183
göstərib.
5.Sözləri az, mənası isə çox böyük olan”Kəliməti-Cəmiə”,yəni
“Qurani-Kərim” mənə əta olunub ki,onunla İslamı təbliğ və təlim
edirəm.(“Üsuli Kafi”)
Hədis:-İmam Sadiqdən buyurulur:-Allah Hz. İsaya iki İsmi-Əzəm
təlim etmişdi.Onların vasitəsilə möcüzələr göstərirdi və ölüləri dirildir-
di. Hz. Musaya dörd, Hz.İbrahimə səkkiz, Nuh Peyğəmbərə on beş, Hz.
Adəmə iyirmi beş İsmi-Əzəm vermişdi.Allahın İsmi-Əzəmi yetmiş üç
addır. Onlardan bir ad O Müqəddəs Zatın özünə məxsusdur ki, heç kəsə
təlim edilməz. Qalan yetmiş iki adın hamısını Allah Hz. Muhəmmədə
təlim etmişdir. Həzrəti Rəsul vəfat edəndə bu isimləri öz varislərinə
(Əhli-Beytinə) miras vermişdir. (Hədisi Qüdsi)
DİNİ FİRQƏ-FİRQƏ ETDİLƏR
ər-Rum-32-O kəslər ki, öz dinini parçalayib firqə-firqə etdilər, hər
biri özünun haqq olduğuna sevinərlər.
Məryəm-36-Sonra bütün firqələr öz aralarında ixtilaf etdilər. Kafir
olan kəslərə böyük bir gündə, hazır olmaq zamanında vay olsun!
Hədis:-Peyğəmbərimiz (s.ə.s.) buyurur:-Vaxt gələcək ki,yəhudilər
71 firqə, nəsranilər 72, mənim ümmətim isə 73 firqə olacaqdır ki, bun-
lardan yalnız biri haqdır.
MÜNAFİQLƏR PEYĞƏMBƏRİ TƏKZİB ETDİLƏR
Taha-130-Ya Peyğəmbər!Sənə deyilən sözlərə,təkziblərə səbir et,
onların sözlərindən qəmgin olma! Öz Allahına həmd-səna edib beş vaxt
namazını həm gün çıxan zaman, həm günorta, günəş göyün tən ortasın-
da olanda, həm gün batandan qabaq, həm də axşam və gecə namazlarını
qılıb məni təsbit et!
Yasin-76-79-Səni təkzib etdikləri üçün onların sözü səni qəmgin
etməsin. Həqiqətən də, biz onların qəlblərində gizlin saxladıqları və
aşkar etdikləri sirləri bilirik.Məgər insan onu nütfədən yaratdığımı bil-
mirmi, lakin açıq-aşkar mübahisə edir. O,”çürümüş sümükləri bir daha
kim dirildə bilər?”-deyə sual edir? Əlbəttə,sizi yoxdan yaradan Allah.
Birinci dəfə yoxdan vücuda gətirmək çətindir, yoxsa yenidən diriltmək?
Allah hər şeyı yaratmağa,bütün insanların işlərinə alimdir. Həqiqətən,
Allahın əmri və şəni budur ki, bir şeyi yaratmaq istədikdə ona “Ol!”
184
deyir,o da olur.
əs-Saffat-12-21-Ya Muhəmməd! Bəli, sən onların təkzib etmələrinə
təəccüb edirsən, onlar isə sənə və sənin oxuduğun Quran ayəsinə istehza
edirlər və deyirlər:-Bu ancaq açıq-aşkar bir sehrdir, məgər biz və baba-
larımız ölüb, torpaq və sümük olduqdan sonra bir daha diriləcəyikmi?
Ya Muhəmməd onlara de:”Bəli,ulu babalarınız dirilər, siz də zəlil olan
halda dirilərsiniz”. Onlara nəsihət olunan zaman qorxmazlar, eşitdikləri
heç bir nəsihəti götürməzlər. Həqiqətən də, insanın dirilməsi İsrafilin
suru üfürməsi ilə baş verər. O zaman onlar Allahın əzabına baxarlar
və deyərlər:-“Vay olsun bizə, bu gün cəza günüdür”.Allah buyurar:-
Bəli,bu gün təkzib etdiyiniz behişt əhlinin behiştə,Cəhənnəm əhlinin
Cəhən nəmə getməsi üçün hökm günüdür! (Kitabul-Bəyan fi təfsiril-
Quran.)
əl-Nəhl-63-And olsun Allaha! Həqiqətən, biz səndən əvvəlki üm-
mətlərə Peyğəmbərlər göndərdik. Şeytan onların əməllərini zinətləndirdi
və Peyğəmbərləri təkzib etdilər. Qiyamət günü şeytan onların dostudur.
Onlar üçün dərd gətirən əzab vardır.
PEYĞƏMBƏRƏ DİVANƏ DEDİLƏR
əl-Muminin-70-Yoxsa öz Peyğəmbərini tanımadılar,onu inkar etdi-
lər? Yaxud ”Onda divanəlik var,” - dedilər. Əksinə, Peyğəmbər onla-
ra haqq olan Quran ilə gəldi. Lakin onların çoxu haqqı xoşlamırlar.
Əgər haqq olan: Quran və Peyğəmbər onların istəklərinə tabe olsaydı,
şübhəsiz, göydə, yerdə və onların arasında olanlar heç olardılar. Əksinə,
onlara Quran verdik ki, nəsihət alsınlar. Onlar özlərinə bəxş edilən ən
şərəflilərdən üz döndərənlərdirlər.
BİLƏ-BİLMƏYƏ MÜBAHİSƏ EDƏRLƏR
Loğman-20-Məgər görmürsünüz ki, Allah göydə olanları və yerdə
olanları sizə ram etdi? Onlardan istədiyiniz kimi istifadə edərsiniz.
Bəzisi aşkar, bəzisi gizlin olan nemətlərini sizin üçün tamam etdi. İn-
sanlardan elələri var ki, Allah haqqında elmsiz, dəlilsiz və kitabsız ola-
raq mübahisə edərlər.
ən-Nisa-107-109-Öz nəfslərinə xəyanət edən kəslərdən ötrü
mübahisə etmə.Allah çox xəyanət edən günahkarları sevməz. Onlar in-
sanlardan qorxsalar da, Allahdan qorxmazlar.Bir halda ki, gecələr Alla-
hın razılığı olmayan sözlər ilə tədbir töküb hiylə qurarlar.Allahın elmi
185
onların əməllərini əhatə etmişdir,heç bir şey Allahdan gizlin deyil.Ey
möminlər! Xəbərdar olun! Onlardan ötrü dünyada mübahisə etdiniz,
bəs Qiyamət günündə onlardan ötrü kim mübahisə edəcək? Kim onlar
üçün vəkil olacaq?
əl-Kəhv-53-Biz bu Quranda insanlar üçün hər cür misal gətirdik. İn-
san yaranmışlardan daha çox mübahisə edəndir, nahaq yerə haqqa qarşı
durub mübahisə edərlər.
MƏKKƏ MÜŞRİKLƏRİNİN PEYĞƏMBƏRİ SINAMAQ
ÜÇÜN VERDİYİ SUALLAR
Qüreyş tayfasının başçıları Peyğəmbəri sınamaq üçün Nəsr ibn
Hərs və Əqəbəni yəhudi alimlərinin yanına göndərdilər ki,gedib Töv-
ratda Muhəmməd,onun əlamət və sifətləri barədə nə yazılıbsa, xəbər
gətirsinlər.Yəhudi alimləri onları öyrədərək dedilər ki, ondan üç məsələ
barədə soruşun.Əgər ikisini bilib, birini bilməsə, deməli, həqiqətən,
Peyğəmbərdir.
Birincisi budur ki,keçmiş dövrlərdə qeyb olmuş kəslərin kim olduğu-
nu, ikinci şərq və qərbi gəzən kəsin kim olduğunu,üçüncü ruhun nədən
ibarət olduğunu soruşun.
Onlar Məkkəyə gəlib əhvalatı öz qövmlərinə dedilər.Məkkə
böyükləri Hz.Peyğəmbərin yanına gəlib, həmin üç şeyi ondan soruşdu-
lar. Hz.Peyğəmbər buyurdu: -Sabah sizə cavab verərəm.
“İnşallah”demədiyi üçün Peyğəmbərə Cəbrail (ə.s.) on beş gün nazil
olmadı. Məkkə müşrikləri bu işə çox şad oldular və dedilər ki, Allahı
Peyğəmbəri tərk etmişdir.Həzrət bu sözü eşidib qəmgin oldu.Əlbəttə,
Allahın istədiyini nəzərə almadan:
”Sabah bu işi görəcəyəm” və yaxud da“İnşallah”deməyən şəxs özü-
nü hər işdə müstəqil hesab edər.
Sonra isə Cəbrail(ə.s) Allahın əmrilə nazil olaraq buyurdu:
1.əl-Kəhf-23-Ancaq: İnşallah (əgər Allah istəsə, Allah qoysa)
edəcəyəm de. İnşallah deməyi unutduğun zaman Allahı yada salıb:-Ola
bilsin ki, Allah məni bundan, Əshabi-Kəhfin əhvalatına dair xəbərlərdən
haqqa daha yaxın olan bir yola yönəltsin, Peyğəmbərliyimə daha çox
dəlalət edən bir möcüzə versin!-de.
2.əl-Kəhf-92-Ya Muhəmməd!Rəbbinin kitabında sənə vəhy olunanı,
Əshabi-Kəhf əhvalatını oxu!Allahın sözlərini dəyişdirən olmaz,sən on-
dan başqa pənah tapmazsan.Allah bu mübarək surəni nazil etməklə,həm
Kəhf (mağara) əhvalatını, həm də Zülqərneyn barədə ətraflı xəbər verir.
Dostları ilə paylaş: |