Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə28/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   24   25   26   27   28   29   30   31   ...   59

 
105 
SOYADIN SЦRGЦNЦ 
 
1903
-cü ilin  dekabr ayında  milyonçu  -  mesenat  Ağa Musa 
Nağıyevin qardaşı Ağa Əlinin ailəsində dünyaya göz açan uşağı 
Ağa  Musa  oğulluğa  götürür.  Fərəc  Musaya  azacıq  da  olsa, 
dünyasını  erkən  dəyişmiş  oğlu  İsmayılın  dərdini  unutmağa 
kömək olur.  
Lakin, milyonçunun vərəsəsi olmaq heç də asan iş deyilmiş. 
Sonradan  o  ömrünü  Azərbaycan  Teatr  sənətinə  həsr  edəcək  və 
bu yolda olmazın çətinliklərlə üzləşəcək. 
Xoşbəxt uşaqlıq illərini yaşayan Fərəc 16 yaşında ikən Musa 
Nağıyev  dünyasını  dəyişir.  Öz-özünə  böyüyən,  özünə  imkanlar 
yaradan aktyor və rejissor Fərəc Nağıyevin sənətinin üzə çıxma-
masına  səbəb  onun  üzərinə  uzun  müddət  kapitalist  kölgəsinin 
düşməsi  səbəb  olur.  Ömrünü  Orta  Asiya  və  Dağıstanda,  sonra-
dan isə  ucqar,  əlçatmaz, müasirlikdən çox-çox geri qalan Azər-
baycanın  rayonlarında,  teatrın  təşkilinə,  təbliğinə  sərf  edir.  Çox 
təəssüflər  ki,  teatrın  inkişafı  üçün  ömrünü  fəda  edən  belə  insan 
bu gün xatırlanmır, yad edilmir. 
Lakin milyonçu vərəsəsi olmaq Fərəcin 18  yaşından səhnə-
yə atılmasına mane olmur. 
O,  Bakı  Teatr  Texnikumunun  Rejissorluq  fakültəsini  bitir-
dikdən sonra, təhsilini davam etdirərək daha iki sənətə-aktyor və 
rəssam  ixtisaslarına  yiyələnir.  İncəsənət  aləminə  15  yaşında 
fəhlə  klubunda  həvəskar  aktyor  kimi  qədəm  qoyur.  “Tənqid-
Təbliğ” Teatrında fəaliyyətini davam edir.  
Yeni  yaradılan  inqilab  ruhlu  teatrın  repertuarına  birpərdəli 
müasir tamaşalar daxil idi. Bu sahədə təşkil olunan komissiyanın 
əsas  məqsədi  Ə.Haqverdiyev,  S.S.Axundov  və  Əliağa  Vahid 
kimi  yazarları  ətrafına  toplamaq,  Hacı  Ağa  Abbasov,  Mirzağa 
Əliyev,  Əhməd  Qəmərli  kimi  aktyorlar  üçün  yeni  əsərlər  ya-
ratmaq  idi.  Fərəc  Nağıyev  məhz  bu  dövrdə  Hacı  Ağa  Abbasov 
ilə  yanaşı  Sona  xanım  Hacızadə,  Ağasadıq  Gəraybəyli,  Ağa-


 
106 
hüseyn  Cavadov    və  Əzizə  xanım  kimi  aktyorlarla  görüşür. 
Onların yaradıcılıqlarından nə isə öyrənməyə çalışırdı. 
1923-cü  ildə  Abbas  Mirzə  Şərifzadə,  Rza  Təhmasib,  Cəlil 
Bağdadbəyov, Mustafa Mərdanov, Mərziyə Davudova kimi səh-
nə  ustalarına olan məhəbbəti onun Akademik Milli Dram  Teat-
rına gəlməsinə səbəb olur. O, teatrda kiçik rollar oynamaqla bə-
rabər başqa rolları da əzbərləyirdi.  
Qızı  Dilarə  Nağıyevanın  atasının  xatirələrindən:  -  Bir  gün 
“Şeyx  Sənan”  tamaşasında  dəvəçi  rolunun  ifaçısı  D.Şirvanlı 
xəstələndiyi  üçün  onu  əvəz  etməyi  atama  həvalə  edirlər.  Bu 
onun demək olar ki,  ilk  sözlü  rolu olur. Beləcə  o, iki il  ərzində 
Dram Teatrında bir çox rolun ifaçısı kimi seçilməyə başlayır.  
Bu illərdə artıq incəsənətdə yenilik, müasirlik ortaya çıxırdı. 
İncəsənət  xadimləri  yeni  tipli  “Sovet  teatrı”yaratmağa  çalışırdı. 
Fərəc  “Küləkli  səhər”  pyesində  aşıq  rolunun    ifaçısı  kimi  çox 
sevilirdi. O  bu   rolunu  Gəncə, Tiflis və  İrəvan teatrında qastrol 
zamanı da ifa etmişdi. 
 
Bədii rəhbər, aktyor, rəssam, rejissor... 
1931-32-ci  illərdə  Fərəc  Nağıyev  teatrda  tərtibatçı  işləməyi 
qərara  alır.  Təsadüf  elə  gətirir  ki,  “Qanlı  səhra”  tamaşasında  
dekorasiyasını  hazırlamaq  tapşırılır.  Bu  işin  yaxşı  qarşılanması 
onun teatrda rəssam kimi çalışmasına təkan verir. 
Fərəc  Nağıyevin  rejissorluq  sahəsində  ikinci  işi  “Evliykən 
subay “ tamaşası olur. O, Nuxa  Dram teatrında da rejissor kimi 
fəaliyyət  göstərmiş,  sonradan  bu teatrda bədii rəhbər,  aktyor və 
rəssam kimi də çalışır. Bundan sonra Fərəc Nağıyev fəaliyyətini 
Dərbənd  Dram  teatrında  davam  etmişdir.  Burada  o  bir  müddət 
truppa müdiri və aktyor, daha sonra Bakı  Teatr  Texnikumunda 
“Qrim üzrə” müəllim işləyir. 
Sonralar  müəllimi  olduğu,  həm  də  sənətinə  səcdə  etdiyi 
Hacı  Ağa  Abbasovun  təkidi  ilə  Sabirabad  Dram  teatrinda  işlə-
məyə göndərilir. 


 
107 
Beləcə  unudulmuĢ  “Qaravəlli”  xalq  meydan  oyunlarına 
Fərəc yeni nəfəs verdi. 
Fərəc Nağıyev 1928-ci ildə Zəhra xanımla ailə qurur. Zəhra 
xanım sürgün həyatında da onunla birgə olur. 
Dağıstan Dram  teatrında təbliğat  və təşviqat işlərini davam 
etdirməklə bərabər, Fərəc bu teatrda rejissor, aktyor və tərtibatçı 
rəssam vəzifələrini də icra edir. Sonradan o, teatrın direktoru da 
təyin olunur. 
Fərəc,  Xətai  və  Əbilov  adına  mədəniyyət  evində  də  bədii 
rəhbər  və  rejissor  kimi  çalışır.  O,  özünü  estrada  səhnəsində  də 
sınaqdan keçirir. 
Satira  janrında  işləməsi,  onun  sonralar  masabəyi  kimi  təs-
diqlənməsinə də təkan olur. 
Fərəc  qədim  xalq  meydan  oyunlarına  ikinci  nəfəs  verib. 
Yazdığı  70  səhifəlik  “Qaravəlli”  ssenarisini  Mərkəzi  Komitə 
tərəfindən təsdiqlənməsinə də nail olur. Və Xalq yaradıcılıq mə-
dəniyyət evinin “Qaravəlli” teatrı adlandırılmasına böyük qüvvə 
sərf edir. 
Xalq meydan oyunları olan “Qaravəlli”yə ssenari ilə bərabər 
yumoristik səhnəciklər də  yazıb. 1973-cü ildə Yusif Səmədoğlu 
“Yeddi oğul istərəm” bədii filmin çəkilişində məhz Fərəc Nağı-
yevin yazdığı “Qaravəlli” ssenarisindən istifadə edib. 
Fərəc Nağıyev  200-dən artıq satirik şerin müəllifidir. 
Fərəc Nağıyevin yaradıcılığına nəzər saldıqca düşünürəm ki, 
onun fəaliyyəti bir inqilab olub sənət aləmində. Görünür o bunu 
nəzərə  alıb  hər  zaman  deyərdi:  Mənim  qədrimi  öləndən  sonra 
biləcəklər. 
 
 
Məhəbbət xanım, 
“Ekran-Efir” qəzetinin müxbiri 
 
 
 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə