Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə35/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   31   32   33   34   35   36   37   38   ...   59

 
132 
Ağa  Musa  da  vaxtı  ilə  qarşısında  oğlu  İsmayılın  çarəsi  ta-
pılmayan xəstəlikdən əridiyini gördükcə əlacsızlıqdan özünə yer 
tapmırdı. 
İndi biz bu canlı hadisənin şahidi idik. Amal bir idi. Yalnız 
fərq onda idi ki, İsmayıl bəy əmimiz, Aydın bəy dostumuz idi. 
Onun şərəfə verdiyi bütün ziyafətlərdə biz iki bacının  yeri 
xüsusi  idi.  Onun  söylədiyi  bu  sözlər  indi  də  qulağımdadır: 
“Ağa  Musa  Nağıyevin  nəvələrinə  mənim  hədsiz  hörmət  və 
istəyim var.”   
Aydın Qurbanov - oğlu Səmədin toyunda bizim iştirakımızın 
mütləq olacağına o qədər inandırdı ki, hətta biz onun xəstəliyini 
bir an unudurduq.  O, həyat  yoldaşı  İrina xanıma bacım Solmaz 
üçün bu toyda kraliça paltarı alacağını da vurğulamışdı. 
O vaxt heç düşünməzdik ki, əlacsız - xeyriyyəçi Aydın Qur-
banova milyonlar kömək edə bilməyəcək. Yarım əsrlik ömrünün 
tamamına 9 gün qalmış, 2004-cü il noyabrın 1-də dünyasını də-
yişəcək, oğlunun toyunu görməyəcək. 
Doğum və ölüm, bu bir aksiomadır.  
Biz bacılar isə toyda iĢtirak edəcəyimizə ümidliyik, çünki 
həyat davam edir... 
 
  
 
 
 
 
 
 
 
 
 
 


 
133 
AЬA MUSANI   
XATIRLAYANLAR... 
 
B
əşirovlar ailəsi məni arayıb, tapdı. 
Rəssam Əziz Əzizovun çəkdiyi Ağa Musanın portretini əldə 
etmiş Xanlar Bəşirovun məqsədi şəkli bizə çatdırmaq idi. 
Portreti təqdim edən Xanlar Bəşirovun danışdıqlarından:  
Rəssam  Əziz  Əzizovun  yaradıcılığında  inqilabdan  əvvəl 
yaşamışların,  fəaliyyətilə  tarixdə  iz  qoymuşların  yeri  xüsusidir. 
Belə ki, onun emalatxanasında Məmmədəmin Rəsulzadə, Səttar 
Bəhlulzadə,  Qara  Qarayev  kimi  şəxsiyyətlərdən  fərqli  olaraq, 
ictimai  fəaliyyətilə  tam  fərqli  olan  Ağa  Musanın  portretini  gö-
rəndə  çox  təəccübləndim.  Sualımın  cavabında  Ağa  Musa  Nağı-
yevin  Azərbaycan  xalqı  üçün  etdiklərinin  unudulmaz  olduğunu 
və bu şəxsiyyətə xüsusi hörməti olduğunu vurğuladı.  
O, Fransada iş adamı kimi çalışan qardaşı Xaqaninin maddi 
köməyilə bu portreti  əldə edib, bizə çatdırmağı qərara alır. 
 Ağa Musaya olan məhəbbətin hardan olduğuna aldığım ca-
vab məni təsirləndirdi: 
-  Ağa  Musa  Nağıyevin  etdiklərini  unutmaq  olarmı?  Xəstə-
xanalar,  möhtəşəm  –  analoqu  olmayan  binalar,  nəhayət  şollar 
suyu - bütün bunları unutmaq nankorluq olardı. Bizim ailənin bu 
şəxsiyyətə olan hörməti və istəyi tariximizdən irəli gəlir.  
Xanlar Bəşirovun ailəsi – ulu babası Şeyx İsmayıl nəslindən 
olub, 1859-cu ildə Şamaxıdan Neftçalaya köçür. Sonradan atası 
kiçik ikən Bakıya köçür və evləndiyi zövcəsi də Bakının İçərişə-
hərindəndir. 


 
134 
Atası  1925-ci  il  təvəllüdlü  Əyyub  Balaməmməd  oğlu  Rusi-
yada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını bitirib, 
bir alim kimi uzun müddət bu sahədə böyük işlər görüb. 
Xanlar Əyyub oğlunun əsas məqsədi milli-mənəvi dəyərləri-
mizdən biri olan rəqs sənətinin sirlərini gələcək nəslə çatdırmaq-
la dünya miqyasında tanıtdırmaqdır. 
Xanlar Bəşirov gözəl rəqqas olduğu kimi, bu gün rəqsin sir-
lərini  “Xəzər” universitetində  müəllim olaraq tələbələrinə  öyrə-
dir.  
Onun  Ağa  Musaya  olan  məhəbbətindən  irəli  gəlir  ki,  məq-
sədi  peşəkar  milli  rəqslərin  təməlini  qoyan  müəllimi,  Respub-
likanın  Xalq  artisti  Əlibaba  Abdullayevin  yaradıcılığını  davam 
etdirib onun məktəbini yaşatmaqdır. 
 
 


 
135 
DЦШЦNMЯK ЦЧЦN MЮVZU 
―Y Ц K‖  FİLMİ 
 
(Yaxud milyonçunun həyatının bir günü) 
 
Epiloq 
 
M
əşhur neft sahibkarı, milyonçu Ağa Musa Nağıyevə həsr 
etdiyim  yazı  qəzet  və  jurnallarda  dərc  edildikdən  sonra,  oxu-
culardan  çoxlu  sayda  xoş  və  səmimi  sözlər  yazılmış  məktublar 
aldım. Bu sözləri “Panorama” qəzetinin müxbiri  Georqiy Zaple-
tin  hələ  1998-2002-ci  illərdə  tez-tez  təkrar  edirdi.  Onun  yazıla-
rına qayıdaq və fikirlərini öyrənək: 
 “XIX əsrin axırlarında XX əsrin əvvəllərində sənaye maliyyə 
və  ticarət  elitası  nümayəndələri  sırasına  daxil  olan  -H.Z.Tağıyev, 
A.M.Nağıyev,  M.Muxtarov,  Ş.Əsədullayev  kimi  görkəmli  şəxsiy-
yətlər öz koloriti ilə  təsir  edici  fiqur  olub.  Başqa  neft  sənayeçiləri 
kimi Ağa Musa Nağıyev də ona məxsus olan neft mədənlərindən 
böyük gəlir əldə edib. Həmvətənləri arasında özündən sonra ən çox 
arxitektur binalar yadigar qoyan Ağa Musa olub.  
Kimdir Ağa Musa? Onun haqqında nə bilirik? Gələcək nəsil 
nə biləcək? 
Bu  vaxtadək  onun  şəxsi  keyfiyyətlərindən  xəbərsiz  olub, 
gördüyü böyük işlər haqqında düşünməmişik. 
Azərbaycan Sovet Ensiklopediyasında Ağa Musa Nağıyevin 
iri  neft  sahibkarı  olması  və  binalarının  milliləşdirilməsi  haqda 
çox  səth  məlumat  verilib.  Onun  xeyriyyəçiliyi  haqda  bir  sətir 
belə yazılmayıb.  
Amma Ağa Musa Nağıyevə mənsub olan Binəqədidəki neft 
mədənlərində  1900  ildə  istehsal  olunan  neftin  miqdarı  10  mln. 
puda, 1904-1908-ci illərdə isə bu rəqəmin 12 mln.puda çatması; 
orada  çalışan  fahlələrin  sayının  800-ə  çatması,  milyonlarının 
saya-hesaba gəlmədiyi haqda isə heç məlumat verilməyib”.  


 
136 
Georgiy  Zapletin  bizimlə  (mən,  qardaşım  Rauf  və  bacım 
Solmaz)  dəfələrlə  görüşüb,  söhbət  edərkən  o,  Ağa  Musa  Nağı-
yev haqqında heç yerdə eşitmədiklərini bizdən öyrənəndə heyrət 
içərisində idi.  
O, bu təəssüratlarını cəmləyərək, “Kontakt” jurnalında  ailə-
mizi əhatə etməklə  Ağa Musa haqqında  yazısı ilə oxucular ara-
sında ajiotaj yaratdı. 
1998-ci  ildə  Ağa  Musa  Nağıyevin  nəşinin  daimi  qəbrə  kö-
çürülməsi  prosesində  iştirak  edən,  milliyyətcə  əcnəbi  olan  bu 
insan,  Azərbaycanın  neft  tarixinə  elə  baş  vurdu  ki,  bir  anlığa  
mənim  ensiklopediyanın  hazırlanmasında  iştirak  edən  müəllifə 
“rəhmim” gəldi.  
Yeri gəlmişkən G.Zapletin qürurla söyləyir ki, Mir Mövsüm 
Ağa onun başına sığal çəkib (bunu qeyd  etməyi vacib bildim).     
Söhbət  Ağa  Musa  Nağıyevin  həyatından  bir  gününə  həsr 
edilmiş “Yük” filmindən gedəcək. 
Ağa  Musa  Nağıyev  və  Hacı  Zeynalabdin  Tağıyevin  həyata 
keçirdikləri  xeyirxah  işləri  və  yaşadıqları  dövrdən  bəhs  edən, 
1995-ci  ildə  çəkilmiş  “Yük”  filmi  2000-ci  ildə  hələ  ekran  üzü 
görməmişdi. 
2000-ci  ildə  möcüzə  baş  verdi  desəm,  yanılmaram.    Vaxtı 
ilə  “Azərbaycanfilm”  Kinostudiyasında  işlədiyimdən,  yaradıcı 
heyətlə əlaqəmi kəsməmişdim. Axtarış apardım, filmin rejissoru 
Rövşən  Almuradlı  ilə  görüşüb,  film  barəsində  məlumat  aldım. 
Məmnuniyyətlə filmə baxış keçirməyi qərarlaşdırdıq. 
Yaxın qohumlarım, mətbuat işçiləri və ən əsası G.Zapletini 
filmə baxmağa dəvət etdim.  
Filmin sonunda zalda sükutu pozmağa cürət edən tapılmadı. 
Hamı  sözün  əsl  mənasında  təəccüb  içərisində  idi.  Onlar  bir 
ağızdan dedilər: "Necə olub ki, bu cür şedevr film neçə illərdir 
ekran üzü görməyib”?!   
Düşünürəm  ki,  filmə  baxan  hər  bir  kəs    bir  işıqlı  insanın 
xatirinə digərinin ehtiyacı öz əksini “Yük” filmində tapa biləcək 
və artıq dünyasını dəyişmiş Ağa Musanı, Mirzə Fərəcovu (spon-


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə