
Atasının  -  “Oğul,  bacardığın  qədər  bina  tikdir,  ömrün 
uzanar” vəsiyyətinə əməl edib, 100 bina tikdirməyi qarĢısına 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə