A: o demək di ki



Yüklə 13,38 Kb.
tarix24.12.2017
ölçüsü13,38 Kb.
#17833

CultureTalk Azerbaijan Video Transcripts: http://langmedia.fivecolleges.edu

Investment in People: Past and Future
Azerbaijani transcript:
A: O demək di ki... o Avropa, Amerika dövlətləri bizim Azərbaycana üçüncü dünya dövləti kimi...
B: Üçüncü baxsa iyidir. Bizim elə aqibətimiz bəlli deyil. Azərbaycan dövlətçiliyi qoraya biləcək, goraya bilmiyəcək. Yəni, deyək ki, Rusiya İmperiya zamanı, 19-cı yüz illiyin sonunda, 20-ci yüz illiyin... hələ Azərbaycan heç yox idi. Ancaq Bakı quberniyası, Gəncə quberniyası, Elizavet quberniyası, sonra Naxçıvan quberniyası, böylə idi. Erevan quberniyası. Bu şəkildə torpağlar paylanmışdılar. Ona baxmayaram mən... Nobel kimi, Rodşidt kimi millionçular Bakıya gələndə və paranı инвестиция eləyəndə, o para, o pul Azərbaycan, Bakı əhalisinə çatırdı. Nə şəkildə? Bakının ağsakkalları var idi, deyək ki, Hacı Zeynalabdin Tağıyev, deyək ki Musa Nağıyev, sonra, Murtuza Muxtarov və başqaları. Bunlar Dumada məcbur eləyirdilər o zaman Bakının başında bir dövlət Duması, Rus İmperiyasına bağlı bir kişi otururdu, onları məcbur eləyirdi ki, bu paradan bir hissəsi Bakı memarlığına, Bakı insanların oxumağına hərclənsin və insanları... o savadsız insanlar, deyək ki, Hacıdır, Musa Nağıyevdı, Murtuza Muxtarovdı, yəni çox yüksək oxumuş insanlar deyil di, amma onlar o paranı onlardan ala bilmiş bir hissəsini insanları oxutmuş İtaliyada, Fransada, Sorbonnada, ən böyük universitetlərdə, sonra bulvarın memarlığı, bütün əski bu gün Bakıda gözəl memarlığlar varsa, o zaman yapılmışdır, deyək ki, Səadət Sarayı, Murtuza Muxtarovın evi, ya bu günki əski akademiya binası, İsmailliyə binası, bütün əski binalar o zaman yapılmışdır. Deməli o инвестиция o bağlı deyil, o insanlara bağlıdır. Bax görürsüz, yəni tam kapitalizm... yəni feodal Rusiya İmperiyasında o para bizə daha çox çalışırdı, nə inki bu gün müstəqil Azərbaycanda o para gəlir və millət onu görmür. Millət çox arzulayırdı ki o para... binalar yapılır, amma qara millət elə necə gecə gonguda olurdu, elə də olur. İnsanların beş dənə, on dənə binası var, mənzili yox, binası, amma qara camaatın heç bir dənə dahmasıda yoxdur. İnsanlar Qaradağ rayonunda sıraya dururlar, yarım zavod çörəyi alırlar və orada dəftərə yazırlar bunlar ki, bunlar pensiya alanda o iki şirvanı verə bilsin. Yəni durum bu fərq o qədər yüksəlib ki, yəni Sovetlərin bir bu şeyi var idi ki, çox zənginlə, çox fakirlının arası az idi. Yəni zənqin nə idir, başqa mebel alırdı, bir dənə maşını var idi, Жигули, bir dənə təzə kostyum ala bilirdi, importnı, o idi, fakir isə gedirdi Bakıda kostyum alırdı, maşını yox idi, velosipedı var idi, amma eyni tükandan çörək alırdılar, eyni bazardan ət alırdılar, maqazinə gedirdilər eyni, eyni sinemaya gedirdilər, eyni teartra gedirdilər, və bir blokda olurdular, qonşudular, qapı qapı. Bu gün fərq o gədər böyükdür ki, orta təbədə məhv olub. Otra təbədə məhv olan dövlətlərdə inkişaf olmaz. Yəni bu gün doktor, yəni həkim, mühəndiz, müəllim, çox aşağı səviyyədir. Onlar orta təbədədir. Onlar millətin orta təbədəsi, orta təbədə, yəni özünü dolandıra bilən, inkişaf elə bilən, ailəsini dolandıra bilən, böyle ixtisaslı adamlar Azərbaycanda məhv olur və onların dirçəlməyi üçün heç bir şey yapılmır.

English translation:
A: It means that... European, American countries, look at our Azerbaijan as a third world...
B: It would be good if they looked as a third. Our future is not so clear. Could Azerbaijan defend it’s statehood, or could it not? Meaning, let’s say, during the Russian Empire, at the end of 19th century, 20th century... there was no Azerbaijan yet. There were only Baki province, Gandja province, Elizabeth province, then Nakchivan province. That’s how it was. Erevan province. The lands were distributed in this way. Regardless to that, I... millionaires like Nobel, Rodshidt, when they came to Baki and invested the money, that money, that money reached Azerbaijan, population of Baki. In what way? There were aghsakkals1 of Baki, Hadji Zeynalabdin Tagiyev, Musa Nagiyev, then Murtuza Mukhtarov and others. In the Duma, at the time they forced... the head of Baki at the time there was a man, who was linked to the Russian Empire, they forced them, for part of his money to be alocated to Baki architecture, education expeses of the people in Baki and people... those uneducated people, Hadji, Musa Nagiyev, Murtuza Muxtarov. I mean they weren’t highly educated people, but they were able to take that money from them and educate the people in Italy, France, Sorbonne, in the biggest universities. Then, the architecture of the boulevard, all those beautiful old architectual buildings in Baki, they were made at that time. Let’s say, the Saadat Palace, Murtuza Mukhtarov’s house, or today’s old Academy building, the Ismailliya building, all the old buildings were made back then. Meaning it doesn’t depend on the investments, it depends on the people. You see, meaning complete capitalism... in feudal Russian Empire that money worked more for us than in today’s independent Azerbaijan, where the money comes and the people don’t see it. The people dreamed a lot for that money... buildings are getting built, but poor people are the same as they were before. Some people have five, ten buildings, not apartments, buildings, but poor people don’t even have _____. People in the region of Garadagh wait in line, get a half piece of factory bread and write in the notebook there that, when they get a pension they could give those two shirvans2. Meaning, the inequality has increased so much that, Soviets had this one thing that between very rich and very poor person, the difference was very small. What did it mean to be rich, that person bought different furniture, had one car, Jiguli, he could buy one new suit, imported, it was that, instead the poor person bought the suit in Baki, didn’t have a car, had a bicycle, but they both bought bread from the same store, bought meat from the same bazaar, went to the same store, went to the same cinema, went to the same theater, and lived on the same block, door to door. Today, the difference is so big that the middle class has been destroyed. There could not be development in a country with a destroyed middle class. That is to say, today, doctor, engineer, teacher, it’s a very low level. They are middle class. They are the middle class of the population, meaning people who can support themsleves, who can develop, who can support their family, people with these professions are getting destroyed in Azerbaijan and nothing is being done for their rejuvenation.

About CultureTalk: CultureTalk is produced by the Five College Center for the Study of World Languages and housed on the LangMedia Website. The project provides students of language and culture with samples of people talking about their lives in the languages they use everyday. The participants in CultureTalk interviews and discussions are of many different ages and walks of life. They are free to express themselves as they wish. The ideas and opinions presented here are those of the participants. Inclusion in CultureTalk does not represent endorsement of these ideas or opinions by the Five College Center for the Study of World Languages, Five Colleges, Incorporated, or any of its member institutions: Amherst College, Hampshire College, Mount Holyoke College, Smith College and the University of Massachusetts at Amherst.
© 2003-2009 Five College Center for the Study of World Languages and Five Colleges, Incorporated


1 aghsakkal = well-respected wise elderly male, who is looked at for guidance.

2 shirvan = 1 shirvan is 10, 000 manat.


Yüklə 13,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə