Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 
65 
Cənubi-Qərbi  Qafqaz  Respublikasının  xarici  işlər  naziri 
olmuş  Fəxrəddin  Ərdoğanın  «Türk  ellərində  xatirələrim» 
adlı  kitabında  1917-ci  ilin  əvvəllərində  Orenburqdan  sür-
gündən qayıdarkən Bakı Müsəlman Xeyriyyə Cəmiyyətin-
də gördükləri haqqında verdiyi məlumatlar dediyimizi təs-
diq  edir.  Müəllif  yazır  ki,  “ilk  iş  olaraq  Bakı  cəmiyyəti-
xeyriyyəsinə  getdik,  orada  onlarla  tanış  olduq.  Burada  is-
tiqlal  eşqiylə  cəmiyyətlər  qurulmuş,  durmadan  çalışırlar. 
Düşdüyümüz  İsmailiyyə  binasında  Ağa  Musa  Nağıyevin 
50  yataqlı  qonaqxanası  var ki,  hər  gələn türk  yolçusu bu-
rada aylarla qalır, yemək və yataqları təmin edildiyi kimi, 
paltarları yuyulur və bütün məsrəflər Ağa Musa Nağıyevin 
kassasından  ödənilir.  Bu  möhtəşəm  binanı  A.M.Nağıyev 
Cəmiyyəti-Xeyriyyəyə bağışlamışdı” (72, s.123). 
Burada  deyilənlərdən  əlavə,  daha  sonra  deyilir  ki,  
“201 otaqlı bir yetimxana da vardır. Burada cəbhədən top-
lanan kimsəsiz cocuqlar gətirilərək saxlanılır”. Müəllif da-
ha sonra  yazır ki,  Bakıda qaldığım bir həftədə Hacı  Zey-
nalabdin Tağıyev əfəndinin ziyarətinə də getdim. Bakı ye-
timxanalarını  da  gedib  gəzdim.  Burada  Ərzurum  cəbhə-
sindən  gətirilən  minə  qədər  cocuq  və  qadınlara  baxılırdı. 
Hər 10 cocuğun bir qulluqçusu olub, cümə günlərində pal-
tarları dəyişdirilərək, onları gəzməyə çıxarırlar (11,v.86). 
XIX əsrin sonu  –  XX  əsrin  əvvəllərində Bakıda  xeyli 
əhali Bəhayi dini təriqətinə itaət edirdi. Onların hətta şəhə-
rin  keçmiş  Çadrovı  (indiki  Mirzağa  Əliyev)  küçəsindəki  
məscidi də fəaliyyət göstərirdi. Bəhayilər arasında belə bir 
ideyanı yaymışdılar ki, bəhayi təriqətini qəbul edənlər öl-
məyirlər.  Ona  görə  də  xeyli  azərbaycanlılar,  o  cümlədən 


 
66 
Bakının  adlı-saylı  milyonçusu  Ağa  Musa  Nağıyev  də  bu 
təriqəti qəbul etmişdi (14, v.96). 
1909-cu  il  oktyabrın  27-də  Bəhayi  dini  təriqətinin  bir 
qrup nümayəndəsi, o cümlədən Bakı sakinləri - Ağa Musa 
Nağıyev,  Ağakişi  Əliyev,  Əşrəf  Kərimov,  Balaxanı  kənd 
sakini İsmayıl İbrahimov və Şamaxı sakini Baba Səmədov 
Bakı  şəhər idarəsinin rəisi  adına məktub  yazaraq,  «Ruha-
niyyə»  adlı  Cəmiyyətin  nizamnaməsini  təsdiq  etməyi  on-
dan xahiş edirlər (14, v.96). Bu məsələ Bakı şəhər idarəsi-
nin cəmiyyətlər, təşkilatlar şöbəsinin 13 yanvar 1910-cu il 
tarixi iclasında müzakirə edilir və «Ruhaniyyə» Cəmiyyə-
tinin  Nizamnaməsini  və  Bakı  Bəhayi  təşkilatının  yaradıl-
ması təsdiq olunur (14,v.42). 
Nə  idi  Bəhayi  Cəmiyyətinin  məqsədi?  Cəmiyyətin 
nizamnaməsi  ilə  tanışlıq  bu  suala  cavab  verir.  Nizamna-
mədə  deyilirdi  ki,  cəmiyyətin  məqsədi  Bakı  şəhəri  ərazi-
sində  yaşayıb, bəhayi təriqətinə mənsub olan əhali arasın-
da  savadın  və  ibtidai  təhsilin  yayılmasına  nail  olmaqdan 
ibarətdir (14, v.4). Bununla əlaqədar olaraq cəmiyyət möv-
cud  məktəblərə  himayədarlıq  edir  və  eləcə  də  öz  vəsaiti 
hesabına  yeni  məktəblərin  açılmasına  təşəbbüs  göstərirdi. 
Yerlərdə  qiraətxanalar,  kitabxanalar,  pulsuz  və  azad  satış 
üçün  kitab  mağazaları  açır,  rus  və  Azərbaycan  dillərində 
öz xəbərlərini, pedaqoji ədəbiyyatı çap edir, nəhayət, xalq 
müəllimlərinin yetişdirilməsinə yardım göstərirdi. Cəmiy-
yət həmçinin  Bəhayi  məzhəbinə  mənsub olan kasıb  uşaq-
ların orta və ali təhsil müəssisələrinə qəbul olunub, orada 
oxumalarına  himayədarlıq  edir,  habelə  Bakı  quberniya-


 
67 
sında  bu  məzhəbə  qulluq  edən    yetim  və  kasıb  uşaqların 
ibtidai təhsil almalarını təşkil edirdi. 
Digər cəmiyyətlər kimi Bəhayi Cəmiyyəti də fəxri, hə-
qiqi və yarışan üzvlərdən ibarət idi. Fəxri üzvlər birdəfəlik 
cəmiyyətə 100 rubl miqdarında üzvlük haqqı verib, ümumi 
iclasda  seçilən  şəxslərdən  ibarət  olurdı.  Həqiqi  üzvlər 
cəmiyyətin  xəzinəsinə  ildə  12  rubldan,  adi  üzvlər  isə  1 
rubldan az olmayaraq üzvlük haqqı verirdi. Cəmiyyətə 5 il 
müddətinə  gizli  səsvermə  yolu  ilə  seçilən  idarə  heyəti 
rəhbərlik edirdi (63 s.101). 
Cəmiyyətin  sədri  Ağa  Musa  Nağıyev  seçilmişdi.  
1910-cu il fevralın 9-da  keçirilən iclasda xəstəliyi  ilə  əla-
qədar  olaraq  Ağa  Musa  Nağıyev  bu  vəzifədən  azad  edil-
miş,  onun  əvəzinə  Şeyx  Ələkbər  Koçani  Cəmiyyətə  sədr 
seçilmişdir.  1911-ci  ildə  isə  Cəmiyyətə  Bala  Kərimov 
sədr, Mütəllib Tahirov xəzinədar, Əbdülxaliq Yaqubov isə 
katib  seçilmiş,  Ağa  Musa  Nağıyev  isə  Cəmiyyətin  fəxri 
sədri sayılmışdır. 
Cəmiyyətin 1912-ci il üzrə hesabatından məlum olur ki, 
onun büdcəsində üzvlük haqqından 358 rubl, ianələrdən 113 
rubl  və  1911-ci  ildən  qalmış  429  rubl  vəsait  olub  ki,  onun 
müəyyən  hissəsi  bəhayi  uşaqların  təhsil  və  tərbiyəsinə  və 
kimsəsizlərin saxlanılmasına sərf edilmişdir (30, q.1). 
Bəhayi Cəmiyyətinin sonrakı illərə aid fəaliyyəti haq-
qında, təəssüf ki, əlimizdə arxiv və ədəbiyyat materialları 
yoxdur.  Lakin  mövcud  materiallar  bu  cəmiyyətin  maarif-
çiliyə böyük xidmət göstərdiyini təsdiq edir.  
Bilavasitə  maarifçilik-xeyriyyəçilik  istiqamətində  ya-
radılıb,  fəaliyyət  göstərən  cəmiyyətlər  haqqında  məlumat 


 
68 
vermək  baxımdan  XX  əsrin  əvvəllərindən  yaradılan  və 
xalqımızın  xeyriyyəçilik  –  maarifçilik  tarixində  özünə-
məxsus  yeri  olan  «Müsəlmanlar  arasında  savad  yayan 
Bakı  nəşri-maarif  cəmiyyəti»nin  xüsusi  yer  tutduğu  gö-
rünür. Bu cəmiyyət  1906-cı  ildə Bakı  tacirlərindən Əlağa 
Həsənovun,  Ağahüseyn  Tağıyevin,  İsgəndər  bəy  Məliko-
vun,  mühəndis  Məmmədhəsən  Hacınskinin  fəxri  vətən-
daşı,  duma  qlasnısı  İsmayıl  bəy  Səfərəliyevin,  mühəndis 
Hacıbəy Axundov və şəhər məktəbinin müəllimi Əlisgən-
dər Cavadovun təşəbbüsü və əsasında yaradılmışdı. Adları 
çəkilən 8 nəfərin ərizəsi 1906-cı il mart ayının 4-də Bakı 
şəhər  quberniyası  Cəmiyyətlər  və  ictimai  təşkilatlar  üzrə 
idarəsinin  iclasında  müzakirə  edilərək  qərara  alınmışdır: 
«Müsəlmanlar  arasında  savad  yayan  Bakı  «Nəşri-maarif» 
cəmiyyətinin  təqdim  edilmiş  nizamnaməsi  təsdiq  edilsin, 
cəmiyyət  qeydiyyata  götürülsün.  Nizamnamənin  təsdiq 
olunmuş  bir  nüsxəsi  cəmiyyət  üzvü  Əlisgəndər  Cəfərova 
təqdim edilsin. 4 mart 1906-cı il» (30, v1). 
44  maddədən  ibarət  olan  bu  Nizamnamənin  birinci 
bəndində  «Nəşri-maarif»  cəmiyyətinin  məqsəd  və  vəzi-
fələrindən bəhs edilərək göstərilirdi ki, onun məqsədi Bakı 
quberniyasında yaşayan müsəlmanlar arasında Azərbaycan 
və rus dillərində  savad və  ibtidai təhsilin  yayılmasına kö-
mək göstərməkdən ibarətdir. Bu məqsədlə cəmiyyət möv-
cud məktəblərin açılmasına ya təşəbbüs edir və  ya özü öz 
vəsaiti  hesabına  belə  məktəblər  açırdı.  Bununla  yanaşı, 
«Nəşri-maarif»  cəmiyyəti  öz  məqsədinə  nail  olmaq  üçün 
xalq  qiraətxanaları  açmağı  və  burada  qiraət  işini  təşkil 
etməyi,  Azərbaycan  və  rus  dilində  dərsliklər,  dərs  vəsaiti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə