Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   ...   10   11   12   13   14   15   16   17   18

58 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



qardaş»  deyərdilər.  Zaman-zaman  buradan  ötüb  keçən  ovçular,  yolçular  yağışdan-

yağmurdan  qorqanmaq

4

  üçün  özlərini  buraya  salar,  «Yeddi  qardaş»ın  gövdəsinə 



sığınar, ruzigar sakitləşincə sağ-salamat öz yollarına düzələrdilər. Heç zaman heç bir 

kəs «Yeddi qardaş»a heç bir balta vurub gövdəsini yaralamaz, altdan yuxarıya baxıb-

baxıb heyran-heyran «Yeddi qardaş»ın duruşuna tamaşa edər, sonra da başını palıdın 

üzdə görünməyən kökünə əyər, ötüb gedərdi. «Yeddi qardaş» ilin hər bir fəslinə görə 

bir görkəm alardı, ildırımlı dağlar silsiləsində bir dağ kimi durardı. «Yeddi qardaş» 

qışda da dağ kimi qarla örtülüb öz üstünə yük götürərdi. Yaz başında «Yeddi qardaş» 

dağlarla  birlikdə  oynardı.  Yaz  girən  zaman  ildırımlı  dağların  qalın  qarları  əriyib 

tökülər,  üzü  aşağı  şırıl-şırıl  axıb,  köpüklənən  selli-sulu  çaylara  qarışardı.  İldırımlı 

dağlar  oradan-buradan  tala-tala  göyərməyə  başlayınca,  «Yeddi  qardaş»  da  oradan-

buradan  tumurcuqlanıb  tala-tala  göyərməyə  başlardı.  İldırımlı  dağlarda  ildırımlar 

çaxıb şimşəklər oynaşanda və dağları dilə gətirəndə, «Yeddi qardaş» da dağ kimi dilə 

gələrdi,  dağların  nərilti-gurultusuna  nərilti-gurultu  ilə  cavab  verərdi...  İldırımlı 

dağlarda çiçəklər açınca, «Yeddi qardaş» da özünə görə göyümtül çiçək açar, bəhrə-

bar üçün özünü tutardı. Yazın ağlar-gülər çağında ildırımlı dağlar aqlayıb gülən kimi 

«Yeddi  qardaş»  da  «ağlar-gülər»,  ildırımlı  dağlardan  geriyə  qalmazdı.  Dağlar  da 

duyardılar  ki,  onların  dərin  kök,  nəhəng,  gövdə  üstündə  birləşib  qalxan  «Yeddi 

qardaş»ı  vardır.  Yaz  keçib,  yay  gələndə  dağlar  öz  səxavətini  əsirgəməyib, 

qonaqlarını,  daşlanıb  gələn  köçəriləri,  quşları,  qartalları  qəbul  edən  kimi  «Yeddi 

qardaş» da öz qonaqlarını, daşlanıb gələn köçəriləri, quşları, qartalları qəbul edərdi. 

«Yeddi  qardaş»ın  yeddi  yanında  yeddi  təmdə,  yeddi  cürə  bulaq  qaynardı.  Yeddi 

qardaşa  qonaq  gələnlər  yeddi  bulaqdan  içib  sirab  olardılar.  «Yeddi  qardaş»ı  sayıb 

saytallaşdırıb, sehrləşdirən adamlar yeddi dadda bulaq suyunu qoyub heç bir şəraba-

şərbətə dil vurmazdılar. Qədim dədə-baba adəti belə idi, heç kəs də «Yeddi qardaş»ın 

adı olan yerdə bu adəti pozmağa cürət etməzdi. 

 

                                           



4

 Qorunmaq (red.) 




59 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Payız  gələndə  ildırımlı 

dağlarda 

qızıl 

saraltısı 



başlayan 

kimi, 


«Yeddi 

qardaş»da  da  qızıl  saraltısı 

başlardı.  Diqqətlə  baxanda 

«Yeddi qardaş»da bir tək qızıl 

saraltısı  yox,  alov  qızartısı  da 

görünərdi. 

Daha 

zəndlə 


baxanda  rəng  rəngə  qarışardı, 

«Yeddi qardaş» göyündən yerə 

bəhrə-bar 

yağardı.  «Yeddi 

qardaş»ın 

dibi 


özünün 

qıpqırmızı 

bəhrə-barı 

ilə 


dolardı.  Bu  bəhrə-bardan  — 

palıd  qozalarından  qartallar, 

quşlar  öz  dimdiklərilə  daşıyıb 

ildırımlı dağların sərt sıldırımlarına salıb səpərdilər. Bir kök bir gövdə üstündə duran 

«Yeddi  qardaş»dan  əvvəlcə  yeddi  min,  sonralar  yetmiş  min  palıd  ağacı,  palıd  şivi, 

palıd  pöhrəsi,  palıd  şitili  qalxmağa,  ildırımlı  dağların  yalçın  qayalarını  bəzəməyə 

başlamışdı. Nə vaxtdan bəriyə bunların hamısına qıvrıla-qıvrıla göz qoyan, yandıqca-

yanıxıb  qaralan  qaratikanın,  qara  ürəyi  hövl  edirdi,  «Yeddi  qardaş»a  divan  tutmaq 

üçün öz qara ürəyində vurnuxurdu. Vurnuxurdu ki, necə olsun ki, «Yeddi qardaş» da 

onun kimi yanıb yaxılsın, qaratikanın özü kimi qaralsın!.. Axı, bu qaratikan illərdən 

bəri  hər  necə  ciddi-cəhd  edirdisə,  heç  cürə  gövdələnə  bilmirdi,  öz  kökündən  yeddi 

deyil, yetmiş qanad çıxarsa da «Yeddi qardaş» adını ala bilmirdi. Gəlib gedənlərdən 

heç  birisi  bu  qaratikanı saymır,  bu  kola  sığınmırdı.  «Yeddi  qardaş»ın  dibində  süfrə 

açan yolçuların itindən, ovçuların tulalarından savayı bu qaratikanın dibini heç kəs, 

heç  nə  tanımırdı.  İldırımlı  dağlar  da  bilmirdilər  ki,  onların  ətəklərində  «Yeddi 

qardaş»ın  yanında  belə  bir  kolpanpapaq  qaratikan  da  vardır.  Bu  kolpanpapaq 




60 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



qaratikan  qışın  qış  çilləsində  qarın  altında  itsin-itməsin,  yazın  qoxusu  gələndə  güc-

bəla  başına  qaldırıb  dikəltsin-dikəltməsin,  yayın  əvvəllərində  dağlardan  dolu  düşüb 

qaratikanı  dibinəcən  şil-küt  eləsin-eləməsin,  payızın  qırovlu  soyuğunda  Qaya  baba 

gəlib «Yeddi qardaş»ın yan-yörəyə tökülən çır-çırpısına əl vurmadan, bu qaratikanın 

boynundan  qoşaqulaq  yabası  ilə  basıb  iti  dəhrəsi  ilə  qırıb  aparıb,  qarısının  çardaq 

altında  qurdurduğu  təndirini  qalasın-qalamasın,  acı  tüstüsünü  ildırımlı  dağlara 

ötürsün- ötürməsin birdi, təfavütü yoxdu; nə bu qaratikanı sayan, nə halına qalan, nə 

də hesabda saxlayan vardı! İstər qanadları qırılan qaratikan, üzünün sırtıqlığına salıb 

bu  torpaqdan  bir  də  çıxsın-çıxmasın,  fərqi  yox  idi...  Soruşub  bilən  tapılmazdı  ki, 

desin,  vardımı  ildırımlı  dağların  ətəyində,  «Yeddi  qardaş»ın  yanında  belə  bir 

qaratikan, ya da heç yerli-dibli yoxdu, belə bir qaratikan?!  

Bəli, getdikcə bu qonşunun o qonşuya paxıllıqı artırdı. Az qalırdı qaratikan öz 

qara  üzünə  salsın,  kökündən  köməcindən  qopsun  «Yeddi  qardaş»ın  üstünə  atılsın, 

onun üz-gözünü cırmaqlasın!.. 

— Yox-yox, bir gün qaratikan daha özünü saxlaya bilməyib çır-çır çığırmağa başladı. 

«Yeddi  qardaş»  əvvəlcə  elə  bildi  ki,  bəs  aranlarda  dəyənək  yeyib  qaçan  gürzədir, 

gəlib giribdir yolçu itlərinin, ovçu tulalarının yad etdikləri bu kolpanpapaq qaratikan 

kolunun  dibinə.  Ancaq  gördü  ki,  yox  çığırtı  kəsmədi.  Dönüb  diqqətlə  qulaq  verdi, 

gördü ki, bəs bu çığırtı ilan çığırtısından yaman çığırtıdır. 

—Nədi, eşitmirsən, balam? 

—Nə var, nə olub, qaratikan? 

—Qonşuluqda heç bircə kərə də olsun soruşursanmı günün niyə belə qaradır? 

—Sən başdan-binadan belə yaranmısan, qaratikan! 

—Bəs sən, sən necə, ağa palıd? 

—Mən də belə bir palıd yaranmışam! 

—Palıd yaranan bəyəm bir soruşmaz ki, niyə sən, Qaya baba ildən-ilə gəlib mənim 

qonşumu kökünə qədər qırıb aparırsan, təndirinə basıb yandırırsan? 

—Qaya baba mənəgənəşirmi?  




61 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



—Gənəşməsə  də  qışqırtı  qoparıb,  Qaya  qocanı  «Yeddi  qardaş»ın  səmtindən  qovub 

uzaqlaşdıra bilmirsənmi ? 

—Sən ki, «Yetmiş qardaş»san qaratikan! 

—«Yetmiş qardaş»ın günü göydən qara gəlibdir! 

—İndi bəs mən nə edim, qaratikan? 

—Qoy  sənin  də  günün  mənimki  kimi  göydən  qara  gəlsin,  ağa  palıd!  —  deyə 

qaratikan görünməzin qaraqışqırıq qopardı:  — Sən də artma, sən də çoxalma! Tum 

verən  vaxtı  mənim  kimi  qırıl,  qurtar!  Daha  ildırımlı  dağların  sərt  sıldırımlarını— 

qayalarını daşlarını başdan-başa bürüyüb daşlarını belə süpürləyib tutma!  

—Buna ağ-aşkara qara paxıllıq deməzlərmi, qaratikan?  

—Buna ağ-aşkar ədalət deyərlər, ağa palıd!  

Qaratikan  belə  qaraqışqırıq  qoparan  zaman  yenə  də  əli  qoşaqulaq  yabalı, 

qabağı uzunqulaqlı Qaya baba həmin-həmin böyürdən çıxdı. Qoca qulaq verdi ki, bəs 

nə isə bir «qara xəbər» bu aranı başına alıbdır?! 

Qaya  baba  dönüb  «Yeddi  qardaş»ın  gövdəsinə  baş  əydi,  «Yeddi  qardaş»ın 

yeddisi  də  ehtiram  göstərib  Qaya  babanın  salamını  aldı.  Qaya  baba  qayıdıb 

qaratikana  sarı  yeridi.  Qoşaqulaq  yabasını  qaldırıb,  ovxarlı  iti  dəhrəsini  də 

toqqasından çəkdi. 

—Yoxsa,  içində  qara  ilan  gizləmisən,  qaratikan!—deyə  Qaya  baba  qorxmadan 

qoşaqulaq  yabasını  qaratikanın  boğazına  keçirib,  boynunu  əydi,  qocanın  əl-ayağını 

necə  qanadıb-qanatmamağına  baxmayıb,  bu  dəfə  qaratikanı  dibinəcən  kəsdi, 

eşşəyinin belinə şələləyib apardı. Qarısını təndir qalayan görüncə, qaratikan şələsini 

uzunqulağın üstündən götürüb başlı-bütünlü təndirə basdı. 

—Bu nə hirsdi səndə, qoca?  

—Görmürsən necə də bu qaratikan bir qara qançıq kimi əl-ayağımı dağıdıbdır, deyə 

Qaya  baba  dönüb tezcə  düsərini  götürdü, bir də uzunqulağını qabağına qatıb,  Qaya 

obasından  qayıtdı,  «Yeddi  qardaş»a  yetişdi.  Əvvəlcə  o  qaratikanın  yerini  itirdi... 

Axtarıb gördü ki, deməyəsən bəs xəzəllərin altında gizlənibdir. Əl-ayağı cırmaqlanan 

qanı tökülən Qaya baba bu dəfə qaratikanı kökündən qazıyıb köməcindən çıxarmaq 



62 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



istəyincə gördü ki, çalıb-çürütməyə fürsət tapmayan, qabaqkı dəfə qoşaqulaq yabanın 

zəhmindən  qorxub  qaratikanın  kökünə  girib  gizlənən  bir  qara  ilan,  budur  burada 

qıvrılıbdır.  Fürsəti  fövtə  verməyən  Qaya  baba  əyri-üyrü  dişlərinin  dibində  zəhər 

torbalarını  gizlədib,  hansı  qərəzlə  isə  yayın  qızmarına  saxlayan  qara  ilanın  baş-

gözünü  əzib-əzişdirdi...  Sonra  da  Qara  ilanın  qara  quyruğundan  götürüb,  əl-ayaq 

dəyməyən  sal  qayaların  arasına  tulladı.  Qəzəbə  dolan  Qaya  baba  dönüb  həmin 

düsərlə  bu  qara  tikanın  kökünü  köməcini  kiçik  rişələrinə  qədər  daşaxor  torpaqdan 

çıxarıb uzunqulağına yüklədi. 

—Heç insafdan deyil ki,—deyə qoca yanıqlı nəfəsini dərdi.—Arandan dəyənək yeyib 

dağa  qaçan  bir  qara  ilanı  öz  kökündə  gizlədən  bu  qaratikan  bu  kökdə-gövdədə 

«Yeddi qardaş»ın qonşusu olub yaraşığını itirsin, cıralıya-cıralıya paxıllığını çəksin, 

ildırımlı dağlara dayaq duran bu tamaşa palıdın üstünə hürsün! 

Öz-özünə  söylənən  Qaya  baba  uzunqulağını  qaya  obasına  döndərib 

dəhmərlədi...  Qaya  obasına  çatar-  çatmaz,  təndirdə  bişirilən  lavaşın  qurtardığını, 

qohum-qonşunun onun təndirinə teşt-teşt xamır gətirdiyini görüb qışqırdı: 

—Gəlin,  gətirin!  —  acığı  soyumayan  Qaya  baba  əlilə  də  arvadları  tələsdirdi  — 

gətirin  tez  teştləri.  Öz  kökündə  qara  ilan  gizlədən  bu  qaratikanın  kök-köməcini  də 

sizin üçün qalayacağam!!. 

Qaya  babanın  qarısı  dodaqaltı  deyinsə  də  Qaya  baba  «Yeddi  qardaş»ın 

yanından qazıyıb gətirdiyi kök-köməcin hamısını birdən təndirə tökdü. Bir azdan bu 

kök-köməc  çırtaçırt  yandı.  İlanvarı  qara  tüstü  ildırımlı  dağlara  yol  aldı,  qanadların 

tüstüsünə qarışıb birləşdi. Birləşib qatılaşan qara tüstü çəkilə-çəkilə getdi.  

—Haraya  belə sürhaylayırsan?  —  deyə  buludlar  soruşanda  qaratikanın qara tüstüsü 

qara iblis knimi məşum səs çıxardı: 

— İldırımlar padşahının yanına yollanıram! 

—İldırımlar padşahı ilə nə işin? 

—Şikayətim var. Sizə də heç bir qarışacağı yoxdur! 

—Necə heç bir qarışacağı yoxdur, biz onun keşikçiləriyik! 

—Keşikçi deyilən bəyəm göydən gəlibdir? 



63 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



—Göydən-yerdən, — deyə qaratikanın qatılaşan qara tüstüsü elə bir haray-həşir salıb, 

elə bir qaraqışqırıq qopardı ki, buludlar qulaqlarını tutub gözlərini açınca bu qatı qara 

tüstü  üz  qoyub  aralandı,  qara  nəfəs  halında  özünü  ildırımlar  padşahının  səltənətinə 

yetirdi. Burada da qara tüstünün qabağını kəsdilər: 

— Haraya belə? 

—Padşahın yanına! 

—Hansı padşahın? 

—İldırımlar padşahının! 

—Axı, sənin ildırımlar padşahıyla nə işin vardır? 

—Bir tək özüm bilərəm! 

—Biz  durüstünü  bilməyincə,  padşahın  özündən  izin  almayınca,  səni  onun  yanına 

buraxa bilmərik! 

—Buraxarsınız,  əcəbcə  buraxarsınız!  —  deyə  qatılaşan  qara  tüstü  burada  da  elə 

haray-həşir  salıb,  elə  qaraqışqırıq  qopardı  ki,  İldırımlar  padşahının  ildırımlardan 

ibarət  keşikçiləri  də  quruyub  qaldı.  Qatılaşan  qara  tüstü  heç  nəyi  vecinə  almadan 

keşikçilərdən  də  ötdü,  özünü  birbaş  İldırımlar  padşahına  yetirdi.  İldırımlar  padşahı 

izinsiz gələn qatı qaraltını gözdən keçirdi: 

—Nəçisən, nəkarasan?  

—Gör padşahsansa, bil nəçiyəm, nəkarayam? 

—Hər nəçisən, de görüm səni kim buraya buraxdı? 

—Özüm gəldim! 

—Bəs qabağına duran tapılmadı? 

—Buludları parçalayıb, ildırımlardan ötdüm! 

—Demək, ildırımlar padşahının yanına gəlmisən? 

—Bəli, gəldim xəbər verim ki!.. 

İldırımlar padşahı odlu əllərini qaldırdı, kainat gur-gur guruldadı. 

—Mənim... xəbərçi ilə... aram yoxdur! 

—Xəbərçi ilə aran oldu-olmadı şikayətə gəlmişəm! 

—Axı, sən nəçisən, nəkarasan, söylə görüm haranın belə qatı qara tilsimisən? 



64 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



—Tilsim deyiləm, tüstüyəm! 

—Necə tüstü?  Nə tüstüsü? 

—Yandırılıb-yaxılan xilqətin tüstüsü! 

—Hansı xilqətin? 

—Dedim ki, gör padşahsansa hamısını özciyəzin bilməlisən! 

—Görürəm ki, bir görünməzin qatı qara tüstüsüsən!.. 

İldırımlar padşahı heybətli gözlərini çevirib zəndlə baxdı: 

—Görürəm ki... görürəm ki, qaratikanın qatılaşan qara tüstüsüsən!.. 

—Bəli, qaratikanın qatılaşan qara tüstüsüyəm! 

İldırımlar padşahı kükrədi: 

—Dinmə, deyəsən axı, kökündə qara ilan gizlədən qaratikansan? Özün də elə neştər-

neştər. Adamları didib, qanını tökənsən! 

—Adamlar  mənə  dəyib  dolaşmasınlar,  neştərlənib,  didilib  dalanmasın,  qanları  da 

tökülməsin! 

—Görünür sənin bu qatı qara tüstünün özündən də qan qoxusu gəlir. 

—Bəli, didib daladağım Qaya qocanın qanı mənim qatılaşan qara tüstülərimdədir! 

—Görünür  Qaya  qoca  sənin  kök-köməcini  də  qazıb,  təndirinə  yaxıb  tüstüyə 

döndəribdir! 

Qatılaşan qaratikan tüstüsü başını ildırımlar padşahının odlu qədəmlərinə əydi. 

—Məhz sənin üstündə, şahım! 

—Necə  mənim  üstümdə?—İldırımlar  padşahı  belini  büküb,  başını  onun  odlu 

qədəmlərinə əyən qaratikan tüstüsünü dinləməyə başladı: — Mən ki, heç zaman Qaya 

qocanın komasına qığılcım da salıb, onun yuvasını külə döndərməmişəm! 

—«Yeddi qardaş»ın üstündə, şahım! 

—Necə «Yeddi qardaş»ın? 

—Səni saymayan «Yeddi qardaş»ın! 

—O «Yeddi qardaş»ın komalarını göstərərsənmi? 

Onlar ömürlərində koma deyiləni tanımırlar, şahım! 

—Necə koma deyiləni tanımırlar? 



65 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



—Bəli, onlar komaya girmirlər, ildırımlar padşahına da baş əymirlər! 

—Necə-necə,  baş  əyməyirlər?—İldırımlar  padşahı  yeri-göyü  bir-birinə  vurub  qızıb 

quduzlaşmağa  başladı.  —  Mən  «Yeddi  qardaş»ın  yeddisini  də  tək  bircə  göz 

qırpımında yerlə yeksan edərəm! 

—Yerlə yeksan eləsən qudurub quduzlaşmazlar, şahım! — deyə qatılaşan qara tüstü 

fitnə-felə  keçib  dil  tökdü,—  sənin  təəssübünü  çəkəni  kökündən-köməcindən 

çıxartdırıb  təndirə  atdırıb,  yandırıb-yaxdırıb  qara  tüstüsünü  sənin  üstünə 

göndərməzlər! 

—Demək «Yeddi qardaş» başdan-başa qudurğandır?! 

—Bəli, şahım, qudurğanlar qudurğanı!.. 

—Mən  bir  an  içində  onları  külə-kösövə  döndərərəm!  —  İldırımlar  padşahının 

heybətli  qışqırtısı  göy  aləmini  gurultu  ilə  doldurdu.—Ta  sən  özün  onların  yurdunu-

yuvasını göstər! Onda görərsən ki, necə də komalarının üstünə od ələnəcəkdir, necə 

də alovları asimana dirənəcəkdir! 

—Ərz etdim ki, şahım, «Yeddi qardaş» heç bir koma tanımır, ildırımlar padşahının 

özünü də hesaba alıb saya salmır! 

—Bəs onlar haradadırlar, belə? 

—İldırımlı  dağların  ətəklərində,  şahım!  Orada  açıqdan-açığa  qayalarla 

döşləşməkdədirlər! 

—Mən  onları  qayalar  qarışıq  cəhənnəm  alovuna  tutub  tüstülərini  bu  göyün  yeddi 

qatına qaldıraram! 

—Belə olsa yaxşıdır, şahım, bax belə! — Qaratikan qara kinilə irişə-irişə güldü. — 

Daha  «Yeddi  qardaş»  öz  tanrılarına  təpik  atmaz  «gəmidə  oturub  gəmiçi  ələ 

dalaşmazlar!». 

—Daha  mənə  baş  əyməyən  «Yeddi  qardaş»  birdəncə  yanıb  yerə  enər,  kösövləri 

təndirlərdə yanar, kömürləri də samovarlara salınıb, inilti-sızıltıları aləmi götürər! 

—Afərin, şahım! 

—Ancaq sən onların yer-yurdunu düz-düzünə göstərəsən gərək! 

—Mən sizin ildırımlar qoşununun qabağına düşərəm, şahım! 



66 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



—Əsla  yerini  yayındırmayasan,  ha!..  Qərəzkarlığa  yol  verib,  qoşunumu 

aldatmıyasan, ha!.. 

—Nə  yayındırmaqlıq,  nə  qərəzkarlıq!  —deyə  tara  tüstü  qarala-qarala  xıxıldadı.  — 

Sənin  qoşununun  sərkərdəsi  görər  ki,  necə  də  «Yeddi  qardaş»  şax  dayanıb,  dik 

durubdur! Necə də «Yeddi qardaş» deyir ki, ildırımlar padşahı indiyə qədər yel olub 

yanımızdan ötə bilmədiyi kimi, innən belə də heç yel olub yanımızdan ötə bilməz!.. 

Biz  artarıq,  çoxalarıq,  ildırımlı  dağları  tutarıq,  bir  gün  girəvəsi  keçəndə  ildırımlar 

padşahının özünü taxt səltənətindən təpəsi üstə çevirib, başını daş-qayaya çaxarıq! 

—Yəni beləcə deyirlər o azğınlar, o qudurub- quduzlaşanlar? 

—Bundan da artıq, şahım! 

—Onda,  onda!  — deyə  kükrəyən,  ağzı köpüklənən, öz  yerindən  oynayan  ildırımlar 

padşahı  görünməzin  nərilti-gurultu  qopartdı.  İldırımlar  qoşunu  səf  çəkib  şahın 

qabağında durdu. Sərkərdə qabağa yeridi: 

—Bizə görə əmriniz, şahım? 

—Bax, bu qaratikan tüstüsü göstərən «Yeddi qardaş»ı yerlə yeksan edib xəbərini də 

mənə gətirərsiniz! 

—Əmriniz yerinə yetirələcəkdir, şahım! 

—Onda  hücum!—deyə  ildırımlar  padşahı  müdhiş  gurultu  çıxarıb  əmr  verdi, 

ildırımlar sərkərdəsi qatılaşan qaratikan tüstüsünü qabağına qatdı: 

—Göstər bizə «Yeddi qardaş»ın yerini! 

Qaratikan  tüstüsü  ildırımlar  qoşununun  qabağını  üzü  aşağı  çəkib  «Yeddi  qardaş»ın 

yerini göstərdi. 

—Budur, sizə, padşahınıza baş əyməyən «Yeddi qardaş!»  

İldırımlar padşahının sərkərdəsi nərilti-gurultu qoparıb əmr etdi: 

—«Yeddi qardaş» yerlə yeksan edilsin! 

  

İldırımlar  qoşunu  üzü  aşağı  şığıdı,  qırmızı  alovlar  ilan  kimi  qıvrılıb-açıldı, 



qaratikanın qatılaşan qara tüstüsü qara bir qəhqəhə çəkib qarala-qarala aradan əkildi. 

İldırımlar  padşahından,  ildırımlar  sərkərdəsindən  qəti  əmr  alan  ildırımlar 

qoşunu şığıyar-şığımaz gördülər ki, bəs budur, ildırımlı dağlara yaraşıq verən «Yeddi 



67 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



qardaş»  öz  əzəmət  və  qüruru  ilə  dik  dayanıbdır.  Onlar  əmrə  itaət  göstərib  nərilti-

gurultu  qopardılar,  ildırımlı  dağları  başdan  o  başa  titrətdilər,  bir  həmlədə  «Yeddi 

qardaş »ı acı tüstülər içərisində itirdilər. 

İldırımlar  qoşununun  sərkərdəsi  ildırımlar  padşahına  xəbər  apardı  ki,  bəs 

əmriniz yerinə yetirildi, şahım! 

Cəhənnəm  tüstüləri  çəkiləndən  sonra  Qaya  baba  hadisəyerinə  çatıb  gördü  ki, 

«Yeddi  qardaş»ın  biri  başdan-başa  yanıbdır,  elə  bil  ki,  altı  qardaşı    altısı  da  yetim 

qalıbdır.  Gövdə  də  sağ  tərəfindən  kökünə  qədər  yaralanıb-parçalanıbdır...  Görünür 

ildırımlar  padşahının  qoşununun  içində    «Yeddi  qardaş»ın  hamısına  qıymayan,  öz 

alovlarını  onların  başı  üstündən  keçirib  onları  bu  bəladan  sovuşduran  da  olmuşdu. 

Qaya baba baxdı, baxdı, yaxasını yırtıb, qan ağladı. Geriyə dönüb müsibəti qarısına 

nəql etdi. Qarı başını yırğaladı: 

—O qaratikanın, qara əməlidir, qoca! 

—Necə qaratikanın qara əməli, qarı? 

—Qara tikanın, qatılaşan qara tüstüsü baç alıb ildırımlı dağlara çəkiləndə bildim ki, 

«Yeddi qardaş»ının başı bəla gətirəcəkdir.     

—Heç bilmirəm biçarə gövdə necə olacaqdır? 

—Gör kökü dərinsə, gövdə öz ağır yarasına məlhəm tapacaqdır! 

—Yəni yeddinci qardaşı yerinə qaytaracaqdır?  

—Yox, yeddinci qardaşın yeri görünəcəkdir!  

Qaya  baba,  yetimləşən  palıdın  dibinə  yeddi  il  gəlib-getdi,  bu  ildən  o  ilə  yaranın 

qovuşduğunu  gördü.  Bir  gün  ona  elə  gəldi  ki,  yediinci  qardaş  geri  qayıtmasa  da, 

gövdənin yarası daha sağalıb. Qaya baba palıdın mamır bağlayıb cadarlanan qabığını 

əzəlcə üstdən tərpətdi, sonra içəridə əl gəzdirdi. Gördü ki, qaratikanın vurduğu ağır 

yara, üzdən hər necə sağalan kimi görünsə də, içəridə heç qaysaq da bağlamayıbdır! 

 

Dekabr, 1966. 



 

S O N 

Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə