Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   2   3   4   5   6   7   8   9   ...   18

17 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



BABA VƏ NƏVƏ 

 

 



 

(Sənədli söhbət)

 

 

—Baba, bəs indi haralısan?.. 



—Bəyəm bilmirsən?.. Əyinliyəm! 

—Bir də, bilmək istəyirdim, baba! 

—Bəs sən, indi haralısan, Elxan? 

—Mən daha bakılıyam, baba!  

—Axı, 

əvvəlcə 


deyirdin, 

əyinliyəm?.. 

Müddət 

dedin 


Qutqaşınlı

1



Aydınqışlaqlıyam?.. İndi də deyirsən ki, bakılıyam?!. 

                                           

1

 Qutqaşın- indiki Qəbələ rayonu 




18 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



—İndi mən bakılı olmuşam, baba! 

—Bəlkə gəzə-gəzə sabahdan başqa bir yanlı da olacaqsan, Elxan? 

—Yox, daha biryolluq bakılıyam, baba! 

—Nəyə görə belə qərara gəlmisən, Elxan? 

—Nədən ki, baba, axı, mən Bakıda doğulmuşam! 

—Bəs atan, Oqtay? 

—O da sənin kimi Əyinlidir! 

—O, nəyə görə? 

— Nədən ki, Oqtay Əyin obasında anadan olubdur! 

—Bəs Şamo əmin? 

—Hamı kitabdan, qəzetdən oxuyub, bilir ki, Şamo əmi, Bakıda anadan olubdur! 

—Bəs Arif əmin, necə? 

—Arif əmi də Əyində anadan olubdur! 

—Bas Şəfiqə bibin? 

—Şəfiqə bibim də Bakıda anadan olubdur!.. 

—Bəs Rəfiqə bibin? 

—O da Şəfiqə bibim kimi! 

—Aqil əmin neçə? 

—Aqil əmi, xalis bakılıdır! 

—Bəs qardaşın Hüseyn? 

—Hüsü həmişə deyir ki, mən qutqaşınlı-aydınqışlaqlıyam! 

—Niyə, nəyə görə, Elxan? 

—Ona görə ki, axı, Hüsü Qutqaşının Aydınqışlaq obasında anadan olubdur! 

—Bəs xırda bacın Şəlalə, kiçik qardaşın Fərid? 

—Onlar da bakılıdır, baba! 

—Bəs anan Firəngiz?  

—Anam aydınqışlaqlıdır! 

—Bəs nənən Zərqələm? 

—O da sənin kimi, Əyinlidir, baba! 



19 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



—Bəs bibiqızın Gülsabah? 

—O da Bakıda anadan olubdur! 

—Gülsabahın atası Fazil necə? 

—Fazil əmi deyir ki, ata-anam şuşalıdır, özüm də Füzulidən!.. 

—Nəyə görə? 

—Ona  görə  ki,  Fazil  əmi  qabaqca  Qaryagin,  indi  Füzuli  deyilən  şəhərdə  anadan 

olubdur! 

—Bəs Arif əminin qızları? — Həcər, Lalə? 

—Onlar da bakılıdır, baba! 

Bəs Həcərin, Lalənin anası Elmira? 

—Elmira da bakılıdır! 

—Bəs Həcərin, Lalənin nənəsi Bəyim xanım, babası Məhəmməd müəllim? 

—Bilirəm ki, Bəyim nənə şuşalıdır. Məhəmməd baba da sənin kitab yazdığın Mollu 

obasından, Qaçaq Nəbinin qohumudur!.. 

—Bəs sənin nənən Tükəzban, baban Qərib necə? 

—Onlar ikisi də qutqaşınlıdır! 

—Gərək onların da hərəsi ayrı-ayrı kənddən olalar? 

—Elədir... Qərib baba deyir mən aydınqışlaqlıyam... 

—Tükəz nənə də deyir ki, mən... 

—Bəs Rəfiqə bibinin oğlu, xırdaca Aqşin? 

—O, sözsüz bakılıdır! 

—Bəs Aqşinin atası Şamxal? 

—O maştağalıdır! 

—Bəs Elxan, götürəndə biz haralı oluruq? 

—Hərəmiz bir yurddan-yuvadan, baba! 

—Bəs necə edək ki, biz bir yurdlu-yuvalı olaq, Elxan?  

—Baba,  elə  çoxdandı  ki,  özün  də  bilirsən,  mən  necə  çətinə  düşmüşəm...  Bilmirəm 

məktəbimizdə uşaqlara nə deyim, necə cavab verim? 

—Məktəbdə uşaqlara deyib, cavab ver ki, biz nə oralıyıq, nə buralı!.. 



20 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



—Bəs haralıyıq, baba? 

—Azərbaycanlıyıq, Elxan, azəriyik! 

—Elə məktəbimizdə söhbət düşəndə çox uşaq da mənim kimi çətinə düşüb çaş-baş 

qalır! 


—Qoy heç bir uşaq çətinə düşüb çaş-baş qalmasın, Elxan!.. Onlara çatdır ki, mənim 

babam  söyləyir  ki,  daha  heç  bir  kəs  çətinə  düşməsin,  çaş-baş  qalmasın,  özünü 

əziyyətə  salıb  haralı  olduğunu  axtarmasın?!  Qoy  onların  hər  birisi  biryolluq  bilib-

başa  düşsün  ki,  onlar  böyük  bir  ailə  sayağında  qaynayıb  qovuşan  azəridir, 

azərbaycanlıdır!..    

 

25 may, 1966. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



21 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



NƏNƏ 

İlk əzəldən demək istəyirəm ki, nə qədər ki, oğlan nəvəm var, o qədər də qız nəvəm 

var. Düz yarıbayarı! Nə qədər ki, oğlan nəvələrimi çox istəyib, çox sevirəm, o qədər 

də  qız  nəvələrimi  çox  istəyib,  çox  sevirəm.  Baxanda  mənim  nəvələrim  bir-birindən 

göyçəkdir,  qəşəngdir.  Qız  nəvələrim 

isə 


qədər 


göyçək,  o  qədər 

qəşəngdirlər  ki,  hərəsi  bir  tamaşa,  bir 

kukla!  Kukla  nədi?  Dünyanın  heç  bir 

bərli-bəzəkli  kukla  mağazalarında  siz 

bu  göyçəklikdə,  bu  qəşənglikdə,  bu 

yaraşıqda,  bu  tamaşada  kukladan  tək 

bircəciyiıi də tapmazsınız! 

  

Qız  nəvələrimin  «ağbirçəyi» 



dilli-dilavəri, 

öz 


anamın 

adını 


qoyduğum 

qızılsaç, 

alagöz 

Gülsabahdır. 



Əgər 

görsəniz, 

deyərsiniz  bəs  bu  qızı  dünyanın  hansı 

rəssamı neçə-neçə rəngdən çəkibdir. 

Hələ 

bu 


Gülsabahın 

gülməyi 


qiyamətdir, musiqidir, özü də necə bir musiqi! 

Gülsabahdan xırda nəvəm şəvəsaçlı, uzun qara kirpikli Şəlalədir. Şəlalə «Ana 

abidəsi» romanımın baş qəhrəmanlarından birisidir. Bu adı da mən qoymuşam. Şəlalə 

özündən böyük qardaşlarına qarşı duran, özünü ayağa verib dərisini diddirməyəndir! 

Şəlalədən  xırdası  qara  qıvrım  saçlı,  köşək  gözlü  Həcərdir.  Uzun  müzakirə, 

mübahisədən  sonra  bu  adı  da  mən  qoymuşam.  Bu  barədə  «Həcər»  adlı  hekayədə 

yazıb  çap  etdirmişəm.  Dördüncü  balaca  qız  nəvəm  Lalə  ki,  bir  qiyamətdir.  Lalənin 

saçları  qısa-qıvrıcıqdır.  Qız  elə  göyçəkdir  ki,  deyirsən  bəs  yazın  gözəl  bir  çağında 

ağlı-qırmızılı,  qızılgül  topasıdır  ki,  sabahın  şehində  açılıbdır.  Bu  adı  da  mən  «Ana 



Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə