Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 
57 
ehtiyacı olması haqqında mənə təcili məlumat verməyinizi 
xahiş edirəm» (14, v.29). 
General  Tamamşevin  bu  məzmunlu  digər  teleqramı 
Bakı  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  Tiflisdə  yerləşən 
və müharibədən zərər  çəkənlər və  qaçqınlar üzrə  baş  mü-
vəkkili  Xosrov  paşa  bəy  Sultanovun  adına  göndərilmişdi. 
Teleqramda  deyilirdi  ki,  “kimsəsizlərə  70  odeyal  almaq 
üçün nə qədər pulun lazım olması, habelə üç yetim evinin 
və  oradakı  vəsaitin  lazım  olması  haqqında  təcili  məlumat 
verməyinizi xahiş edirəm”.  
Və  yaxud  Xosrov  paşa  bəy  Sultanovun  adına  1916-cı 
il  iyunun  21-də  Ümumrusiya  Zenstvolon  ittifaqı  müvək-
kilinin  köməkçisi  Lebed  tərəfindən  vurulmuş  teleqramda 
deyilirdi  ki,  “Zemsoyuzun  İspir  məntəqəsində  32  yetim 
müsəlman uşağı vardır. Onların hara və kimə göndərilməsi 
barədə  bizə  teleqrafla  xəbər  verməyinizi  xahiş  edirik. 
Aparılma xərclərini öz üzərimizə götürürük” (14, v.42). 
Bakı  Müsəlman  Xeyriyyə  Cəmiyyəti  adından  Sul-
tanovun imzası ilə 1916-cı il iyunun 22-də göndərilən ca-
vab teleqramından aydın olur ki, Cəmiyyətin üzvü Rövşən 
bəy Əfəndiyev 32  yetim  müsəlman uşağının  İspirdən Tif-
lisə gətirilməsi üçün ezam olunmuşdur” (14, v.42). 
1916-cı  il  iyulun  16-da  Qarsdan  X.Sultanovun  adına 
göndərilmiş digər bir teleqramda deyilirdi ki, R.Əfəndiyev 
həmin  yetimlərlə  birlikdə  qatarla  yola  düşmüşdür.  İyulun 
17-də  Kodjorıdan  Sultanovun  Tiflisdəki  ünvanına  daxil 
olmuş teleqramda isə göstərilirdi ki, “yetimlərin məktəbdə 
yerləşdirilməsinə icazə verirəm. Müfti” (14,v.42). 


 
58 
Daha  sonra,  Bakı  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin 
baş müvəkkili adına Qafqaz cəbhəsində qaçqınların yerləş-
dirilməsi üzrə baş müvəkkilliyin dəftərxanasından 1917-ci 
il  iyulun  17-də  göndərilmiş  məktubda  deyilirdi.  “İyulun 
18-də  Qarsdan  Tiflisə  göndəriləcək  daha  40  müsəlman 
qaçqınının yerləşdirilməsi haqqında tədbir görməyiniz xa-
hiş olunur” (14, v.89). 
Məlum  olur  ki,  1916-cı  il  iyulun  29-da  İspir  məntə-
qəsindən  13  nəfər,  daha  sonra  29  nəfər  kimsəsiz  yola  sa-
lınmışdır. Sənədlərdən aydın olur ki, Tiflisdəki ikinci mü-
səlman yetimxanasında 71 nəfər kimsəsiz yerləşdirilmişdir 
ki, onların 31 nəfəri oğlan, 40 nəfəri qız idi. Uşaqların bö-
yük  əksəriyyəti  5-14  yaşlarında  olanlardan  ibarət  idi  (14, 
v.89). 
Başqa bir sənəddə isə Tiflisdəki yetim evindən Bakıya 
göndərilmiş 50 nəfər qaçqın uşağın siyahısı verilir. 
Qeyd etdiyimiz arxiv  sənədlərindən bəlli  olur ki,  mü-
haribə dövründə qaçqın və yetimlərin yerləşdirilməsi üçün 
yetim  evləri haqqında xüsusi  əsasnamə hazırlanmış və  bu 
əsasnamə 1916-cı il iyulun 7-də hökumət tərəfindən təsdiq 
edilmişdi (10, v.1). 
Bu,  göstərir  ki,  müharibə  dövründə  Bakı  Müsəlman 
Xeyriyyə  Cəmiyyətinin  onlarca  şəhərdə  xüsusi  məntəqə-
ləri  fəaliyyət  göstərirdi.  Cəmiyyət  əslində  ictimai  təşkilat 
çərçivəsindən  çıxıb  dövlət  əhəmiyyəti  daşıyan  bir  orqana 
çevrilməkdə idi. Bunu cəmiyyətin adına göndərilən və cə-
miyyətin  özünün  ayrı-ayrı  ünvanlara  göndərdiyi  sənədlər, 
yazışmalar  bir  daha  təsdiq  edir.  Məsələn,  Qafqaz  cəbhə-
sində  qaçqınların  yerləşdirilməsi  baş  müvəkkilliyindən 


 
59 
1917-ci il fevralın 8-də  Tiflisdən Bakı Müsəlman Xeyriy-
yə Cəmiyyətinin bu cəbhədə müharibədən zərər çəkənlərə 
və qaçqın düşən müsəlmanlara köməklik göstərən müvək-
killiyi  adına  göndərdiyi  məktubda  deyilirdi  ki,  dəftərxa-
namız Nuxa, Kağızman, Ahalsıx və Ərdəhanda yeni yetim 
evlərinin açılması üçün 8750 rubl miqdarında vəsait ayırır 
(70, s.121-122; 10, v.5). 
1917-ci il iyulun 17-də Qafqaz cəbhəsində qaçqınların 
yerləşdirilməsi  şurasının  icraiyyə  komitəsi  X.Sultanovun 
adına  məktub  yazaraq  bildirirdi  ki,  130  yetim  müsəlman 
uşağının  may  və  iyun  aylarında  saxlanılması  üçün  2925 
rubl, üçüncü rübdə isə 11.700 rubl miqdarında pul köçür-
mək haqqında sərəncam vermişdir (14, v.16). 
Bakı  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  daha  bir  ye-
tim evi Oltidə yerləşirdi. Qaynaqlarda 1917-ci ildə burada 
10  nəfər  əmkdaşın  işləməsi,  18  nəfər  5-15  yaşlı  uşağın 
saxlanılması qeyd olunur. Bu uşaqların əksəriyyəti Qars və 
Olti bölgələrindən idi (14, v.19). 
Daha sonra məlum olur ki, Türkiyənin Qars, Ərzurum, 
Olti bölgələrindən gətirilmiş 6 yaşından 14 yaşınadək olan 
26  nəfər  qız  isə  Bakıdakı  yetim  evində  saxlanılırdı  (14, 
v.24). 
Bakı  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  Kağızman-
dakı  müsəlman  yetim  evinin  müdiri  İdris  Axundzadə  isə 
1917-ci ilin sentyabrın 9-da Tiflisə Sultanovun adına gön-
dərdiyi teleqramında yazırdı ki, “un və şəkər, habelə digər 
ərzaq məhsulları olmadığından uşaqları yedizdirə bilmirik. 
Bütün uşaqlar xəstələniblər, qışda hamı acından öləcəkdir. 


 
60 
Bu  şəraitdə  yaşamaq  qeyri-mümkündür.  Məni  vəzifədən 
azad etməyinizi xahiş edirəm” (14, v.26). 
Bütün deyilənlər Bakı Müsəlman Xeyriyyə Cəmiyyə-
tinin  Birinci  dünya  müharibəsi  dövründə  nə  kimi  işlərlə 
məşğul  olması,  köməyı,  yaşamağa  imkanı  olmayan  min-
lərlə  qaçqın  müsəlman  uşaqlarına  hansı  vasitələrlə,  çətin-
liklərlə arxa durması haqqında müəyyən təsəvvür yaradır.  
Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Birinci dünya 
müharibəsi  dövründəki  fəaliyyəti  türk  ədəbiyyatında  da 
işıqlandırılmışdır.  Bu  baxımdan  Türkiyədə  çap  olunan 
«Erkenekon  yolu»  jurnalının  redaktoru,  türk  jurnalisti 
Məmməd Sadıq  Aranın  jurnalın 1961-ci  il birinci sayında 
çap  etdirdiyi  “Qardaş  köməyi”  məqaləsi  təqdirə  layiqdir. 
Məqalədə  deyilir  ki,  “Azərbaycan  Cəmiyyəti  Xeyriyyəçi 
Rus işğalındakı  Doğu Anadolu  vilayətlərinə heyətlər  yol-
ladı: 12,000 yetim, çocuq topladı, milyonlar dəyərində ər-
zaq,  geyim  əşyaları  sövq  etdi...  Rus-erməni  məzaliminə 
son verdirdi... Bu işləri sadəcə milli vəzifə hissilə yapdı”. 
Məqalədə  daha  sonra  deyilir  ki,  biz  Anadoluda  fəla-
kətlərlə, hərblərlə tək başına qarşı-qarşıya qaldığımız vaxt-
lar,  birinci  cahan  hərbinin  Türkiyə  üçün  ən  ağır  və  fəla-
kətli  illərində  Ərzurum,  Ərzincan,  Trabzon,  Riz  və  digər 
Anadolu  vilayətləri  rus  ordusunun  işğalı  altına  düşdükdə 
rus kazakları ilə erməni könüllüləri müdafiəsiz türk xalqını 
mərhəmətsizcəsinə  kəsib-biçir, talan edirdilər. Məhz türk-
lər  üçün  belə  bir  ağır  vaxtda  Azərbaycan  cəmiyyəti-xey-
riyyəsi  gizli tədbirlərdən əlavə rus çarının Tiflisdəki naibi 
Qrandukun  yanına  xüsusi  heyət  göndərmişdi.  Həmin 
heyətə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin əsas üzvlə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə