Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”


ALLAHIN ƏMRİ İLƏ PEYĞƏMBƏRLƏRƏ VƏHY



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə65/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   61   62   63   64   65   66   67   68   ...   292

192

ALLAHIN ƏMRİ İLƏ PEYĞƏMBƏRLƏRƏ VƏHY 

GƏTİRƏN MƏLƏK

əl-Bəqərə-97-98-Ya  Peyğəmbər!  Cəbraili  düşmən  tutan  kəsə  de 

ki:-Həqiqətən, o, Allahın izni və əmri ilə özündən əvvəl olan kitabları 

təsdiq edən halda hidayət edən və Peyğəmbərin nübüvvətini möminlərə 

bəşarətverici  halda  Quranı  sənin  qəlbinə  nazil  etdi.Hər  kəs  Allahla, 

onun mələkləri Cəbrail və Mikail ilə düşmən olsa, həqiqətən, Allah da 

o kafirlər ilə düşməndir.



Açıqlama:Cəbrail(ə.s.) Qurani-Kərimi Peyğəmbərimizə nazil edib, 

möminlərə müjdə verdikdən sonra, yəhudi alimlərindən Əbdullah ibn 

Suriya Hz.Peyğəmbərdən xəbər aldı ki, hansı mələk sənə vəhy gətirir? 

Hz. Peyğəmbər: ”Cəbrail”,-deyə cavab verir. Əbdullah dedi:”O, bizim 

düşmənimizdir. Əgər Mikail gətirsəydi biz sənə iman gətirərdik.Çün-

ki o, Musaya xəbər vermişdir ki, Büxtünnəs (Hz.İsa)gəlib, Bəni-İsraili 

tamam  qətlə  yetirəcək.  Bundan  başqa  da  bütün  pis  xəbərləri  Cəbrail 

gətirərdi, ancaq Mikail həmişə xoş xəbərlər gətirir.” 

Həqiqətən  də,insanlar  nə  qədər  alim  olsalarda,öz  nəfsi  istəklərinə 

uyaraq, haqqın gözünün içinə baxa-baxa haqqı danarlar. Çünki hamı bi-

lirdi ki, bütün mələklər yalnız Allahın istəyi və əmri ilə hərəkət edirlər.

Onların  biz  insanlar  kimi  duyğu  üzvləri  yoxdur  ki,  kiməsə  qəzəb  və 

ya nifrət etsinsin. Onlar Allahın ağıl idrak verdiyi ən seçmə və istəkli 

yaratdıqlarıdır. Onlar Allahın məhəbbətindən və əmrinə tabe olmaqdan 

başqa heç nə düşünməzlər.

Bu hada da Qurani-Kərimdə buyurulur:



“Məryəm-63-Hz.Peyğəmbər Cəbraildan soruşdu ki,nə üçün tez-tez 

nazil olmursan?Cəbrail cavab verdi:-Biz dünyaya ancaq sənin Allahı-

nın əmri ilə nazil olarıq. Önümüzdə, arxamızda və onların arasında nə 

varsa, ona məxsusdur və sənin Allahın səni yadından çıxaran deyidir.”



 QURANDA MƏLƏKLƏRİN DUASI

Açıqlama:Mələklərin duyğu üzvləri olmasa da,öz ağılları ilə Allaha 

qarşı olan həddiz məhəbbətləri səbəbindən, Onun yaradaraq, öz ruhun-

dan bəxş etdiyi insanları, Allahın ruhu xatirinə yenə də Qadir-Allaha 

yalvararaq,insanlar üçün əfv dilərlər. Hətta elə mələklər var ki,insanların 

yaranışından,ta Qiyamət gününədək biz insanlar üçün gecə-gündüz ağ-

layaraq, Allahdan bizlər üçün bağışlanma dilərlər. 



“əl-Muminun-7-9-Allahın  əmrinə  itaət  etməklə  ərşi  götürən  və 


193

ərşin ətrafında olan mələklər öz Allahlarına həmd etməklə təsbih edər, 

Allahın təkliyinə inanar və yer əhlindən iman gətirən kəslər üçün bağış-

lanma dilərlər:-Ey bizim Allahımız!Sən hər şeyi öz rəhmət və elminlə 

əhatə etmisən.Tövbə edən kəsləri bağışla! Həmin tövbə edənlər Sənin 

yoluna,  dəvət  etdiyin  yola  tabe  oldular.Onları  Cəhənnəm  əzabından 

qoru!  Ey  bizim  Allahımız!  Sənin  yoluna  tabe  olanlar,  atalarından, 

zövcələrindən,  övladlarından  saleh  olan  şəxsləri  də  vədə  verdiyin 

nemətlə  dolu  olan  Cənnətə  daxil  et!  Həqiqətən,  Sən  qələbə  çalan  və 

hikmətlə rəftar edənsən!

Onları pisliklərdən saxla! Həqiqətən, pisliklərdən saxladığın şəxsə 

rəhm etmisən və öz nemətini ona şamil etmisən.Belə bir nüsrət böyük 

bir nicatdır.”

əş-Şura-5-Az qalır göylər bir-birinin üzərində yarılsın, mələklər Al-

lahlarına sitayiş edib və yer üzünün sakinləri üçün bağışlanma diləyərlər. 

Agah olun, Allah bağışlayan və Rəhimlidir. 

 ALLAHIN ƏMRİ BİZİMLƏ BİRLİKDƏ OLAN 

MƏLƏKLƏR

Açıqlama: Elçi mələklər haqqında Qurani-Kərimdə 13-ayə buyurul-

muşdur.


Mərufətnamə: -Allah mələkləri müxtəlif rəngli nurlardan yaratmış-

dır. Ərşə yaxın olan mələklərin rəngləri tünd-ağ rəngdədir və yalnız Al-

lahın əmrlərinə görə hərəkət edər, yalnız onu təsbih edərlər.Çoxu insan 

surətindədir.Lətif,  görünməz  cisimlər  olduqları  üçün  çeşidli  surətlərə 

bürünərlər və Allahın əmrlərini yerinə yetirmək üçün şimşək sürəti ilə 

hərəkət edərlər. Hər birinin vəzifəsi ayrıdır. Kimi Ərşin ətrafında təsbih 

və təvafla məşğuldur, kimi Kürsüdə, kimi Sidrədə, kimi Cənnətdə, kimi 

Cəhənnəmdə, kimi göydə, kimi yerdə, kimi ayaqda, kimi oturan yerdə 

rükudə, kimi səcdədə davamlı olaraq Allahı təsbih edərlər. Kimisi də in-

sanların xidmətində olub gecə-gündüz onları qoruyub, əməllərini yazar. 

Bunlara“Kiramən-katibin” və ya qoruyucu mələklər deyərlər.

Bunlardan  ikisi  haqq-hesab  aparan  mələklərdir.  Hər  bir  insanın 

çiynində-sağında və solunda iki mələk əyləşib.Onlar insanların ömür 

boyu  gördükləri  xeyirli  əməllərin  və  pis  işlərinin  haqq-hesabını  apa-

rırlar. Sağ çiyində oturanlar insanların gün ərzində gördüyü hər bir xe-

yir işə on dəfə savab yazarlar.Həmçinin Allahın əmri ilə yaşadığımız 

müddətcə bizə ruzi verən, xəta-bəladan, təhlükələrdən və pisliklərdən 

qoruyan mələklər vardır. Bu haqda Qurani Kərimdə belə buyurulur:




194

Qaf-17-18-O zaman görüşən mələklər bir-birinə yetişərlər. Onların 

biri sağda, o biri solda əyləşib və onlar bəndədən ayrılmazlar. Bəndə hər 

bir söz danışanda, ağzından çıxan kimi mələklər yazarlar. Sağ tərəfdə 

olan mələk yaxşı əməli birə on yazar, sol tərəfdə olan mələk pis əməli 

yeddi saatdan sonra yazar ki, bəlkə bəndə tövbə etsin.

ər-Rəd-12-Bəndələrin əməllərini,özünü qorumaq məqsədi ilə Allah 

üçün mələklər vardır ki, bəndənin qarşısından və arxasından bir-birinin 

ardınca nazil olarlar. Allahın əmri ilə fəlakət və qorxu yerlərində onu 

qoruyarlar.İnsanın çiynində iki alıcı mələk əyləşib. Hər bir şeyi dərk 

edərlər və bəndədən ayrılmazlar.

əl-İnfitar-10-11-Həqiqətən,sizi  saxlayanlar  vardır.Onlar  sizin  istər 

xeyir istərsə də şər əməllərinizi qoruyarlar. Onlar Allah yanında Kərim 

olan kəslərdir.Bəndələrin əməllərini yazanlardır.Sizin etdiyiniz şeyləri 

bilirlər.

 MÜŞRİKLƏR MƏLƏKLƏRİ ÖZLƏRİNƏ ŞƏFAƏTÇİ  

SANARLAR

Açıqlama:Bəzi  insanlar  elə  düşünürlər  ki,  əgər  ətrafımızda 

həqiqətən mələklər varsa, onda elə mələklərdən nə istəsələr, onlar da 

yerinə yetirərlər. Belə düşünmək həm Allaha, həm də mələklərə qar-

şı  çıxmaq  deməkdir.Çünki,  mələklər  yalnız Allahın  əmirlərini  yerinə 

yetirmək üçün yaradılmışlar.Onları biz insanlar kimi və yaxud da şey-

tanlar kimi heç nə ilə aldatmaq olmaz. Onlar öz işlərində çox dəqiq və 

məsuliyyətlidirlər.

ən-Həcm-25-28-Axirət də,dünya da Allaha məxsusdur!Heç kəs Al-

lahın izni olmadan onlara malik ola bilməz.Göylərdə çoxlu mələklər 

vardır  ki,  müşriklər  onları  özlərinə  şəfaətedici  xəyal  edərlər.  Onların 

şəfaəti  müşriklərə  heç  bir  xeyir  verməz. Ancaq Allah  öz  istədiyi  və 

razı olduğu kimsəyə şəfaət etməyə izin verdikdən sonra onlara şəfaət 

olunar. Həqiqətən,axirətə inanmayan kəslər mələkləri qadın adları ilə 

adlandırıb, onları Allahın qızları hesab edərlər. Onların bu haqda heç 

elmləri yoxdur və heç bir şey bilmirlər. Onlar ancaq zənnə tabe olarlar. 

Həqiqətən, zənn heç vaxt həqiqət ola bilməz.

MƏLƏKLƏRİN YARANIŞI

Mələklər haqqında:-“40 sual”kitabından:-Allah-taala ruhlar aləmini 

yaratdıqdan  iki  min  il  sonra  cisimlər  aləmini  yaratdı.  Altı  gündə 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə