Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə46/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   42   43   44   45   46   47   48   49   ...   292

136

əl-Fussilət-44-Əgər  biz  onu  özgə  bir  dildə  olan  Quran  etsəydik, 

Məkkə müşrikləri: Məgər onun ayələri bizim üçün müfəssəl izah olun-

malı deyildimi?!Bu nədir? Quran özgə dildə,Peyğəmbər isə ərəbmidir?-

deyərdilər.Onlar bu bəhanə ilə həm Quranı,həm də səni təkzib edərdilər.

Ya Peyğəmbər!De ki,bu Quran iman gətirənlər üçün bir hidayət və bir 

şəfadır. İman gətirməyən kəslər üçün isə Quran bir korluq və qulaqları-

na ağırlıq verən bir yükdür. 

əl-Fussilət-1-6-Həmid və Məcid olan Allaha and olsun! Bu Quranın 

nazil  olması  bağışlayan  və  mehriban  olan Allah  tərəfindəndir.  O,  bir 

kitabdır ki, onun ayələri halal və haramı, əmr və nəhyi(qadağa) bəyan 

etməklə ərəb dilində nazil olmuşdur. Ərəb dilini bilən qövmə qiraət olu-

nan halda bəyan olunmuşdur. Bu Quran möminlərə bəşarət verən və gü-

nahkarları qorxudan halda nazil olmuşdur. Məkkə əhlinin çoxu Quran-

dan üz döndərdi, onu eşitmək istəmədilər. Onlar dedilər:-Qəlbimiz sizin 

tərəfə çağırdığınız şeydən pərdələnmişdir. Biz sənin dediklərini anla-

mırıq. Onlar bu sözü deməklə, imana gəlməyərək Peyğəmbəri məyus 

etmək istəyirdilər. Deyirdilər ki, qulaqlarımızda karlıq və ağırlıq var, 

Quranı və sənin sözünü eşitmirik. Bizim aramızda pərdə vardır. Sən öz 

dininə əməl et, biz də öz dinimizə əməl edənlərik.Ya Peyğəmbər!De 

ki:-Mən də sizin kimi insanam. Lakin Allah məni Peyğəmbərliyə seç-

mişdir. Mənə vəhy olunan budur ki, Allah təkdir və şəriki yoxdur.



 QURANIN BİR ADI DA FURQANDIR

Açıqlama:-Haqqı batildən ayırd edən mənasına gələn “Furqan” Qu-

ranın adlarından biridir.Bu haqda Qurani-Kərimdə belə buyurulur:



əl-Furqan-1-Xeyir və bərəkəti artıq olan Allah haqq ilə batil arasın-

da fərq qoyan Quranı öz bəndəsinə, Muhəmmədə nazil etdi ki, o Quran 

vasitəsilə cin və insanlardan ibarət olan aləm əhlini qorxutsun!

Hədis:-Peyğəmbərimiz  (s.ə.s.)dən  soruşdular  ki,  Cənnət  bağı 

haradadır?Həzrət  buyurdu:-Elm  və  zikr  məclislərində.  (Zubdətul 



əhadis)

QURAN OXUYANDA BELƏ BAŞLAYIN

ən-Nəhl-98-Quran oxumaq istədiyiniz vaxt Allah dərgahından qo-

vulmuş şeytandan Allaha pənah apar!De ki:-“Ə-uzu billəhi minəş şey-

tanir racim.” 



137

Hədis:Rəsulullah (s.ə.s.)buyurdu:Quranı öyrədən və dinləyənin hər 

ikisi bərabər savab qazanırlar.(Mustədrakul Vəsail, c.1,s. 293)



Hədis:Peyğəmbər  (s.ə.s.)  buyurdu:-Yer  üzərindəki  hər  şey,  hətta 

dəryadakı balıqlar belə Quran oxuyanın bağışlanması üçün dua edərlər.



(Üsuli-Kafi.c.3, s.301) 

Hədis-İmam  Cəfər  ibn  Muhəmməd  Sadiq  buyurdu:-Mən  Quranı 

hər evdə görmək istərəm,ona görə ki, o evdən Allah şeytanı uzaq tutar.



(Fəzlul Quran,s.669)

 QURAN OXUNAN ZAMAN QULAQ ASIN

əl-Əraf-204-Quran  oxunan  zaman  onu  dinləyin  və  susun.  Bəlkə 

Allahın rəhmətinə şamil olasınız. Öz qəlbində yalvararaq və qorxu ilə 

səsini ucaltmadan, səhər-axşam Rəbbini yad et və qəflətdə olanlardan 

olma!

əl-İsra-45-48-Quran oxunan zaman səninlə axirətə iman gətirməyən 

kəslər arasına pərdə salınar. Sən Quranda Allahın Tövhidini xatırlatdı-

ğın zaman, kafirlər nifrət edən halda geriyə qayıdarlar. Sənə qulaq asıb, 

Quranı eşidən kəsləri biz yaxşı bilirik. O zaman ki,onlar xəlvəti danı-

şarlar.Biz bilirik, o zaman zalımlar deyərlər:-Siz ancaq sehr olunmuş 

bir kişiyə tabe olarsınız. Gör sənə necə məsəl vurdular. Onlar azdılar. 

Səni batil etməyə,insanların sənə iman gətirməsinə mane olmağa yol 

tapa bilməzlər. 



Açıqlama:-Qurani-Kərim  möminlərə  və  insanlara  öz  ayələri  və 

mənası ilə hidayət yolunu göstərir. Şirk, cəhalət və günahlar zülmətindən 

çıxararaq Tövhid, elm və itaət nuruna boyayır. Onlar dünya və axirətdə 

xeyir tapanlardırlar. 



Hədis:(Əbu  Nuəym,“Hilyətül-evtiya”c.1,s.65.)  Abdullah  ibn. 

Məsud:-“Qurani Kərimim yeddi hərf üzərinə endirildiyini və hər hərfin 

də həm zahiri, həm də batini olduğunu bildirmişdir. Hz. Əli isə Elmin 

həm zahirini də, həm də batinini bilirdi,”-deyə söyləmişdir. 



Hədis:Rəsulullah (s.ə.s.) buyurdu:-Qurana qulaq asan şəxs(oxunan 

zaman) bu dünyanın bəlasından amanda qalar. Quran oxuyan şəxs əbədi 

dünyanın ağır imtahanından amanda qalar. Əgər biri Quranın hətta bir 

ayəsinə belə qulaq asarsa, bu qızılla dolu olan evə sahib olmaqdan daha 

yaxşıdır. (Biharul Ənvar,c.92, s.19)

Hədis:Əmirəl-möminin Əli (ə.s.) bu barədə belə buyurur:-Ən yax-

şı deyim olan Quranı öyrənin. Onda olanlar barədə fikirləşib düşünün 

ki, Quran qəlblərin baharıdır. Ürəkdə elm və hikmətin hər cür güllərini 



138

bitirər.  Onun  hidayət  nuru  ilə  cəhalət  və  nadanlıq  xəstəliyindən  şəfa 

diləyin ki, Quran xəstəliklərin şəfasıdır. Onu gözəl oxuyun ki, deyimlərin 

ən faydalısıdır. Çünki öz elmindən başqa elmə əməl edən alim sərgərdan 

cahil kimidir ki, nadanlıq xəstəliyindən şəfa tapmayacaqdır. Bəlkə də 

bu hüccət ona güclü həsrət və qəm qətirər və Allah dərgahında danlaqlı 

olar. (Nəhcul Bəlağa, Xütbə 110) 

 QURAN OXUNAN ZAMAN KAFİRLƏRİN XOŞU 

GƏLMƏZ

əl  -Qələm-51-52-Kafirlər  Quranı  eşitdikdə  az  qaldılar  ki,  gözləri 

ilə səni öldürsünlər və deyirdilər ki, Muhəmməd divanədir. Bu Quran 

aləmlərin əhlinə ancaq nəsihətdir. 

əl-Həcc-71-Ayələrimiz  onların  yanında  açıq-aşkar  oxunan  zaman 

kafirlərin  üzündə  Quranı  xoşlamamaq  əlaməti  görərsən,  onlar  qaş-

qabaqlarını  tökərlər.  Az  qalar  ki,ayələrimizi  oxuyan  kəslərə  hücum 

etsinlər.Ya Peyğəmbər! De ki, onlar haqqında sənə xəbər verimmi? Bu, 

kafirlərə vəd olunmuş yer ən pis Cəhənnəm odudur. Cəhənnəm ən pis 

qayıdacaq yeridir. 



Dini hədis:-Bir bədəvi dəvəsinə içi dolu iki çuval yükləmişdi. İkisi-

nin ortasında da özü oturmuş halda yol gedirdi.Yolda üst-başı pərişan 

halda olan birinə rast gəlir. Bir az söhbətdən sonra adam çuvallarda nə 

olduğunu soruşur.

Bədəvi:-Çuvalın birində buğda, digərində isə qum vardır-deyir.

Adam soruşur:-Nə üçün çuvala qum doldurmusan? 

Bədəvi:-Buğda çuvalını tarazlamaq üçün qum çuvalını qoydum-de-

yir. Adam:

-Tarazlığı yaratmaq üçün başını işlədib,bir çuvalın yarısını boşaldıb 

iki çuval etsəydin,daha düzgün olmazdımı?-deyə soruşur.

Bədəvi:-Afərin  sənə,mənə  yaxşı  bir  məsləhət  verdin.Ağıllı  və  bil-

gili  birinə  bənzəyirsən.Fəqət  pərişan  bir  halın  var,  üst-başın  köhnə, 

özün də piyada gedirsən?-deyə cavab verdi. Bədəvi onun halına acıdı 

və dəvəsinə mindirməyi düşündü. Bu məqsədlə də ondan soruşdu:-Ey 

gözəl fikirli,hikmət sahibi kişi! Mənə doğru söylə, sən əynini dəyişmiş 

dövlət adamısanmı? Sənin dəvən, malın, dövlətin, dükanın, torpağın və 

ya pulun varmı?”

Kişi:-Ey bədəvi,mal-dövlət qırağa dursun, axşam yeməyimi ödəyəcək 

bir pulum da yoxdur. Bu halımla kim bir tikə çörək versə, onun arxasın-

ca gedirəm. Məndəki bu bilikdən boş xəyal və baş ağrısından başqa bir 

şey əlimə keçmədi,-deyir.



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə