Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

37 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Ağzı köpüklənən Şir bar-bar bağırdı: 

 



Yalan deyirsən! Gözlərinin içinə, bəbəyinin ortasına qədər yalan deyirsən! 

 



Şaһın öz başına and içirəm! 

 



Mən səni indicə parçalayacağam!.. 

Şələquyruq Tülkü Şirin pəncələrini tumarlayıb, dabanlarını yaladı: 

 

Qurd-quşa  yem  olmaqdansa,  şaһa  xörək  olmaq  mənə  xoşdur!  Mən  anadan 



gör necə xoşbəxt doğulmuşam ki, Şaһ dağının böyük şaһına xörək oluram! 

Şələquyruq Tülkünün yağlı dili qəzəbli Şirin ürəyinə yatdı: 

 

Bəs mən səni parçalamasam nə təһər? 



Tülkü əlləri üstə dikəldi: 

 



Yox, siz məni yeyin!.. Axı siz acsınız! 

 



Əgər səni bağışlasam, necə?.. 

 



Onda ömrüm uzunu sizin qulunuz ollam! 

Şələquyruq Tülkünün sözləri Şirin xoşuna gəldi, Tülkü sağ qaldı. Getdikcə Şirin 

qılığına  girdi,  onun  ürək  dostu  oldu.  Şirin  mağarasını  öz  yumşaq  quyruğu  ilə  silib-

süpürdü, itaətində durub bir sözünü iki eləmədi... 

Şir  һər  nə  ovladısa,  gətirib  süfrəyə  tökdü.  Şələquyruq  Tülkü  Şirin  bollu 

süfrəsindən  doyunca  yedi.  Ağası  başını  qoşa  pəncəsinin  üstünə  qoyub  istirahət 

edəndə,  şələquyruq  Şirin  misilsiz  igidliklərindən  söz  açdı,  basıb-bağladı,  olanı-

olmayanı onun adına yazdı. 

Vaxt dolandı, vədə ötdü bir gün Şir ovdan yaralı döndü... Tülkü Şirin yüngül 

yarasına baxıb gözlərindən qanlı yaş axıtdı. Tezcə də şahın yarasını yüngülcə bağladı. 

Bir  müddət  sonra  yarası  sağalan  Şir  yenə  də  həmin-həmin  ova  çıxdı.  Bu  dəfə  ağır 

yaralanan Şirin mağarasına qayıtdı. 

Tülkü diqqətlə yaralı Şirə baxıb, bu yaradan da birtəhərlə ölməyəcək deyə yenə 

də ağasına qulluq göstərdi, birbaşa Şirin pəncələrinə sərildi: 

 

Məni yeyin, şahım! Siz ac qalmayın! Qoyun bu dəfə arzuma çatım!.. 



Şir  hər  necə  ac  olsa  da  Tülkünün  tükünü  də  tərpətmədi.  Sınaqlardan  çıxan 

şələquyruq  Tülkü,  Şah  dağı  şahının  vəziri  oldu.  İndi  daha  artıq  ərklə  Şahın 




38 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



süfrəsindən  yedi,  içdi,  get-gedə  yağlanıb  şişdi.  Bir  gün  Şir,  Şah  dağının  ətəyində 

qılınclı-qalxanlı bir pəhləvanla üzləşdi, çox ağır yara aldı, sürünə-sürünə mağarasına 

gəldi. Bu dəfə də Tülkü zəndlə Şirə baxdı, baxdı: «Yox daha yüz canı da olsa, biri də 

qalxa bilməz!» — dedi. Tülkü çevik tərpənib heydən düşən Şirin başının üstünü aldı. 

Ağır yaradan ürəyi od tutub yanan Şir dostunu səslədi: 

 



Su!.. Mənə bir qurtum, su!.. 

Toy-bayram edən Tülkü, caynaqları boşalan şirin ağzını əydi: 

 

Sən belə kimdən su istəyirsən, kaftar? 



 

Səndən başqa bu Şah dağında mənim kimim vardır?! 



 

Sən məni özünə əbədi bir nökərmi tutmusan?! 



 

Məgər  sən  bir  zaman  mənim  bu  pəncələrimə  sərilib  demirdinmi, 



«qulunam»? 

Şələquyruq iri bir daş qucaqlayıb üstdən aşağı Şirin yarasına çırpdı. 

 

O vaxt mən sənin qulun olsam da, indi sən mənim ayaqlarımın çulusan!.. 



Tülkünün kəmfürsətliyini görən caynaqlı Şir öz dirsəyini yerə dayayıb axırıncı dəfə 

sifəti  üzə  çıxan  Tülkünün  cəzasını  vermək  istədi.  Tülkü  isə  sıçrayıb  mağaranın 

qayalarına qalxdı, əlini-əlinə vurub qah-qah güldü: 

 



Bunca  müddət  ərzində  mən  sənin  dərini  gözləyirdim,  sarsaq!  Yoxsa,  mən 

əzəl gündən belə sənin atanın nökəri-zadı deyildim!.. 

Kim  bilir,  bəlkə  də  Şah  dağı  Şirinin  ağır  yarası  sağalacaq,  o  dizlərinə  dayanıb 

ayağa  qalxacaqdı!..  Ancaq  Şir  daha  qalxmadı.  Pəhləvanın  qılınc  yarası  yox, 

şələquyruq Tülkünün dil yarası onu bir daha qalxmağa qoymadı...  

 

 



 

 

 



 


39 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



K

Ə

K

İ

LL

İ

 TOYUQ V


Ə

 CAYNAQLI ÇALA



Ğ

AN 


 

 

 



 

 

 



Çiyin-çiyinə söykənən sıldırım dağların ortasında nəhəng gövdəli Səngər dağı 

dayanmışdı.  Bu  dağı  qalın  meşə  bürümüşdü.  Dağın  təpəsində  qədim  zamanlardan 

qalan uçuq qalaçalar, sökük qüllələr, dağılan divar və hörgülər var idi. 

Səngər dağılın  ətəyindən  çıxan  «Orta bulağ»ın başında  on-on  iki  evdən ibarət 

bir oba salınmışdı. Səngərlinin tüstüsü üzüyuxarı uzanır, dağın təpəsindəki xarabalıq 

içində itirdi. 

Səngərlinin  qışı  çıxıb,  yazı  girmişdi.  Novruz  bayramından  sonra  kürt  yatan 

kəkilli fərə də on beş cücəsi ilə düzə çıxıb anaş olmuşdu. 

Kəkilli  toyuq  bəzən  özünü  unudub,  yanlarını  asa-basa  yeriyir,  subay-salıx  bir 

xanım kimi sallana-sallana gedirdi. Ancaq bir az sonra o, ağlı-qırmızılı, sarılı-qaralı 

cücələrinə baxıb qırt-qırta başlayır, balalarını toplayıb dənlədirdi. Kəkilli toyuq arada 

bir  subay  günlərini  yadına  salırsa  da,  anaşlığı  ilə  öyünür,  rəngarəng  cücələrilə 

fərəhlənirdi. 

O, balalarını yanına alıb həyətdən çıxır, çəməndə gəzdirir, gözünə dəyən xırda 

böcəklərdən  utub,  cücələrinə  verirdi.  Kefi  kökələn  kəkilli  toyuq  birdən  balaları  ilə 



Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə