Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə42/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   38   39   40   41   42   43   44   45   ...   59

 
160 
Mirzə  Ağabəyli  “Baladadaşın  ilk  məhəbbəti”  və  “Həzi  As-
lanov” filminin  sınaq çəkilişlərinə dəvətli olsa da, çəkilişdə yer 
almır.  
Bununla da o, kinonun üstündən xətt çəkir. 
Bu səbəbdən rejissor Şahmar Ələkbərov Mirzəni çox çətin-
liklə  “Qəzəlxan”  filmində    Əliağa  Vahidin  dostu rolunda  oyna-
mağa razı sala bilir.  
Şahmar Ələkbərovu xatırlayan Mirzə, onun səsində insanın 
qəlbini  yerindən  oynada  bilən  ahəngliyi  hər  zaman  vurğulayır. 
Hətta  onun  qarşısında  acizliyini  də  gizlətmir.  Elə  bu  xüsusiy-
yətlər Mirzənin küskünlüyünü aradan götürür.    
 “Qəzəlxan”  filmində  çəkilişlərindən  danışarkən  Şahmarın  
yüksək səslə: “Ayağa qalx, köynəyini sal şalvarın üstünə, ayaq-
qabılarını  və  corabını  soyun,  bardaş  qur”  –  deməyi  ilə    mənim  
əsgər sürətilə bunları edib, oturmağım bir oldu – deyir Mirzə.  
Sonradan  eşitdiyim  kəlmələr  mənə  yuxu  kimi  gəlirdi:  “Hə 
bax  belə,  gör  necə  gözəl  alındı,  lap  mən  düşündüyüm  kimi”. 
Mənim isə sevincimin həddi hüdudu  yox idi.  
Mirzə  Ağabəyli  üç  filmdə  oynadığı  rolunu  yaradıcılığının 
zirvəsi hesab edir:  
-  Bunlar  “Qəzəlxan”da  -  Ağa  Hüseyn,  “Bomba”da  -  Kar 
Əliş, “Yük”də - Ağa Musa rollarıdır. Rollar tamamilə bir-birinə 
zidd olsa da o bu obrazların öhdəsindən lazımınca gələ bilib. 
Respublikanın  Prezidenti  İlham  Əliyev  cənabları  Mirzə 
Ağabəylinin teatr, kino və televiziyadakı fəaliyyətini qiymətlən-
dirərək, onu  “Əməkdar artist” adına layiq görüb.      
 
 
 
 
 
                              


 
161 
AKTYOR AЬABЯYLİNİN   
―YЦK‖Ц 
 
“Y
ük”  filminin  sponsoru  Mirzə  Fərəcov  çəkilişi  Şahmar 
Ələkbərova həvalə edəcəyini qət etmişdi.  
“Qəzəlxan”  filmini  çəkərkən  Şahmar  Mirzənin  rolun  öhdə-
sindən necə gəldiyinə xüsusi diqqət yetirir və bir anlığa onu Ağa 
Musa obrazında görürdü. Çəkilişlər gedərkən o, hərdən bir Mir-
zəyə Ağa Musa haqqında materiallarla tanış olmağı da tapşırırdı. 
Guya  o  bu  mövzuda  elmi  iş  yazacaq,  vaxtı  olmadığı  üçün,  ara 
bir aldığı məlumatlar ilə onu tanış etməyi də ona həvalə edir.  
Artıq bu sahədə tam məlumat əldə etmiş Mirzə Ağabəyli, bu 
dəfə  sınaqsız  belə  bir  böyük  rola  –  Ağa  Musa  roluna  təsdiq 
edilir.   
Lakin Ş. Ələkbərov filmin çəkilişinə başlayarkən, ömür ona 
vəfa  etmir.  İstedadlı  aktyor  və  rejissor  Şahmar  Ələkbərov  dün-
yasını dəyişir. 
Rejissor  Rövşən  Almuradlı  hazır  ssenari  ilə  tanış  olur  və 
Mirzə  Fərəcovun  razılığı  ilə  filmin  çəkilişlərinə  başlayıb,  Şah-
marın arzularını həyata keçirməyə və aktyor Mirzənin Ağa Musa 
rolunu  özünəməxsus  koloriti  ilə  oynamasında  köməkliyini  əsir-
gəmir.  
Mirzə  söhbətlərində  hər  zaman  deyir  ki,  hərdən  rejissor 
Rövşən Almuradlı ilə işləyərkən çaş qalırdım ki, bu kimdir? Axı 
filmin  çəkilişinə  Şahmar  Ələkbərov  ilə  başlamışdım.  Mənim 
üçün  bu  çətinlik  yaratsa  da,  sonradan  ünvanıma  eşitdiyim  söz-
lərə görə Rövşən Almuradlıya minnətdaram:  
-  “Gör  nə  qədər  dolğun  oynayır.  Gah  milyonçu  olur,  gah 
fəhlə, gah da qağayı. Özüm də gözlərimə inanmıram.” 
Mirzə  Ağabəyli deyir: 
-  “Kino  mənim  üçün  bir  sehrli  aləmdir.  Sevinirəm  ki,  bu 
aləmdə ilk bələdçim Şahmar Ələkbərov kimi sənətkar oldu. Ağa 
Musa  rolunun  bu  cür  uğurlu  alınmasının  səbəbi  də  “Şahmar 
məktəbi”nin yetişdirməsi olmağımdır. 


 
162 
Aktyor  Mirzə  Ağabəyli  oynadığı  Ağa  Musa  Nağıyev  rolu-
nun  təəssüratını  belə  vurğulayır:  -  Ağa  Musanın  həyatını,  tale-
yini faciəli bir ömür kimi qəbul etdim, həm də onun xalqı üçün 
gördüyü işlərdən heyrətə gəldim. Görün  neçə illərdir ki, onların 
yaratdıqları  bu gün də xalqa xidmət  edir. 
Mirzə  Ağabəyli  onu  dünyaya  gətirən  və  vaxtı  ilə  aktyor 
olmasına mane olmayan valideynlərinə minnətdardır. 
Mən isə  babamın  – Ağa Musanın   rolunu oynamaqla,  onun 
daxili aləmini açıqlaya bildiyinə görə və ən əsası istedadlı aktyor 
olduğuna görə Mirzə Ağabəyliyə minnətdaram.         
Mirzə  Ağabəyli  aktyorluq  istedadına  və  Ağa  Musa  rolunun 
öhdəsindən ləyaqincə gəldiyinə görə, Ağa Musa Nağıyev adına 
“M.D.Q”  təşkilatının  “İstedadlı  Aktyor”  Diplomuna  layiq  gö-
rülüb.  
 
 
 
 
 
 
 
               


 
163 
XALQ ЦЧЦN   
ЮMRЦNЦ ШAM KİMİ   
ЯRİDЯN... 
 
A
dətən  qələm  sahibləri  özünü  söz  sənətinin  müxtəlif  janr-
larında göstərir. Mən atamın xatirələrinə və faktlara istinad edə-
rək,  cürət  edib,  Ağa  Musa  Nağıyevin  çətin,  şərəfli,  qaranlıq  və 
bir qədər acınacaqlı taleyini araşdırmağa çalışıram.   
Bakı  yalnız  nefti,  tarixi  memarlıq  abidələri,  Xəzəri,  bən-
zərsiz  Abşeronu  ilə  deyil,  həm  də  milyonçuları  ilə  tarixləşən 
şəhərdir.  
Neft  milyonçusu,  xeyriyyəçi  Ağa  Musa  Nağıyev  xeyirxah 
əməlləri  ilə  ölməzliyə  vəsiqə  alanlardan  olub.  O,  milləti  və 
xalqın inkişafı naminə çox işlər görmüşdür. 
Sözübütöv  olan  Ağa  Musa  Nağıyev  xalqına  bəslədiyi  mə-
həbbətinə  görə  çox  risklər  edirdi.  Onun  keçdiyi  həyat  yolu,  bu 
gün  yetişməkdə  olan  gənc  nəsil  üçün  nümunədir  desəm,  yanıl-
maram. 
Ağa Musa Nağıyev əfsanəvi insan olub. Əfsanə isə laylay 
kimi  heç  vaxt  unudulmur,  əksinə  o  nəsildən  nəslə  keçir  və 
yaĢayır.  
Ağa Musa tarixi buna bənzəyir.  
Tarixi  faktlara  əsaslanaraq onun hansı  xüsusiyyətlərə malik 
olduğunun şahidinə çevrilmək olur. 
Varidatının  ümumi  miqdarı  690  mln.  dəyərləndirilən  Ağa 
Musa  Nağıyev  kapitalını  ancaq  bina  tikintisinə  deyil,  həm  də 
dövrün  cəhalət  girdabında  boğulan  xalqının  maariflənməsinə, 
onun mədəni səviyyəsinin yüksəlişinə sərf etmişdir.  
Neft milyonçusu kapitalına və  tikdirdiyi binalarının sayına 
(98) görə  11 Bakı milyonçusundan birincisi sayılıb.  


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə