|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
62
Yurdum, yuvam məskənimsən, Azərbaycanım.
Al bayraqlı vətənimsən, Azərbaycanım.
Şagirdlərə başa salınmalıdır ki, bu parçada
yurdum, yuvam,
məskənim
sözləri müəyyən dərəcədə
vətənimsən
sözünün sinoni-
midir. Bu sözlər arasında müəyyən məna incəlikləri mövcuddur.
Lakin
yurd, yuva, məskən
sözlərinin mənalarından
vətən
sözünün
mənası daha geniş, daha qüdrətli, daha əzəmətlidir. Şair bu parçada
dörd dəfə
vətən
sözünü təkrar etməmək, nitqdə yersiz təkrara, yek-
nəsəkliyə yol verməmək üçün
yurd, yuva, məskən
sözlərini işlət-
mişdir. Bu sözlər vasitəsilə şeirin deyim çalarlığı, ifadə tərzi, bədii
dəyəri və emosional gücü xeyli yüksəlmişdir.
IV sinifdə isə sinonim sözlərin seçilməsi və onların incə məna
çalarlıqlarının izahını bəzən şagirdlərin də ixtiyarına buraxmaq
mümkündür. Məsələn, Z.Gabbarzadənin ―Mən məktəbli olmuşam
ki‖ şeirində bir parçaya nəzər salaq:
Bu yol ilə səhralarda
İmarətlər salınmışdır.
Bu yol ilə həyat, ömür
Şad, firavan olubdur.
Bu yol ilə ürəklərə
Sevinc, fərəh dolubdur.
Şagirdlər üçüncü misrada
həyat
və
ömür
, dördüncü və altıncı
misralarda isə
şad, firavan, sevinc, fərəh
sözlərinin sinonim oldu-
ğunu göstərirlər. Bundan sonra həmin sözlərin məna incəlikləri ara-
sındakı fərq onlardan soruşulur. Şagirdlər cavab verə bilmədikdə
müəllim izah edir. Belə konkret nümunələr əsasında şagirdlər sö-
zün qüdrəti, onun nitqdəki rolu, yaratdığı ecazkar mənzərə haqqın-
da müəyyən təsəvvürə yiyələnirlər.
Təcrübə göstərir ki, oxu materialları üzərində belə müşahidələ-
rin və söz üzərində işin səmərəli təşkili oxu dərsləri ilə dil dərsləri
arasında müəyyən əlaqələrin yaranmasına, şagirdlərin dildən aldıq-
|
|
|