Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

31 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Göyə  qalxıb,  gurultu-nərilti  dlə  qanadlarını  açan,  havanı  yarıb  uçan  təyyarə  Xəzər 

sahilinə sarı çevrilib qalxa-qalxa uzaqlaşdı, hamının ürəyi döyündü, Rəşid babanınsa 

göz yaşları kirpiklərində gilələndi: 

İndi zaman dəyişib, savad üçün, elm üçün göylərin də yolu üzümüzə açılıbdır!.. Qoy 

bu uçuş hamı üçün uğurlu olsun! Qoy mən öz oğlum Əhmədi gözü dolusu görən kimi 

Əhməd də öz oğlu Zakiri gözü dolusu görsün!..  

 

 

NA



Ğ

ILLAR 


 

BOZ TÜLKÜ VƏ «ALABƏZƏK CÜCƏ» 

 

Biri  var  idi,  biri  yox  idi,  boz  bir  tülkü  var  idi.  Boz  tülkü  Ormanlı  dağın  ətəyində, 



Ovlaq  obasının  kolluğunda  olurdu.  Boz  tülkü  heç  cürə  Ovlaq  obasının  həndəvərinə 

hərlənə 


bilmir, 

qıllı-qaban 

köpəklərin əlindən göz açıb heç 

bir  toyuq-cücəni  girinə  keçirə 

bilmirdi.  Buna  görə  də  boz 

tülkü  acından  üzülür,  ortası-

ortasından 

keçirdi. 

Görən 

deyərdi, 



boz  tülkü,  meşə 

ətəyinin  tülküsü  deyil,  aran 

yerin  quru  çaqqalıdır  ki,  güc-

bəla  özünü  buraya  çatdırıbdır. 

Boz  tülkünün  əl-ayağı  bir-

birinə  dolaşır, qədəmləri  qırağa 

getmirdi. Boz tülkü bilmirdi nə 



32 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



eləsin, haranın külünü götürüb öz başına töksün.   

— Daha gedib öz yuvama çəkilim, elə oradaca da çan verim, — deyən tülkü ölümünü 

gözləməyə başladı. Bir gün eşitdi ki, bəs kəndin qıllı-qaban köpəklərinin hürüşməsi 

dağ-daşı başına alıb, hər yanı hay-haray doldurubdur. Boz tülkü ölüm-zülüm başını 

çıxarıb  gördü  ki,  onu  Ovlaq  obasının  heç  bir  toyuq-cücə  damının  həndəvərinə 

qoymayan, qıllı-qaban köpəklər budur bir canavarın qoparağını götürüblər. Boz tülkü 

əvvəlcə  istədi  yuvasında  başını  gizləsin,  tərpənməsin.  Sonra  birtəhərlə    sürünüb 

yuvasından çıxdı. Göz qoyub gördü ki, bəs köpəklər qabaqlarına qatdıqları canavarı 

qovhaqovda,  tuthatutdadır.  Amma  canavar  da  hələ  ki,  onlara  can  vermir.  Boz  tülkü 

gördü ki, köpəklər yorulur, bir ucdan tökülüb qalır. Ancaq bir qıllı-qaban köpək bu 

canavardan  əl  çəkmir  ki,  çəkmir.  Onlar  ikisi  də  şiş  qayanın  başına  çatar-çatmaz 

süpürləşib boğuşdular. Bir azdan yalquzaq köpəyi götürüb qayanın başından uçurum 

dərənin dibinə tulladı. 

Boz  tülkü  çox  sevinib  yuvasından  çıxdı.  Sürünə-sürünə  getdi,  gördü  ki,  bəs 

boğazından  boğulub,  üstəlik  başı  qayaya  çırpılan  köpək  gəbəribdir.  Azca 

fikirləşəndən  sonra  boz  tülkü  canını  dişinə  tutdu,  gəbərən  köpəyin  dərisini 

boğazından çıxartdı. Ancaq boz tülkü it əti yeməmişdi, bu ətlə də ötüşə bilməzdi; ona 

Ovlaq  obasının  toyuq-cücəsi  gərək  idi.  Fəndgir  tülkü  köpəyin  dərisini  günəvər  bir 

yerdə  sərib  səliqə-sahmanla  qurutdu,  özünə  geyim  düzəltdi.  Boz  tülkü  qıllı-qaban 

köpək geyiminə girdi. Ovlaq obasında da heç bir qıllı-qaban köpək də güman eləmədi 

ki, bəs acından ölən boz tülkü onlara belə kələk gələ bilər?! 

Boz tülkü arxayın-arxayın gəzib dolandı, hətta gündüzləri Ovlaq obasına girib 

çal-çəpər  dibində  özünü  yuxuya  verdi.  Köpək dərisində gizlənən  boz tülkü gecələri 

durdu, toyuq-cücə damına təpildi, bir ildən də yuxarı Ovlaq obasına vay verdi. Axırda 

canı-cəzanə  gələn  toyuq-cücə  «Paşa  bəy»  adlanan  çığalı  xoruzun  yanına  gəldilər, 

şikayətə  başlayıb  dedilər  ki,  bu  nə  işdi  ki,  bizim  düşmənimiz  gözə  görünmür;  bir 

köpək  də  həramiyə  hürmür?!  Daha  az  qala  bizim  damazlığımız  Ovlaq  obasından 

kəsildi,  sən  də  sahibinin  dörd  dirəkli  damının  dibində  gecələyib  öz  bannamağınla 

məşğulsan ki. məşğulsan... Bilmirsən ki, nəinki biz toyuq-cücəyə, hətta başqa «Paşa 



33 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



bəy»lərə  necə  divan  tutulur.  Damın  dibində  gecələyən  «Paşa  bəy»  utanıb-qızardı, 

fikir-zikirdən sonra durub yanlarını basa-basa Ovlaq obasının böyüyü sayılan dəvənin 

yanına yollandı, söz açıb şikayətləndi: 

 



Məndən nə istəyirsən, «Paşa bəy»? 

 



Dərdimizə dərman, böyük dəvə! 

 



Nə dərman, «Paşa bəy»? 

 



O dərmanı ki, axı görək bu necə çapqınçı-həramidir ki, bircə yol da tutduruq 

vermir, bir köpək də çapqınçını görmür, həramiyə hürmür! 

Dəvə başını aşağı salıb fikirləşdi: 

 



Gedin mənə toyuq-cücə tükündən əlvan bir don tikin! 

 



Sən boyda nəhəngə, toyuq cücə tükündən necə əlvan don düzəldə bilərik, ay 

dəvə? 


 

İstəsəniz, hər yandan toyuq-cücə tükü tapıb cunaların üstünə tikə-tikə elə bir 



don düzəldərsiniz  ki,  nəinki  mən  boyda dəvə, məndən böyük  fil də  geyinə 

bilər! 


 

Məqsədiniz nə ola, dəvə? 



 

Daha o mənim öz işymdir, «Paşa bəy»! 



Xoruz baxdı ki, Ovlaq obasının çox yarısının toyuq damı qan ağlayır... Əlac nə idi?.. 

Gərək  dəvə  deyənə  əməl  olunaydı.  «Paşa  bəy»  geriyə  döndü.  Qalan  toyuq-cücəni 

başına  topladı,  dəvə  deyəni  bildirdi.  Onlar  cuna  tapdılar,  iynə-sap  götürüb  toyuq- 

cücə tükünə tutub bəzədilər, dəvəyə əlvan don tikdilər. 

 

Hə, neçədir bu don, dəvə? 



 

Yaxşıdır, işimə düşər, «Paşa bəy»! 



 

İndi nə edək, böyük dəvə? 



 

Məni geyindirin! 



Yağının əlindən cana gələn toyuq-cücə dəvəni geyindirdi. Gözlədilər ki, görək nə 

olacaqdır? Əlvan donlu dəvə Obadan çıxdı, gözdən itdi. Neçə gün, neçə gecə gəzdi, 

dolandı.  Axırda  gəlib  bir  yerə  çatdı  ki,  bəs  toyuq-cücə  tüküdür,  hey  uçuşur,  hətta 

burada cürbəcür xoruz lələyi də bir-birinə qarışır. Dəvə başa düşdü ki, Ovlaq obasının 




Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə