Alkoqolizmi niyə seçirlər? Səbəblər?



Yüklə 7,34 Kb.
tarix06.05.2018
ölçüsü7,34 Kb.
#42138

Alkoqolizm

Davamlı olaraq, tənzimsiz spirtli içkilərin qəbuludur, bağımlılıqdır - alkoqolizm. Bir vərdişdir, ancaq kədər yaradan, məhv edən, dağıdan bir vərdiş. Abstinent deyə sindrom yaradır məcbur ayırdığımızda insanı ondan. Xəstənin halıpisləşir, qusma, baş firlanması, qarabasma yaranır insanın beyni ilə bərabər həyatı pozulur. Yaddaş? Alkoqolizmlə məşğul olan biri üçün yaddaşlı demək gülməlidir, çünki bu an etdiklərini bir saat sonra xatırlamırlar. Elə hərəkətlərə sövq edir ki, içki onları niyə? nə üçün? Etdiklərini anlama qabiliyyətləri belə tədricən məhv olur, itir.



Alkoqolizmi niyə seçirlər? Səbəblər?

Elə çox səbəb var ki, bəhanələr. Insan həyatda bunu niyə etdim sualına mütləq alternative bir cavab tapacaq qədər bacarıqlıdır. Uşaq vaxtı çətin günlər çox keçirtmişəm deyəndən tutmuş, təcavüzə uğramışam, sevdiyim insanla ayrılmışam deyən insanlara qədər , alkoqolizmlə məşğul olmaqlarını buna bağlayırlar və daim özlərinə bəraət qazandırırlar.


Simptomları
Tibbi olaraq sübuta yetirilmiş, təstiqlənmiş simptomları mövcuddur alkoqolizmin. Bunlar:
1) iştahın pozulması
2) yuxunun pozulması
3) özünü idarə edə bilməmə
4) halusinasiya görmək, şüursuz şəkildə
Fəsadları:
Elmi tərəfdən fəsadları sonsuzdur. Mən sizə həyati cəhətdən fəsadlarını yazmaq istəyərdim. Bununçün kiçik bir hekayə yazmaq istəyirəm:
“Dörd nəfərlik bir ailə, beş yaşında bir oğlan, yeddi yaşında bir qiz uşağı, çarəsizlikdən gözündə yaş qalmayan ana və heçnəyi düşünməyən həyatını bir şüşə acı suya qurban vermiş adını ata qoymuş adam. Bəzən elə anlar olur ki, bəzilərinə insane demək istəmirsən. Tam da o anı yaşayıram. Hər gecə içkili gəlirdi ata evə. Içkili gəlməsi azmış kimi, hər gecə döyüb, əziyyət edirdi yoldaşına, qızına. Tək oğluna toxunmazdı. Oğlunun gözü qarşısında illərlə əziyyət etdi öz ailəsinə, xanımına və qızına. Ailənin keçdiyi keşməkeşli yollar, səhərə qədər oyaq halda keçirilən yuxusuz gecələr.”
Bu ailənin bəlkə də xoşbəxt gələcəyi oldu, bəlkə də hamıdan daha yaxşı oldu həyatları sonrakı illər. Sadəcə bizlər unutmayaq ki, bir insanın həyatının ən önəmli illəridir uşaqlıq illəri. Sevgidolu, xoşbəxtlikdolu uşaqlıq xəyallarını ləkələyərlərsə, üstünüzə də salarlarsa xəyalların gerçəkləssə də,həmişə o iz qalır. Eyni ilə bir bıçaq izi kimi. Deyirlər, soyuq olur bıçaq yarası, ancaq sözlərin açdığı yaralar bax onlar bütün bədənini bıçaqla deşsələr də o sözdəki qədər yaralaya bilməz insanı.
Alkoqolizm həyatı məhv edən, yox edən bağlılıqdır. Bəli, həyat bizə verilib ki, yaşayaq və sonda haqqın rəhmətinə qovuşaq, ancaq niyə də bizə verilən qısa həyatı içkiylə, pis vərdişlə yox edək, silək axı? niyə ləkələyək? niyə puç edək öz həyatımızı və bizə ümüdlü olan insanların xəyallarını? Bu həyatı gözəl yaşamaq varkən niyə məhv edək ki, bir-birimizi? Niyə azadlıqda qanad çalmaq varkən, zindanda nəfəs almağa çalışaq ki?!

Aygül Rüstəmova
Yüklə 7,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə