160
yanına gedib:-Möhtərəm Şeyx!Mən sizin mərhəmət və acımanıza möh-
tacam. Ümidsizəm, mənə lütf ediniz,-deyə ona müraciət edir.
Şeyx:-Açıq danış,sənin dərdin nədir?-deyə sual edir.
Padşahın adamı meyvəsini yeyənin ölməyəcəyi ağac və başına
gələnlər haqqında ona danışır. Adamı axıra kimi sükutla dinləyən şeyx
gülümsəyərək deyir:
-Ey könlü təmiz, saf kişi!Sənin səhvin, həqiqətən də, beləbir ağacın
olmasına inanmağındır.Bu ağacdan məqsəd alim bir kimsənin sahib ol-
duğu bilikdir, elmdir.Bilgi ağacı çox böyük, yüksək və genişdir. Allahın
hər tərəfi bürüyən dənizindən meydana gəlmiş bir abi-həyatdır.
Açıqlaması:-Peyğəmbər(s.ə.s.) buyurur ki:-Cənnət ağaclarından bir
ağaca rast gəldiyiniz zaman onun kölgəsində oturun, meyvəsindən də
yeyin.Səhabələrindən biri soruşur:-Ya Rəsulallah! Cənnət ağacına biz
həyatda və dünyada ikən necə rast gələ bilərik? Peyğəmbər(s.ə.s):“Bir
alimlə rastlaşdığınız zaman Cənnət ağaclarından olan bir ağacla rast-
laşmış olursunuz,”-deyə buyurur. (Mövlana Cəzalı “Altın Ögüdlər”-
tərcümə Hüseyn Okur.)
Hədis:Peyğəmbər(s.ə.s.)buyurur:-Elm öyrənin. Çünki onu öyrənmək
həsənə, təsdiq etmək təsbih, mübahisə etmət cihad, bilməyənə öyrətmək
sədəqə və Allah dərgahına yaxınlaşmaq üçün vasitədir. Çünki elm ha-
lal və haramı bilməyə səbəbdir. Elm onu əxz edəni behiştə tərəf çəkər.
Elm vəhşətdə munis, tənhalıqda dost, şadlıq və çətinlikdə dəlil, yol
göstərən, düşmənlərə qarşı silah və dostlar üçün zinətdir. Elm qəlblərin
oyanmasına, gözlərin korluqdan nur tapmasına və bədənlərin zəiflikdən
qüvvət tapmasına səbəb olar. Allah alimləri ən yaxşı mənzillərdə qərar
verər,onlara dünya və axirətdə yaxşı insanların məclislərini bəxş edər.
Məhz elmin vasitəsilə Allaha ibadət və itaət olunur.Allahın yeganəliyi,
onun halal-haramı məhz elmin vasitəsi ilə tanınır.Elm əməlin rəhbəridir,
əməl də ona tabedir. Allah elmi xoşbəxtlərə ilham verib, bədbəxtləri isə
ondan məhrum edib.(Üsulu-Kafi)
Hədis-İmam Cəfər ibn Muhəmməd Sadiq buyurmuşdur:-Əgər mö-
min gənc Quran oxuyarsa, o zaman Quranı ətinə və qanına çəkər, Bö-
yük Allah onu xeyirxah və sadiq mələklərlə birlikdə yerləşdirər. Əlavə
olaraq Quran onun üçün sədd (onunla Cəhənnəm arasında) rolunu oy-
nayar. (Savabul Əməl,s.226)
Hədis:-Peyğəmbərimiz buyurur:-Allahın sevdiyi birinci şey bilikdir
və O demişdir: -Mən gizli bir xəzinə idim və istədim ki, məni tanısınlar,
öyrənib bilsinlər, buna görə məxluqatı yaratdım. (Üsulu-kafi 1-c)
Hədis: İmam Cəfəri Sadiq iki şey vacibdir:1.Elm öyrənmək. 2.Kəsb
161
etmək (dərk etmək).Elm öyrətməklə dini izah etmək və dünyanı is-
lah etməkdir. Deməli, hər kim elm öyrənsə, amma kəsb-ticarət etməsə
(öyrətməsə), Qiyamət günündə yoxsul-müflis halda qalar.(Zubdətul
əhadis)
Hər kim öyrənməyi bilməyirsə ar,
Sudan dürr,daşdan da gövhər çıxarar.
Ancaq öyrənməyi ar bilən insan,
Məhrumdur dünyada bilik almaqdan. (N.Gəncəvi)
SALAVAT-SALAMI PEYĞƏMBƏRƏ
ALLAH BƏXŞ ETMİŞDİR
əl-İnşirah-1-8-Ya Muhəmməd! Məgər biz sənin qəlbini açmadıq-
mı? Qəlbinə Peyğəmbərlik elmi ilə genişlik vermədikmi ki,sənə yetişən
əziyyətə səbir edəsən? Sənin ağır yükünü yüngül etdik ki, sənin belinə
ağırlıq etmişdi. Peyğəmbərlik yükü çox ağır yükdür, onu hər bir insan
götürə bilməz. Amma biz sənə öz tərəfimizdən qüvvət verdik ki, öz işi-
ni yerinə yetirə biləsən.Yaxud kafirlərdən çəkdiyin qəm və müsibətlər
sənə böyük yük olmuşdu. Biz sənin zikr olunmağını uca etdik. Bizim
tərəfimizdən yetişən təsəlli ilə sən o yükü öz arxanda götürdün. Ha-
rada Mənim adım zikr olunsa-salavatda, tövhid kəlmələrin də, azanda
və xütbələrdə, ya Muhəmməd, sənin adın da Mənim adımla birlikdə
zikr olunar. Həqiqətən, çətinlikdən sonra asanlıq var. Risaləti təbliğ
etdikdən sonra ibadət etmək üçün zəhmət çək və ancaq Allaha bel
bağla!(Kitabul-Bəyan fi təfsiril-Quran.)
əl-Əhzab-56-Həqiqətən,Allah və Onun mələkləri Peyğəmbərə Sa-
lavat göndərirlər. (xeyir-dua verirlər)Ey iman edənlər! Siz də ona-
Peyğəmbərə Salavat-Salam göndərib,layiqincə salamlayın! Siz də ona
salavat gətirin (Allahummə Salli əla Muhəmmədin və ali Muhəmməd,
Əssalamu əleykə əyyuhənnəbiyyu və rəhmətul lahu və bərakətuh!)-
deyin.
PEYĞƏMBƏRƏ SALAVAT GÖNDƏRİN
Salavat-Allahdan rəhmət, mələklərdən istiğfar, möminlərdən dua
mənasına gəlir. Salavat-Allahdan rəhmət,yəni Allah Muhəmməd
Peyğəmbəri Öz rəhmətinə daxil edıb və mələklərin yanında onun uca
ismini şan və şərəfli edib.Mələklər də Hz.Peyğəmbər haqqında dua-is-
162
tiğfar edərək Peyğəmbərimizə məhəbbət və hörmətlərini izhar edərlər.
Möminlər də Peyğəmbərə Salavat-Salam gətirib,dua etməklə ona öz
bağlılıqlarını can-könüldən bildirib, bununla da Uca Allahın şəfaətinə
çatmaq arzusunda olarlar.
Açıqlama:Salavatların ən fəzilətlisi, təhiyyətlərın ən mükəmməli,
təslimiyyətlərin ən gözəli, kainatın ağası olan Allahın, yaratdıqlarının
ən şərəflisi, varlıqların xülasəsi olan Muhəmməd Peyğəmbərdir. Sala-
vat-Salam Həzrəti Muhəmmədin ən böyük isminə və əqldən əvvəl yara-
nan ən mükəmməl ruhuna olsun. Allah onu:”Sən olmasaydın, fələkləri
yaratmazdım” xitabı ilə ucaltmışdır. O, Quran vasitəsilə xalqı cəhalət
qaranlıqlarından hidayət nurlarına çıxarmışdır. Onlara öz nəfslərini
tanıtdıraraq, Haqq elmini öyrətmiş və bununla da onlara hidayət yo-
lunu göstərmişdir. Salavat-Salam onun Əhli-Beytinə olsun ki,onlar
sözlərində, işlərində, imanlarında, elm, səbir və əxlaqlarında Peyğmbərə
(babalarına) uyaraq, könüllərində iman nuru və irfan rahatlığı ilə onun
bütün göstəriş və vəsiyyətlərini yerinə yetirmişlər. (Mövlana Furatı
“Qırx sual”)
Peyğəmbər(s.ə.s.)in öz dilindən söylənən-salavat gətirmənin savab
və fəziləti,fayda və savablarını bildirən hədislər vardır:
Hədis:-Qiyamət günü mənə insanların ən yaxın olanları mənə ən çox
salavat şərifi gətirənlər olacaqlar. (Səhihi-Buhari,Muhtasari-Təcridi
Sarih.)
Hədis:-Kim ki mənə bir dəfə salavat gətirsə,Allah-taala o kim səyə
on dəfə salavat gətirər,(on dəfə rəhmət edər) on günahını bağışlayar,
on dəfə dərəcəsini yüksəldər və on dəfə əməl dəftərinə savab yazar.
(Səhihi-Buhari, Muhtasari-Təcridi Sarih.)
Hədis:-Kiminsə işi-gücü pozulub, çətin müşküllərə düşdüyü za-
man mənim üçün çoxlu salavat oxusun. Bu salavatlar kədərləri,
sıxıntıları,qəmginlik və müsibətləri uzaqlaşdırar. Ruziləri çoxaldar,
işlərin, ehtiyacların düzəlməsinə səbəb olar.
Hədis:-Allahın bir qrup mələkləri vardır ki,ümmətimin mənim
üzərimə gətirdiyi salavatları mənə çatdırarlar. (Səhihi-Buhari,
Muhtasari-Təcridi Sarih.)
Salavatlar:-Allahummə salli əla Muhəmmədin və ənzilhul muq`adəl
muqarrabə indəkə yəvməl qiyaməti.
Mənası:-Ey Allahım! Həbibin Muhəmmədə Salavat edib və Qiyamət
günündə onu Sənə yaxın bir yerə,məqamı-Mahmuda yetişdir.
Salavat:-Allahummə Salli əla ruhi Muhəmmədin fil`ərvahi və salli
əla cəsədi Muhəmmədin fil`əcsədi və salli əla qabri Muhəmmədin fil
Dostları ilə paylaş: |