Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   ...   10   11   12   13   14   15   16   17   18

55 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



zəhmlə xəncərini qınından sivirdi. Sarısaçağın kəlləsinin ortasındakı Sarı saçağından 

yapışıb göy zağlı xəncərini onun boğazına dayadı. Sarısaçaq sarı kirpiklərini qaldırıb 

saralan gözlə ağladı: 

 



«İgid basdığını kəsməz, Sarıbaba!» 

 



Bəs sən?.. Sən necə, Sarısaçaq? 

 



Mən ayıyam, qanmazam! 

 



Axı, mən bu Sarıbaba dağında sən Sarısaçağa dəyib-dolaşmaq istəmirdim! 

 



Düzü  mən  anlamamışam,  Sarıbaba!  Düzü  bu  gümanda  olmuşam  ki, 

məndən qorxursan, yayınırsan! 

 

İndi bəs necə? 



 

İndi fürsət sənindir, Sarıbaba! 



 

Başını  kəssəm,  Sarısaçaqlı  dərini  boğazından  çıxarıb  oğul-uşağın 



ayaqlarının altına atsam necə? 

 



İxtiyarın, haqqın vardır, Sarıbaba! 

 



Sonuncu sözün, Sarısaçaq? 

 



Sonuncu söz də sənindir, Sarıbaba! 

 



Nə söz?.. Necə söz? 

 



Ya başımı kəs, ya da məni bağışla! 

 



Sən hansını istərdin? 

 



Mən bağışlanmağımı istərdim, Sarıbaba! 

 



Niyə bir çömçə qanına görə belə zağ-zağ əsirsən, Sarısaçaq? 

 



Balalarım-potalarım  üçün,  Sarıbaba!..  Görünür  çoxusu  da  onlara  görə 

üstünə  atılmışam  ki,  sən  bu  dağı  qoyub  öz  aranına  enəsən!  Daha  burada 

mənim balalarıma-potalarıma dəyib dolaşmayasan! 

 



Bəs mənim balalarım-potalarım? 

 



Düzdür, Sarıbaba, sənin də balaların-potaların vardır! 

 



Bəs indi necə olsun, Sarıcaçaq? 

 



Sən  məni  həm  öz  balalarına-potalarına,həm  də  mənim  balalarıma-

potalarıma bağışla, Sarıbaba! 




56 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



 

Şayəd... bağışlasam? 



 

Qulun ollam, Sarıbaba! 



 

Qul yox! 



 

Bəs necə? 



 

Qoy qardaş olaq! 



 

Belə də möcüzə olarmı, Sarıbaba? 



 

Çünki qulla ağanın arasında hey-həmişə savaş gedir, ədavət alovu sönmür. 



 

Əgər mən qardaşlığa layiqəmsə, qol qoyuram. 



 

Onda dur dalımca gəl! 



 

Qan məni heydən salıb, Sarıbaba! 



 

Məni də qan aparır, - deyə Sarıbaba qabağa düşdü, Sarısaçaq güclə ayağa 



qalxıb onun dalınca addımladı. Bir qədərdən sonra onlar Sarıbabanın qızılı 

daşlardan  düzəltdiyi  dəyəsinə  çatdılar.  Oğul-uşaq  bu  işə  heyran  qaldı. 

Gördülər  ki,  nə  Sarıbabada,  nə  də  onun  dalına  düşüb  gələn  Sasrısaçaqda 

qan  qalmayıbdır.  Qeyzə  dolan  uşaqlar  istədilər  ki,adama  bir  dəyənək 

götürüb  Sarısaçağın  başını  əzib  aşını  bişirsinlər.  Amma  Sarıbaba  əlini 

qaldırıb işarə ilə qoymadı. O özünün, həm də Sarısaçağın ağır yaralarının 

sarınmağını dedi. 

Oğul-uşaq həm Sarıbabanın, həm də Sarısaçağın yaralarının sarıdılar, hər 

birisinə özünə görə yer düzəldib yemək verdilər. Üstündən üç ay ötəndən sonra 

Sarıbaba da, Sarısaçaq da hala gəldi. 

 

Mən səni azad edirəm, Sarısaçaq, - deyə Sarıbaba mağara səmtini göstərdi. 



 

Bəs sən demirdinmi Sarıbaba dağında qardaş olaq, Sarıbaba? 



 

Deyirdim, Sarısaçaq! 



 

Bəs indi necə? 



 

İndi mən öa ixtiyarını özünə verirəm! 



 

Mən sənin mərdliyinə itaət edirəm, Sarıbaba! 



 

Didim  ki,  azadsan,  Sarısaçaq!  Mən  burada  öz  balalrınımın-potalarımın 



içində, sən də orada öz balalarının-potalarınıniçində... Nə sən mənə dəy, nə 


57 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



mən  sənə.  Nə  sənin  nəslin  mənim  nəslimə  dəyib-dolaşsın,  nə  də  mənim 

nəslim sənin nıslinə dəyib-dolaşsın! 

 

Demək,  heç  yerdə  görünməyən  qardaşlı-dostluq  Sarıbaba  dağında 



Sarısaçaq törəməsi ilə Sarıbaba nəslinin arasında əmələ gəlsin? 

 



Mən əhdimə vəfa edənəm, Sarısaçaq! 

 



Mən  də  Sarıbaba!,  -  deyə  Sarıısaçaq  gözlərindən  gildir-gildir  yaş  tökdü... 

Başını qaldırmadan ağır addımlarla ğz mağarasına yollandı. 

Oğul-uşaq  ağır  yaraları  güclə  sağalan  Sarıbabnı  qabalarına  qoyub    

qınadı.Üstründən  bir  həftə  ötməmişdi,  bir  gün  gördülər  bə  budur  Sarısaçaq 

sarıqundaq  çaxmaqlını  da  qoltu\una  vurub,  balalarını-potalarını  da  yanına  salıb 

gəlməkdədir.  Bu  vaxt  Sarıbaba  da,  onun  özünə  oxşayan  oğul-uşağı  da  qonaqları 

qarşılamaq üçün qabağa çıxdılar... 

Sarısacaq  Sarıbabanın  əlindən  saldırdığı  sarıqundaq  çaxmaqlını  sahibinə 

qaytardı, öz başını mərd ovçunun qədəmlərinə qoydu... 

 

19 dekabr, 1966. 



 

 

PALID VƏ QARATİKAN 



Qədim  zamanda,  ildırımlı  dağların  ətəyində  bir  palıd,  bir  də  bu  palıddan  bir  qədər 

aralıda bir qaratikan var idi... Bu palıd dünya üzündə az-az görünən nəhəng palıd idi. 

Neçə-neçə örkəni bir-birinə düyünləyib bu palıdın gövdəsinə gətirən olsaydı, çətin ki, 

uc-uca  çatılardı.  Bu  palıd  çox  dərinlərə  kök  atmışdı.  Hətta  palıdın  çox  kökü  sal-

sıldırım  qayalardan  da  keçib,  ildırımlı  dağların  dərin  qatlarına  işləmişdi.  Kökdən 

möhkəm, gövdədən müstəhkəm palıd bir qədər yuxarıya qalxandan sonra yeddi yana 

bölünüb, ucalmışdı. Demək olardı ki, bu yeddinin hər birisi elə bütöv, böyük bir palıd 

idi  ki,  durmuşdu.  Bir  kök  bir  gövdə  üstündə,  ucalan palıdlar  tufanda-çovğunda bir-

birinə  arxa  olub,  dayaq  durmuşdular.  Buna  görə  də  el  arasında  bu  palıda  «Yeddi 



Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə