1
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Süleyman Rəhimov
GÜLSABAH
GƏNCLİK
BAKI – 1968
2
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
7 - 6 - 2
428-67 J
Kiçik və orta yaşlı uşaqlar üçün
Рагимов Сулейман Гусейн оглы
Гюльсаба
Рассказы
(На азербайджанском языке)
Redaktoru İlyas Tapdıq
Bədii redaktoru Y.Ağayev
Nexniki redaktoru B.X.Qurbanova
Korrektorları C.Həbibzadə, T.Cəfərova
Latın əlifbasında işləyəni və
redaktə edəni
Vəfa Ağamirzəyeva
Bakı 2014
3
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
KİTABIN İÇİNDƏKİLƏR
Hekayələr
səhifə
Gülsabah
--------------------------- 4
Günümüzün nağılı
--------------------------- 7
Usta-şagird
--------------------------- 10
Həcər
--------------------------- 12
Baba və nəvə
--------------------------- 17
Nənə
--------------------------- 21
Uçuş
--------------------------- 25
Nağıllar
Boz tülkü və alabəzək cücə
--------------------------- 31
Şir və Tülkü
--------------------------- 36
Kəkilli Toyuq və Caynaqlı Çalağan
--------------------------- 39
Əfsanələr
Buynuzlu və buynuzsuz qoç
--------------------------- 43
Əfsanəvi ləpirlər
--------------------------- 50
Sarıbaba və Sarısaçaq
--------------------------- 52
Palıd və qaratlkan
--------------------------- 57
4
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
HEKAY
Ə
L
Ə
R
GÜLSABAH
Mənim bir neçə nəvəm vardır.
Hamısını da çox istəyirəm və
əzizləyirəm. Ancaq nəvələrin içində
balaca Gülsabahın ayrıca bir yeri
vardır. Hər meyvənin dadı-təmi olan
kimi, hər oğul-qızın barı-bəhəri olan
hər bir nəvənin də özünə görə bir
dadı, bir gözəlliyi, bir tamaşası
vardır... Mən bu nəvəmə bir dünyaca
istədiyim anamın adını qoymuşam.
Ancaq Gülsabah Bakıda yox, öz ata-
anasının
yanında,
uzaq
kənd
rayonunda yaşayır. Arabir də Gülsabah öz ata-anası ilə Bakıya da gəlir. Mənsə
Gülsabah gələn qatarı qarşılayıram, bir müddət sonra Gülsabah gedən qatarı da yola
salıram.
Əvəzində Gülsabah da borclu qalmır, o da məni qarşılayır və yola salır. Baxırsan ki,
Gülsabah dövrəmə dolanır, heç bilmir ki, əziz babasına necə qulluq eləsin. Mən
işdən, ya gəzməkdən qayıdanda hamıdan əvvəl Gülsabah qabağıma çıxıb qayğıma
qalır, ucadan deyir:
—
Baba acdır!.. Tez babaya çay-çörək!..
Əlimi yuyub qurtarınca Gülsabah evdəkilərə kömək edir, xörək-çörəyi süfrəyə
daşıyır, işə qoşulub cani-dildən çalışır. Bir qədərdən özü də gəlib yavaşcadan
yanımda əyləşir.
5
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Gülsabahın belə qayğıkeşliyini görəndə öz anam yadıma düşür. Axı, mənim
anam da mən uşaq olduğum zaman, içəriyə girər-girməz mehribanlıqla məni
qarşılayıb soruşardı: «Yəqin ki, çox yamanca acmısan eləmi?»
Nəvəm Gülsabah rayonda, öz qarğı çəpərli ikimərtəbəli evlərində olanda mən
çox bərk darıxıram, ayrılığa tablamıram. Altdan-altdan hazırlaşıb, qatara minib
Gülsabahgilə yollanıram. Mən, Gülsabahgilin evlərinin qabağını tutan qarğı çəpərin
daldasında durub yavaşcadan səsimi çıxarıram:
—
Gülsabah, ay Gülsabah!
Hamıdan qabaq Gülsabah səsimi alır, eyvana çıxıb boylanır, mən bir az ucadan
çağırıram:
—
Gülsabah, ay Gülsabah!
Arada şübhə yeri qalmayınca, ikimərtəbəli evin yuxarı eyvanından daş pilləkən aşağı
tələm-tələsik düşən Gülsabah cəld qarğı darvazanı açıb çöl tərəfə çıxır, yanıma
yüyürür.
—
Baba gəldi, baba gəldi!
Qız sevindiyindən bilmir nə eləsin? O, boynuma sarılır, ağ saqqalımdan öpür, sonra
dönüb qışqırır:
—
Ana, babam gəlibdir!—Qız olmazın hay-haray salır. Mən qızılsaç nəvəmi
dönə-dönə bağrıma basıram. Qızılsaç nəvəm də öz qollarını açıb bərk- bərk
boynumu qucaqlayıb şirin dildən tökür:
—
Yorulmamısan ki, baba?.. Acmamısan ki, dədə?..
—
Anamla bazara gedib sənə çoxlu-çoxlu qaymaq alacağam!
Ancaq nə isə Gülsabah görürəm ki, son zamanlar tez-tez küsməyə, sözə qulaq
asmamağa, hətta bir az da şuluqluq eləməyə başlayıbdır... Qızın küsəyənliyi heç də
xoşuma gəlmir... Düşünürəm, çarə axtarıram... Deyəsən bir çarə də tapıram...
Bəli, fikir-fikirdən sonra bir gün paltomu geyinib bazara getdim. Bir xeyli
konfet, meyvə aldım. Oyuncaq mağazasına gedib bəzi para oyuncaqları da alıb
bunlarla birlikdə evimizə gətirdim. Küsən Gülsabaha heç bir söz demədim. Telefon
dəstəyini əlimə götürdüm, əzbər bildiyim nömrələrdən yığdım, Bakıda olan