Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə48/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   44   45   46   47   48   49   50   51   ...   292

142

man təkəbbürlə üz çevirər,sanki eşitməyir, ya da qulaqları eşitməyən 

adamlar kimi özünü göstərər. Ona ağır əzab müjdəsi ver.

Dini  hekayə:-Bir  gün  bir  nəfər  evində  oğru  görür  və  onu  tutmaq 

istəyəndə  oğru  qaçır. Adam  oğrunun  arxasınca  düşərək  onu  tutmağa 

çalışır.  İki-üç  küçə  keçdikdən  sonra  oğrunu  tam  tutmaq  istərkən,  bir 

başqa oğru onu bərkdən səsləyir:”Tez buraya gəl, yetiş” Adam orada nə 

isə daha pis hadisə olduğunu düşünərək, səsin gəldiyi tərəfə qaçır. Onu 

çağıranın yanına çataraq:

- “Nə var? Nə olub? Niyə məni belə həyəcanla çağırdın?”-deyə soru-

şur.Oğru cavabında həyəcanla:

-“Bax,bu,  oğrunun  ayaq  izləridir.  O,  bu  tərəfdən  qaçmışdır.  Vaxt 

itirmədən onun arxasınca qaçıb, onu tut,”-deyir.

Adam cavab verir:- “Ay ağılsız!Mən onun izini neyləyirəm? Özünü 

artıq tutmaq üzrə idim və sən məni çağırdın, əgər çağırmasaydın, artıq 

onu tutmuşdum.”

Açıqlaması:-Mövlana bu hekayədə Allahın zatı və sifətlərini açıq-

layır. Allahın zatından pərdəli olanlar, sadəcə, Allahın sənətini və var-

lıqlarını görürlər. Yaranmışlara, yəni sifətlərə baxıb qaldıqları üçün də 

Allahın  zatından  məhrum  qalıblar.  Hekayədə  ev  sahibi Allahın  zatı-

nı və haqqı tanımaq istəyən, izləri göstərən oğru isə sifətlərlə əlləşən 

qəflət əhlini təmsil edir. (M.Cəzalı“Altın Ögüd lər” -tərcümə Hüseyn 



Okur.) 

 ALLAH İSTƏDİYİ BƏNDƏSİNİ QURANA 

HİDAYƏT EDƏR

ər-Rad-31-Əgər aləmdə dağları yerindən oynadan, ya yeri parçala-

yan, ya da ölüləri dirildib danışdıran kitab olsa, o da Qurandır. Əksinə, 

bu  əmrlərin  hamısı Allaha  məxsusdur.  Məgər  möminlər  bilmirlər  ki, 

Allah istəsəydi, şübhəsiz, insanların hamısını hidayət edərdi.



əl-Həcc-16-Biz Quranı nazil etdik. Burada Allahın birliyini və onun 

gözəl hökmlərini aşkar dəlillərlə açıqladıq. Allah istədiyi bəndəsini Qu-

rana hidayət edər.

əl-Kəhf-57-Allahın ayələri ilə nəsihət oxunandan sonra onlardan üz 

döndərən və öz əlləri ilə özündən qabaq göndərdiyi günah əməlləri unu-

dan kəsdən daha zalım kimdir? Biz belə şəxslərin qəlblərinə ayələri an-

lamamaları üçün pərdə saldıq, onların qulaqlarına ağırlıq verdik. Əgər 

sən onları hidayət tərəfə çağırsan da, onlar hidayət tapmazlar. 



143

ər-Rum-57-59-Biz bu Quranda xalq üçün hər cür məsəl gətirmişik. 

Onlara  əgər  bir  ayə  oxusan,  kafirlər  deyəcəklər:  ”Siz  yalançılardan 

başqa bir şey deyilsiniz.“Elmsiz, bilikdə payı olmayanların ürəyinə Al-

lah belə möhür vurar.” 



Hədis:İmam Əli ibn Hüseyn (Zeynəl Abidin) buyurdu:-Quran ayələri 

xəzinədir və hər dəfə xəzinə açılanda, gözəldir ki, xəzinənin içində nə 

olduğuna baxasan. (Üsuli-Kafi c.2, s.609)

QURANDAKI MÜQƏTTƏƏ HƏRFLƏRİ HAQQINDA

Hansı bir vərəqi yazdınsa əgər,

İkicə hərf ilə dedin müxtəsər.

Bir dağ çapmadısa”kəf”ilə “nun”

Göy adlı bir böyük Bisutun qurdun

Hardasa dünyanın dövləti varı

Bu iki hərfdir onun açarı.

Yalnış bir hərfdə yazmadın yeni,

Qoydun hər nöqtəni sən öz yerinə

Sənin nemətinlə yarandı aləm,

Yoxdur bu səhnədə başqa bir qələm!

əş-Şura-1-3-And olsun bu hərflərə (müqəttəə hərflərinə)! Göylərdə 

və yerdə olanlar Allah üçündür.Allahın şəni uca və böyükdür.O, qələbə 

çalan və hikmətlə iş görəndir.

Açıqlama:-Qurani-Kərimin 114 surəsindən 29 surəsi müqəttəə adla-

nan hərflər ilə başlayır. Müqəttəə hərfləri ərəb əlifbasında olan 28 hərfin 

14-ü ilə səslənir. Bu hərflərin tələffüzü zamanı hərf öz adı ilə ayrı-ay-

rılıqda tələffüz olunur. Bu hərflərə Allahın xüsusi rəmzləri deyilir. Bu 

haqda  Əli  (ə.s.)  belə  buyurur:-Allahı  çağıranda  belə  deyin:-Yə,  Kəf, 

Nun, Əyın, Sad, və ya Yə, Nun, Mim, Əyin, Sin, Qaf.

Annemarie Schımmel’in (1922 - 2003Alman İranolojist və İslam və 

Təsavvuf araşdırmacısı) bildirdiyinə görə əbcəd hərflərinin mahiyyətini 

bildirən  rəqəmlər  toplumu  səmavi  bilgilərdən  qaynaqlanmışdır.Hətta 

sirli  əbcəd  hərflərindən  doqquzunun  Hz.Adəmə  (ə.s.)  ilk  dəfə  vəhy 

olaraq gəldiyi də qaynaqlara istinadən bildirilir.Əbcəd hərflərini yad-

da  saxlamaq  üçün  8-kəlmədən  istifadə  olunur:1)Əbcəd-başladı,  (əlif, 

bə, cim, dəl 2)Həvvəz-Birləşdirdi (hə, vav, zə)  3)Hütti-Xəbərdar oldu, 

(hə,  ta  ,yə)  4)Kələmən-Sözə  gəldi  (danışdı)  (kəf,  lm,  mim,  nun)5)

Səfəs-Tez öyrəndi, (sə, hə, zəl);  6)Qərəşət-Səliqəyə saldı, (gaf, ra, şın, 



144

tə); 7)Səxiz-Baxdı, 8)Zəziq-Tanış etdi (başa çatdırdı) (qaf, ra, şın, tə).                                                                                                               

Əbcəd hərflərinin hər birinin öz rəqəmi,öz rəmzi işarəsi vardır və  bu 

rəflərin hər biri Allahın ismi şəriflərini bildirir.Bu hərflərin möcüzəvi 

sirləri İmam Qəzzali də əsərlərində“müsəlləsül-Qazalî” adı altında bu 

rəqəblərin hökmləri haqqında  sirləri  açıqlamağa çalışmışdır. Əslində 

isə bu rəqəmlərin sirr və hikmətləri  yalnız Hz. Əli  və onun övladlarına 

məlumdur.

Dünyanın  hərflərlə  yaradıldığı  yazılmışdır.  Hərflərin  əlaqəsi  biz 

zəncir formasında insanı  duyğudan duyğuya götürür.Bir cümləni oxu-

yaraq, onun bir parçası oluruq, sanki bir işığın içinə axdığımız kimi. Bu 

axma hissi bizi bir məqsədə gətirir. 

“40  sual”  kitabında  bildirildiyi  kimi Allah-taala  dörd  ünsürü    biri 

digərinin  içinə  girə  bilən  şəkildə  var  etdi:  su,  od,  hava  və  torpaq. 

Məsələn:atəş havaya çevrilə bilər; hava da atəşə çevrilə bilər. Hərflərdə  

də  Tə hərfi Ta hərfinə; Sin hərfi Sad hərfinə çevrilməsi kimi. Həqiqətən 

ünsürlərdən bu hərflər meydana gəlmişdir.

- Torpaq ünsüründən: pəltək Sə, Ta, Cim , Ləm, Hə, Nun və Mim 

hərfləri meydana gətirilmişdir.

-Su  ünsüründən:  Sin,  Ğayn,  Tə,  Hə,  Dad  ,Fə  ,Kəf  meydana 

gətirilmişdir.

-Hava  ünsüründən:  Zəl,  Əiyn,  Za,  Sad  və  Vav  hərfləri  meydana 

gətirilmişdir.

 Atəş ünsüründən : Həmzə, Qaf, Bə, Sin, Ra, Cim ,Ləm hərfləri  mey-

dana gətirilmişdir.

  Bütün  bu  hərflər  Əlifin  həqiqətindən  zühür    etmişlər.  Əlif,  ruh 

və  hiss  olaraq  onların,yəni  bütün  fələklərin  fələyidir.Söylənilir  ki, 

hərflər  də  ümmətlərdən  bir  ümmətdir.  Onlar  da  Allahın  əmrlərinə 

tabedirlər,onların öz adları, öz  şəriətləri, öz peyğəmbərləri vardır və 

onlarda Allaha ibadət edirlər.

-  “Əlif,  Lam,  Mim”  dəki  Əlif  tövhidə  işarədir;  Mim,  həlak  edilə 

bilməz bir mülkə işarədir; bu iki hərf arasındakı Ləm isə, ikisi arasın-

da  rabitə  üçün  bir  vasitədir.    Ləm’ın  xəttinin  düşdüyü  sətirə  baxsan, 

Əlifin  gövdəsinin orada onun ucuna çatdığını görərsən, Mim isə on-

dan aşağıya doğru enməyə başlayır. Sonra, orada “ən gözəl formadan” 

–xətdən  “aşağıların aşağısı” na qədər enər ki, bura mim’in kökünün 

bitmə nöqtəsidir. Necə ki, Allah-təala belə buyurur: “... Biz insanı ən 

gözəl biçimdə yaratdıq! Sonra onu aşağıların aşağısına göndərdik. “

Əlif -Ləm-Mim hərflərində Ləm bir sifətdir. Mim isə onun əsəri və 

onun hərəkətidir.




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə