Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   ...   10   11   12   13   14   15   16   17   18

49 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



xudpəsəndlə nə ki, kəllə kəlləyə gəldi, daha birbaşa buynuz-buynuza çaqqışıb, əməlli-

başlı çarpışmağa başladı. Arada bir onun buynuzları hər necə əzilsə də buynuzlarının 

dibindən hər necə isti qan süzələnsə də o daha çəkilmədi, qırağa qaçmadı. Bala qoç 

dözdü, tabladı, duruş gətirdi. Onlar dildə bir cürə danışsalar da gözdə daha barışmaz 

düşmən  oldular.  Bu  barışmaz  düşmənçilik  də  gündən-günə  aşkara  çıxıb  artdı, 

şiddətləndi. Yenə də buynuzlu qoç istədi ara versin, bəlkə də yayınsın, öz buynuzlu 

başını  götürüb  meydandan  qaçsın,  Arasbardan  uzaqlaşsın,  bir  yanda  gizlənib,  öz 

kəlləsini  salamat  saxlasın... Ancaq  olmadı!..  Əvvəlcə  buynuzları  nizələşən, sonra da 

yavaş-yavaş  buynuzları  bərkiyib  burulan  qoç  xudpəsəndə  aman  vermədi,  onun 

gözlərinin  odunu  aldıqca  aldı,  daha  bir  gün  buynuzlu  qoçun 

gözlərində

  olan-qalan 

odu  da  tamam  söndürdü.  Bundan  sonra  bu  buynuzlu  qoç,  o  biri  buynuzlu  qoçun 

qabağını kəsib girəvəsini aldı. 

 

Qəsdin nədi, düşmən oğlu? 



 

Qəsdim düşmənlə çaqqışmaq, çarpışmaq buynuz-buynuza döyüşməkdir! 



 

Sən bil ki, mən buynuzu burma bir qoçu yox, bir əfəl qoçu öldürmüşəm! 



 

Sən buynuzsuzu öldürmüsən! 



 

Mən bizim pərnəyimizdə qoç nəslimizin başını batıranı başdan eləmişəm!.. 



 

Yox,  sən  kəmfürsətlik  eləyib  özünün  bu  burma  buynuzlarınla  bir 



buynuzsuza zülm eləmisən! 

 



Bəs indi necə? 

 



İndi buynuzlu buynuzlu ilə çaqqışıb-çarpışacaqdır! 

 



Qoy  olsun,  —  deyə  üstünlüyə  inamı  olmayan,  buynuzlu  qoç  odu  sönən 

gözləri  ilə  ağlamaq  istəsə  də,  intiqam  alovu  ilə  qan-qan  deyən,  artıq 

buynuzları  buruq-buruq  burulan  qoç  düşməni  ilə  kəllə-kəlləyə  gəlib,  qəti 

döyüşə  girişdi.  Çaqqışma-çarpışma  xeyli  davam  etdi.  Axırıncı  tutarlı 

zərbədən xudpəsəndin başı parçalandı, beyninin qatığı düzə dağıldı, burma 

buynuzunun hərəsi bir yana atılıb, düşdü!.. 

 

 



50 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Ə

FSAN

Ə

V

İ

  L

Ə

P

İ

RL

Ə

 

 



Qədim  zamanda  Nardaran  qalasının  qırağında,  Xəzər  dəryasının  axar-

baxarında tikilən tağbənddə 

Piri baba adlı qoca ilə onun 

nəvəsi 


Gülbala 

olurdu. 


Baba 

və 


nəvə 

 

gün 



çıxandan 

gün 


batana, 

qonum-qonşu 

bağ- 

bağatında 



günəmuzd 

işləyir, meynələrin diblərini 

belləyib-becərir, 

güzəran 


keçirirdilər. 

 

Bir  yol  sübh 



tezdən  yerindən  qalxan, 

həyətə  düşən  baba-nəvə 

qum  üstündə  qəribə-qəribə 

ləpirlər  gördülər.  Onlar  bir-birinin  üzünə  heyrətlə  baxıb,  dinməz-söyləməz  bu 

əfsanəvi  ləpirlərin  izinə  düşdülər.  Gedib-gedib  dəryanın  kənarında  ucalan,  sallaq 

ətəklərini ağ köpüklü dalğalar döyəcləyən sıldırımlı çal qayaya çatdılar... Gördülər ki, 

bəs  bu  qayanın  üstündə  üç  ləpir  qərar  tutubdur.  Piri  baba  nəfəsini  dərib  birisindən 

soruşdu: 

 

Adın nədir?  



 — Var-dövlət! 

Gülbala, babasının ətəyindən tutub dedi: 

 

Gəl bunu cəld götürüb tağbəndimizə aparaq, yoxsulluğun daşını birdəfəlik ataq. 



Piri baba əlini qaldırdı, nəvəsini səbirli olmağa çağırdı. 


51 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



 

Qoy bu birisindən soruşaq! — İkinciyə döndü, — sənin adın nədi? 



 

Xoşbəxtlik! 



 

Ay  baba,  daha  bundan  gözəl  nə  olar?  —  Gülbala  sevincdən  atılıb-düşdü.  — 



Gəl  bunu  götürüb  qaça-qaça  tağbəndimizə  aparaq,  bu  dünyada  bizim  də 

üzümüz gülsün, xoşbəxt olaq! 

Piri baba üçüncü ləpirə müraciət etdi. 

 



Bəs sənin adın? 

—  Dostluq-doğruluq! 

Nəvə duruxunca babası tərəddüd etmədən bildirdi. 

—Bax bala, yapış bundan götürüb tağbəndimizə aparaq! 

 

Niyə,  nə  üçün,  baba?  —  Gülbala  dilini  sürürdü.—Quru-boş  dostluq-



doğruluqdan ətəyimizə nə töküləcəkdir? 

Piri baba göy damarları çıxan düyümlü əlini dümağ saqqalına aparıb şişpapaqlı 

başını hikmətamizliklə tərpətdi. 

 



Dostluq-doğruluq, heç də quru, boş şey deyildir, Gülbala! 

 



Sübut, baba! Dəlil, baba!.. 

 



Sübut-dəlil budur ki, bala, bir gün var-dövlət tufana düşər, oynayıb əldən 

gedər!  —  Piri  baba  misal  üçün  yan-yörədən  bir  neçəsinin  adını  tutdu.  Onların 

birdən necə var-dövlətdən çıxıb yoxsullaşdığını, boyunlarına torba salıb, əl açıb 

dilənməyə məcbur olduqlarını dedi. 

 

Bəs xoşbəxtlik necə, baba? 



 

Oğlum  hər  necə  xoşbəxtlik  olsa  da  baxarsan  bir  gün  elə  naqafil 



bədbəxtlik baş verdi ki, çox çətin ki, ömrün uzunu altından çıxa bildin!  — Piri 

baba  yenə  də  ətrafdan  bir  neçəsinin  əzəlcə  necə  xoşbəxt  olduqlarından,  sonra 

necə  fəlakətə  düçar  olub  bədbəxt  hala  düşdüklərindən  danışdı.  Babasının 

gətirdiyi bu misallar da nəvənin beyninə batdı. 

 

Bəs dostluq-doğruluq necə, baba? 



 

Dostluq-doğruluq  hər  zaman  sənin  karına  gələ  bilər.  Var-dövləti  itirib 



yoxsullaşanda doğru dost sənin qolundan yapışıb sənə dayaq durar. Qoymaz ki, 


Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə