Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   ...   10   11   12   13   14   15   16   17   18

46 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



 

Ata, buynuzlu olaram, ata, — deyə balası əl-ayağa düşdü. — Başımı daşdan 



daşa, qayadan qayaya döyə-döyə buynuz çıxararam, ata! 

 



Elə  ki,  buynuz  çıxartdın,  kəlləni  əməlli-başlı  bərkitdin,  o  kəmfürsətdən 

anamın da, mənim də intiqamımı alarsan, qoymazsan qisasımız yerdə qala! 

 

Demək, sən mənə buynuzlu qoçu cərgədən çıxarmağı tapşırırsan? 



 

Bəli, bala, — deyə buynuzsuz gözlərini balasının gözlərinə zillədi. — Bax o 



namərdin  buynuzu  çıxandan  sonra  bu  pərnəkdə  anamı  analıqdan,  məni  də 

qoçluqdan çıxardı! 

 

Demək, biz buynuzlu ilə barışmaz düşmənik? 



 

Bundan  da  artıq  nə  düşmənçilik,  —  deyə  buynuzsuz  şikayətini  elədi,  — 



sənə deyirəm ki, hər yan gəldi o buynuzlu məni qovaladı, hara oldu mənim 

şaxımı sındırdı, hər yerdə adımı əfəl çağırıb  məni ayaqlar altına atdı! 

 

Onda bəs necə olsun, ata? 



 

Arasbar  elində  söylənən  ayaqda,  gərək  «buynuzsuz  qoçun  qisası 



buynuzluda qalmaz» məsəli gərəyincə ona çatdırılsın! Gərək o xudpəsəndin 

başı  parçalansın,  beyni  qatıq  kimi  düzə  dağılsın,  onu  azğınlaşdıran 

buynuzlarının hərəsi də bir yana düşsün!.. 

Buynuzsuz  qoçun  balasını  vahimə  götürdü...  Gördü  ki,  bəs  az  qala  bu  da  elə 

buynuzsuz atasına oxşamaq istəyir... Bunun özünü də elə buynuzlu qoç buynuzluya-

buynuzluya  birtəhər  edəcəkdir.  Həm  özü  havayı  gedəcəkdir,  həm  də  atasının 

vəsiyyətinə əməl edə bilməyəcəkdir. Odur ki, atasına söz verdiyi sayağda cəhd elədi, 

çalışdı-çabaladı,  başını  daşdan-daşa  vura-vura  özünə  barmaq  boyda  da  olsa  buynuz 

çıxarmağa başladı... 

İndi bəs necə olsun, buynuzluya nə gərəkdi?.. Arxayın olmaq üçün bacardıqca 

onun barmaq boyda buynuzlarını kəlləsindən çıxarmaq gərəkdi!.. Ancaq yenə də necə 

və nə təhər? 

Barmaq boyda buynuz çıxaran bala qoç başa düşür, bacardıqca buynuzu burma 

qoçdan  gen  gəzir,  özünü  yaxın  vermirdi.  Buynuzlu  qoç  buradan  gələndə  o,  atılıb 

oradan  daş-qayanın  üstüncə  keçib  gedirdi.  Burma  buynuzlu,  ağır  quyruqlu  qoç  da 



47 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



çatdıra bilmirdi ki, onun qulağına bir söz desin. Belə halda buynuzlu qoça gərəkdi ki, 

hiyləyə  keçsin,  dil  tapıb  düşmən  balasına  yaxınlıq  eləsin,  buynuzu  barmaq  boyda 

çıxan  toğlucığazı  al-dilə  tutub  yaxına  çağırsın,  ona  öz  «mehribanlığını»  göstərsin!.. 

Göstərsin  ki,  sən  barmaqbuynuz  bala,  heç  də  arxasız  deyilsən,  sənin  bu  pərnəkdə-

bölükdə belə buynuzlu bir arxan vardır?! Sən heç də qorxub-ürkmə, mənə yaxınlaş, 

məndən  məşq-təlim  al!  Mən  sənə  elə  məşq-təlim  verim  ki,  daha  başqa  pərnəkdən 

hansı bir qoç sənin qabağına çıxsa əlindən dad çəksin, qaçıb yeddi ağac uzaqlaşsın, 

bütün pərnək qalsın sənin ixtiyarında, sən də öz qoçluğunu elə, dövran sür, kef gör, 

atını  həm  sağa  çap,  həm  də  sola.  Bir  gün  bu  fikirlə  buynuzlu  qoç  girəvə  tapıb 

barmaqbuynuz balanın yolağasını kəsdi: 

 

Deyəsən, heç bu pərnəkdə saqqallıya salam vermirsən, balası? 



 

Hansı saqqallıya? 



 

Mənə, qoçlar qoçuna! 



 

Mən heç bilməmişəm ki, bizim belə bir zabitəli ağamız da vardır! 



 

Bəli vardır, bu pərnəkdə belə bir buynuzlu ağanız! 



Toğlucığaz özünü bilməməzliyə vurub dedi: 

 



Bəs onda niyə atam bu barədə mənəheçcə bir söz deməyibdir? 

 



Atan əfəl idi, mən də onu istəmirdim! 

 



Niyə, nə üçün istəmirdin? 

 



Çünki o, nə qoç kimi qoç idi, nə də qoyun kimi qoyun!.. 

 



Demək, mənim atam çox avara idi?  

 



Bəli, avaradan da avara, veyldən də veyl, əfəldən əfəl, karsızdan da karsız!.. 

 



Bəs mən necə, buynuzlu ağa? 

 



Sən buynuzlu olaçaqsan! Atana yox, mənə oxşayaçaqsan! 

 



Bəs aqibətim necə olacaqdır? 

 



Bizim  pərnəkdə  məndən  sonra  sən  özün,  bir  buynuzu  burma  qoç  kimi 

meydana çıxaçaqsan!.. Daha gərək bizim pərnəkdən heç zaman buynuzsuz 

qoç çıxmasın. Arasbar elində adımızı batırmasın!.. 

 



Demək, sən belə qayğıkeş, təəssübkeşsən, qoç ağa! 


48 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



 

Bəli,  mən  mərdlik  meydanında  buynuzlu  olmaq  tərəfdarıyam!—Buynuzlu 



qoç  buruq-buruq  olub  polad  kimi  bərkiyən  buynuzlarını  düşmən  oğluna 

göstərdi. — Qoçsan, qoç ol!.. Yoxsa qoçla qoyun arasında olmaqdansa, öl 

qurtar!.. 

 



Demək, bizim pərnəyin buynuzu burması mənə məşq vermək istəyir? 

 



Bəli, buynuzu burma sənə məşq vermək qərarına gəlibdir! 

 



Bəlkə buynuzu burma mənim buynuzlarım bərkiməmiş, belə barmaq boyda 

ikən çıxarmaq qətnaməsinə qol qoyubdur! 

 

Çıxası buynuz, gərək də çıxsın! 



 

Bərkimiş, ya bərkiməmiş?! 



 

Əlbəttə,  mən  bizim  pərnək  balasının  buynuzlarını  bəri  başdan 



bərkidəcəyəm! 

 



Bəlkə bəri başdan pərnək balasının buynuzlarını kökündən qoparacaqsan? 

 



Onda  daha  mən  buynuzu  burma  qoç  ağa  yox,  bir  kəm-fürsət  və  namərd 

olaram! 


 

Yaxşı,  sözün  nədi?  —  deyən 



barmaqbuynuz  burmabuyuzun

  qabağından 

qaçmadı. 

 



İstəmirəm ki, məşq-təlim dayansın, soyuyub buza dönsün! 

 



Mən daha səni sevməyə başlayıram, bala qoç. 

 



Buna görə də deyirəm gündə-gündə kəllə-kəlləyə gələk, ağa qoç! 

Ağa qoç burmabuynuz başını yırğalayıb deyiniltili səslə söyləndi: 

 

Bəlkə  qorxursan  qoç  ağan  qəfildən  kəlləni  yerə  ata,  sənin  məşq  təlimin 



yarımçıq qala?! 

 



Yox, ona görə yox, ağa qoç! 

 



Bəs nəyə görə, bala qoç? 

 



Deyirəm  ki,  ağa  qoç  elə  məşq-təlim  olsun  ki,  sənin  bu  hünərin  bizim 

pərnəkdə qoçdan-qoça, nəsildən-nəsilə keçsin!! 

Buynuzlu  qoç  ha  eylədi,  bala  qoç  dediyindən  dönmədi,  buynuzlu  qoça  izafi 

nəfəs almağa aman vermədi. Buynuzlu qoç istədi-istəmədi, gündə-gündə bala qoç bu 




Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə