Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   2   3   4   5   6   7   8   9   10   ...   18

25 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Soruşdular: 

— Haçan? 

Dedim: 

— Gələn ilin bu vaxtına, xalqların 8 Mart qadınlar bayramına!  



 

 

 



 

 

 



UÇUŞ

 

 

Bir  həftədən  də  artıq  idi  ki,  Zakirgilin 



ailəsi  yatmırdı;  ailə  oğlunun  ali  təhsil 

səfəri 


üçün  hazırlaşırdı.  Ata-ana 

Zakirin  on  illiyi  əla  qiymətlə  qurtarıb, 

qızıl  medal  alıb,  özünə  yol  açdığına 

görə  həm  sevinir,  həm  də  ondan  ayrı 

düşəcəklərinə 

görə 


həyəcan 

keçirirdilər. Axı, Zakir on il içərisində 

ata-anasını 

incitməmişdi, 

üzləri 

danlamaq 



üçün 

məktəbə 


çağırılmamışdı.  O,  həmişə  evə  «5» 

qiymətlə  qayıtmışdı.  Əhmədin  gözləri 

Zakirin  gətirdiyi  «5»ə  alışmışdı... 

Əhməd  bilirdi  ki,  heç  bir  şagirdə 

havayı  yerə  «5»  vermirlər.  Bu  «5»  hər  şagirdin  qeyrətli  zəhmətinin,  böyük  səyinin 

məhsuludur.  Ömründə  tənbəli  «5»  tapmaz!  «5»in  zəhləsi  tənbəldən  gedər.  Əhməd 

«5» alan oğlunun Moskva universitetində oxumağını arzu etmişdi. 



26 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Axı,  Əhmədin  öz  oğlu  üzərində  zəhməti  az  deyildi.  O,  Vətən  müharibəsi 

zamanında  gecənin  yarısında  çalışdığı  idarədən  evinə  dönəndə  cibindəki  açarla 

yavaşca  qapını  açıb  içəriyə  girər,  öz  dabanlı  ayaqqabılarını  gecə  çustla  əvəz  edər, 

taqqıltı salıb ailənin yuxusunu qaçırmaq istəməzdi, qoy gündüzlər məktəbdə oxuyan, 

sonra  evdə  dərslərini  hazırlayıb  yorğun  düşən  uşaqlar  istirahət  etsinlər.  Qoy  kitabı 

əlindən yerə düşməyən  Zakir doyunca yatsın, sabahın sübhündən öz yatağından gur-

gümrah qalxsın! 

Əhməd bilirdi ki, heç də Zakir xorhaxor yatmaqla «5» almamışdı. 

Axı, bu «5» nədi ki, hər ailə, hər ata-ana öz uşağından «5» umur. 

 



Oğul, «5», ha! 

 



Bax, qızım, sən də «5», ha! 

Məgər  bizim  gündəlik  işlərimizdə  başqa  rəqəmlər  gərəyə  gəlmirmi?!  Xeyr,  bütün 

rəqəmlər bizim gündəlik işlərimizdə gərəyə gəlir. Ancaq dərsə gedən uşaqlar üçün bu 

«5»in  ayrı  bir  yeri  vardır.  Məsələn  deyək,  «6»  ya  «7»ni.  Bunlar  ki,  «5»-dən 

yuxarıdırlar. Onda bəs nə üçün bunların heçcə biri uşaqları oxuyan bir ailədə hörmət 

qazanmamışdır?  Baxırsan  ki,  imtahan  zamanı  ata  da,  ana  da,  nənə  də,  baba  da 

gözlərini qapıya zilləyib: 

 



Görək uşaq nə vaxt dönəcəkdir? — deyə balalarını gözləyirlər. — Barı 

«3» olmasın, «2» də onu tanımasın, yaxasına yazılmasın! 

Oğlu-qızı  oxuyan  ata-anaya,  nəvəsi  oxuyan  nənəyə,  babaya,  «9»-a  qədər  bütün 

rəqəmləri göstərib soruşun: 

 

Hansı qəşəngdir? 



Deyəcəklər: 

 



«5»! Ancaq «5» 

Demək «5»in təhsildə şərəfi, qüdrəti vardır! 

«5»  şagirdin  həm  bu  günü,  həm  də  gələcəyidir.  Bu  gün  məktəbdə  «5»  alan 

şagird  sabahın  bir  dəyərli  cərrahıdır.  Bu  cərrah  minlərlə  xəstəyə  şəfa  verəndir, 

intizarlı ailə gözlərini güldürəndir. Demək, bu gün dərsdə «5» alan şagird, sabahına 



27 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



bəlkə  də  çox  mahir  memardır.  Çoxmərtəbəli  qəşəng-qəşəng  binaların  layihələrini 

işləyən, sənət abidələrinin sayını artırandır! 

Bu gün «5» alan şagird, sabahına igid neftçimizin qabağına düşən, dalğalanan 

Xəzərdə yeni - yeni neft yataqları tapan, dənizin dibinə qədər enən, torpağın bağrını 

dələndir.  Və  neft,  təyyarələrimizi,  maşınlarımızı,  kombaynlarımızı,  traktorlarımızı, 

ekskavatorlarımızı  hərəkətə  gətirən,  min-min  maşınları  işlədən,  onlara  odlu  nəfəs 

verəndir. 

Əhməd də on il  ərzində oğlu Zakirin gələcəyi naminə ondan «5» gözləmişdi, 

oğlu Zakir də atasına «5» gətirmişdi. 

Əhmədin  qarasaçlı,  qaynar  qaragözlü  Zakirə  qarşı  qayğısı,  məhəbbəti 

azalmamışdı.  Qışın  soyuq  gecələrində  divarları  dələn  güclü-gurultulu  Bakı  küləyi 

nərə  çəkən  zaman,  Əhməd  səksəkəli  yatar,  bütün  gecəni  cövlan  edən,  pəncərələri  

cingildədən,  birdən  də  çərçivələri  çırpıb  açan  küləklərdən  Zakiri  qoruyardı.  Bəs 

indi?..  Moskvada  şimalın  buzlu,  soyuq  bir  yerində  Zakirin  üstündən  sürüşüb  yerə 

düşən yorğanını kim qaldırıb, onun üstünü kim örtəcəkdir?! 

Gündüzləri  çalışıb  yorğun  düşən  tələbə  yoldaşlarının  hamısı  yataqxana  boyu 

yatmış  olacaqdır,  bəs  onda  Zakirə  kim  baş  çəkəcəkdir?  Ona  soyuq  dəyməyəcəkmi? 

Zakir xəstələnməyəcəkmi?.. Əhməd, oğlunun Moskvada keçirəcəyi illəri düşünürdü. 

Bu zaman, Əhmədin gözlərinin qabağında beş gün əvvəl nəvəsini yola salmaq üçün 

ucqar dağ obasından gələn, indi yan otaqda yatan Rəşid kişi canlanırdı. Əhməd ötən 

günlərini  xatırlayırdı.  Otuz  beş  ya  qırx  il  bundan  qabaq,  meşəli  dağın  ətəyində, 

Səngər obasının qırağında dörd dirəkli, tək bacalı qara damın altında, qışın uğultusu 

ətraf  meşələri  başına  götürdüyü  zamanda  Rəşid  də  beləcə  narahat  yatar,  öz  balaca 

Əhmədini  bacadan  dolan  şaxtadan  qoruyardı.  O,  yük  yerini  əlləşdirib  əlinə  düşən 

cecimdən,  kilimdən  götürüb  Əhmədin  üstünə  örtərdi.  Birdən  döşəkdən  sürüşən,  bir 

kənara  düşən  balacanı  qaldırıb  bağrına  basar,  buza  dönən  balasını  yanına  gətirib 

nəfəsi ilə qızdırardı. Dörd dirəkli qara damın qapısını qarlı küləklər taraq-turaq döyər, 

taxtaları  aralanan  qapıdan  içəriyə  qar  tozanaqları  dolardı,  Rəşid  oğlunu  köksünə 

sıxardı. 



Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə