Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 
45 
küçəsi, Tumayevin evi; telefon sayı: kontor -3-03; zavod - 
2-25; 
–  Zavodda  308  a.  g.  olan  10  buxar  maşını;  fəhlələrin 
sayı – 60 nəfər olub, 
– İstehsalı: - 3.839.100 pud distillə edilmiş kerosin
 
 
- 3.769.100 pud təmizlənmiş kerosin
 
 
- 6.918000 pud neft qalıqları; 
 
 
  413000 pud qazolin. 
Deməli,  12  mln.  puddan  çox  hasilat  və  15  mln.  pud 
emal-istehsal. 
Həmin  toplunun  1914-cü  ildə  Petroqradda  çap  olun-
muş – tərtibçiləri D.P.Kandanrov və onun oğlu olan başqa 
bir nəşrində isə A.M.Nağıyevin müəssisələri haqqında aşa-
ğıdakı məlumatlar verilir: 
A-  440:  -  «Musa  Nağıyev»  neft-mədən  firması;  Əsası 
1887-ci ildə qoyulub
-  Firmanın  neft  mədənləri  və  neftayırma  zavodu  var-
dır; 
- Mədənləri:  
- Bakı şəhərində: 
 
 
 
- Sabunçuda 13 və 23 saylı sahələr; 
 
 
 
- Ramanada 107 saylı sahə; 
 
 
 
- Suraxanıda 13 saylı sahə; 
 
 
 
- Binəqədidə 13 saylı sahə. 
- Telefonlar: 5-77, 408; 2-56 və 71; 
- Baş müdir - mühəndis-texnik F.Rüstəmbəyov; 
- Kontor- Bakı ş., Kolyubakinski və Mariinski küçələ-
rinin  tini  49,  şəxsi  ev;  Teleqraf  ünvanı:  Bakı  –  Musana-
giyev; 
-  Mühərrikləri  -  35  buxar,  7  qaz  və  1  neft  mühərriki; 
ümumi gücü 1890 a. g. (1909-cu illə müqayisədə 3,5 dəfə 
çox - D.N.); 


 
46 
       - Quyularının sayı:  
- cəmi 65; 
 
 
 
 
- işləyənlər - 33; 
 
 
 
 
- qazılanlar - 16; 
 
 
 
 
- dərinləşdirilənlər - 6. 
- Fəhlələrinin sayı: - 512 nəfər; 
- Neft hasilatı - 8.060.927 pud. 
       Bu toplunun Q-127 saylı məlumatı Ağa Musanın neft 
emalı zavodu haqqındadır; 
-  «Nağıyev  Musa»  neftayırma  zavodu,  əsası  1898-ci 
ildə qoyulub; 
- Zavodun yerləşdiyi ünvan: - Bakı ş., Qara şəhər, 2-ci 
Zavod küçəsi, telefon sayı - 2-25; 
- Firmanın müdiri - F.Rüstəmbəyov; 
- Zavodun müdiri - mühəndis-texnik T.Mehmandarov; 
- Zavodun texniki - mühəndis-texnik A.A.Kərimov; 
- Zavodun  kantivoyajeri - A.N.Koltunov; 
-  Zavodun  idarəsi  yerləşir:  Bakı  ş.,  Kolyubakinski  və 
Mariyinski küçələrinin tini, 49, telefonlar:  3-03; 23-98; 
-  Buxar  və  benzin  mühərrikli  maşınlarının  ümumi 
gücü - 150 a. g.; 
- Buxar qazanları - 9 (4527 kv. pud); 
- Fəhlələrinin sayı - 60 nəfər; 
- İstehsalı  - təmizlənmiş kerosin - 4.861.238 pud; 
neft qalıqları - 9.914894 pud; 
- İllik istehsalın ümumi həcmi 5000.000 rubl; 
Milyonlarla  əlləşən  milyonçu  Ağa  Musanın  iqtisadi 
qüdrəti həmin bu rəqəmlərdə aydın görünür. 
       49 yaşlı Ağa Musanın ağ neft istehsalını 2,3 mln. puda 
çatdıran  Qara  şəhərdəki  zavodunun  məhsulları  müxtəlif 
istiqamətlərdə  şöhrətlənirdi.  Bu  istiqamətlərdə  göndərilən 
mazut  və  yüksək  keyfiyyətli  neft  məhsullarının  ümumi 


 
47 
həcmi  15  mln.puda  çatırdı.  Sabunçu,  Suraxanı  və  Ra-
manadakı  neft  mədənlərində  65  neft  buruğu,  neftayırma 
zavodu  və  mexaniki  emalatxanası  olan  Ağa  Musa  1891-
1892-ci illərdə Rotşeldlə birgə blok yaradır. Bu blok kero-
sinin  xaricə  ixracı  və  satışı  haqda  bir  sıra  razılaşmaların 
imzalanmasına böyük köməklik göstərmişdir (7,v.1). 
Artıq  I  dərəcəli  gildiya  taciri  və  milyonçu  titullarına 
layiq  görülmüş  Ağa  Musa  Nağıyev  Azərbaycanda  ən  iri 
neft  sahibkarları  sırasına  qatılmışdı.  Çox  uzaqgörən  insan 
olan, vaxtın hədər getməsinə imkan verməyən Ağa Musa, 
XIX  əsrin  axırlarında  bir  birinin  ardınca,  sərvət  qoyduğu, 
yaratdığı  işlərdən  ruhlanaraq  Sabunçu,  Suraxanı  və  Ra-
mana  mədənlərində  fəaliyyətini  günü-gündən  genişlən-
dirirdi (67, s.43). 
O,  təkcə  neft  hasilatı,  emalı,  nəqli  vəsaiti  ilə  kifayət-
lənməyən açıqgözlü və hərtərəfli sahibkar olub.  
Uzaq Şərqə yönəldiləcək yolun təmirinə, Tiflisdə məd-
rəsənin  və  Bakı  Politexnikumunun  tikintisinə  vəsait  ayı-
ran,  Bakı  neft  istehlakçılarının  iştirakı  ilə  keçirilən  tacir 
müşavirəsində əl üsulunun domna üsulu ilə əvəz olunma-
sının üstünlüklərini sübuta yetirən, havadarlıq etdiyi tama-
şaların  iştirakçılarına  qiymətli  hədiyyələr  verən,  fəhlə-
lərinə toy edən, fərqlənən işçilərini öz hesabına oxutmaqla 
bərabər  onların  savad  almalarına  sevinən  Ağa  Musa,    xe-
yirxah əməllərindən zövqü də xüsusi tərzdə alırdı.  
         1906-cı ildə Bakıda balıq sənayesinin inkişafında da 
Ağa  Musa  Nağıyevin  böyük  rolu  olub.  Balıq  vətəgələri 
üzrə hərracda küllü miqdarda kapital sərmayə qoymaqla o, 
ən iri vətəgələrin xeyli hissəsini ələ keçirmişdir.  


 
48 
Kür  -  balıq  sənayesində  çoxluq  təşkil  edən  balıq 
vətəgələri də ona məxsus olub. 1909-cu ildə “Zaqafqaziya 
balıq sənayesi cəmiyyətinin” təsisçisi olmuşdur. 
Savadsızlığın hökm sürdüyü bir dövrdə gənclərin ma-
ariflənməsinə xüsusi diqqət yetirən Ağa Musa, uzun müd-
dət yarımçıq qalmış realnı məktəbinin  (indiki Dövlət İqti-
sad  Universitetinin  binasının)  tikintisini  başa  çatdırmaqla 
bərabər  burada  məktəbəqədər  sinfin  yaranmasına  nail 
olub. Ağa Musa Nağıyev bu müəssisəyə himayədarlıq et-
məklə,  həmçinin  25  müsəlman  qızının  təhsil  haqqını  da 
ödəməyi öhdəsinə götürmüşdür (67, s.50). 
Məhz  bu  qayğıkeşliyinə  görə  Ağa  Musa  Nağıyev  III 
dərəcəli “Müqəddəs Stanislav” ordeni, 1910-cu ildə isə çar 
II Nikolay tərəfindən “Zolotaya şeynaya medal na Andre-
yevskoy lente” medalı (Andreyev lenti ilə boğazdan asılan 
qızıl medal) ilə təltif olunmuşdur (8,v.1). 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə