Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

28 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Əhməd  indi  fikirləşirdi:  «Görəsən  kimin  zəhməti  çox  olubdur?  Mənim,  ya 

Rəşidin? Bizdən kim öz oğlunu daha çox istəyibdir?» 

Əhmədə  eləgəlirdi  ki,  Rəşid  kişi  öz  oğlu  Əhmədi,  Əhməd  öz  oğlu  Zakiri 

sevəndən daha çox sevibdir, istəyibdir. O zaman Rəşid kişi nə «3», nə də  «5» bilərdi. 

O zaman Rəşid kişinin oğluna dediyi söz bu idi: « — Oxu ki, oğlum, bəlkə əlin qələm 

tuta!..  Oxu  ki,  başını  götürüb  zülmətdən  qırağa  qaçasan!..  Oxu  ki,  bəlkə  divan 

dəftərxanasına düşüb  mirzə  olasan!»... Demək  Rəşid kişi  öz  oğlunu  zülmətdən işığa 

çıxarmağa cəhd etmişdi. Rəşid oğlunu, qaranlıqdan işığa çıxartmaq üçün çırpınmışdı. 

Pəncərə  qarşısındakı  çarpayının  üstündə  uzanan  Əhməd  özünün  keçmiş, 

Zakirinsə  gələcək  yolunu  düşünürdü.  Onun  gözünə  çimir  də  gəlmirdi.  Bakının  boz 

gecəsində  Əhmədin  yuxusu  göyə  çəkilmişdi.  Öz  övladını  sevmək  azdır, onu  tərbiyə 

etmək,  sabahını,  uçuşunu  hazırlamaq  gərəkdi!  Əhmədin  fikri  Zakirin  yolu  üzərində 

dolanır, uçub ağ buludlar arasına girir... Əhmədin təsəvvüründə yenə də əla dərəcədə 

oxuyan Zakir çalışıb-çalışır — uzun, ağır zəhmətin, səyin müqabilində əla qiymətlə 

ali təhsil alıb, ixtisas sahibi olur... Yavaş-yavaş Zakirin də saçlarına dən düşür: 

 



Bizim akademikdir! 

 



İxtirası böyükdür!.. 

Əhmədin arzu ilə dolan gözləri yaşarır...  Zakirin səsi eşidilir: 

 

Ata, vaxt deyilmi? 



—  Sən az da olsa yatdınmı? 

 



 Bir az yatdım, ata! 

 



Saat neçədir, Zakir? 

 



Dördə işləyibdir, ata! 

 



Demək uçuş saat beşdədir? 

 



Ancaq, çatarıq, ata! 

 



Bəlkə Rəşid babanı heç tərpətməyək? 

 



Niyə? 

 



Yorulubdur, qocadır! 

 



Əlbəttə, qoy baba yatsın... Mən onunla axşam görüşmüşəm! 


29 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



 

Bəs sənə sözü nə oldu? 



 

Gözləri doldu, dedi özüm səni yola salacağam! 



 

Demədinmi aeroplanla uçuram? 



 

Dedim. 



 

Bəs?.. 



 

Dedi ki, baxacağam görüm nə təhər uçursan!— Ayağa qalxıb geyinən Zakir 



atasının  saçlarını  öz  barmaqlarıyla  geriyə  darayıb,  alnından  öpdü.  Əhməd 

ayağa durdu. Lampanı yandırdı. Qoca yatan otaqdan başqa, bütün otaqlarda 

lampa yandırıldı. Az ötməmişdi ki, küçədə maşın səsi eşidildi. 

 



Vaxtdır, tələsmək gərəkdir, ata! 

Rəşid baba da yerində qurcalandı: 

 

Yəqin deyirlər ki, qoca bizə yük olar? 



Rəşid baba o biri otaqdan çağırdı: 

 



Əhməd! 

 



Nədi, ata? 

 



Deyəsən mənsiz yola düşürsünüz? 

 



Deyirik narahat olmayasan, ata! 

 



Necə  yəni  narahat  olmayasan,  ata?  Bəs  mən  nə  üçün  ucqar  obamızdan 

yırğalana-yırğalana  buraya  gəlmişəm?!  Baba  hirslə  ayağa  qalxdı,  cəld 

geyinməyə girişdi... Əhməd ara qapını açdı. 

 



Ata, axı sənə zəhmət olar! 

 



Uşaq-uşaq danışma, Əhməd! 

Əhməd susdu... Geyinib hazırlaşan Rəşid baba aparılası ağır bağlamadan yapışdı. 

 

Mən körpəni yola salmağa gəlmişəm. 



Hərə  bir  bağlama  götürüb  pilləkən  aşağı  həyətə  düşdü.  Şeylər  maşına  yükləndi. 

Adamlar  da  əyləşdi.  Maşın  tərpəndi.  Onlar  şəhərdən  çıxıb  uçuş  meydanına  yol 

aldılar, yarım saatda mənzilə çatdılar... Dan yeri sökülürdü... Bakıdan Moskvaya üç 

təyyarə  uçacaq,  on  illiyi  qurtaran  şagirdlərdən  böyük  bir  heyət  ali  məktəblərə 

aparacaqdı. 



30 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Zakirin  yola  düşəcəyi  təyyarə,  havaya  birinci  qalxacaq,  şahin  kimi  qanad 

açacaqdı. 

 

Əhməd, olmazmı Zakir sonuncu təyyarəyə qalsın! 



 

Nə təfavütü var ki? — deyə Əhməd, gözləri həsrətli yaşla qaynayan anaya 



cavab verdi.—Oğlun nə qədər tez, nə qədər qabaqca uçsa, bir o qədər də işi 

irəli düşər! 

 

Deyirəm ki, yəni hava işıqlansın. Deyirəm, uşaq işıqda uçsun! 



Əhməd  Zakirin  anasına  diqqətlə  baxdı.  Oğlundan  aralanan,  onu  uzaq  səfərə  yola 

salan ananın saralan, titrəyən sifətini gördü. Əhməd də anasını xatırladı: 

 

 Oğlum, qabaqda çay var, özünü gözlə! — Əhmədin çantasına pendir-çörək 



qoyan anası, həmişə oğluna bu sözləri deyib tapşırardı. Axı indi yol çaydan 

deyil, göydən-buluddan keçirdi! 

Təyyarə  meydanına  gələn  adamlar  bu  tərəfdə  qaynaşırdı.  Anası  Zakirdən  qopmaq, 

oğlunu gözündən qırağa buraxmaq istəmirdi: 

 

Bax,  özünə  yaxşı  bax,  yemək-içməyinə  fikir  ver!..  İsti  geyin,  baş-gözünü 



isti saxla!  Yatanda üstünü  yaxşı  ört!  Daha  atan  yanında  yoxdur,  şaxtada  - 

buzda üstünü örtə! 

Vaxt çox tezcə gəldi. 

Cavan  tələbələr,  ata-ana  ilə,  qohum-qardaşla,  tanış-bilişlə  bir-bir  görüşüb 

təyyarəyə qalxdılar. Rəşid baba nəvəsi Zakiri əyləndirib, geniş alnından öpdü. Onun 

çuxura  düşən  gözləri  qəhərlə  doldu.  Zakir  də  babasının  qabarlı  əlini  sıxıb,  uzun  ağ 

saqqalından öpüb oxşadı, anasına göz gəzdirib təyyarəyə qalxdı. Təyyarənin pərləri 

hərəkətə  gəldi.  Yola  salanlar  bu  biri  yana  çəkildi.  Əhməd  iztirab  keçirən  Rəşid 

babaya  diqqətlə  baxıb,  onun  qəribə  vəziyyətini  seyr  edirdi.  Rəşid  babanınsa  nəzəri 

Zakirin təyyarəsindən qopmurdu. Onun ürəyi də təyyarə ilə ağaran buludlara qalxırdı. 

Günəş də artıq Xəzərdən qalxıb bu aləmi şəfəqə boyayırdı. 

 



Bax  bu  da  işıq!  —  Əhməd  Zakirin  anasının  qolundan  yapışdı;  —  Bax, 

oğlunun yolu gör necə də işıqlandı! 




Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə