Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə50/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   46   47   48   49   50   51   52   53   ...   292

148

(Məkkə) dialekti mühüm rol oynamışdır. Həmin dil islamdan bilavasitə 

qabaq, islam alimlərinin cahiliyyə adlandırdıqları dövrdə yaranmış şi-

fahi poeziya nümunələrində və habelə çox qiymətli abidə hesab olunan 

Quranda artıq sabitləşmiş qramatik quruluşa və zəngin söz ehtiyatına 

malik ilk klassik ərəb dili kimi təsbit edilir.

Bildiyimiz kimi, Ərəb hərfləri 28 ədəddir və bu hərflərin özünəməxsus 

yazılışı və tələffüzü vardır. Bu hərflərin çoxu sözü əvvəlində, ortasında, 

axırında  və  sərbəst  olaraq  dörd  şəkildə  yazılır,  lakin  tələffüz  zamanı 

bir hərf olaraq səslənir. Bəzi hərflər isə iki şəkildə yazılır ki, bunlar da 

yazıda özlərindən sonra gələn heç bir hərflə birləşmirlər. Bu hərflərin 

hamısı  samitdir,yalnız  oxu  işarələrindən  götürülən  (hərəkələrdən)  3 

hərf-ə, i, u vardır ki, bunlara qısa saitlər deyilir və bu üç sait vasitəsi ilə 

samitlər oxunur,yəni sözlər hərəkətə gələrək tələffüz olunur. Həmçinin, 

üç ədəd uzun sait vardır ki, bunlar Əlif, Vav, Yə hərfləridir. Uzun saitin 

tələffüzü zamanı hərflər 3 ədəd (əlif) uzadılır. Oxu işarələrindən olan 

mədd işarəsi hər hansı bir hərfin üzərində qoyulduqda, hərf 3,5,7 əlifə 

qədər uzadılaraq oxunur. Quranın düzgün oxunuşu üçün hərflərin düz-

gün tələffüzü və düzgün uzadılması çox vacibdir. Bu hərflərin düzgün 

uzadılması nəticəsində də avaz və tərtil əmələ gəlir. Əgər oxunuş zamanı 

bir hərf düzgün tələffüz olunmazsa, sözün mənası və tərkibi dəyişərək 

başqa mənalar verər. Çünki ərəb dili çox zəngin dil olduğundan bu dildə 

bir kəlmə söz 10-dan da çox məna kəsb edə bilər. Bu səbəbdən hərflərin 

düzgün tələffüzü və uzadılması Quranın düzgün oxunuşu üçün əsasdır. 

Yazılış və oxunuş zamanı bu hərflər sağdan sola tərəf oxunur və yazılır. 

Xarici  dillərin  öyrənilməsində  sözlərin  fonetik  quruluşunu  əks 

etdirmək  üçün  ”Transkripsiya”  adlanan  şərti  işarələr  məcmuəsindən 

istifadə olunur.

1.Cədvəldən göründüyü kimi 4 ədəd (Z) hərfi vardır.

 Bunlar:Za (qalın), Zə (adi),Zəl (pəltək),Dad(qalın).

2.İki ədəd (H) hərfi vardır. 

Hə- boğazdan küylü,o biri Hə-boğazdan səslənir. 

3.Üc ədəd (S) hərfi vardır.

 Sad-qalın səslənən,Sin-incə səslənən,Sə-pəltək səslənən.

4.2-ədəd (T) hərfi vardır.

Ta-qalın səslənən.Tə-incə səslənən.

Qalın hərf A saiti ilə, incə hərf isə Ə saiti ilə tələffüz olunur. 

Birinci nəqş edilmiş “Əlif” oxu lövhədə

Ağ pərdəli qapıda qismət oldu Əhmədə.



149

Qüdrət, səltənət verdi “Əlif “hey” həlqəsinə,

“Dal”-dan gərdənlik aldı, “Mim”-dən kəmər özünə.

“Əlif’, “dal” ilə “mim” də tapdı həyat qüvvəsi,

Bir dövlət dairəsi, bir kamal xəzinəsi. (“Sirlər xəzinəsi”)

Hədis:İmam Rza Hz.Peyğəmbərdən buyurur:-Bu uca kitab olan Qu-

ran Allahın bir ziyafətidir. Bu halda siz də əlinizdən gəldikcə Allahın 

hədiyyəsini qəbul edin. Bu Quran Allahın açıq bir nuru, sağlam ipi və 

şəfasıdır. Ona sarılanı qoruyub və dözümlü olanları qurtarar. Quranın 

möcüzələri  tükənməz,çox  təkrar  edilməklə  də  əskilməz.  Quranı  oxu-

yun! Uca Allah onun hər bir hərfinə on savab ehsan edər. (“Zubdətul 



Əhadis”) 

 HZ. MUHƏMMƏD PEYĞƏMBƏR HAQQINDA

Böyüк Muhəmmədə yüz min afərin!

Xilqət torpağıdır,buna ol əmin.

Vəfa meydanının qabaqcılıdır,

Nəbilərə rəhbər,başcıl sayılır.

Günahкar ümməti qoymaz xəcalət,

Eyləyər onlara daim şəfaət.

qədər yetimi sevdi, saxladı,

Dürri-yetim”qaldı odur кi, adı.

Nübüvvətə dini verdi yeniliк, 

Кöməкçisi oldu ağıl və biliк.

Rəhmli кişidir,qəzəbli bir şir,

Dili gah açardır, gah da bir şəmşir.

O bütün xaslardan xas bir Ayazdır,

Məsuddan Mahmuda çatmış bir xasdır. (N. Gəncəvi)

Açıqlama:-Bildiyimiz  kimi  Uca  Allah,Muhəmmədi(Ona  Al-

lahın  salavat  və  salamı  olsun)  hidayət  və  haqq  dinlə  insanlara 

göndərmisdir. Hidayət,faydalı elm, haqq din isə saleh əməldir. Uca Al-

lah Peyğəmbərimizə özündən öncəki Peyğəmbərlərə əmr etdiyi kimi, 

tək bir olan Allaha ibadət etməyə çağırmağı əmr etmisdir. Muhəmməd 

kəlməsinin  mənası  daha  çox“həmd  olunmuş”deməkdir.Bu  sözün 

kökündə  həmd  sözü  dayanır  ki,  mənası“hörmət  etmək”  və  “sitayiş 

etmək”deməkdir.

Peyğəmbəri  uşaq  ikən  iki  adla  çağırmışlar.  Bir  adı  babası  Əbdül-

Mütəllibin  qoyduğu  Muhəmməd,  digəri  isə  anası Aminə nin  qoymuş 

olduğu Əhməd adı idi. Əhməd adının da kökündə”Həmd”sözü dayanır 



150

və mənası“çox sitayış olunan”deməkdir. Peyğəmbərə bu adla daha çox 

müraciət edən insan, əmisi Əbu Talib olmuşdur. Belə rəvayət olunur 

ki, Merac hadisələrinin bir çoxunda Allah-taala Peyğəmbərə dəfələrlə 

bu adı ilə müraciət etmişdir. Bəlkə ona görə də Həzrətin göylərdə adı 

Əhməd, yerdə isə Muhəmməd kimi məşhur olmuşdur.

İslam  Peyğəmbərinin  on  adı  olmuşdur.  Onlardan  beşi  Quranda 

çəkilir:-Muhəmməd, Əhməd, Abdullah,Yasin və Nun.

əd-Duha-6-11-Ya Muhəmməd! Məgər səni Allahın dünyada yetim 

ikən qorumadımı? Sən atanın üzünü görməmişdin və sən kiçik olan za-

man anan vəfat etmişdi. Allah sənə Əbdul-Mütəllib övladlarının yanın-

da yer verdi və Əbu Talib sənə qəyyum oldu. Allah səni misli yer üzündə 

olmayan, sədəfin içindəki bir “dürr-yetimə” bənzətdi. Bir çox dürrün 

içində  bircə  dənə  ən  yaxşı  dürr  sayılır  ki,  adına  “dürr-yetim”deyilir, 

yəni tək bir dənədir. Bunun üçün də Allah səni Peyğəmbər seçərək öz 

yanında yer verdi. O, səni bir halda tapdı ki, sən qiymətsiz, tanınmamış 

idin. Məkkədə heç kəs sənin qədir-qiymətini bilmirdi. O zaman Allah 

insanlara yol göstərdi ki, səni tapsınlar və Allah səni fəqir tapdı ki, mal-

dövlətin yox idi və səni dövlətli etdi. Xədicənin (ə.) malı ilə, ya qənaət 

ilə, ya qənimətlər ilə dövlətli oldun. Bu nemətləri sənə verən Allah səni 

düşmənlərinə qalib etməyə də qadirdir. Allahın sənə verdiyi nemətlər 

müqabilində yetimə acıqlanma, dilənçini naümid etmə və Allahın sənə 

olan nemətindən söhbət aç,üstünü örtmə və şükür et! (Kitabul-Bəyan 

fi təfsiril-Quran.) 

 PEYĞƏMBƏRİ UCA ALLAH GÖNDƏRİB

Hədis:-Hz.Peyğəmbəndən soruşdular:-Ya Rəsulullah,sən nə zaman 

Peyğəmbər oldun? Peyğəmbər:-Adəm (ə.s.)hələ ruh və cəsəd arasında 

olarkən,-deyə buyurdu. (Üsuli Kafi)

Yasin-1-3-Ey əvvəlin və axırın seyyidi olan Peyğəmbər! Haqq ilə 

batil arasında olan Qurana and olsun ki,sən, həqiqətən, Allah tərəfindən 

Peyğəmbərliyə göndərilmişsən və düz yoldasan.

əl-Əhzab-45-Ya  Peyğəmbər!  Biz  səni  ümmətinə  bir  şahid,  bir 

müjdəçi və bir qorxudan kimi göndərdik.



ən-Nəml-92-Ya Peyğəmbər! De ki, mənə Allah tərəfindən əmr olun-

muşdur ki, Quranı sizə oxuyam və sizi ona tərəf dəvət edəm. Mən Alla-

hın əmrinə təslim olan Peyğəmbərlərdənəm.

Taha-1-Ey pak-pakizə, haqqa hidayət edən Peyğəmbər! Biz Quranı 

sənə hidayət etmədik ki, özünü məşəqqətə və zəhmətə salasan. Biz Qu-




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə