Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə28/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   24   25   26   27   28   29   30   31   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
33 
təsəvvürlərində bir daha yenidən canlandırır, götür-qoy edir, tutuş-
durur, sonra dəftərlərinə yazmalı olurlar. İlk günlər bu proses çox 
ləng gedir, məktəblilər hərfin ayrı-ayrı elementlərini görməkdə, on-
ları birləşdirməkdə çətinlik çəkirlər. 
Yazılışı sadə hərflərdən mürəkkəb hərflərə doğru olan belə ge-
diş (didaktikanın sadədən mürəkkəbə prinsipi) hərflərin yazılışını 
sürətləndirir, şagirdlərdə tədricən vərdiş halına keçir. Məlumdur ki, 
məktəblilərlə hər bir oxu məşğələsində kəsmə əlifba ilə düzüm löv-
həsində sözlərin yazılması, onların heca və hərflərə ayrılması, sonra 
da tərkib halında birləşdirilməsi üzrə iş gedir. Bu iş bir tərəfdən şa-
girdlərdə oxu vərdişlərinin inkişafına, digər tərəfdən də yazı baca-
rıqlarıınn yaranmasına kömək göstərir. Düzdür, bu prosesdə uşaq-
lar hərflərin əl yazısı ilə tanış olurlar. Lakin bu iş sonralar sözlərin 
düzgün yazılışı üçün bir növ dayağa çevrilir. 
İlk yazıya başlayan uşaq üçün hər bir hərf sirli bir aləmdir. O, 
burada bütün diqqətini, iradəsini, bacarığını səfərbərliyə alır, hərfin 
ayrı-ayrı elementiərini yazmağa, onları birləşdirməyə, dəftərlərin 
damalarında düzgün yerləşdirməyə çalışır. Təcrübə göstərir ki
məktəblilərdə keyfıyyətli, səliqəli, sürətli yazı vərdişləri yaratmaq 
üçün, ən əvvəl, onları bu işə yaxşı hazırlamaq lazımdır. Düzgün əy-
ləşmək, qələmi düzgün saxlamaq, dəftəri tələb olunan qaydada 
qoymaq, onu tədricən irəli itələmək və s. məlumata yiyələnməlidir. 
I sinifdə savad təliminin beş həftəsi əlifba təliminə hazırlıq üçün 
nəzərdə tutulur. Bu dövrdə uşaqlar şəkil və naxışlar, müxtəlif hən-
dəsi fiqurlar çəkir, sadə elementlər, düz xətt (1), aşağı hissəsi dairə-
lənən xətt (5), aşağı və yuxarı hissəsi dairələnən xətt (ğ), yuxarı 
hissəsi dairələnən xətt (.?), bir-birinə nazik millərlə bərkidilmiş xət-
lər (M), ovallar (00) və s. üzrə məşq edirlər. 
Hazırlıq məqsədilə meyvə, alət, oyuncaq şəklinin (armud, hey-
va, balta, mişar, top) və s. çəkilməsi şagirdləri çox maraqlandırır. 
Beləlliklə, onlar biləyi, barmaqları möhkəmlətmək və əli düzgün 
hərəkət etdirmək üzrə fəaliyyət göstərirlər. 
Əlifba təlimi dövründə uşaqlar artıq hərfləri yazmalı olurlar. 
Onlar hərflərin ifadə etdikləri səsləri eşidir, onun çap hərfıni götü-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə