Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 
69 
və  başqa  kitablar  nəşr  etməyi,  dövrü  mətbuat  orqanları 
yaratmağı, məktəb və mədrəsələri təcrübəli müəllim kadr-
ları ilə təmin etməyi, pedaqoji kursları açmağı, müəllimlər 
qurultaylarını  çağırmağı,  elmi-ədəbi  gecələr  keçirməyi  və 
nəhayət,  yoxsul müsəlman uşaqlarının orta və ali məktəb-
lərə daxil olub, oxumasına kömək göstərməyi özünün baş-
lıca vəzifəsi sayırdı (42, s.87). 
Nizamnamədən  göründüyü  kimi  «Nəşri-maarif»  cə-
miyyəti  də  öz  amalı,  məqsədinə  görə  digər  Bakı,  Gəncə 
xeyriyyə  Cəmiyyətləri  ilə  demək  olar  ki,  eyniyyət  təşkil 
edirdi. Bu da təsadüfi deyil ki, adlarını çəkdiyimiz müsəl-
man xeyriyyə cəmiyyətləri kimi, «Nəşri-maarif» cəmiyyəti 
də  fəxri,  həqiqi  və  yarışan  üzvlərdən  ibarət  idi  və  onların 
ödədikləri üzvlük haqlarının məbləği də Gəncə, Bakı xey-
riyyə  cəmiyyətlərinin  üzvlərinin  ödədikləri  məbləğlərlə 
tam eyniyyət təşkil edirdi.  
Nizamnaməyə  görə  Cəmiyyətin  ali  orqanı  onun  üzv-
lərinin ümumi  yığıncağı  idi. Ümumi yığıncaq Cəmiyyətin 
idarə  heyətini,  onun  sədrini,  sədrin  müavinini,  katibini  və 
xəzinədarı  seçirdi.  Deyək  ki,  «Nəşri-maarif»  cəmiyyəti 
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti ilə qarşılıqlı surətdə, 
əlbir fəaliyyət göstərirdi. Bakının adlı-sanlı ziyalıları, gör-
kəmli varlıları çox vaxt hər iki cəmiyyətin üzvü olub, hər 
ikisində fəaliyyət göstərirdilər. 
1906-cı  il  noyabrın  24-də  «Nəşri-maarif»  cəmiyyəti-
nin  keçirdiy  ilk  ümumi  yığıncaqda  H.Z.Tağıyev  Cəmiy-
yətin  idarə  heyətinin  sədri,  M.Hacınski  onun  müavini, 
Əlisgəndər  Cəfərov,  Əhməd  bəy  Ağayev  və  Məhəmməd-
həsən Əfəndiyev idarə heyətinin katibləri seçilir. Murtuza 


 
70 
Muxtarov, İsa bəy Aşurbəyov, Tağı bəy Səfərəliyev, Qara 
bəy Qarabəyov və başqaları idarə heyətinin üzvləri, Həsən 
bəy Məlikov isə təftiş komissiyasının üzvü seçilir. qeyd et-
mək  lazımdır  ki,  Azərbaycanın  müxtəlif  arxivlərində  bu 
cəmiyyətin  fəaliyyəti  haqqında  zəngin  materiallar  saxla-
nılır (42, s.88). 
Cəmiyyətin  illik  hesabatları  bir  qayda  olaraq  mətbəə 
üsulu ilə kitabça şəklində çap edilirdi. Bu hesabatların bir 
çox  nümunələri  arxiv  sənədi  kimi  qorunub  saxlanmışdır 
ki,  bunlar  cəmiyyətin  fəaliyyətini  təhlil  etməyə  imkan 
verir. 
Hər  şeydən  əvvəl  cəmiyyət  müsəlmanların  təhsilə  yi-
yələnməsinə çalışır və bu haqda geniş tədbirlər həyata ke-
çirirdi. Belə ki, cəmiyyətin 1907-ci ilə aid olan hesabatın-
dan bəlli olur ki, cəmiyyət həmin ildə İçərişəhərdəki Hacı 
Banu məscidinin, şəhərin aşağı hissəsindəki Hacı İmaməli 
məscidinin  və şəhərin dağlıq hissəsində  yerləşən  Hacı  İb-
rahim  məscidinin  yanında  üç  məktəb  açmış  və  onlarda 
uşaqlar pulsuz oxuyurdular. 
Yenə  həmin  ilin  hesabatından  aydın  olur  ki,  «Nəşri-
maarif» cəmiyyətinə fəxri üzvləri 7500 rubl, həqiqi üzvləri 
5278 rubl miqdarında pul keçirmişlər. Bundan əlavə əhali 
Oruc  bayramında  cəmiyyətin  fonduna  232,  64  rubl,  Qur-
ban  bayramında  140  rubl  məbləğində  pul  keçirmişdi.  Pul 
vəsaiti  keçirənlərin  siyahısında  H.Z.Tağıyevin  (500  rubl), 
Q.N.Seydiyevin  (100  rubl),  M.T.Cəbrayılovun  (23  rubl) 
adları da vardır (49). 
Hesabatda  qeyd  edilirdi  ki,  cəmiyyət  cari  ildə  öz  və-
saitindən 815 rubl Darülmüəllimə, 172 rubl Hacı İmaməli 


 
71 
məscidindəki  məktəbə,  75  rubl  Hacı  Banu  məscidindəki 
məktəbə,  546  rubl  müəllim  kurslarına,  1500  rubl  ibtidai 
məktəb  müəllimlərinə,  1320  rubl  məktəblər  üçün  ləvazi-
mat alınmasına və 763 rubl isə kasıb uşaqlara paltar alın-
masına pul xərcləmişdir (49). 
Cəmiyyətin  1908-1911-ci  illərə  aid  olan  hesabatların-
da da bu qəbilli yardımlar və pul vəsaitinin verilməsi haq-
qında ətraflı məlumatlara rast gəlirik. Məsələn, 1909-cu il 
hesabatından görünür ki, cəmiyyət bu ildə İmam Əli məs-
cidinin  nəzdindəki  məktəbə  1320  rubl,  Hacı  Banu  məsci-
dindəki məktəbə 510 rubl, İbrahim (Təzə Pir) məscidində-
ki məktəbə isə 385 rubl, müxtəlif ehtiyacı olanlara isə 141, 
63  rubl  miqdarında  pul  vəsaiti  ilə  yardım  etmişdir  (14, 
v.11). 
Cəmiyyət  öz  nizamnaməsinə  uyğun  olaraq  fəaliyyə-
tinin  ilk illərində  Bakının  Balaxanı,  Əmircan  və  Buzovna 
kəndlərində də təhsil ocaqlarının açılmasına təşəbbüs gös-
tərmişdir.  1911-ci  il  may  ayının  13-də  Bakı  şəhər  rəisi 
P.İ.Martınovun Qafqaz tədris dairəsinin hamisinə göndər-
diyi  məlumatda  deyilirdi  ki,  «Nəşri-maarif»  cəmiyyətinin 
Balaxanıda  116  şagirdi  olan  4  sinifli,  Əmircanda  82  şa-
girdi  olan  3  sinifli  və  Buzovnada  28  şagirdi  olan  3  sinifli 
məktəbləri fəaliyyət göstərir. 
«Nəşri-maarif»  cəmiyyətinin  1914-cü  ildə  Bakı  əra-
zisindəki 17 kənddə 16 məktəbi və 35 şöbəsi mövcud idi. 
Bu  məktəblərdən  üçü  məhz  1914-cü  ildə  açılmışdır  ki, 
onların ikisi Qalada, biri Bilgəhdə yerləşirdi (71, s.14). 
Hesabatda  göstərilirdi  ki,  həmin  ildə  cəmiyyətin  mək-
təblərində 1074 nəfər oğlan, 126 nəfər qız oxuyurdu ki, on-


 
72 
lara  pulsuz  dərs  ləvazimatı,  kitab,  paltar  verilirdi.  1914-cü 
ildə  cəmiyyət  məktəb  ləvazimatı  və  dərs  vəsaitləri  satan 
xüsusi mağaza açmışdı. Cəmiyyətin illik gəliri 1913-cü ilə 
nisbətən  21.261  rubl  artmışdır.  1914-cü  ildə  cəmiyyətin 
ümumi  xərcləri  31.420  rubl  təşkil  etmişdir  ki,  onun  da 
20.355 rublu məktəblərin saxlanılmasına, 7.048 rublu mək-
təb  jurnallarının,  əyani  vəsaitlərin,  2153  rublu  isə  beşinci 
müsəlman gecəsinin keçirilməsinə sərf edilmişdir. 1914-cü 
ildə cəmiyyətin idarə һeyətinin 23 iclası keçirilmiş, burada 
108 məsələ müzakirə edilmişdir ki, onların əksəriyyəti mək-
təb,  təһsil  işinə  və  xeyriyyəçilik  məsələlərinə  һəsr  edil-
mişdir (14,v.11). 
1914-çü ildə "Nəşri-maarif" cəmiyyətinin 6 nəfər fəxri 
üzvü,  55  nəfər  һəqiqi  üzvü  var  idi.  Şəmsi  Əsədullayev, 
Јusif  Dadaşov,  Ağamusa  Muxtarov,  Ağa  Musa  Nağıyev, 
Ağa  Hüseyn  Tağıyev  və  Hacı  Zeynalabdin  Tağıyev  cə-
miyyətin fəal üzvləri idi (14,v.11). Cəmiyyətin sədri vəzi-
fəsində isə yenə H.Z.Tağıyev qalırdı. 
Qeyd  edək  ki,  "Nəşri-maarif"  cəmiyyəti  məktəblərdə 
milli müəllim kadrların yerləşdirilməsinə də xüsusi əһəmiy-
yət verirdi. Bu, birinci növbədə Azərbaycanda ali və semi-
nariya  təһsili  almış  müəllim  kadrların  sayca  azlığı  ilə  əla-
qədar idi. 
Məһz  buna  gərə  də  cəmiyyət  müəllim  kadrları  һazır-
lamaq üçün 1907-çi ildə "Darülmüəllim", yəni Müəllimlər 
Seminariyası açmış  və bura təcrübəli pedaqoqları  cəlb  et-
mişdi.  Bu  seminariya  üç  il  fəaliyyət  göstərdikdən  sonra 
bağlanmışdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə