etmişdi. Müdafiə qumbarası (səngərdən və ya sipərin, maneənin arxasından atılmalı idi) olan
Lemon əl
qumbarasının qəlpələri daha
böyük ərazidə səpələnirdi, lakin bəzi texniki qüsurlarına görə təhlükəli idi.
Bakı Soveti və Sentrokaspi diktaturasının qoşunları 1905-ci il nümunəli üçayaq üstündə
"Maksim"
dəzgahlı və 1910-cu il nümunəli Sokolov dəzgahı üstündə "Maksim" dəzgahlı pulemyotları, həmçinin yüngül əl
pulemyotları olan "Lyuis" və "Kolt"
pulemyotlarından istifadə edirdilər. İnqilab
və
Rusiyada vətəndaş müharibəsinin rəmzinə
çevrilən
"Maksim" dəzgahlı pulemyotuna daha çox
üstünlük verilirdi. Təsadüfi deyil ki, Moskvaya az
qala hər teleqramında S.Şaumyan bu
pulemyotlardan mümkün qədər çox göndərilməsini
xahiş edirdi.
Pu-lemyotlar əsasən
piyada
taborlarda
bölüşdürülürdü (təxminən bir taborda 4 dəzgahlı pulemyot olmaq şərti ilə). Həmçinin əlahiddə
"pulemyot
komandaları" da yaradılmışdı. 40 nəfər heyəti olan pulemyot komandasıda 8-10 pulemyotdan
başqa pulemyotları, şəxsi heyəti, ehtiyat hissələrini və patron ehtiyatını daşımaq üçün nəqliyyat olur, komandaya
ən
sərrast pulemyotçular daxil edilirdi. Alay və briqadaların ehtiyat atəş qüvvəsini təşkil edən
pulemyot
komandaları döyüşün ən ağır sahəsinə göndərilirdi. 1918-ci ilin mayında Qırmızı Ordunun 1-ci korpusunda 3
pulemyot komandası mövcud idi.
General Denstervilin qeydlərinə görə, ingilislər "şəhərdə pulemyot atəşinə öyrənmək üçün
təlimatçı
məktəb açdılar". Bu isə qoşunlarda kifayət qədər pulemyotların olmasından xəbər verir.
I Dünya müharibəsi dövründə piyada hissələrin əsas silahı maqazinli tüfənglər idi. Bakı
Soveti və
Sentrokaspi Diktaturasının qoşunları keçmiş çar ordusunun tüfənglərindən istifadə edirdilər. Qeyd
etmək lazımdır ki, müharibə zamanı tüfənglərin çatışmazlığı məsələsi elə həddə çatmışdı ki, Rusiya hökuməti
müxtəlif çaplı və növlü, müxtəlif ölkələrin tüfənglərini istifadə üçün ordu hissələrinə paylamışdı.
Patron və ehtiyat hissələrinin çatışmazlığı problemi istər müharibə dövründə, istərsə də Qafqazda baş
verən hadisələrdə özünü büruzə
verirdi.
Rusiya ordusunun rəsmən silahlanmaya qəbul etdiyi 1891-ci il nümunəli piyada üçxətli (7,62
mm-lik)
tüfəngi (Mosin sistemli) 5 patronluq sandığa malik olmuşdur. Ondan başqa silahlanmaya piyada
tüfənginin
növləri olan 1891-ci il nümunəli draqun üçxətli (7,62 mm-lik tüfəngi, 1891-ci il nümunəli kazak üçxətli (7,62
mm-lik) tüfəngi və 1907-ci il nümunəli üçxəttli (7,62 mm-lik) karabin qəbul edilmişdir.
Mosin sistemli tüfəngdən başqa qoşunlar Fransa istehsalı olan 1907/1915-ci il nümunəli 8 mm-lik "Lebel"
tüfəngi ilə, həmçinin Arisaka, Berdan 2, Vetterli, Manlixer sistemli tüfənglər də istifadə edilirdi.
Tараnçа və revolverlər sırasında ən çox istifadə edilənlərdən biri Smit-Vesson III (1880-ci il nümunəli)
revolveri idi. 10,67 mm-lik, 6 patronluq bu revolver ABŞ-da icad edilsə də Rusiya zavodlarında da
istehsal olunurdu. Populyar revolver 1895-ci il nümunəli 3 xətli revolver (Naqan sistemli) idi. 7,6 mm-lik çap, 7
patrona malik olan bu silah XX əsrin əvvəllərində texniki baxımdan sadə və ən etibarlı revolver
kimi tanınırdı. Çar ordusunda zabitlərə tapança və revolveri öz hesablarına almağa icazə verilirdi.
Rəsmən silahlanmaya qəbul edilmiş Smit-Vesson və Naqan revolverlərindən başqa 7,65 mm-lik Brauninq
avtomatik tapançası və 1912-ci il nümunəli 7,63 mm-lik Mauzer tapança-karabini geniş isti-fadə edilirdi.
Bakı Soveti və Sentrokaspi Diktaturasının qoşunlarının istifadə etdikləri soyuq silahlar çar
ordusunun silahları idi: tüfənglərin süngüləri; 1913-cü il süvari qılıncı, 1913-cü il zabit şaşkası (Qafqaz növü),
1913-cü il
61