Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə59/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   55   56   57   58   59   60   61   62   ...   292

175

Yoldaşlarını yarı yolda qoydu.

Bixudluq dəryası yolunu tutdu.

Elə ki, ərşin ayağına qədər qalxdı,

Niyaz kəməndini özünə nərdivan eylədi.

Allahın sirri xətər qatında,

Nurani ərşdən başını kənara çıxartdı.

Elə ki, min nur pərdəsini yırtdı,

Gözləri pərdəsiz nura yetişdi. 

Məkanı tapmasa da, laməkana yol tapar.

Tanrı sifətlərini inkar küfrdür saqın,

Cahil olma, nə yönü, nə yeri var Allahın.

Tanrı var,fəqət onun mənzili, məqamı yox,

Məkana möhtac olan Tanrı sayılarmı? Yox!

Həzrət Muhəmməd onu başqa ölçüylə gördü:

Ürək, idrak gözüylə, zəka gücüylə gördü.

Haqqın hazırladığı meydən içdi Peyğəmbər

Bizim də qəlbimizə damızdırdı bir qədər.

Görünməyən Tanrını açıq gözüylə gördü.

Lakin onu görməyin məkanı, zamanı yox,

 Zamandan və məkandan çünki çox ucadır, çox!

O idrakın gözündən gizlənə bilməz heç vaxt,

“Onu görə bilmərik!” deyənlər kordu ancaq.

Tapmadığını görmək bir səadətdir, bəli,

Mütləq görülməlidir O, mütləq görülməli!

O pərdəni görməyə məkan varmı? Məkan yox.

Yürüməyə, çatmağa zaman varmı? Zaman yox.

O pərdənin ardını görməyi bacaranlar. 

 

 

 

 

 

(”Sirlər xəzinəsi.”N.Gəncəvi.)

Peyğəmbər(s.ə.s.) Nur pərdəsini keçərək Allahın divanxanasına, Əziz 

və Cabbar olan Rəbbinə yetişir və salam verir. Bütün səslər kəsilir...Uca 

Allahın, onun salamını alıb:

- “Qorxma ya Muhəmməd! Yaxınlaş!” - buyuruğunu eşidir. Sonra 

ona Qiyaməti, O gündə baş verənləri, Cəhənnəmi, onun qatlarında baş 

verənləri,  həmçinin  Cənnəti,  onun  qatlarında  baş  verənləri,  ölümdən 

sonrakı Bərzax aləmini, orada baş verənləri göstərib, keçmiş və gələcək 

haqqındakı bir çox xəbərləri ona çatdırır.Axırda Allah ona:-“Nə hacətin 

varsa, istə Məndən,”-dedikdə, Peyğəmbərimiz bütün bu gördüklərindən 

sonra öz ümmətinin, bütün həqiqi müsəlmanların haqq-hesab günündə 

günahlarının bağışlanmasını istəyir. 




176

O, Tanrının lütfünü nəfəsində sanırdı, 

Tanrı çəkir nazını, o isə nazlanırdı.

Şəkər təbəssüm ilə süslənib dodaqları, 

Dua etdi Tanrıya: - Bizə nicat ver barı!

Xəzinədən zəngindir onun hümməti qat-qat

Qəlbindəki hər murad açdı o gün qol-qanad. 

Peyğəmbərin Allahı görməsi əql və ürək gözü ilə idi, çünki Allah 

gözlə görüləsi bir varlıq deyildir.

Nizami (“Xosrov və Şirin”) əsərində bu hadisəni belə təsvir edir:



Nəticəsi heyrət olan o görüşdə,

Onun ürəyi gözündə, gözü də ürəyində idi.

Başqa (“Sirlər xəzinəsi “)əsərində isə belə təsvir edir:

Bir gözlə onu gördü ki, xəyal da deyildi.

Mütləq bəyənilmiş olmasa da Allahı gördü.

Lakin Allah görülməli şey deyil

Elə düşünülməməlidir ki, gözlə görünüb

Axı kor da “gördüm” deyir.

 

İmam  Hüseyn“Ərəfə”duasında  bunu  belə  təsfir  edir:-“Meracda 

Peyğəmbərin Allahı görməsi hiss gözü ilə deyil, qəlb gözü ilə idi”.

Hz.Peyğəmbərə Meracın sonunda Allah tərəfindən üç şey verilir:

1.Əlli rükət namaz əvəzinə beş vaxt namaz verildi.

2.əl-Bəqərə surəsinin axırıncı ayələri(əl-Bəqərə 285-286)

3.Peyğəmbər  (s.ə.s.)  ümmətlərindən  olub,  Allaha  şərik  qoşmayan 

kimsələrin haqq-hesab günü Cəhənnəmə sürükləyən günahlarının ba-

ğışlanması. 

Nəhayət, Peyğəmbərimiz heç bir kimsənin,heç bir zaman yetişməmiş 

olduğu yaxınlıq məqamına, İlahi qəbula, İlahi hörmət və ehsana nail 

olur.


Bu ayəni Allah-taala özü Hz.Peyğəmbərə vəhy edir və buyurur ki:-

Ya Muhəmməd! Ümmətinə de ki, Mənə belə dua etsinlər. 



-əl-Bəqərə-285-286-Həzrət Rəsul buyurur ki, Merac gecəsində Al-

lah tərəfindən səs gəldi ki;”Amənə-rəsul bimə unzilə ileyh”. Mən də 

cavabında dedim ki, möminlər də iman gətirdilər. Allah buyur-du:-Ya 

Muhəmməd,  doğru  dedin.  Biz  Peyğəmbərləri  bir-birindən  ayırmarıq. 

Möminlər  dedilər  ki,  eşitdik  və  itaət  etdik.  Allah  Merac  gecəsində 

buyurdu:-Allah yalnız taqət, güc, miqdarında təklif edər. Nəfsin qazan-

dığı xeyir də, şər də insanın özü üçün xeyirli və zərərlidir. Pərvərdigara! 



177

Unutsaq, ya səhv, etsək bizi cəzalandırma. Bizdən əvvəlki kəslərə təklif 

etdiyin  kimi  ağır  təklifləri  bizim  boynumuza  qoyma.  Pərvərdigara! 

Gücümüz çatmayan şeyi bizim öhdəmizə vermə. Bizim günahımızdan 

keç, bizi bağışla, bizə rəhm et! Bizim ağamız Sənsən. Kafirlərə qarşı 

bizə kömək et!(Kitabul-Bəyan fi təfsiril-Quran.) 

Hədis-Imam  Cəfəri  Sadiq  buyurur:”Hər  kəs  dörd  şeyi  inkar  etsə, 

müsəlman sayılmaz:-l-Meracı.2-Qəbirdə sorğu-sualı.

3-Cənnət və Cəhənnəmi.4-Allahın şəfaətini.(Zübdətul əhədis.) 

 PEYĞƏMBƏRİN VƏSİYYƏTİ

Yer üzü heç vaxt Peyğəmbərsiz və hidayət yolunu göstərən valisiz ol-

mamışdır.Elə Allah yaratdığı ilk insan olan Hz.Adəmi dünyaya gələcək 

övladları üçün ilk Peyğəmbər təyin etmişdi.O da öz növbəsində Alla-

hın əmrlərini öz varislərinə çatdırmış və bu adət bütün peyğəmbərlər 

tərəfindən davam etdirilmişdir. Allah tərəfindən bu dünyaya göndərilmiş 

bütün  Peyğəmbərlər  özlərindən  sonra,öz  övladlarından  və  yaxud  da 

öz  nəslindən  gələn  varislərindən  birini  özündən  sonra  bir  varis,  valı 

seçmişlər.Bu  adi  bir  qanundur,yəni  hər  bir  kəs  öz  varidatını  yalnız 

öz övladına vəsiyyət edir.Burada isə əgər söz peyğəmbərdən gedirsə, 

Peyğənbərlərin  adi  insanlardan  fərqli  həm Allah  qarşısında,  həm  də 

bütün dünya insanlarının qarşısında böyük məsuliyyəti vardır. Onlara 

Allah tərəfindən bütün dunyanın Kainatın, Yer-göy üzündə olan canlı-

cansız aləmin sirləri, həmçinin axirət günü, Qiyamət və Əbədi dünya 

sirləri verilmişdir. Onlara Allahın İsmi-şəriflərinin, İsmi-əzəmin sirləri 

və Allahın yalnız bir nəsil və kökdən gələn Peyğəmbərlərə agah etdi-

yi gizli elmlər sirri verilmişdir. Hz. Peyğəmbərin Meraca qalxdığı za-

man Allah tərəfindən ona göstərilər Yer-göyün, fələklərin, mələklərin, 

cinnələrin sirləri və yeddi qat göydə görüşdüyü keçmiş Peyğəmbərlərin 

söylədiyi tövsiyə və sirlər də yalnız ailə üzvlərinə, övladlarına əmanət 

verilə bilərdi. Bu səbəbdən bu sirrlər nə dosta, nə səhabəyə, nə də ki, 

qonşuya vəsiyyət edilə bilməzdi. Hz.Peyğəmbər də bütün bunları çox 

gözəl bildiyi üçün özündən sonra olacaq varislərini, elə Peyğəmbərlik 

verildiyi ilk gündən ətrafındakı əsabələrinə və ənsarlarına açıq-aydın 

şəkildə bildirirdi. 

Hamıya məlumdur ki, Peyğəmbərin varisləri Allahın əmri ilə qızı 

Fatimə(Kövsər) və öz əmisi oğlu Hz.Əlinin izdivacından dünyaya gələn 

övladlardır.  Peyğəmbərin  uşaq  vaxtından  öz  övladı  kimi  böyütdüyü, 

əmisi oğlu Hz. Əlini varis seçməsi də Allahın əmri ilə Hz. Peyğəmbərə 

bildirilmişdi.  Hz.  Peyğəmbər  də  yalnız  Allahın  əmrlərini  yerinə 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə