Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə56/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   52   53   54   55   56   57   58   59   ...   292

166

di. Xədicə xanım bir müddət sonra Muhəmmədin saflığını və düzgün-

lüyünü görərək özü onunla evlənmək üçün dostu Nəfisənin vasitəsi ilə 

ona evlənmək təklifini edir.25 yaşında olan Muhəmməd (s.ə.s) bu təklifi 

qəbul edir və 595-ci ildə Qüreyş tayfasının ağsaqqalı, əmisi Əbutalib 

onların kəbinini kəsir. Onların toyunda Qüreyş qəbiləsinin bütün adlı-

sanlı adamları iştirak etmişdilər. Bu toyda Peyğəmbərin dayəsi Həlimə 

də iştirak etmiş və ona 40 qoyun bağışlamışdı.Onlar birlikdə yeni həyata 

başlayırlar və onların arasında çox böyük məhəbbət və hörmət əlaqələri 

yaşanırdı.

Bu nikahdan iki oğlu: Qasım və Abdulla (kiçik yaşlarında ikən vəfat 

etmişdilər)və  dörd  qızı:  Zeynəb,  Ruqiyyə,  Ümmigülsüm  və  Fatimə 

dünyaya gəlmişdi. 

Bütün bunlara baxmayaraq, Hz.Muhəmmədin qəlbində bir narahat-

lıq və təlatüm yaşanırdı. O, qeyri-adi hallar keçırir və suallar içərisində 

çırpınırdı.Həmin dövrdə Məkkə əhalisi Kəbə evini bütlərlə dolduraraq, 

hərə bir bütə sitayiş edirdi. Məkkə cahillik və xurafat içində çabalayırdı.

Özünə təsəlli vermək üçün tez-tez Məkkə yaxınlığında yerləşən, Hira 

dağındakı Nur mağarasına qalxır və orada saatlarla səssiz qalıb, sanki 

cismi yerdə, ruhu isə yaradılışın həqiqətləri ilə qarşılaşırdı. Elə həmin 

aləmdə  Muhəmməd  hər  şeyin,  kainatın  sirlərini  görür,  Peyğəmbərlik 

dərsi  alır,  insanların  qurtuluş  yolunu  öyrənirdi.  Hələ  20  yaşların-

da olanda gözünə mələklər görsənərdi. 35 yamına çatdıqda isə qulağına 

“Ey  Muhəmməd!-deyə  səslər  gələrdi.  O,  gecələr  yuxularında  tanımadığı 

kimsələrlə görüşürdü, gündüzlər isə heş görmədiyi insanlarla rastlaşardı.

Artıq  40  yaşına  çatmış  Muhəmmədin  beyni  yaradılışın  təkərini 

bütlərin dolandırdığını qəbul etmirdi. Onun beyni artıq kamilləşmiş və 

o təbiətin səsini duya bilir, onun həqiqətlərini görə bilirdi.

Ramazan ayının gecələrindən birində Muhəmməd özündə bir sevinc, 

bir aydınlıq hiss edir və qarşısında yeni üfüqlər görünürdü. O, mağara-

nın içinə girdi, hər yer qaranlıq idi, şeytanların ruhları hərəsi bir tərəfdə 

gizlənib tir-tir titrəyirdilər, sanki ilahi rəhmət mələyi Cəbrailin yaxın-

laşmasını  duymuşdular.  O,  özündə  ruhunu  fəth  edəcək  bir  həyəcan, 

qorxu hiss edir və oradan qaçmaq istəyirdi. Sanki ayaqlarından güc və 

qüvvət alınmış və o, hərəkət edə bilmirdi. O, təəccüblü halda gözünü 

parlaq bir işığa dikib titrəyirdi. Hər şeyi, özünü belə unutmuşdu. İşıq 

üfüqü bürüyüb yuxarı qalxdı, sərildi, bütün səmanı qanadları altına aldı. 

 Kainatı işıq bürümüşdü, Muhəmməd işıq dənizinin ortasında dur-

muşdu. İşıqdan bir səs gəldi: - Oxu! Muhəmməd qorxdu, dəhşətə gəldi, 

təəccüblə  cavab  verdi:”Oxuya  bilmirəm.”-İşıq:”Oxu!”  Muhəmməd 




167

yenə də:


- “Oxuya bilmirəm, dərs almamışam, məktəbə getməmişəm,”-deyə 

cavab verdi.

İşıq yaxınlaşdı, Muhəmmədə çatıb, ona sarıldı. O işığı hiss etdi, ipək 

kimi yumşaq, hava kimi incə idi. İşıq Muhəmmədi sıxdı və:

- “Artıq oxu” - dedi. Muhəmməd:-“Nə oxuyum?”-deyə soruşdu.

Cəbrail (ə.s.) ona Ələq surəsinin ilk ayəsini öyrətdi.

-“Yaradan Pərvərdigarın adı ilə oxu. O, insanı laxta qandan yaratdı. 

Oxu, sənin Pərvərdigarın ən böyük kərəm sahibidir. 

O, Qələmə yazmağı öyrədəndir. İnsana bilmədiyini öyrətdi.

İlk  müraciət  səmadan  yerə  çatdı.  Bununla  da  Muhəmməd  (s.ə.s.) 

yüksək Peyğəmbərlik məqamına yetişdi.

Bu, bütləri sındıran, yaratmaq və bəsləmək qüvvəsinin sahibi Allah-

dan gələn ilk vəhy idi. Sonra o elm işığı ilə nadanlıq pərdəsini yırtdı 

və bu işıq səadət işığı idi. Bununla da o gecənin dastanı olan”Allah və 

elm”üsulu ilə Quran ayələri nazil olmağa başladı.

Muhəmməd (s.ə.s.) üç il dini gizli şəkildə təbliğ etmişdi və ona ilk 

iman gətirən həyat yoldaşı Xədicə xanım, ikinci isə əmisi oğlu Hz.Əli 

oldu. Üç ildən sonra isə Peyğəmbərimiz (s.ə.s.) açıq surətdə İslam di-

nini təbliğ etməyə başladı. Qüreyş kafırləri İslamı heç cür qəbul etmək 

istəmirdilər. Camaatın içində iman gətirmək istəyənlərə də əziyyət ve-

rib öldürürdülər. Çox çətin bir şəraitdə Hz.Peyğəmbər bütün çətinliklərə 

sinə gərərək öz təbliğatını davam etdirirdi.

İslamı  ilk  qəbul  edən  kişilər:-İlk  kişi  Peyğəmbərin  əmisi  oğlu 

Hz.Əli,sonra isə yaxın əshabələrı olan 3 əmisi: Həmzə, Cəfər, Abbas, 

sonra isə Əbu Bəkr, Zeyd ibn Haris, Ömər ibn Xəttab və sairləri olmuşlar. 

Peyğəmbərin ən qatı düşməni əmisi Əbu Ləhəb, onun arvadı və arva-

dının qardaşı Əbu Süfyan idi. Əbu Süfyan və Peyğəmbərin düşmənləri 

ona əmisi Əbu Ləhəb vasitəsi ilə təsir etmək və onu bu yoldan uzaqlaş-

dırmaq istəyirdilər. Lakin ona qəyyumluq edən o biri əmisi Əbu Talib 

isə onu bütün düşmənlərdən qoruyaraq, müdafiə edirdi.



Düşmənləri:-Əbu  Süfyan  ibn  Haris,  Əbu  Cəhl  ibn  Hişəm,  Əbu 

Ləhəb, As ibn Valı və sairləri olmuşlar. 

Hz.Muhəmmədin əshabı və İslamı qəbul etmək istəyənlər, təzyiqlərə 

məruz  qalmışdılar.Onlara  qida  məhsulları  satılmır  və  hər  tərəfdən 

təzyiqlər  göstərirdilər.  Nəhayət,  Peyğəmbər(s.ə.s.)  bir  çıxış  yolu  tap-

maq məcburiyyətində qalır. O, əmisi Əbu Talib oğlu Cəfərin başçılığı 

ilə müsəlmanların bir qrupunu Həbəşə göndərir ki, Həbəşin hökmda-

rı ədalətli bir kişidir və o,sizi qoruyar. Sonradan qadın və uşaqlardan 




168

ibarət başqa bir dəstə də Həbəşə mühacirət etdilər.Xristian olan Həbəşin 

hökmdarı  Nəcaşinin  himayəsi  altında  müsəlmanlar  bir  müddət  orada 

qaldılar.

Peyğəmbər(s.ə.s.) isə bütün təzyiqlərə baxmayaraq Məkkədə qalıb, 

öz təbliğatı və mübarizəsini davam etdirərək İslam dinini yayırdı.

Peyğəmbərliyin səkkiz və onuncu illəri arasında onu kafirlərdən müəy-

yən dərəcə qoruyan əmisi Əbutalib vəfat edir. Sonra isə Peyğəmbərin 

həyat yoldaşı, həm maddi, həm də mənəvi cəhətdən ona arxa, dayaq 

olan  Xədicəyi-Kubra  dünyasını  dəyişir.  Bütün  bu  hadisələr  və  bir 

tərəfdən də Məkkə xalqının ona qarşı olan münasibəti Peyğəmbərə çox 

pis təsir edir.

Peyğəmbərin ən qatı düşmənləri və onu ən çox incidən Əbu Cəhl, 

əmisi Əbu Ləhəb, onun arvadı və arvadının qardaşı Əbu Süfyan idi. 

Onlar hər vasitə ilə Peyğəmbəri xalqın gözündən salmağa və xalqı ona 

qarşı qaldırmağa çalışırdılar.

Peyğəmbər(s.ə.s.) Məkkədən Taifə sarı yollanır ki, oranın camaatı-

nı İslama dəvət etsin. Oradakı Bəni-Səqif tayfası ona qarşı münasibət 

bildirməsələr də, Peyğəmbərimiz Quran ayələrini oxuduqdan sonra ona 

qulaq asmağa başladılar. Lakin Peyğəmbərin bütün səylərinə baxmaya-

raq, onlar İslamı qəbul etmək istəmədilər.

Allahın  Peyğəmbəri  peyğəmbərlik  həyatının  ən  çətin  və  acı  mər-

hələlərindən birini də Taifdə yaşadı.Sonra o,Məkkəyə qayıtdı, lakin bu-

rada yaşamaq artıq mümkün deyildi.Bütün bunlardan sonra Peyğəmbər 

qarşısındakı ən mühüm məsələ “hara getmək” məsələsi idi.Bir tərəfdən 

də  Məkkə  başçıları  Peyğəmbərə  qarşı  plan  hazırlayırdılar  ki,  onu 

öldürsünlər. Onlar bu məqsədlə 40 güclü cavandan bir dəstə hazırladılar 

ki, gecə vaxtı onu evində ikən,elə yatağında öldürsünlər və bu məqsədlə 

də Peyğəmbərin evini mühasirəyə aldılar.

Bu plandan vəhy yolu ilə Peyğəmbər xəbər tutdu və ona vəhy gəldi 

ki,artıq  Məkkəni  tərk  edib  Mədinəyə  üz  tutsun.Lakin  düşmənin  bu 

məsələdən xəbər tutmaması üçün bir nəfəri öz yatağında yatırtmalı idi.

İndi bu fədakarlığı qəbul edən, Peyğəmbərin sağ qalması üçün öz vücu-

dunu düşmənlərin sivri qılıncına hədəf etməyə könüllü razı olan adamın 

yalnız Əli olduğunu Peyğəmbər bilirdi. Əli də Peyğəmbərin yolunda öz 

canından keçməyə hazır olduğunu bildirərək onun yatağında uzanır və 

Peyğəmbər də Mədinəyə yola çıxır.

Peyğəmbər  Əbu-Bəkr  ilə  yola  çıxır,  lakin  onları  düşmən  dəstəsi 

izlədiyinə görə, bir-iki gün mağarada gizlənirlər. Sonra isə Mədinəyə 

tərəf hərəkət edirlər.




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə