Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə36/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   32   33   34   35   36   37   38   39   ...   59

 
137 
sor)  və  Şahmar  Ələkbərovu  (ssenari  müəllifi)  hörmətlə  yad 
edəcək. 
FİLM BAШLANDI 
 
 
“Y
ük”  filminin  finalında  Ağa  Musa  fəhlələrlə  birgə  əmək 
haqqı  kimi  aldığı  və  bütün    film  boyu  əlindən  yerə  qoymadığı 
kəllə  qəndi  yeməkxana  sahibinə  verir  və  bayaqdan  dinlədiyi 
şairləri  göstərib  deyir  ki,  aparın  uşaqlara  şirin  çay  verin,  mən 
getdim.  
Bir anlığa belə düşünürsən ki, Ağa Musa hara isə başqa dün-
yaya yol alır. 
Bu  səhnə  insana  çox  güclü  təsir  bağışlayır.  “Dünya  rəngi-
dür”  Ģeiri səslənən səhnədən sonra Ağa Musanın: “Gedin, Hacı 
Zeynalabdinə  deyin,  mən  getdim”  –  deməsi  -  onun  həqiqətən 
dünya ilə vidalaşdığı  təsəvvürünü  yaradır.   
Hacı  Mirzə  Fərəcovu  Biləcərili  milyonçu-xeyriyyəçi  Ağa 
Musa  Nağıyev  haqqında  film  çəkmək  fikri  çoxdan  düşündü-
rürdi.  
Lakin nədənsə,  alınmırdı.  İngiltərənin  Holand Oyld   Elfede 
neft  şirkətinin  vitse  prezidenti,  Bakıdakı  nümayəndəsi  Mirzə 
Fərəcov və Ağa Musa Nağıyev. Çox maraqlıdır?! 
Artıq  neçə  illərdir  bu  haqda  düşünürəm.  Hansı  bağlılıq 
Mirzə Fərəcovu buna məcbur edib?    
Nəvə  kimi  illərlə  babam  ətrafında  apardığım  araşdırmalar 
nəticəsində gəldiyim nəticə belə oldu: 1990-1991-ci illərdə Mir-
zə Fərəcov Ağa Musanın müsbət xüsusiyyətlərini görüb, duydu-
ğundan belə bir qənaətə gəlir ki, “Yük” filmini çəkməklə  çoxla-
rının  suallarına  cavab  verib,  Ağa  Musanın  tarixdə  görünməyən 
tərəfini,  var  dövlətinin  başına  gətirdiyi  fəlakəti,  habelə  xeyriy-
yəçiliyini nümayiş etməklə, dünyaya car çəksin. 
Filmin  sponsoru  Hacı  Mirzənin  taleyi  yaxşı  başa  çatmasa 
da,  filmin  çəkilişinin  sona  çatması  üçün  əlindən  gələni  əsir-
gəmir.  Elə bil o, 85 min ABŞ dollara başa gələn film vasitəsilə  
Ağa Musa Nağıyevə  ekran nəfəsi, özünə isə layiqli ehsan verdi. 


 
138 
Gülüstan  sarayında  “Neft  kontraktı”  müqaviləsinin  bağlan-
ması münasibətilə verilən ziyafət zamanı Mirzə Fərəcovun xahi-
şi ilə “Yük” filmi iki dildə - Azərbaycan və türk dillərində nü-
mayiş etdirilib. Ziyafətdə 11 xarici neft şirkətinin və Azərbaycan 
Respublikasının  Dövlət nümayəndələri iştirak edirdi. 
Filmin  nümayişi  müvəffəqiyyət  qazanır.  Tamaşaçılar  film-
dən zövq aldıqlarını, Ağa Musa Nağıyevin böyüklüyünü vurğu-
layaraq, baş rolun ifaçısı – Mirzə Ağabəylinin rolun öhdəsindən 
çox gözəl gəldiyini xüsusi olaraq qeyd edirlər. 
Bu  müasir  kino  və  televiziya  seriallarından  fərqli  olaraq 
“Sabun köpüyündən” uzaq olan və insanı düşündürən bir film idi. 
İki milyonçunun Ağa Musa və Hacı Zeynalabdinin həyatın-
da zəngin hadisələrin bir neçə epizoduna baxdıqca, insan sanki o 
illəri yaşayır. 
Əsrin əvvəllərinə, Bakının keçmişinə qayıdıb, onun dar kü-
çələri  ilə  addımlayır,  səs  küylü  bazarını  gəzib,  sonra  isə  sanki 
filmin  qəhrəmanları  ilə  birgə  söhbət  edərək  faytonda  şəhər  gə-
zintisinə çıxırsan. 
Müdrik  Hacı  Zeynalabdin  Ağa  Musaya  doğma  münasibət 
bəsləyir,  ona  hörmətlə  yanaşırdı.  Çünki  qarşısında  dayananın 
kim olduğunu bilirdi.  
Amma  filmin  aqibəti  də  Ağa  Musanın  aqibəti  kimi  faciəli 
olur.  
1995-ci  ildə  filmin  ilk  nümayişi  Heydər  Əliyev  adına  sa-
rayda  keçirilərkən  heç  düşünmək  olmazdı  ki,  film  Almaniyada 
keçiriləcək  Beynəlxalq  kino  festivalında  mükafat  alacaq  və 
bununla da səbəbi bəlli olmadan onun ekran həyatı bitəcək. 
“Yük”  kommersiya  filmi  deyil.  Film  tamaşaçını  düşündür-
məyə məcbur edir. 
Sonda hambal rolunda Ağa Musa özünü tanıyır. Qalstukunu 
açıb  bir  tərəfə  atır.  Pencəyini  çıxarıb,  alt  paltarda  qalır.  Göydə 
rəqs edən qağayı dəstəsinə baxır. Bu rəqs azadlıq, genişlik, pul-
dan – sərvətdən uzaqlaşmaq istəyidir. O, azadlığını əlindən alan 


 
139 
milyonları  havaya  sovurur.  Onun  pulları  göyə  sovurması,  mə-
nəvi dəyərlərin aliliyin, saflığın, təmizliyin rəmzidir.  
Filmin  bugünkü  taleyi  də  bir  “Yük”dür.  Bu  həmin  yükdür 
ki, Ağa Musa ömrü boyu onu çiyinlərində daşıyıb. 
2002-ci  ildə  Bakıda  “Naməlum  filmlər”  festivalı  keçirilər-
kən “Yük” filminin nümayişinin bu siyahıya salınmasına nail ol-
dum.  Qazandığım  da  bu  oldu  ki,  filmdə  aktyor  Mirzə  Ağabəyli 
“Ən  yaxşı  kişi  rolu”nun  ifasına  görə  mükafata  layiq  görülüb, 
“Diplom” ilə mükafatlandırıldı. 
Artıq  bir  neçə  ildir  ki,  “Yük”  filmi  televiziya  kanallarında 
nümayiş etdirilir. Bu kanallar içərisində filmə ən çox efir həyatı 
verən  Ġctimai  televiziya  xüsusi  yer  tutur.  Filmə  bu  qədər  yer 
verib,  Ağa  Musa  Nağıyevin  yaddaşlarda  qalmasında  böyük  rol 
oynayan Tele kanalın Prezidenti İsmayıl Ömərov cənabıdır. 
Ağa  Musa  rolunun  ifaçısı  Mirzə  Ağabəylidən  müsabiqə 
alanlar,  nəvəsinin  –  yəni  mənim  nə  dərəcədə  razı  qaldığımı  so-
ruşurlar.  
Əlbəttə razıyam! Çünki ekran vasitəsilə, Ağa Musaya ikinci 
nəfəsi verən Hacı Mirzə, Rövşən Almuradlı və Mirzə Ağabəyli - 
həyatda isə deyilənlərə görə mən oldum. 
Öz sözü ilə desəm: “Atam-atam, bu belə də olmalı idi!” 
Ağa  Musa  Nağıyevin  həyatının  kiçik  bir  hissəsini,  Azər-
baycan  tarixinin  də  bir  parçasını  əks  etdirən  “Yük”  bədii  filmi-
nin də taleyi  onun taleyinə bənzər olub. 
 
                                 
 
 
 
 
           


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə